Məndədi  

 

 

Mahir bağban olub bağ becərmişəm,

Əyilən budağın barı Məndədi.

Payız yetişməmiş çən, duman tutan,

Dağların bəmbəyaz qarı Məndədi.

 

 

 

Vətənə söykənən kürəyimiz var,

Halalal qazanılan çörəyimiz var,

Bir yerdə döyünən ürəyimiz var,

Yarı səndədirsə, yarı Məndədi.

 

 

 

Tanındım hər yanda şöhrət, şanımla,

Təmiz vicdanımla, təmiz adımla,

Yudum günahları halal qanımla,

Çaylıyam, dünyanın varı Məndədi...

 

 

 

Seyrə çıxmışam

 

 

 

Arzular içində seyrə çıxmışam,

Gecəli-gündüzlü səfərdəyəm mən.

Gah ulaq belində yük daşıyıram,

Gah qızıl yəhərli kəhərdəyəm mən.

 

 

 

Saçım fəryad edir, ağaran dəndən,

Yollarım səngiyir dumandan, çəndən.

Məzlumun, fərqin dərdin görəndən,

Dözümdən yaş axır, qəhərdəyəm mən.

 

 

 

Kükrəyən çaylartək bəzən daşıram,

Hərdən təntiyirəm, yolda çaşıram.

Düzlər dolanıram, dağlar aşıram,

Bilmirəm kənddə, ya şəhərdəyəm mən.

 

 

 

Çaylıyam, ömrümdə etmərəm günah,

Günahı törədən tamahdır, tamah.

Üzümə müjdəylə açılır sabah,

Görürəm, nurlu bir səhərdəyəm mən.

 

 

 

Seyrə Qardaş

 

 

 

Zamanla ayaqlaş, yolunu tanı,

Namərdlər ədalət bilməz, a qardaş!

Düşmən olan yedə, satqın çox olar,

Doğru, həqiqəti deməz, a qardaş!

 

 

 

Nəzilər, keçəmməz xəlbir, ələkdən,

Qorxum yox, tufandan, küləkdən.

 Sevirəm, yurdumu canbir ürəkdən,

Xaini, nadanı bilməz, a qardaş!

 

 

 

Həyat bizi sınaqlara çəksə ,

Şoran yerdə arpa, buğda əksə ,

Sinəmizə dizin qoyub çöksə ,

Kişi öz əhdindən dönməz, a qardaş!

 

 

 

 Mərd oğullar açar bağlı qapını,

Tanıtdırar obasına zatını.

Çapanda dördnala səmənd atını,

Düşmən qarşısında durmaz, a qardaş!

 

 

 

Çaylıyam, yazıram bunu istəkdən,

Saçıma ələnir, bu kədər, bu qəm.

Dostlarım çağırır məni ürəkdən,

Bu, vətən oğulu ölməz, a qardaş!

 

 

 

Axtar

 

 

 

Kişilik qeyrətin- namusu, arı,

Ululardan qalan ocaqda axtar.

Həqiqəti bilmək istəsən əgər,

Suyunu içdiyin bulaqda axtar.

 

 

 

Aslanı meşədə, mərdi meydanda,

Dağın dözümünü qopan tufanda,

Muğamın sirrini tarda, kamanda,

Ləbin şirinliyin dodaqda axtar.

 

 

 

Əsən küləklərin öz aləmi var,

Kükrəyən çaylar da sanki buz bağlar.

Duman,  çən içində təbiət ağlar,

Payızı saralan yarpaqda axtar.

 

 

 

Arzular çiçək açsın eldə, obada,

Sönməsin alovu tufanda, qarda.

Düşməni axtarma heç uzaqda,

Oz doğma yurdunda, torpaqda axtar.

 

 

 

Axtararsız Əl-Vahidi bir zaman,

Olmasa paxıllıq, olmasa yaman.

Bu  suala cavab verər asiman,

Sən onu çiçəkli bir bağda axtar.

 

 

 

Belə

 

 

 

Yarın sinəsinə qoyub başını,

Uyub sakit-sakit yatasan belə.

Şadlığı, sevinci basıb bağrına,

Kədəri, qüssəni atasan belə.

 

 

 

Qatıb bir-birinə aranı, dağı,

Gəzib seyr edəsən bağçanı, bağı,

Bir kamil bağbanın olub qonağı,

Güllərin içində batasan belə.

