18-ci payızında Vətən uğrunda canından keçən Şəhid
Pərviz Novruzov
27 sentyabr 2020-ci il -Böyük Vətən müharibəsinin başladığı, ölkəmiz, dövlətimiz və xaqlımız üçün yeni bir tarixin yazıldığı həmin o gün... Müharibə başladığı ilk saatlardan, Qarabağ və ətraf rayonların göstərildiyi bir xəritə var idi. Bu xəritədə demək olar ki, hər keçən gün, orudumuzun irəliləməsi göstərilir, yeni-yeni ərazilər yaşıl haşiyəyə alınırdı. Təəssüf ki, qələbə itkisiz qazanılmır. Bizim zəfərimiz də, 2783 igid Vətən övladının qanı ilə əldə olundu. Növbəti qəhrəmanımız 18 yaşlı Pərviz Novruzov torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş yüzlərlə igidimizdən biridir.
O, 2 fevral 2002-ci ildə, Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. Ailənin kiçik övladı idi, özündən böyük bir qardaşı var. O, 2008-ci ildə, Mərdan Quliyev adına kənd məktəbində birinci sinifə yollanır, 2019-cu ildə isə, orta məktəbi bitirir. Elə həmin il, Şamaxı Dövlət Regional Kollecinə qəbul olur. Pərbiz, kollec təhsilinə davam edə bilmir, növbəti il hərbi xidmətə yollanır. Beləcə qəhrəmanımız uşaqlıq arzularına doğru ilk addımlarını atır. 3 oktyabr 2020-ci il, 18 yaşlı Pərviz Novruzov Böyük Vətən müharibəsinin şəhidi, milyonların qəhrəmanına çevrilir...
Hafta.az şəhid Pərviz Novruzovun yaxınları ilə olan müsahibəni sizə təqdim edir.
-Mən torpaqlarımızın alınmasında iştirak edəcəm, biz Qarabağı azad edəcəyik.
-Ay oğul, müharibə var ki, sən döyüşəsən?
-Mən gedəndə olacaq. Lələtəpəyə gedib orda şəhid olacam.
-Bala, niyə elə danışırsan, niyə ürəyimi partladırsan?
-Şəhid olmağın
nəyi pisdir ki?! Mən şəhid
olub sizin adınızı ucaldacam...
Şəhid Anası Afaq Novruzova deyir ki, oğlum elə bil bu
günləri əvvəlcədən
bilir, bizi də yavaş-yavaş öz yoxluğuna alışdırmağa çalışırmış.
O, çox vətənpərvər
uşaq olub. Bu söhbət, Pərviz hələ hərbi xidmətə yollanmamışdan
əvvəl aramızda
keçib:
"Oğlum aprel
ayında çağırılmışdı,
pandemiya ilə bağlı bir ay gec aparıldı. Mayın 7-si hərbi
xidmətə yollandı.
Xidmətinə Fizuli rayonunun Şükürbəyli
kəndində davam
edirdi. And içmə
mərasimində iştirak
edə bilməmişdik.
Sonuncu dəfə avqustin 23-ü
görüşmüz oldu.
Daha sonra isə, zəngləşirdik".
Ana bildirir ki, oğlumun uşaqlıqldan
bir arzusu var idi, Lələtəpəyə
getmək. Elə hey söyləyirdi ki, mən Lələtəpəyə
gedəcəm. Biz onun görüşünə
gedəndə, gördüm
ki, xidmətdə olduğu hərbi hissə dağların arasındadır. Dedim
ki, "ay oğul çox Lələtəpə,
Lələtəpə deyirdin,
deyəsən gəlib çıxmısan".
Orada mənə sevincək halda, Lələtəpəyə də,
getmişdik cavabını
verdi. Pərviz
hər zaman, işğal altındakı
torpaqlarımızın həsrətində
olub, buranı görmək, azadlığı
uğrunda gedən döyüşlərdə iştirak
etmək istəyirdi. Hərbi xidmətə yollanmamışdan
öncə, instaqramından
da paylaşmışdı
ki, Qarabağı qaytarmaq yox, ona doğru getmək, xarı bülbülün qisasını
almaq lazımdır".
Afaq xanımın sözlərinə
görə, Pərviz
ailə narahat olmasın deyə, döyüşlərə getdiyini
belə onlardan gizlədib.. O, sən demə, bu gənc yaşında,
düşmənlə üz-üzə olmağına
baxmayaraq ailəsinin də qayğılarını
çəkirmiş.
"Döyüşlər başlayandan sonra, sentyabr ayının 28-i və 30-u telefonla danışmışıq. Biz nigaran qalmayaq deyə, heç birində müharibədə
iştirak etdiyini demədi. Elə hey vurğulayırdı ki, narahat olmayın
hər şey yaxşı olacaq. Soruşurdum ki, "siz də
döyüşlərdəsiz". Boynuna almırdı deyirdi yox. Bizi döyüşə aparmayıblar.
Şəhid xəbəri gələndə
də, mən çaş-baş qaldım.
İnana bilmirdim, axı Pərviz ön cəbhədə deyildi..."
Evdən ona dəfələrlə kolleci bitirib, daha sonra xidmətə yollanması üçün israr edilsə də, Pərviz bunların heç birinə məhəl qoymayıb. Çünki onun ürəyi Vətəni üçün döyünürdü:
"Deyirdi ki, mənə hər şeydən vacib əsgərlikdi, qayıtdıqdan sonra təhsilimə davam edərəm. Çox istəyirdi ki, buranı bitirib, paytaxtdakı universitetlərdən birinə daxil olsun. Futbola da böyük marağı var idi. Uşaqlıqdan kəndlər arası futbol yarışlarında iştirak edirdi".
Ana söyləyir ki, Pərviz bir başqa övlad idi. O bütün ailənin sevimlisi, mənim balaca balam idi:
"Hər kəsə
öz övladı şirin gəlir deyirlər. Amma, mənim iki
övladım var. Pərviz
balaca olmağına baxmayaraq qardaşından daha istiqanlı olub. Tək mənə yox
bütün ailəyə,
qohum-əqrəbaya əziz
idi".
Daha sonra, şəhidin bibisi qızı, Ağayeva Mənsumə xanımla da həmsöhbət olduq. O bildirir ki, Pərvizlə bir yerdə böyümüşük,
çox vicdanclı və mərhəmətli
uşaq olub. Vətəni isə hər şeydən çox sevirdi:
"Pandemiya ilə bağlı, əsgərliyə
1 ay gec aparıldı,
bu müddətdə çox böyük
narahatlıq keçirmişdi.
Hərbi xidmətə
getmək üçün
can atırdı. Ürəyi hər
zaman vətən eşqi ilə döyünürdü. Heç vaxt
qəlb qırmazdı,
bir dəfə də olsun biz ondan acı söz eşitməmişik".
Sanki bütün
qəhrəmanlar bir-birinə bənzəyir. Hər biri Vətən üçün
doğulur, yaşayır, gedişi ilə
onu bir qədər də
uca tutur. Neçə-neçə
Pərvizlərin qanı ilə suvarılmış
torpaqlarımızda bundan sonra Xarı bülbül bizim üçün çiçək açacaq. Ruhun şad olsun gənc əsgər.
İndi Xarı bülbül
azaddır. Sən Qarabağa doğru getdin, bu yolda ən uca məqama ucaldın.
Banu
Həftə içi.- 2020.- 17-23
dekabr.- S.10.