“Bu qələbəyə inam olmasaydı,
çoxdan ürəyimiz partlayardı”
Bu gün I Qarabağ savaşından Vətən Müharibəsinə gedən 30 illik yolda Azərbaycan əsgərinin nələrdən keçdiyinə diqqət çəkəcəyik. Vətən Müharibəsinə 1-ci Qarabağ savaşından baxan döyüşçünün keçdiyi döyüş yolu nə qədər ağır olsa da, bu gün o, Qələbə sevinci bütün təəssüf hisslərini üstələyib. Təbii ki, tarix unutqanlığı sevmir və bu günün hərbi zəfəri tarixin verdiyi dərslərin nəticəsi olaraq yada salınacaq.
Beləliklə, Həftə içi”-nin budəfəki qonağı Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri, II qrup müharibə əlili, ehtiyatda olan zabit Fizuli Rzaquliyevdir.
Keçmiş döyüşçü, 1989-1991-ci illərin təlatümlü illərini yada salaraq, heç vaxt unudulmayacaq xatirələrini dilə gətirib.
“Biz o vaxt meydan hərəkatına qoşulmuşduq. Sonra düşmənlə mübarizədə bunun əsas çıxış yolu olmadığını gördük. 1991-ci ildə belə bir tələb qoyuldu ki, ordu yaradılsın. Həmin il oktyabrın 19-da fərmanla ilk könüllü döyüşçülər yığışmağa başladı. Təbii ki, o vaxt orduya könüllülük prinsipi ilə gedirdik. Ordunun yaradılmaması üçün rəhbərlik səviyyəsində də ciddi maniələr var idi. Ölkənin rəhbəri Ayaz Mütəllibov idi. Könüllülərə “yer yoxdur”-deyib, hərbiyə qəbul etmirdilər. Amma biz özümüz 1991-ci il noyabr ayının əvvəlində məcburən Şıxov deyilən əraziyə yığışıb, rus əsgərlərini ordan çıxartdıq. Amma nə paltar var idi, nə silah, nə yemək...Bütün bunların hamısını hissə-hissə, hansısa yollarla əldə edə-edə, birinci Şıxov desant hücum birqadasını yaratdıq. O vaxt zabitlər çatışmırdı. Biz yanvar qırğınından sonra rus ordusundan imtina etmiş zabitlər idik”.
F.Rzaquliyev deyir ki, o vaxt kiminsə könüllü orduya, döyüşə getməsi özü bir qəhrəmanlıq idi. Çünki o, hara getdiyini, ona nə ola biləcəyini yaxşı anlayırdı...
“O döyüşlər haqqında çox danışmaq olar. Bizim çoxlu qalibiyyətli döyüşlərimiz olub, uduzulmuş döyüşlər də olub. Amma nəticə bəllidir. Biz bilirdik ki, döyüşü uduzsaq da, məğlub olmamışıq. Bilirdik ki, hələ müqəddəs müharibə qabaqdadır. Və nəhayət ki, o müqəddəs savaş oldu”.
F.Rzaquliyev deyir ki, o vaxt ilk döyüşləri Şaumyan kənd ərazisində olub.
“Döyüşə bölük, tağım, batalyon şəklində gedirdik. O döyüşlərdə əsgərlərimiz böyük qəhrəmanlıq nümayiş etdirirdi. Biz orda xeyli erməni məhv edib, əsir götürdük. Daşaltı döyüşündə uduzduq. Mən məğlub olduq deməzdirm, çünki ermənilərdə də çoxlu tələfatlar vardı. O döyüşdə igidlik göstərən əsgərlərim var idi. Onlarə mütləqq deməliyəm: Zaur Cəfərov əsir düşməmək üçün axırıncı patronunu öz sinəsinə sıxmışdı. Rövşən Xəliov var idi, yaralanmışdı, ermənilər onu əsir götürmək istəyəndə F1 qumbaranı partladıb özü ilə birlikdə çoxlu erməni öldürmüşdü. F1-in qəlpələri 250 metr radiusda səpələnir. O, qumbaranı çəkərək özünü də, erməniləri də məhv etmişi...
Sonra, Rəhim Qazıyev könüllü dəstələri ləğv elədi. Bu səhv addım idi. Amma oldu və döyüşdə tək zabitlər qaldıq. Biz yeni gələn 18 yaşlı əsgərləri götürüb təzədən təlim, tədris keçir, onlarla döyüşə gedirdik. Sonradan rəhbərlik gördü ki, səhv ediblər, təzədən könüllüləri döyüşə cəlb elədilər.