 

 

 

Pozmayıb ellərin adət, dəbini,

Susmağa qoymayaq eşqin təbini.

Əmim dodağını, əmib ləbini,

Qaymağı da bala qatasan belə.

 

 

 

Əl-Vahid, həyatın dadıb tamını,

Əldən verməyəsən eşqin camını,

Bu cür gözəllikdən alıb kamını,

Hər arzu, niyyətə çatasan belə.

 

 

 

Getdi

 

 

 

Həyatda o qədər pis üzlər gördüm,

Şirin can” kəlməsi dilimdən getdi.

 Bu qədər möhnətin, qəmin içində

Dəyərli oğullar elimdən getdi.

 

 

 

Fələk gözlərimə çəkibdi ağı,

Əridib sinəmdə daşdırdı yağı.

Virana qoydular baxçanı, bağı,

Bülbüllər uçuşub gülümdən getdi.

 

 

 

Yazda tufan gəldi, barın içinə,

 Mis gəlib qarışdı zərin içinə.

Məni tulladılar şərin içinə,

İnankı abırım, üzümdən getdi.

 

 

 

İlahi, yolumdan sən götür çəni,

Özümə pasiban bilmişəm səni.

Elə çulğaladı qəm, kədər məni,

 Şirin nəğmələrim ünümdən getdi.

 

 

 

Anam məni belə doğub

Həqiqətin mən quluyam,

Anam məni belə doğub.

Gözəl şeyin ovçusuyam,

Anam məni belə doğub.

 

 

 

Heç yalanı sevməmişəm,

Ağrı nədi, bilməmişəm.

Haram tikə yeməmişəm,

Anam məni belə doğub.

 

 

 

Əmi, dayı, xala, bibi

Görünsəm qara kimi.

Dərd çəkmişəm hara kimi?

Anam  məni belə doğub.

 

 

 

Dostlarımla dost olmuşam,

Ürəklərə yol salmışam.

Cənnət-məkan”, Pir olmuşam,

Anam məni belə doğub.

 

 

 

Sevgim olub torpağıma,

Can demişəm bayrağıma,

Azərbaycan, öz yurduma,

Anam məni belə doğub.

 

 

 

Ömür yolum yollar salıb,

Cavanlığım canlar alıb.

Uşaqlığı yola salıb

Anam məni belə doğub.

 

 

 

Bu da mənim qismət payım,

Ötən illər günüm, ayım.

Zəhmətimdi halal payım,

Anam məni belə doğub.

 

 

 

Sözdən sözü tapan şair

Sözdən sözü tapan şair,

El-obanın güzgüsü sən.

Öddan közü qapan şair,

Bu sabahın güzgüsüsən.

 

 

 

Yerin qatı nəm torpaqdı,

Torpağında bar olmaqdı.

Yaddaşlarda mərd qalmaqdı,

Keçmişisən, bu günüsən.

 

 

 

Az sözlərlə dərin məna,

Yaradarsan, olar əla.

Uzaq qaçar səndən bəla,

Gələcəyin incisisən.

 

 

 

Demirəm yer, göy eynidir,

Hər bir kəlmə, söz eynidir.

Uğurları öz xeyridir,

Millətinin elçisisən.

 

 

 

Ağıl, zəka sahibisən,

Dahilərin dahisisən.

Seyid, Sabir varisisən,

Söz sərrafı, bilgisisən.

 

 

 

Unutma Abbas Səhəti,

Tap özündə cəsarəti.

Deyə bilsən həqiqəti,

Hər yerdə birincisən.

 

 

 

Könül

 

 

 

Könül gərək mələk olsun,

Sığal çəksin ürklərə.

Ətirli gül, çiçək olsun,

Ətir saçsın diləklərə.

 

 

 

İlham alsın hər çiçəkdən,

Nəğnə desin sidq ürəkdən,

Yorlmasın can deməkdən,

Təmiz qəlbli mələklərə.

 

 

 

Qəm-kədəri lap az olsun,

O boy versin, pərvaz olsun.

Qəlbi geniş, ayaz olsun,

Sevgin versin göyçəklərə.

 

 

 

Xoşbəxtlik düşsün yoluna,

Dostlar keçsin sağ- soluna,

Şair girib qoluna,

Getsin üzü küləklərə...

 

Əli Vahid Çaylı

 

Həftə içi.- 2020.- 20-21 fevral.- S.8.