Bəşər
tarixinin ən dəhşətli faciəsi
Nə az, nə
çox, 463 il əvvəl məhz bu gün tarixdə ən
çox sayda insan itikisinə səbəb olmuş Şensi zəlzələsi
baş verib. 1556-cı il yanvarın 23-də Çinin
Şensi bölgəsində baş verən dəhşətli
hadisə zamanı 830 min insan həlak olub. Şensi və ya
Hua zəlzələsi adlandırılan bu təbii fələkət
Şensi, Şansi, Henan, Qansu, Hebey, Şandong, Hubey, Hunan,
Ciangsu və Anhuy rayonları ərazisinin 97 faizini xarabaya
çevirib.
520
mil və ya 835 kilometr radiusda geniş bir ərazini
dağıdan zəlzələ zamanı adıçəkilən
rayonlardan bir çoxunun əhalisinin 60 faizə qədəri həlak
olub.
Tarixə görə, Ming sülaləsindən imperator Ciacingin hökmranlığı zamanı baş vermiş yer silkələnmələri MSK (moment magnitude scale) ölçüsünə əsasən təxminən 11 bal gücündə olub. Bu ən güclü zəlzələ və sayca ən dəhşətli 5-ci təbii fəlakətdir. Əsas zəlzələdən sonra altı ay ərzində titrəyişlər davam edib.
Həmin dövrdə yazılan mənbələrdə belə deyilir: Şensi ərazisinin Hua rayonunda çox böyük qətliam yaşandı. Dağlar uçub-dağıldı, çaylar məcrasını dəyişdi, düzənliklərdə təpələr yarandı, bəzi yerlər isə çökərək dərin vadilərə döndü, düzlərdə anidən dərin dərəli arxlar yarandı, ryollar yoxa çıxdı. Nəhayət, yaşadığımız evlər, iş yerlərimiz, bu günədək firilməz olduğunu düşündüyümüz dövlət binaları, insanların sitayiş etdikləri daş məbədlər dağılaraq yerlə bir oldu…
Ən dəhşətlisi isə budur ki, Şensi zəlzələsi Çinin tarixində ən ağır faciə olaraq tamamlanmadı - 1959 və 1961-ci illər arasında baş vermiş təbii fəlakətlərin üç ilində milyonlarla çinli həlak olub.
Ümumiyyətlə, zəlzələlər tarix boyu dünyanın hər yerində dəhşət saçıb, insanları yaratdıqları əsərləri ilə birlikdə məhv edib. Amma bu qorxunc fəlakətlə bağlı qeyd və analizlər 1881-ci ildən etibarən aparılır və bu işə ilk dəfə yaponlar start verib. 2000-ci ildən bu yana isə hazırlanmış müasir cihazlar vasitəsilə zəlzələni anında aşkarlamaq mümkündür.
Şensi fəlakətinin xatirəsindən yola çıxaraq tarixdə baş vermiş bir sıra ən güclü zəlzələlər haqqında qısaca xatırlatma verək:
1. Büyük Çili zəlzələsi – 1960-cı ilmayın 22-də baş vermiş bu hadisə zamanı 5 mindən çox insanın həlak olduğu bildirilir. Rixter şkalası üzrə 9,5 bal gücündə olmuş zəlzələnin episentri paytaxt Santyaqodan 7 yüz kilometr cənubda yerləşən Valdivya şəhri yaxınlığında yerləşib. Hadisə nəticəsində Sakit okeanda yaranan sunami 10 min kilometr aralıdakı Hilo, Havay və Cənubi Afrikanın sahillərini vurub.
