Həkim peşəsini mükəmməl

bilməli və səbirli olmalıdır

 

Ölkəmizdə öz peşəsini mükəmməl bilən gənc həkimlərimiz az deyil. OnlarHippokrat” andına sadiq qalaraq xalqımızın sağlamlığının keşiyində dayanıblar. Belə həkimlərdən biri də Vəfa xanımdır. Vəfa Tarverdiyeva 1988-ci ildə Sabirabad şəhərində anadan olub. 2005-ci ildə şəhər 5 saylı orta məktəbini bitirib. Həmin ildə yüksək bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olunub. 2012-2015-ci illərdə AllerqologiyaKliniki immunologiya üzrə rezidentura təhsili alıb. Vəfa xanımla söhbətimiz maraqlı alındı...

2014-cü ildə Türkiyənin İzmir şəhərində fəaliyət göstərən Ege Universitetində təcrübə kursu keçdim. Ege Universiteti ilə bizim təhsil sahəsində fərqli və üstün cəhətlər çoxdur. Adıçəkilən tibb müəssisəsində məsuliyyət daha yüksəkdir. Tələbələr aşağı kurslardan xəstələrlə daim təmasda olur və təcrübə yolu ilə bilgilər əldə edirlər. Bir sözlə, orada xəstələrlə işləmək üçün tələbələrə şərait yaradılır. Amma bizdə o proseslər gec başlayır və tələbələrin xəstələrlə işləməsinə az yer verilir. Ölkəmizdə tibb sahəsi ilə bağlı Azərbaycan dilində dərsliklər çox azdır.

– Bəs həkim kimi iş fəaliyyətinə nə vaxtdan başladınız?

– 2018-ci ildən akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-allerqoloq işləyirəm.

Sizcə, həkim nə deməkdir və necə oldu ki, bu sahəni seçdiniz?

– Açığını deyim ki, mən müəllim ailəsində doğulub, böyümüşəm. Hələ uşaqlıq illərində arzum həkim olmaq idi. Həkim, ilk öncə, öz peşəsini mükəmməl bilməli və səbirli olmalıdır. Müxtəlif xarakterli insanlara rast gəlirik. Həkim xəstələrlə mehriban rəftar etməlidir. Şirin dili ilə xəstələri ələ almalı və onlarda inam yaratmalıdır. O zaman edilən müalicənin də əhəmiyyəti olur. Həkim hər gün üzərində işləməlidir. Dünya səhiyyəsindən xəbərdar olmalı, yenliklərlə tanış olmalı və bütün bilgiləri əldə etməlidir. Bütün həkimlər beynəlxalq protokollarla işləsələr, daha yaxşı olardı.

Protokolun üstün cəhəti nədən ibarətdir?

– Protokollar minlərlə xəstə üzərində aparılmış çoxsaylı təcrübələrin nəticələrinə əsaslanmış, düzgünlüyü təsdiq olunmuş müayinə və müalicələrin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş formasıdır.

– Sizə ən çox hansı xəstələr müraciət edir?

– Şöbədə ən çox bronxial-astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi, həmçinin dərman, qida allergiyaları olan xəstələr müalicə alır. Bronxial-astma xəstəliyi daha geniş yayılıb. Dünyada 300 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Bronxial-astma hüceyrə və hüceyrə elementlərinin iştirak etdiyi tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir.

Bronxial-astma heterogentənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəlikdir. Xəstəlik zamanı tənəffüs sisteminin selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial-astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulması ilə müşahidə olunan tutmaşəkilli təngnəfəslik, öskürək xırıltılı tənəffüsdən ibarətdir.

Bronxial-astma tutması qısa uzunmüddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısamüddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti xarakteri dəyişilir.

Astma xəstəliyi hansı qruplara ayrılır?

Bronxial-astma xəstəliyi allergik qeyri-allergik olmaqla iki qrupa ayrılır. Allergik astmaya səbəb ola biləcək allergenlər bunlardır: bitki tozları, məişət tozları, lələk, yun, heyvan orqanizminə məxsus epidermalmənşəli kəpək, qida allergenləri (sitrus meyvələri, çiyələk, moruq s.); dərman maddələri (antibiotiklər, xüsusən penisillin, B1 vitamini, aspirin, piramidon s.); bir sıra kimyəvi maddələr (əksər hallarda formalin, pestisidlər, sianamidlər, ağır metalların qeyri-üzvi duzları s.). Xəstəliyin bu formasının inkişaf etməsində irsi faktor da mühüm rol oynayır. Allergik-astma bir çox allergenlərin orqanizmə təsiri nəticəsində baş verir. Bu həm irsi xəstəlik olmaqla ailə üzvlərinin birində bir neçəsində olur. Əgər südəmər körpələrdə uşaqlarda qida allergiyası, yaxud atopik-dermatit varsa, yəni dəridə səpgi, qızartı, qaşınma kimi əlamətlər olarsa, bu, böyük yaşlarda allergik-rinit, daha sonra bronxial-astmaya çevrilə bilər. Ona görə valideynlər bu sahədə diqqətli olmalıdırlar.