Könüllülərin çoxu bu hadisədən incidi, çox adam hərbi hissədən çıxıb getmək istədi, hətta göz yaşı da axıtdılar ki, biz döyüşməyə gəlmişik, öldürməyə, ölməyə bizə niyə imkan vermirlər. 18 yaşlı əsgərlər də gözəl döyüşürdülər. O vaxt mənim özümün də 31 yaşım var idi, 3 körpə uşağı geridə qoyub getmişdim. Amma bununla belə gənc əsgərlərin itkilərini qəbul edə bilmirdim. O vaxt bizim birqada komandiri rəhmətlik Zaur Rzayev idi, ölümündən sonra ona general rütbəsi verdilər. Mən sonra könüllülərə müraciət elədim. Onlarla döyüşmək rahat idi, hətta bəzilərinin döyüş təcrübələri var idi. Döyüşə nə üçün, hansı məqsədlə gəldiklərini daha yaxşı bilirdilər”.
Ağdərədə bir neçə kəndin azad edilməsindən sonra Laçına qərargah rəisi gedən F.Rzaquliyev komandir Süleyman Əhmədovun komandanlığı altında 713-cü batalyonun rəşadətli döyüş yolundan danışıb. Onun sözlərinə görə, könüllülər Laçının 42 kəndində uğurlu döyüşlər keçirsələr də, sonradan həmin hissəni Laçından geri qaytarıblar.
“Orda “Vəng”
deyilən bir əməliyyat oldu. Bunu
döyüşçülərimiz yaxşı bilir. O
yerlərlə bağlı müəmmalar bu günə qədər
qalır. Mən orda yaralandım, bundan qabaq da
yüngül xəsarətim var idi. Məni
qospitala yerləşdirdilər, müalicə alıb yenidən
döyüşə qayıtdım. Sonra mənə
arxada işləməyi təklif elədilər, götürmədim,
təxris olundum. Artıq 1994-cü ildə təxrislər
başlandı”.
Ehtiyatda
olan zabit deyir ki, təxris olunduqdan sonra Azərbaycan Vətən
Müharibəsi Veteranlar İctimai Birliyini yaratmağa qərar verdi. Onun sözlərinə görə, o vaxt bu təşkilatın
adını qoyanda çoxlu ağız büzənlər
olub. Hətta təşkilatı Ədliyyədən
qeydiyyatdan keçirməyiblər ki, təşkilatın
adında olan “Vətən Müharibəsi” sözü
çıxarılsın.
“Deyirdilər ki, təşkilatın adını
“Qarabağ mahribəsi”, yaxud, “Partizan müharibəsi”
qoysanız, qeydiyyata alarıq. Biz də dedik, ay kişi, Qazaxda
döyüş gedib, Tovuzda gedib, Naxçıvanda gedib
Laçında gedib,.. hamısı
vətən deyil?!. Və təkidlə təşkilatı
istədiyimiz qaydada qeydiyyada aldırdıq. Və bu gün təşkilatımızın 68 minə
yaxın üzvü var. Bəli, biz o döyüşləri
uduzduq, amma məğlub əsgər olmadıq. Bu gün
əldə olunan Qələbənin rüşeymləri o əsgərlərin
qanları, canları, igidlik mübarizəsi ilə qoyuldu, bəsləndi...
Çox şükür ki, bu 44 günlük müharib ona can
verdi. Şükürlər olsun ki,
Prezident başda olmaqla, hamı bu döyüşü Vətən
Müharibəsi adlandırır”.
1 Qarabağ müharibəsi ərəfəsində imperialist qüvvələrin Azərbaycana qarşı məxvi planlar hazırladığını deyən keçmiş döyüşçümüz, heç bir gücün vətən oğullarının mübarizlik əzmini qıra bilmədiyini önə çəkib.
“O vaxt Azərbaycanın məhv edilməsi planı var idi. Biz rusa qarşı vuruşurduq... Biz bu atəşkəs dövründə sakit oturmadıq. Məktəblərdə, ali təhsil ocaqlarında, şəxsi həyatda harda olduq təbliğat, təşvbiqat işimizi apardıq. Çox şükürlər olsun ki, gözlədiyimiz gün gəlib çıxdı. Prezident ilk səfərbərlik elan edəndən sonra hamı çox ruh yüksəkliyi ilə qeydiyyatdan keçdi. Təbii ki, böyük əksəriyyət döyüşə götürülmədi. Amma əlimizə silah alıb döyüşməsək də, bizim şöbələrimiz, əsgərlərimiz bütün cəbhə boyu çox böyük fəallıq göstərdilər.
Mən özüm də həmişə döyüş bölgələrinə gedən bir zabit kimi, müharibə başlayanda da tez –tez cəbhəyə, əsgərlərimizin yanına gedir, öz dəstəyimizi verməyə çalışımışıq. Sizə verdiyim şəkli də Kəlbəcər tərəfdə çəkdirmişdim. Vətən müharibəsində gedən bu döyüşlərdə iştirak edənlərin yarıdan çoxu veteran və şəhid ailələrinin uşaqlarıdır. Damardan axan döyüşçü qanı özünü göstərirdi. Deyir, “Aslanın balası, aslan olar”.