2. Hind okeanı zəlzələsi – 2004-cü il dekabrın 26-da baş vermiş yer titrəyişləri episentri İndoneziyanın Sumatra adasının qərb sahillərində yerləşib. Hadisə zamanı okeanın self sularının dibində böyük qraben yaradıb və nəticədə hündürlüyü 30 metrə çatan dalğalar yaranıb. Sunami dörd ölkənin sahillərini basıb və ümumilikdə 230 min insan həlak olub. Ən çox ziyan dəyən və təbii ki. Insan itkisi verən ölkə İndoneziyadır. Ziyanın həcminə görə sonrakı yerləri müvafiq şəkildə Şri lanka, Hindistan və Tailand tutub. 9,3 bal gücündə olmuş bu zəlzələ günümüzədək baş vermiş üçüncü ən dəhşətli təbii fəlakətdir. 8-10 dəqiqə arasında davam edən yer titrəyişləri tarixdə ən uzun çəkən titrəyiş hesab olunur. Zəlzələ zamanı Yer planeti 1 sm hərəkət edib və sakit ocean boyunca Alyaskayadək bütün zəlzələ ocaqlarını oyadıb…
3. Hələb zəlzələsi – Suriyanın şimalında – Hələb şəhəri yaxınlığında 1138-ci il oktyabrın 11-də baş verən bu hadisə zamanı 300 min nəfərin həlak olduğu deyilir.
4. Tangşan zəlzələsi – 1976-cı iliyulun 28-də Çinin Tangşan şəhəri yaxınlığında baş verib. 7,8 bal gücündə olan hadisə nəticəsində 240 min nəfər həlak olub. Titrəyişlər 180 mindən çox binanı yerlə bir edib.
5. Hayyuan zəlzələsi – 1920-ci ildə baş vermiş bu faciə 200 min insanın taleyinə son qoyub. 7,8 bal gtücündə zəlzələ Qansu bölgəsi kimi tanına Lijunbu Hayyuan və Qanyançı darmadağın edib. Təkcə Hayyuanda 73 min adam ölüb, Xici bölgəsindəki Sujiahe kəndi tamamilə yerə batıb. Zəlzələnin təsiri Norveçdə açıq hiss olunub.
6. Haiti zəlzələsi – 2010-cu il yanvarın 12-də paytaxt Porto Prens şəhərindən 25 kilometr aralıda və 7 bal gücündə baş vermiş zəlzələnin ocağı, yerin 13 kilometr dərinliyində yerləşib. ABŞ-ın geoloji araşdırma idarəsi 5 və 5,9 şiddətində 14 əlavə şokların olduğunu da qeyd edib. Hadisə zamanı 100 minədək insan ölüb, 3 milyon nəfərə ziyan dəyib.
7. Xining zəlzələsi – 1927-ci ildə Çinin Xining vilayətində baş verib. 7,9 bal gücündə zəlzələnin 200 min insanın həyatına son qoyduğu deyilir. Hadisə nəticəsində yarım milyondan artıq ev, məktəb və iş yeri dağılıb.
8. Damğan zəlzələsi - 856-cı ildə İranda yaşanan 8 bal gücündə yer titrəmələri 200 min insanı tələf edib.
9. Töhoku zəlzələsi - 2011-ci il martın 11-də 9 bal gücündə zəlzələ və ona bağlı sunami Yaponiyanın Tōhoku bölgəsini xarabaya çevirib. Bu, Yaponiyada yaşanan ən güclü, dünyada isə ilk 5 ən güclü zəlzədən biriidr. Sunami ölkəyə böyük ziyan vurub. 15828 nəfər həlak olub, 3760 nəfər isə ocean sularında itkin düşüb.
10. Kanto zəzlələsi – 1923-cü il sentyabrın 1-də baş vermiş Böyük Kanto zəlzələsi cəmi 4 dəqiqə çəkib. Ancaq bu qısa müddətdə 7,9 bal gücündə zəlzələ nəticəsində 140 minədək insan həlak olub. Kanto bölgəsinin haradasa bütün yaşayış binaları dağılıb.
11. Aşqabad zəlzələsi – 1948-ci il oktyabrın 6-da baş verib. 7,3 bal gücündə olan zəlzələ 110 min nəfərin həyatına son qoyub.
12. Messina zəlzələsi – 1908-ci il dekabrın 28-də baş verən bu zəlzələnin gücü 7,2 bal olub. Nəticədə 100 minədək insan həlak olub.
