Rusiyada erməni mafiyası Prezident Putini təkləyib  

 

 

Azərbaycandan, Türkiyədən üz döndərən, Qarabağ məsələsində bir daha ermənilərə dayaq durmaq istəyən Rusiyanın yeni faciələrlə üzləşəcəyi şəksizdir

 

Politoloq Cümşüd Nuriyev “Həftə içi”nə müsahibəsində 10 noyabr üçtərəfli bəyanat-razılaşmasına əsasən Qarabağa daxil olmuş Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında əsasən erməni işğalçı və separatçılarının xeyrinə ziddiyyətli və təxribat xarakterli addımlar atmasının səbəbləri, həmin addımların rəsmi Moskvanın müxtəlif dairələri ilə bağlılığı, Azərbaycan-Türkiyə birliyinə qarşı qeyri-səmimi siyasət nümayiş etdirənlərin perspektivsiz bir gələcəklə üzləşəcəyi  s. haqda danışıb.

 

- Cümşüd bəy, sizcə, Azərbaycan tərəfi öncədən Qarabağa daxil olacaq Rusiya sülhməramlıları qarşısında  konkret şərtlər qoya bilməzdimi?  Məsələn, Azərbaycan dövlətinin tanımadığı, üstəlik, barələrində cinayət işi qaldıraraq İnterpola verdiyi separatçı rəhbərlərlə problemlərin müzakirəsi üçün tərəf kimi görüşmək olmaz,  tərtib olunan xəritələrdə Azərbaycan ərazilərindəki toponimlər (məsələn, “Stepanakertyox, Xankəndi, “Mardakertyox, Ağdərə və s.) ermənilərin adlandırdığı kimi yox, respublikamızın rəsmi dövlət xəritələrində olduğu kimi adlandırılmalıdır və s.

 

- Təəssüf ki, öncədən belə şərtləri qoymaq mümkün deyildi. Ona görə ki,  10 noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir. Bu cür şərtlər qoyulması üçün üçtərəfli hüquqi-siyasi saziş də imzalanmalıydı. Belə bir saziş olmadığı üçün deyilən şərtləri qoya bilmərik, amma başqa bir məsələni qoya bilərik.

 

Beynəlxalq hüquqda sülhməramlıların haraya yerləşdirilməsindən asılı olmayaraq, səlahiyyət və vəzifələri var. Rusiya sülhməramlıları Azərbaycan ərazisində həm səlahiyyətlərini aşdılar, həm də öz vəzifələrini icra etmədilər. Bunların əsas vəzifəsi 5 km.-lik Laçın “dəhlzi”ndə ermənilərin sərbəst gediş-gəlişini və Azərbaycan Ordusunun nəzarətində olmayan ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etməkdir. Rus hərbçiləri Hadrutun iki kəndi ilə bağlı səhv gördülər, aləmi qatdılar. Bu, Rusiyaya başucalığı gətirmədi və o, səhvini düzəltməyə məcbur oldu. Burada Azərbaycan dövlətinin iradəsi də özünü göstərdi. Bundan əlavə, Ağdamın Papravənd kəndində post qurublar. Orada nəinki Ermənistan bayrağı, üstəlik, heç həmin işğalçı ölkənin də tanımadığı separatçı rejimin əsgi parçası da asılıb. Bu, yolverilməzdir...

 

- Rusiya sülhməramlılarının təxribat xarakterli addımlarını necə təsnif etmək olar?

 

- Beynəlxalq hüquqa görə, hansısa sülhməramlı qüvvə daxil olduğu ölkə ərazisinin bir hissəsinin ona məxsus olub-olmaması iddiasını irəli sürə bilməzlər. Onların vəzifəsi yalnız sülhü təmin etmək olmalıdır. Amma Rusiya sülhməramlıları aşağıdakı səhvlərə yol verdilər.

 

Birincisi,  dediyim kimi, rus hərbçilərinin nəzarət etməli olduğu ərazilərdə həm işğalçı Ermənistanın, həm də separatçı rejimin bayrağı var.

 

İkincisi, general  Rüstəm Muradovun Azərbaycan dövləti tərəfindən cinayət işi açılaraq İnterpola verilmiş tanınmayan bir qurumun başçısı ilə görüşərək onunla  yerlərdəki probelmlərin həllini müzakirə etmək, belə separatçıların Ermənistana gedib-gəlməsinə şərait yaratmaq  s. ixtiyarı yoxdur.

