İki oğlu ilə
könüllü cəbhəyə yollanan şəhid Müşfiq
Abbasov
Vətən həsrəti ilə alışıb-yanan Abbasovlar ailəsinin 2 oğlu və ailə başçısı Müşviq Abbasov, tarix yaratmaq üçün Ali Baş Komadanın əmrini gözləyən milyonların bir parçasıydı. Müşviq bəy 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub, qazi idi.
O əmin idi ki, davamız hələ bitməyib, qisasımız qiyamətə qalmayacaq. Elə bu səbəbdən də, övladlarını şanlı qələbəmizin əsgərləri kimi yetişdirmişdi. Sentyabr ayının 27-dən başlayaraq, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ata iki övladı ilə birlikdə könüllü olaraq iştirak edir. Hafta.az Şəhid Müşviq Abbasovun ortancıl övladı, atası ilə çiyin-çiyinə mübarizə aparan Şamil Abbasov ilə müsahibəni sizə təqdim edir:
-Şamil bəy, sizi bir qədər yaxından tanıyaq. Zəhmət olmasa özünüz və ailəniz haqqında bizi bilgiləndirərdiz.
-Atam 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal-Gülablı
kəndində anadan olub. Məcburi köçkün ailəsində doğulub böyümüşəm. Əvvəl Mingəçevir rayonunda yaşasaq da, sonralar, hələ biz uşaq ikən ailəmiz Bakıya köçdü. Mən 31 yanvar-2000-ci ildə,
qardaşım İntiqam
isə, 31 mart 1998-ci ildə
doğulub, balaca qardaşım 17 yaşındadır.
-Necə oldu ki, atanız və qardaşınızla
könüllü olaraq
cəbhəyə yollanmaq
qərarına gəldiniz?
-Tovuz döyüşləri
zamanı böyük
qardaşımla mənim,
yaxın dostumuz Rəşad Mahmudov şəhid oldu. O şəhid olduğu gecə qardaşımla birlikdə hərbi komissarlığa könüllü
olaraq müraciət etdik, amma, bizi
götürmədilər. Elə
o vaxt atam dəqiqləşdirmişdi ki,
narahat olmayın, çox az
qalıb yaxında onsuzda səfərbərlik
olacaq və hər birimiz gedəcəyik. Çox çəkmədi ki, döyüşlər başladı. Sentyabr
ayının 26-sı atama zəng gəldi. O, 1 ci Qarabağ müharibəsində köhnə
kəşviyyat komandiri
olub. Zəng gələndə isə qardaşımla birlikdə rayonda idilər, elə birbaşa olaraq oradan cəbhəyə yollandılar.
-Yəqin ki, bu qədər vətənpərvər böyüməyinizdə
atanızın rolu böyükdür.
-Bəli, hələ biz uşaq ikən evdə söhbətlər
gedirdi ki, bir gün müharibə
başlasa hər birimiz cəbhəyə yollanacağıq. Atam qardaşlarıma
və mənə balaca vaxtından silah tutmağı, güllə atmağı öyrədib. Bizi hər
zaman müharibə üçün hazırlayıb.
Buna görə də, həm mənim, həm də qardaşlarımın
bu qədər vətənpərvər yetişməyimizdə
atamızın rolu əvəzsizdir. Hər zaman
bu ruhda tərbiyə almışıq.
Vətən sevgisini böyüklərimizdən
görüb götürmüşük.
Onun üçün hər şeydən öncə vətən gəlirdi.
Bizi də elə böyütdü. Kəndimiz işğal altında
olduğu üçün,
atamın ən böyük arzusu, ora ilk ayaq basanlardan
olmaq idi. Qismət olmadı. Amma biz öz doğma
kəndimizə köçüb
burada yaşamağı
düşünürük.
-Dediniz, siz atanızla
birgə döyüşmüsüz,
o şəhid olanda da yanındaydız?
-Döyüşlərdə atamla
birgə iştirak etdik. Böyük qardaşım bizimlə
deyildi. O kəşfiyyatçı
olduğundan, cəbhənin
başqa istiqamətində
gedən əməliyyatlarda
iştirak edirdi. Atam şəhid olarkən yanında idim, nəşini səngərdən mən
çıxarmışam...
-Yəqin ki, atanız döyüşlərdən
öncə həm sizinlə, həm də qardaşınızla
bu barədə danışıb, təcrübələrini
bölüşmüşdü.