13. Çihli zəlzələsi - 1290-cı il sentyabrın 27-də Çində yaşanan 6,8 bal gücündə yer titrəyişləri böyük dağıntılara yol açıb, 100 mindən çox insanın ölümünə səbəb olub.
14. Siçuan zəlzələsi – 2008-ci il mayın 12-də Çinin Siçuan əyalətinə bağlı Ngava Tibet-Çiang muxtar vilayətinin Vençuan rayonu ərazisində meydana gələn zəlzələnin gücü 7,8 bal olub. Təxminən 70 min nəfər həlak olub.
15. Kəşmir zəlzələsi – 2005-ci il oktyabrın 8-də Pakistanda yaşanan yer silkələnmələri 1,2 dəqiqəyə yaxın uzanıb. 75 mindən çox insan həlak olub. Ölənlərin 73338 nəfəri Pakistanın, qalan 1400 nəfəri isə Hindistanın payına düşür. Zəlzələnin episentri paytaxt İslamabaddan 95 kilometr şimal-şərqdə yerləşib.
16. Azərbaycan zəlzələsi – 1667-ci ildə baş vermiş 6,9 bal gücündə bu zəlzələ 80 min insanın həyatına son qoyub.
17. Təbriz zəlzələsi – 1727-ci il aprelin 26-da baş verən zəlzələnin gücünə dair dəqiq rəqəm açıqlanmasa da, zərərlərinin böyük olduğu deyilir. 77 min nəfər həlak olub.
18. Lissabon zəlzələsi – 1755-ci ildə baş verən hadisə zamanı 100 minədək insan həlak olub. Zəlzələ okenda sunami yaradıb, titrəyişlər Lissabonun müxtəlif yerlərində güclü yanğınlar törədib ki, bu datəlafatı daha da ağırlaşdırıb.
19. Peru zəlzələsi - 1970-ci il mayın 31-də Yungay bölgəsində baş verən zəlzələnin gücü 8 bal olub. Hadisə nəticəsində sadəcə Yungayda 20 min sakin ölüb.
20. Siciliya zəlzələsi – 1963-cü il yanvarın 11-də İtaliyanın güneyində baş verən yer titrəmələri öz ağır zərbəsini Siciliya adasına vurub. 7,4 bal gücündə zəlzələ 60 min insanın həyatına son qoyub, 70 şəhər və qəsəbə yerlə bir olub.
21. İran zəlzələsi – 1990-cı il iyunun 21-də İranın Mancil-Rudbar bölgələrində yaşanan bu fəlakət 700-dən çox kənd və qəsəbəyə ziyan vurub. 7,4 bal gücündə zəlzələ nətəcisəndə 40 min nəfər həlak olub, 60 min adam da yaralıb.
22. Gölcük zəlzələsi – 1999-cu il avqustun 17-də Türkiyədə yaşanan 7,5 bal gücündə Gölcük zəlzələsi 17480 nəfərin ölümünə, 23781 nəfərin isə yaralanmasına səbəb olub.
23. Nankaydo zəlzələsi – 1498-ci il sentyabrın 20-də Yaponiyanın Nankia bölgəsində baş verən zəlzələnin gücü 8,6 bal olub, 31 min nəfər ölüb və sonda okenda sunami yaranıb.
25. Nepal zəlzələsi – 2015-ci il aprelin 25-də Nepalın paytaxtı Katmandu ilə Pokhara şəhərləri arasında baş verən 7,8 bal gücündə zəlzələ zamanı 6 min nəfər həlak olub, 12 min nəfər də yaralanıb.
26. Ərdəbil zəlzələsi – 893-cü il martın 23-də Ərdəbil şəhəri yaxınlığında şiddətli yer silkələnmələri baş verib. Zəlzələnin gücü dəqiq bilinməsə də, dağıntıların həcmi və 150 min insanın həlak olması onun miqyasını açıq göstərir.
Vüsal
Tağıbəyli
Həftə içi.- 2019.- 24
yanvar.- S.8.