Bu gün biz döyüşə buraxılmasaq da, hərbi geyimlərdə cəbhə bölgələrində oduq. Sovqat apardıq, təlimlərimiz, görüşlərimiz oldu. Sentyabrın 24-dən oğlum Elçin Rzaquliyev də ehtiyatda olan zabit kimi döyüşə gedib. Bu günə qədər şərəfli bir döyüş yolu keçdi, hələ təxris olunmayıb”.
Fizuli Rzaquliyev deyir ki, 1-ci Qarabağ döyüşlərindən Vətən Müharibəsinə baxanda bir fərqi görür. Deyir ki, o zaman döyüşə qatılan könüllülər, əsgərlər hər biri vətənin azadlığı naminə canlarından keçməyə hazır idilər və torpaqların azadlığı hər şeydən öndə dayanırdı.
“Bu gün orduya baxanda daha çox qürurlanrsan. Sağ olsun cənab Prezident, Allah Ordumuzu qorusun! Allah vətənpərvər
insanlarımızı qorusun! Bu müharibədə Azərbaycana
mənəvi dəstək olan dost dövlətlər -
Türkiyəmiz, Pakistan, İsrail, Əfqanıstan sağ
olsunlar! Bu gün vahid komandanlıq var və
öz işini gözəl icra edir. Əsgərlərimizin
ruh yüksəkliyi və müasir silahlar, döyüşün qalibiyyətlə başa
çatmasında əsas amillərdən biridir. Xalq da öz dəstəyini
əsirgəmədi. Bu Vətən Müharibəsi müasir
döyüş tarixinə, dünya hərb tarixinə yenilik
gətirdi. Dünyanın hərbi ekspertləti
rayonlarımızın işğaldan azad olunması ilə
bağlı keçirlən əməliyyatları indi də
öyrənməyə çalışırlar. Bu müharibədə
hərb tarixinə qızıl hərflərlə yazılan
döyüşlər oldu.
Nə qədər nəfəsimiz var,
şəhidlərimizi unutmamalı, gələcək nəsillərə
Vətən Müharibəsinin mahiyyətini, əzəmətini
təbliğ, təşviq etməliyik. Çünki
qarşımızda məkirli düşmənlər var”.
Fizuli Rzaquliyev deyir ki, 1-ci Qarabağ müharibəsinin
iştirakçılarına məğlub əsgər deyib
onları qınayanlar prosesləri, həqiqəti dərk etməyənlərdir. Onun sözlərinə
görə, o adamlar hətta bu gün dünyanın heyrətlə
izlədiyi Vətən Müharibəsində əldə
olunan qələbəyə də ağız büzürlər.
Döyüşçü deyir ki, heç kim
risk edib mənim yanımda əsgəri qınaya bilməz.
“Çünki mənim döyüş yolumu bilirlər. Mən o ağzını büzüənlərdən
soruşuram: sən döyüşdə iştirak etmisənmi,
kiminlə döyüşümüsən, Madafiə
Nazirliyinın fonduna nə qədər pul
köçürmüsən, sən nə etmisən bu vətən
üçün...Ondan sonra ağzırlarını yumurlar. Mən tədbirlərdə etdiyim
çıxışlarımda həmişşə əsgərlərimə
deyirdim ki, Şuşada görüşənə qədər.
İndi əsgərlərim deyir, komandir, Şuşa
alındı indi nə deyirsən. Deyirəm,
indi də İrəvanda görüşənə qədər.
Biz
döyüşlərdə yaralanmışıq, fiziki məhdudiyyətlərimiz
yaranıb, amma o döyüşçü ruhumuz qalır, ruh
axırda ölür... Mən Azərbaycan gəncliyinə
həmişə cavanlara deyirəm ki, ruhunuzu yüksək
tutun. Bugünkü qaliblərimiz o cavanlarıdır. Bu özü böyük xoşəxtlikdir. Allah Prezidentin canını sağ eləsin, o
böyük fatehdir. Biz bu günü
gözləyirdik.
Son 200 ildən yuxarı bir tarixdə
Ali Baş Komandan yeganə fatehdir ki,
Azərbaycanın işğalda olan torpaqları geri
aldı. Biz ona qədər
də Ali Baş Komandanın sadiq əsgərləri
olmuşuq və bu gün də əsgərik. Bu qələbəni gözləyirdik və
inanırdıq. Çünki bu qələbəyə inam
olmasaydı, çoxdan ürəyimiz partlayardı. Allah dövlətimizi, millətimizi qorusun.
