Azərbaycanlı alim  beynəlxalq mükafata layiq görüldü

 

 

 

Elə ziyalılarımız var ki,  təmizliyi, saflığı hər şeydən uca tutur. Həyatda böyük amallarla yaşayır. Özünün qızıldan qiymətli vaxtını elmin, dövlətçiliyimizin inkişafına sərf edir. Belə tanınmış ziyalılarımızdan biriprofessor Mürsəl Əliyevdir.

 

Mürsəl Əliyev 1959-cu ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. 1977-ci ildə M.Ə.Sabir adına Sırxavənd kənd orta məktəbini bitirərək,  Azərbaycan Neft-Kimya İnstitutunun, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  Neft-mexanika fakültəsinə qəbul olub. 1978-ci il yanvar ayının 16-da Bakı Məişət Kondisionerləri Zavodunda əmək fəaliyyətinə başlayıb. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra, Bakı Məişət Kondisionerləri Zavoduna yenidən işə qəbul olunmuşeyni zamanda, ali təhsilini davam etdirmişdir.

 

21 fevral 2003-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Texnika elmləri namizədi" alimlik dərəcəsini, 3 iyul 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə dosent elmi adını alıb.  SonraRadiasiya  Xəzər dənizi akvatoriyasının ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün istifadənin  elmi əsasları” mövzusunda elmi müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2008-ci il tarixli qərarı ilə ona texnika elmləri doktoru alimlik dərəcəsi qazanmışdır.

 

6 iyun 2012-ci il tarixli qərar ilə Mürsəl İldırım oğlu Əliyev "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

 

Mürsəl Əliyev bir çox vəzifələrdə çalışıb. Belə ki, 1999-cu ilədək “Bakkondisioner” “EİB”də texniki nəzarət şöbəsində nəzarətçi-usta, mühəndis-texnoloq I kateqoriya, büro rəisi, "Bakmil" MM İtaliya-Azərbaycan Müştərək Müəssisəsində Texniki Nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib.

 

 

 

21.07.1999-cu ildən 03.12.1999-cu ilədək Abşeron Regional Səhmdar Su Cəmiyyəti Bakı şəhər Su Satışı İdarəsində rəis müavini, 06.12.1999-cu ildən Azərbaycan Respublikası Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Bakı Şəhər Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi Sədrinin 1-ci müavini təyin edilib.

 

23.05.2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb və Mürsəl Əliyev Abşeron Bakı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyib.  2004-cü ildə idarə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti adlandırılıb və Mürsəl Əliyev departamentin direktoru vəzifəsindı çalışıb.

 

14.05.2013-cü ildən Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi–Tədqiqat İnstitutunun direktoru təyin edilib. 30.07.2018-ci ildə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Mineral Xammal Elmi-Tədqiqat İnstitutu Nazirliyin ¹512/ü saylı əmri ilə Mineral Xammal AnalitikElmi Tədqiqatlar Mərkəzi adlandırılmış və Mürsəl Əliyev həmin mərkəzin direktoru vəzifəsinə təyin edilib.

 

Mürsəl Əliyev 07.06.2019-cu il tarixindən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışır.

 

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan dövlətçiliyinə çox böyük önəm verən Mürsəl İldırım oğlu Əliyev dövlətin ictimai-siyasi fəaliyyətində həmişə aktivlik gösdtərib. 19.12.1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin, Binəqədi rayon YAP-nın idarə heyətinin üzvü, Geologiya üzrə ilk Partiya təşkilatının sədri, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komitəsinin “Yer elmləri” üzrə ekspert şurasının üzvüdür.

 

110-dan artıq elmi əsərin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 3 metodiki göstərişin, 3 ixtiranın müəllifidir. Onun məqalələri həm ölkəmizdə, həm də xarici ölkələrin ən aparıcı jurnallarında dərc edilmişdir.

 

Eləcə də Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin  “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasının professorudur. Mürsəl Əliyev texnika elmləri doktoruprofessor alimlik dərəcələrinə kimi alıb. Bununla yanaşı, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

 

Professor Mürsəl Əliyev 23 may 2019-cu ildə mineral xammal ehtiyatlarından istifadədə səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramı günü münasibətilə Fəxri fərmanla təltif edilib. Onu da qeyd edək ki, Mürsəl Əliyev 04-07 iyun 2006-cı ildə Türkiyə-Ankara, Ətraf Mühitin Mühafizəsi üzrə Regional Konfransının, 2010-cu ildə Yunanıstan-Atina Elmi Konfransının və 2011-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində elmi konfransın iştirakçısı olub.

 

Xatırladaq ki, Beynəlxalq Mühəndislik Akademiyası 45 ölkəni təmsil edir. Bu yaxınlarda tanınmış alim, professor Mürsəl Əliyev elmi xidmətlərinə görə  Beynəlxalq  Mühəndislik Akademiyasının Rəyasət Heyətinin qərarı ilə “Fəxri diplomuna və “Qızıl medala layiq görülüb.

 

Bu münasibətlə alimimizi təbrik edirik!

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 13-14 fevral.- S.7.