"Nazirlikdə “könüllülər ili" ilə bağlı böyük
proqram hazırlanıb"
Azərbaycanda fevral ayının 2-si “Gənclər
günü” kimi qeyd olunur. Bu gün gənclərə kifayət
qədər üstünlük verilir. Onlar dövlətin ən
yüksək vəzifələrində təmsil olunurlar. “Gənclər günü “ərəfəsində
hafta.az-ın müsahibi Gənclər və İdman
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadır.
Buyurun siz də oxuyun:
-
Fevralın 2-si Gənclər günü kimi qeyd edilir. Nazirlik
bununla bağlı hansı tədbirlər keçirilməsini
planlaşdırır?
- Tədbirlərimiz
çoxdur. Ümümmilli lider Heydər Əliyevin məzarını,
Şəhidlər xiyabanını ziyarəti
planlaşdırılır. Bundan əlavə, gənclərlə
maraqlı insanların görüşü baş tutacaq. Gənclər
festifalı nəzərdə tutulub. Muğam Mərkəzində
istedadlı və yaradıcı gənclərin mükafatlandırma
mərasimi keçiriləcək. Əl oyunları
sarayında musiqili marafon olacaq.
- Gənclər
siyasətinin inkişafının davamı olaraq 2020-ci ildə hansı işlərin
görülməsi planlaşdırılır?
-
Ümümiyyətlə, Gənclər və İdman
Nazirliyində dövlət proqramı var. 2017-2021-ci il
üçün nəzərdə tutulan bu dövlət
proqramından irəli gələrək, hər il
üçün yeni strategiya işlənir, hazırlanır.
Nəzərə alsaq ki, bu il “könüllülər” ili kimi
qeyd ediləcək. Nazirlikdə bununla bağlı
böyük bir proqram hazırlanıb, Nazirlər Kabinetinə
göndərilib. Qəbul olunduğu təqdirdə o proqrama
uyğun tədbirlər həyata keçiriləcək. Məsələn,
könüllərlə bağlı “beynəlxalq
könüllü liderlər”, “könüllülük
menecmenti” mövzusunda konfransın keçirlməsi nəzərdə
tutulub. Eyni zamanda könüllülərlə bağlı
“könüllü pasport” layihəsi var.
- Artıq ölkədə gənclərin daha da fəal olmaları üçün müxtəlif layihələr reallaşdırılır. Gənclər və İdman Nazirliyi bu təşəbbüslərə hansı dəstəyi verir?
- Gənclər siyasətindən danışanda məlumdur ki, bu çox böyük bir işdir və şaxəlidir. İstər elm-təhsil sahəsində, istər yaradıcılıq sahəsində, istər digər sahələrdə kifayət qədər addımlar atılır, tədbirlər baş tutur. Bu tədbirlər birbaşa gəncləri əhatə edir. Onların fikirləri öyrənilir, tədbirlərə cəlb edilir. Onlar öz gələcək karyeralarında müsbət fikirlərin formalaşmasına nail olmuş olurlar.
- Bildiyimiz kimi, Gənclər və İdman Nazirliyi Dövlət qulluğuna hər il vakansiyalar təqdim edir. Bəs bundan əlavə olaraq gənclərin karyera qurmasında hansı işləri görür, treninqlər, əmək yarmarkaları təşkil edirmi?
- Gənclər və İdman
Nazirliyi illərdir ki,
İqtisad universiteti
ilə birlikdə əmək yarmarkaları keçirir.
Bir çox dövlət qurumlarına və eləcə
də özəl sektorlara müraciətlər
olunur. Əmək yarmarkasında həm bütün iş günü ilə yanaşı, yarım iş günü də
işləmək istəyənlərə müraciət olunur. Əmək
yarmarkalarında kifayət qədər gənc
özünə iş tapır. Bundan əlavə, Nazirliyin
İqtisad universitetində biznes
layihəsi vardır ki, bu
da illərdir həyata keçirlilr.
CV-lərin yazılması, müsahibələrə
hazırlıq kimi treninqlər keçirilir. Nazirlik
çoxsaylı startaplara dəstək verir. Nazirlik vakansiyalar olanda Dövlət
qulluğunun saytında da
yerləşdirilir.
Ruzbeh
Səmayə Məmmədova
Həftə içi.- 2020.- 1-3
fevral.- S. 4.