 

Üçüncüsü,  sülhməramlılar ərazidə təsərrüfat işləri ilə məşğul ola bilməz. Amma bunlar Xankəndində evləri bərpa edir,  gedib Xocalıda ermənilərə məktəb təmir edir, qaz, su, işıq təminatının bərpasıyla məşğul olurlars.

 

Dördüncüsü, sülhməramlılar olan əraziyə həmin qüvvələri təmsil edən dövlətin FHN-in daxil olması və orada müxtəlif bərpa-təmir işləri ilə məşğul olması da yolverilməzdir.

 

Beşincisi, sülhməramlıların ən böyük təxrubatlarından biri əhalinin məskunlaşması ilə  məşğul olmalarıdır. Onlar orada qalan əhalinin təhlükəsizliyini təmin etməlidirlər. Gedib Ermənistandan erməniləri Qarabağa gətirir və hər dəfə bəyan edirlər ki, filan sayda erməni gətirildi.  Əgər bunlar vəzifələrinin icrasına belə ciddi yanaşırlarsa, nəyə görə Azərbaycan tərəfinə müraciət etmirlər ki, keçmiş Dağlıq Qarabağdan didərgin salınmış azərbaycanlılar da geri qaytarılsın. Yalnız Xankəndində Kərkicahan qəsəbəsi ilə birgə 12 min azərbaycanlı yaşayıb.

 

- Son günlər Rusiyanın  keçmiş Dağlıq Qarabağ ərazisindəki ermənilərə, guya Rusiya vətəndaşlığı verəcəyi, yəni həmin ölkənin pasportlarını paylayacağı haqda söz-söhbətlər də gündəmdə olan əsas məsələlərdəndir. Sizcə, belə bir proses mümkündürmü? Rəsmi Moskva bu cür addımı hansı hüquqi əsaslarla ata bilər?

 

- Hesab edirəm ki, bu,  həm geo-siyasi, həm də hüquqi gerçəkliklərə uyğun olmayan qeyri-mümkün olan bir məsələdir.  Düzdür, 2002-ci ildə Rusiya Federasiyasının Dövlət Duması keçmiş sovet ölkələrinin vətəndaşlarına asanlaşdırılmış prosedurlarla Rusiya Federasiyasının üzvü olmaq icazəsi verən yeni qanun qəbul edib.  Və Gürcüstanın de-yure tərkib hissəsi olan AbxaziyaOsetiyada sakinlərə Rusiya pasportlarının paylanması kimi proses olub.

 

Birincisi, Rusiya 2008-ci ildə Abxaziya və Osetiyanı tanıdığı kimi Qarabağı müstəqil dövlət kimi tanımayıb. Təbii ki, Rusiya Azərbaycana münasibətdə belə bir addım atmaqdan çəkinəcək.

 

İkincisi, elə Abxaziya və Osetiyanın timsalında Rusiya belə bir addımın gələcək üçün yanlış və perspektivsiz olduğunu gördü. Həmin bölgələrdə Rusiya vətəndaşlığı verilmiş sakinlərin çoxu bundan yararlanaraq oralarda yaşamadı, əksinə, daha rahat yaşamaq üçün Rusiyaya  köçdülər. Nəticədə həmin ərazilər boşaldı…

 

Üçüncüsü, əgər keçmiş Dağlıq Qarabağdakı qanuni erməni sakinləri götürsək, onların əsl sənədləri hələ də keçmiş sovet pasportudur. Sonradan onlara qanunsuz olaraq Ermənistan pasportları verilibbir əlavədə qeyd olunub ki, Qarabağda doğulublar. Odur ki, bunlar ya Ermənistan vətəndaşlığını qəbul etməlidirlər, ya da Azərbaycan…

 

Dördüncüsü, Azərbaycanda ikili vətəndaşlıq olmadığı üçün  Qarabağda öncədən qanunla Azərbaycan vətəndaşı sayılan ermənilərə digər, yəni bu halda Rusiya vətəndaşlığı verilə bilməz…

 

- Sizcə, Qarabağda erməni təxribatlarının yenidən baş qaldırmasına yol açan bu cür olayların baş verməsində bilavasitə Rusiya rəhbərliyinin əli var, yoxsa bu, hansısa maraqlı dairələrin işidir?

 

- Hesab edirəm ki,  Qarabağda gedən bu oyunların başında Rusiya Baş naziri Mixail MişustinXarici İşlər naziri Sergey Lavrov dayanır.  Şoyqu da Müdafiə naziri kimi bunlara dəstək verir. Məlum olduğu kimi, Lavrov da, Mişustin də - hər ikisi ermənimənşəlidir.  O, həmin Mişustindir ki, Qarabağda müharibə gedən zaman İrəvana rəsmi səfərə gələndə öz təyyarəsində raket qurğusu gətirib  və həmin qurğudan istifadə edərək, ermənilər Azərbaycan şəhərlərinə kasetli bombalar atıblar...