Azərbaycan
yeganə dövlətdir ki, bütün sərhədlərində
öz torpaqları ilə əhatə olunur- Dərbənd,
Borçalı, Qərbi Azərbaycan, Cənubi Azərbaycan...
Hədəflərimiz yerdə qalan ərazilərimizin azad olunmasıdır.
Qərbi Azərbaycanda erməni olmayıb, torpaqlarımızı rusun əli,
farsın köməkliyi ilə alıb erməniyə veriblər.
Biz bu gün düşmən əsarətində
olan torpaqlarımızın iddiasını, davasını
edirik. Gələcək nəsillər
üçün təbliğat, təşviqat işlərimizi
davam etdirməliyik. Ermənilər bura gəlməlidir.
İndi bizim torpaqarı öz adlarına
çıxmaqla deyil”.
Ehtiyatda olan zabitimiz deyir ki, o, həmin döyüşlərdə bir fərd kimi düşməndən qisasını alıb. Deyir ki, ailədə üç qardaş olublar, üçü də döyüşə gedib. Böyük qardaşı, kiçik qardaşı da müharibə əlilidir. Fizuli müəllim deyir ki, o çətin vaxtlarda kiçik qardaşı Xəqani Rzaquliyev BDU-da oxuyurmuş. İki qardaş evdə körpə uşaqları qaldığına görə düşünüblər ki, kiçik qardaşları arxada qalıb ailəyə dəstək olar. Amma Xəqani Rzaquliyev qiyabiyə keçərək müharibəyə gəlib və döyüşdə iştirak edən qardaşlarından qabaq yaralanıb. Kiçik qardaş döyüşlərdə yaralanan ilk jurnalist olub. Fizuli müəllim deyir ki, bu bir Azərbaycan oğlunun, kişisinin vətəndaşlıq borcudur. Bu vətən sevgisi qandan gəlir.
“Döyüşlərdə o qədər hadisələr,
maraqlı epizodalar olub ki, hansını deyim, nəyi deyim,
bilmirəm. Elə 2 gün qabaq, Kəlbəcərə gedəndə
maraqlı bir hadisə oldu. Kəlbəcərdə
1991-ci ildə döyüşdüyüm Gena ləqəbi əsgəri
gördüm. Bu çox gözəl təəssürat
yaratdı məndə. Mən bir komandir kimi daim əsgərlərin
yanında olurdum. Ona görə də məni harda
görürlər, “konandir” deyib, hər an əmrə tabe
olduqlarını göstərirlər. Mən komandir olanda 31
yaşında idim, amma 52 yaşında da əsgərim var idi. Amma
hamının ürəyində bir vətən sevgisi,
hamıda bir nizam var idi. Mən heç
vaxt özümü tabeçiliyimdə olan əsgərimdən
seçməmişəm. İstər yemək
vaxtı, istər döyüş vaxtı. Elə olub ki, maykamı cırıb hansısa əsgərin
yarasını bağlamışam. O vaxt tibbi ləvazimatlar
çatışmırdı. Hətta bir dəfə
sarğı olmadığına görə, barmaqlarımla
güllə yerlərini sona qədər tutmuşam ki, qanaxma
olmasın. Həmin o yaralı əsgər,
indi də sağdır”.
Komandir deyir ki, 1 Qarabağ döyüş yolu keçən
könüllülərin hamısı onun qəhrəmanlarıdır.
“Mən də onlar üçün bir qəhrəman
idim. Heç nəyə baxmadan Vətəni hər
şeydən uca tutanlar qəhrənmanlardır”.
Fizuli müəllim deyir ki, döyüş, hərbi xidmət
tamam başqadır. Olan oldu, geçən
keçdi, şükür bu günə...
“Daşaltı döyüşündə bir
erməniyə güllə atdım yıxıldı, sonra
durdu aradan çıxdı. Nə qədər atdım dəymədi.
Həmişə ona heyfslənirəm. Onun heyfini başqa
döyüşlərdə aldıq, amma nədənsə, o
hadisəyə həmişə heyfslənirəm. Elə xatirələr
var ki, onu danışa bilmirik.
Bir də ona təəssüf edirdim ki, o vaxt bizim döyüşlərimiz
yarımçıq qaldı.
Amma şükürlər olsun ki, bu 28 ildə
gördüyümüz işlər hədər getmədi.
Bax, bu gün Azadlıq Meydanında baş tutan Qələbə
Paradı bütün döyüşçülərin ən
ali arzusu kimi bu gün gerçəkləşir. Bu
böyük qürur, xöşbəxtlikdir. Şükr
Allaha. Yaşasın Ali Baş Komandan, Ordumuz, Xalqın Birliyi!
Tahirə
Həftə içi.- 2020.- 17-23
dekabr.- S.9.