-Bəli, biz hər zaman bu haqda
söhbətlər etmişik,
amma, heç vaxt düşünməzdik
ki, hansımızsa şəhid olarıq. İçimizdə belə bir narahatlıq olmayıb.
Mən atamla birgə Ağdamda idim, qardaşım isə Goranboy, Murov dağ istiqamətindəki
əməliyyatlara gedirdi.
Onu yola salanda, atam
bizə ehtiyatlı olmağı tapşırdı.
Birlikdə döyüşlərə girəndə isə, məni və digər döyüş yoldaşlarımızı məlumatlandırırdı.
Deyirdi səbirli olmaq, yanındakı vurularsa özünü ititməmək,
təmkinli davranmaq lazımdır. Bizimlə elə
bir xüsusi söhbəti olmadı.
Bircə
döyüşə gedəndə
mənə onu söylədi ki, "böyük qardaşın
da çətin yerdədir, bizdə... mənə bir şey olsa, çalış özünü
itirmə, səndə
vurulsan mən bu cür davranacam.
Səbirlə döyüşü
davam etdirmək lazımdır".
- Bilirəm bu bir qədər çətin olacaq. Amma, bilmək istəyərdik,
atanızın şəhid
olduğu anları necə xatırlayırsınız?
-Xəbər gəldi ki, düşmən postumuza basqın edib. Bu zaman atam 10 nəfərlik dəstə yığdı və biz silahlanıb posta tərəf getdik. Səngərdə, postun girişində dayandıq. Özü də daxil olmaqla 3 nəfər irəli getdilər. Məni isə, yerdə qalanlara başçı təyin etmişdi. Son tapşırığı da bu oldu ki, səngərə düşmənin başqa dəstəsi girməyə çalışsa onlara atəş açaq. Ardınca, özü, dostu həm də qohumumuz olan Elşən Hüseynov və Sadiq Paşayevlə (leytenant və tağım komandiri) birlikdə səngərə girdilər. Üstündən 7-8 dəqiqə keçdikdən sonra tibb işçiləri gəldi. Əvvəlcə şübhələndim, dedim birdən gələn düşmən olar. Ona görə də, onları yoxladıq, bildirdilər ki, yaralıları çıxarmağa gəliblər. Bu vaxt atamla əlaqə yaratmağa çalışdım, amma, mümkün olmadı. Daha sonra Elşən əmi (Elşən Hüseynov) ağlaya-ağlaya yanımıza gəldi. Dedi ki, Müşviqi vurdular. Mən səngərə doğru qaçsam da, buraxmadı, qolumdan tutub dedi ki, "Onsuz da, vəziyyət çətindir, düşmən bizə çox yaxındır. Gözlə birlikdə gedərik". Daha sonra, kəşfiyyatçılarımız gəldilər. Səngərdən şəhid və yaralılarımızı çıxarıb tibb işçilərinə təhvil verdik. Qarşıma çıxan ikinci şəhid atam idi... 5 oktyabr saat 9-a 10 dəqiqə qalmış atam döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu...
-Atanızın dəfnində iştirak edə bildiniz?
-Atam şəhid olduqdan sonra, onu dəfn etmək üçün mən də Bakıya gəldim. 3 mərasiminə qədər qardaşım İntiqam da, bizimlə iştirak etdi. Daha sonra o, cəbhəyə yollandı, məni isə, aparmadılar.
-Atanız şəhid olduqdan sonra rəsmi qurumlardan ailənizə hansı dəstəyi gördünüz?
-Heydər Əliyev Fondundan gəlmişdilər, sağ olsunlar köməklik gösrərdilər.
Bəli, uşaqlıqdan Vətənə olan bağlılığı, sevgisi ilə övladlarına örnək olan ata, gedişi
ilə də, həm onların həm də, bütün
Azərbaycan xalqının qəhrəmanına çevrildi. Biz bu torpaqlar uğrunda
qanları ilə dastanlar yazan
şəhid və qazilərlə dolu bir millətin nümayəndəsiyik. Tarix boyu qəhrəmanlarından
ilham alaraq yetişən
oğullar, bu gün özləri tarix
yazdılar. Allah bütün
şəhidlərimizə rəhmət, qazilərimizə can
sağlığı versin.
Banu
Həftə içi.- 2020.- 10-16 dekabr.- S.10