 

Demək olar ki,  Baş nazirbaş diplomat başda olmaqla, Rusiyada erməni mafiyası Prezident Putini təkləyib, o cümlədən də Qarabağ məsələsində. Erməni mafiyası çalışır ki, Rusiyanı bu məsələdə Azərbaycanla növbəti ciddi qarşıdurmaya sürükləsin.  Eyni zamanda bu yöndə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də Azərbaycanın əleyhinə çox güclü aparır. Hazırda Azərbaycanda Moskvaya bağlı “5-ci kalon” məhz onun himayəsində idarə olunur.

 

Unutmayaq ki, 44 günlük müzəffər savaşımızı beynəlxalq səviyyədə əngəlləmək Suriyada Rusiya nəzarətində olan ərazilərdən terrorçuları  rus hərbçilərinin əli ilə İrəvana, oradan da Azərbaycanın işğal altındakı ərazilərinə gətizdirən və  guya onların Azərbaycan tərəfində vuruşması haqda dezinformasiyalar yayanoyunlar quran da məhz Narışkin oldu... Onu da əlavə edim ki, bu adam I Pyotrun anasının mənsub olduğu Narışkinlərdəndir.  300 ilkeçir, bunlar hələ də imperiya ambisiyalarından əl çəkmir və Pyotrun vəsiyyətlərinə əməl edirlər...

 

- Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərdə qeyri-səmimi davranışları hansı gələcəkdən xəbər verir?

 

- Bilirsiniz, istər imperiya xislətli Rusiya, istərsə də İran Azərbaycanın son qələbələrini, xüsusən Şuşanın unikal bir əməliyyatla azad etməsini içlərinə sindirə bilmirlər. Odur ki, bu ölkələrin ən qatı şovinist dairələri daim Azərbaycana, dövlətimizə, ordumuza qarşı nəsə təxribatlar törətməyə çalışırlar. Tehranın  Türkiyə lideri Ərdoğanın Zəfər paradımızda söylədiyi bir bayatını şişirdərək, az qala, böyük bir regional  qarşıdurma təsəvvürü yaratması da belə addımlara bir nümunədir. Bu da faktdır ki,  bölgədə Azərbaycan və Türkiyənin  iştirakı ilə yeni geosiyasi situasiya yaranır. Bu situasiya ümumulikdə Türk-İslam dünyasının xeyrinə olmalıdır. Bu mənada Azərbaycan və qardaş ölkənin maraqlarına zidd addım atacaqları halda Rusiya da, İran da uduzacaqlar. Onlar regionda Azərbaycan və Türkiyə qədər etibarlı və bütün cəhətlərdən sərfəli partnyorlar tapa bilməyəcək. Nə yox olmaqda olan Ermənistan, nə də iqtisadi cəhətdən çox zəif olan Gürcüstan bizim yerimizi verməyəcək...  Azərbaycandan, Türkiyədən üz döndərən, Qarabağ məsələsində bir daha ermənilərə dayaq durmaq istəyən Rusiyanın yeni faciələrlə üzləşəcəyi şəksizdir. SSRİ-ni 1988-ci illdən Qarabağ məsələsinin qızışdırmaqla parçalayan xarici güclər bu dəfə də yenə eyni məsələdən yararlanmaqla Rusiyanı məhv etməyə çalışacaqlar. Belə düşünürəm ki, bu minvalla Rusiya, uzağı, 10 ilə parçalanacaq. Odur ki,  nə qədər gec deyil, Rusiya cəmiyyəti, siyasi elitası ayılmalıdır.

 

Belə bir vəziyyətdə  biz isə sadəcə, bir cəmiyyət olaraq bütün məsələlərə, xüsusən hazırda Qarabağda gedən proseslərə səbir və təmkinlə yanaşmalıyıq. Ali Baş Komandan, Prezident İlham Əliyev  nə dərəcədə səbir, təmkin nümayiş etdirirsə, bizeyni qədərini etməyə çalışmalıyıq.  Hadisələrə qızışdırıcı mövqedən yox, ağıl və təhlillə yanaşmalıyıq ki, dövlətimizi çökürtmək, Qarabağdakı uğurlarınızın üzərindən xətt çəkməyə çalışan xarici güclərə, “5-ci kalonlara fürsət verməyək...

 

 

Sultan Laçın

 

Həftə içi.- 2020.- 17-23 dekabr.- S.7.