Bəs bu xəstəliyin müalicəsi varmı?

Bu cür xəstəliyin müalicəsi beynəlxalq protokollara əsaslanaraq mərhələli şəkildə aparılır. İlk öncə xəstəliyin diaqnozunun erkən qoyulması həkimlər üçün çox vacibdir. Simptomatik müalicələrdən əlavə, xəstəliyin sırf etimologiyasına əsaslanan müalicə ən müasir müalicə metodu ASİT- allergen spesifik immunoterapiyadır. Bu müalicə üsulu allergik-rinitin astmaya çevrilməsinin qarşısını alır dərmanlara olan tələbatı azaldır. Qeyd edim ki, allergik xəstələrdə dərmanla müalicə üsulu ilə yanaşı, xəstələrin həyat tərzinə fikir vermək lazımdır. Ana südü ilə qidalanan uşaqlarda allergik xəstəliklərin əmələ gəlmə tezliyi süni qida ilə qidalanan uşaqlara nisbətən daha azdır. Konservləşdirilmiş, paketlərdə satılan tərkibi dəqiq bilinməyən süni içkilərin qidaların istifadəsi allergiyalı şəxslərdə məhdudlaşdırılmalıdır.

Həmçinin, bronxial-astmalı xəstələrin çəkisi norma daxilində olmalıdır, onlarda artıq piylənmə təngnəfəsliklərə gətirib çıxarır. Çox təəssüflər olsun ki, bu sahədə xəstələri düzgün müalicəyə yönəltmirlər. Çünki bölgələrdən bizə müraciət edən xəstələrin əksəriyyətində lazım olmayan prolonq hormonlar vurulur, bu da xəstəni hormondan asılı vəziyyətə salır. Hansı ki, xəstələr daha yüngül, əlavə təsirləri az olan dərmanlardan istifadə etməlidir. Xəstələrdə belə bir yanlış fikir yaranıb ki, guya inhaliyasion kortikosteroidlər onlarda bu dərmana qarşı öyrəşmə yaradır. Əksinə, bronxial astmanın uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər ən effektli dərman preparatları hesab edilir. Bu preparatların uzun müddət istifadəsi tutmaların baş vermə tezliyini ağırlıq dərəcəsini getdikcə azaldır.Bu preparatlar yerli təsir edərək bronxolitik iltihabəleyhinə effekt yaradır. Yerli təsir göstərdiklərinə görə sistem təsirləri minimum səviyyədədir.

Tərkibində kortikosteroid beta adrenomimetik olan kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün daha əlverişli hesab edilir. Sübut edilmişdir ki, bu preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə bərabərdir. Yadda saxlalamaq lazımdır ki, İnhaliyasion kortikosteroidləri vaxtında təyin etmək lazımdır. Bunun üçün xəstənin vəziyyətinin ağırlaşmasını ya xəstəliyin proqressivləşməsini gözləmək düzgün deyil. Hormonal inhalyatorlar baş vermiş astmatik tutmanın qarşısını almaq məqsədilə istifadə edilmir. Onlar planlı təyin edilir təsiri müəyyən müddətdən sonra müşahidə edilir. Ekologiyanın çirklənməsi süni qidaların artması allergik xəstəliklərin artmasına səbəb olur.

Bəzən xəstələr özlərini yaxşı hiss etdiyindən müalicəsini dayandırır; bir həkim kimi buna münasibətiniz?

Müalicəni özbaşına tərk etmək qəti qadağandır. Əgər özünüzü yaxşı hiss edirsinizsə, bu, müalicəni dayandırmağa əsas vermir. Dərmanın dozasının ya miqdarının azaldılmasını yalnız həkim təyinatı ilə 3 ay xəstəliyin dinamik müşahidəsindən sonra pilləli şəkildə təyin edilə bilər.

– Son vaxtlarquş qripi”, “donuz qripixəstəlikləri geniş yayılıb. Hətta bu xəstəliyə tutulanların aqibəti ölümlə nəticələnir. Bu barədə deyə bilərsiniz?

Sadaladığınız bu xəstəliklər kəskin respirator virus infeksiyasına aiddir. Xəstələrdə simptom olaraq başağrısı, qızdırma, halsızlıq, üşütmə əzələ ağrıları baş verir. Qızdırması olan bu xəstələrə 3 gün müddətinə qədər antibiotiklər vurmağa ehtiyac yoxdur, xəstə çoxlu maye qəbul etməlidir. Əgər temperatur çox yüksək olarsa, sadə qızdırmasalan dərman qəbul edə bilərlər. Əgər qızdırma 3 gündən çox davam edərsə, onda xəstə həkim nəzarəti altında olmalıdır.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 19-21 yanvar.- S.5.