“Xocalılılara son ana qədər ümid verdilər, amma heç nə etmədilər”    

 

 

 

X”olokost  X”rosimaXatın”… X”ocalı… 20-ci əsrin soyqırımlarıdır. Nədəsə, dörd soyqırımın dördü “X” hərfi ilə başlayır. Sanki yer üzününX”lənmiş (ikslənmiş) nöqtələrinin alın yazısı imiş bu hərflə başlamaq

 

Xocalı soyqırımının canlı şahidlərindən birihəmin dövrdə Xocalının icra başçısı olmuş Elman Məmmədovla söhbətləşdik. Xocalının son günlərini, son anlarını xatırladıq. Elman Məmmədov hafta.az-a müsahibəsində bildirdi ki, Xocalı o zamankı rəhbərliyin hakimiyyət davasının qurbanı oldu.

 

-Elman müəllim, Xocalı soyqırımının şahidlərindənsiniz. 28 il əvvələ qayıda bilərikmi?

 

-Bu gün Xocalının son günüdür. 28 il əvvəl isə fevralın 25-nin Xocalının son günü olacağını biz bilmirdik.

 

- üçün bilmirdiniz?

 

-Bunun səbəbi var idi. Bizim gündəlik müraciətlərimizə respublika rəhbərliyi belə cavab verirdi; Deyirdilər ki, qorxmayın, möhkəm dayanın, sabah gəlirik. Sabah gəlib yolunuzu açacağıq-deyə ümid verirdilər. Biz son günə qədər ümidimizi itirmirdik. Hətta dəfələrlə müraciətlərimizə cavab olaraq bildirdilər ki, Ağdamda əməliyyat hazırlanır, sabah gəlirik. Soyqırımı gerçəkləşən günə qədər son bir ayın danışıqlarının məzmunu bu idi. Xocalı son dörd ayı tam mühasirə şəraitində yaşadı. 1991-ci ilin noyabr ayının birindən bu günkü günə qədəryəni, fevralın 25-nə kimiBu dörd ay ərzində o zamankı millət vəkilləri Eldar İbrahimov, Arif Rəhimzadə şahiddirlər, həmin dövrdə Ali Sovetin iclaslarına gəldim. Yalvardım, xahiş etdim, hətta təhqiramiz ifadələr işlətdim, stenoqramlar var. O zaman Ali Sovetdə dedim ki, sizing başınız burada hakimiyyət uğrunda davaya qarışıb amma bizi məhv edəcəklər. Qıracaqlar-dedim. Ancaq faydası olmadı. Ümidverici vədlərdən başqa Xocalı üçün heç edilmədi.

 

-Bəs Xocalı soyqırımından bir neçə gün əvvəl Ağdamda əməliyyat hazırlandığı deyilirdi. Mühasirənin yarılacağı ilə bağlı gerçəkləşdiriləcək əməliyyatın axırı necə oldu?

 

-Fevralın 24-də o zaman respublikada çox yüksək vəzifələrdən birini tutan şəxs mənimlə telefon əlaqəsi yaratdı. Ağdama gəlmişdi. Hətta qardaş sözünü işlətdi. Dedi ki, qardaş, gəlmişəm, burada Ağdamdayam-söylədi. Onu da əlavə etdi ki, sabah çayımızı Xocalıda içəcəyik.

 

-Bəs sonra oldu?

 

-Səhərisi gün Xocalıda çay içilmədi. Qan su yerinə axdı. Xocalı məhv oldu. Yer üzündən silindi. O vaxtkı rəhbərlik kreslo davası aparırdı. Xocalı unudulmuşdu. Yaddan çıxmışdı. Onlar ölkənin müdafiəsini bir kənara qoyub vəzifə davası aparırdılar. Onların yerinə gəlmək istəyənlər bu gün müxalifətdədir. Onlar o zamankı iqtidarı kürsüdən düşürüb özləri oturmaq istəyirdilər. Bir-birilərinə qarşı mübarizə apardılar. Xocalıya kömək edən olmadı. Bakıda qızğın hakimiyyət davası gedirdi, nəticədə Xocalı yer üzündən silindi. Əliyalın qaldı. Tək Xocalı yox, Dağlıq Qarabağda olan bütün yaşayış məntəqələri eyni aqibəti yaşadı. Çünki Xocalıya qədər bir çox kəndlərimiz yandırılmış, talan edilmişdi. 1991-ci ilin noyabrında Cəmilli kəndi, dekabrda Meşəli kəndi, 1992-ci ilin fevralın 11-dən 12-nə keçən gecə Malıbəyli Quşçular, 17 fevralda Xocavəndin Qaradağlı kəndiHəmin kəndlərin hamısında qırğınlar törədildi. İnsanlarımız erməni vandalları tərəfindən məhv edildi. Təbii ki, növbə Xocalıya gəlib çatırdı. Yəni o dövrdə xalqın dövlətin təhlükəsizliyinə təminat verən, cavabdeh olan şəxslərin məsuliyyətsizliyi ucbatından düşmənin əlinə fürsət düşdü. Bununla da düşmən Xocalıda istədiyini elədi. Soyqırım törətdi.

 

-Xocalı həm strateji nöqtə idi

 

-Bəli. Xocalının strateji mövqeyini yaxşı bilirsiniz. Onu da deyim ki, Xocalının ətrafında onun özündən başqa azərbaycanlılar yaşayan yaşayış məntəqəsi yox idi. Əsgəranda, Xankəndidə digər 30 kənddə ermənilər yaşayırdı. Xocalı təkcə ortada qalmışdı. Xocalı üzük qaşı kimi mühasirəyə alınmışdı. İndiyə qədər bir şeyə məəttələm ki, niyə görə rəhbərlikdən bir nəfər demədi ki, biz sizə kömək edə bilməyəcəyik. Son ana qədər bizə ümid verdilər. Bizi aldatdılar. Böyük xəyanət oyununun nəticəsi idi. Onun da qurbanı Xocalı, xocalılar oldu. Hemin vaxtdan 28 il keçir. Bu 28 ildə ulu öndərimiz hakimiyyətə gələndən sonra Xocalıda baş verənlər araşdırıldı. İlk dəfə 1994-cü ilin fevral ayının 24-də Ali Sovetindiki Milli Məclis Xocalıda baş verənləri soyqırım kimi qiymətləndirdi. Qiymət verdi. Ondan sonra Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər aparıldı. Cənab prezidentimiz İlham əliyevin rəhbərliyi, Heydər Əliyev fondunun təşəbbüsü ilə dünyada Xocalıya ədalət kampaniyası başladıldı.

 

-Xocalı soyqırımın dünyada tanıdılması ilə bağlı hazırda kimi işlər görülməkdədir?

 

-Hazırda bütün dünyada Xocalı soyqırımının tanıdılması prosesi gedir. Xeli dövlət müəyyən səviyyələrdə bu soyqırımı tanıyıblar. Parlament, dövlət səviyyəsindəAmerika Birləşmiş Ştatlarının 14-dən çox ştatı Xocalı soyqırımına hüquqi qiymət verib. Tanıyıb. Təssüf doğuran məqam ondan ibarətdir ki, bu günə qədər torpaqlarımız işğal altındadır. Xocalının işğalı bu gün davam edir. Bu günə qədər soyqırımı törədənlər cəzalarını almayıblar. Xankəndindəki 366-cı alayın komandiri Zarvıqarova fevralın 25-i günü general rütbəsi verildi. 50 nəfərlik şəxsi heyyət tamamilə ermənilərdən ibarət idi. Yerdə qalanları isə onlara xidmət edənlər idi. Biz bunu sonradan bildik. Hətta Xocalıya hücum əməliyyatını uğurla həyata keçirmək üçün ona general rütbəsi verildiyi bildirilib. Hətta o dövrdə rus hərbçilərin ailələrini hərbi şəhərciklərə yığıblar ki, birdən Xocalıda etdiklərinə görə Azərbaycan xalqı ayağa qalxar onların ailələrinə nəsə edərlər. Yəni, bir belə hazırlıqlar olub. Xocalı soyqırımından sonra Köçəryan Sərkisyan İrəvan tərəfindən mükafatlandırıldı. Onlar növbə ilə prezident oldular.

 

-Hətta başqaları da "mükafatlandırıldı"...

 

-Bəli. Samvel Babayanla Seyran Ohanyan müdafiə nazirləri təyin edildilər. Arkadi Qukasyan Dağlıq Qarabağa “rəhbərlik” etməyə başladı. Bu, onların Xocalıda qadınları, qocaları, uşaqları öldürdüklərinə görə mükafatı idi. Bu gün beynəlxalq hüququn gücü yoxdur, gücün beynəlxalq hüququ vardır. Həqiqətən də elədir. Bu gün dünya beynəlxalqla idarə olunmur. Zorla, güclə idarə edilir. Həmin güclər indi də Xocalı soyqırımına, Azərbaycan torpaqlarının işğalına da göz yumur.

 

Həftə içi.- 2020.- 27-28 fevral.- S.3.