"Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib

 

 

 

Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Rusiya mətbuatında silsilə məqalələr dərc olunub.

Hafta.az xəbər verir ki, Rusiyanın “Novıye izvestiya” qəzetində “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür” adlı məqalə dərc olunub. İvan Petrovskinin məqaləsində hərbi dövrə heç bir dəlil və istinadların Dağlıq Qarabağda münaqişə zamanı dinc vətəndaşların kütləvi qətlinə haqq qazandırmağa qadir olmadığı qeyd edilir.

 

Müəllif yazır ki, bəşər tarixində bir xalqın nümayəndələrinin digər xalqın nümayəndələrinə münasibətdə amansız qəddarlığının xeyli kədərli səhifələri mövcuddur. Fevralın 26-da növbəti dəfə ildönümü qeyd edilən Xocalı qətliamı belə səhifələrdən biridir. Bu, şübhəsiz ki, Dağlıq Qarabağda hərbi münaqişənin ən qaranlıq epizodlarından biridir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib, yaralanıb, itkin düşüblər.

Məqalədə o müdhiş gecədə baş verən hadisələr barədə ətraflı bəhs edilir. Bu cür vəhşiliyə heç bir bəraət mövcud deyilmövcud ola da bilməz”, - deyən müəllif əlavə edir ki, budöyüşün” “qalibləri” bununla bərabər, dinc əhali arasında itkilərin sayını hər vasitə ilə azaldaraq qara tarixi qeyd etməməyə üstünlük verirlər.

 

Argumenti.ru saytı da Xocalı soyqırımı və onun təfərrüatlarına geniş yer ayırıb.

 

Məqalədə deyilir ki, bir çox xalqların “ağrılı nöqtələri” var ki, onların əksəriyyəti insanların böyük hissəsinin zorakılıq yolları ilə qətlə yetirilməsi ilə bağlıdır. Yəhudilərdə Babiy Yar, beloruslarda Xatın, çinlilərdə Yankin, yaponlarda Xirosima. Belə bir nöqtə azərbaycanlılarda da var. Onun adı – Xocalıdır. Rusiyanın nüfuzlu “Arqumentı Nedeli” nəşri yazır.

Qonşular arasında münaqişələr adi haldır”, deyə qeyd edən nəşr yazır ki, bu ayrı-ayrı adamlarabütöv xalqlara da aiddir: “Hər zaman hər hansısa gərginlik xətləri olur ki, bu da illər boyu üst-üstə yığılır. Hərdən isə, yüz illərlə. Lakin ən pisi budur ki, potensial münaqişənin minaları qəsdən qoyulur. Bu ya axmaqlıqdır, ya yüksək sadəlöhvlükdür, ya da pis niyyətdir ki, əsrlər boyu tənzimlənmiş canlı sərhədləri kəssin. Bir çox xalqlar digər xalqların torpaqlarına köçüblər. Milli respublikaların sərhədləri əsrlərə aid xətlər üzərində deyil, hər hansı ani səmərələr qarşılığında müəyyən olunudru. Rayonların, şəhərlərin, böyük muxtariyyətlərin qeydiyyatları dəyişdirilirdi. Olanlar məcburiyyət altında idi, necə ki, Sovetlər güclü əlləri ilə “xalqlar dostluğunu” saxlayırdı. Ancaq bolşeviklərin əlləri boşalan kimi, bütün bu maraqlar anidən şişdi və partladı, haradasa az, haradasa böyük qanlar bahasına”.

“Arqumentı Nedeliqeyd edir ki, ən qanlı yara Ermənistanla Azərbaycan arasında töküldü və Dağlıq Qarabağ xalqların döyüş sahəsinə çevrildi: “Biz, əsrlərin dərinliyinə qədər işləmiş münaqişənin tarixinə varmayacağıq. Lakin istənilən davada, istənilən müharibədə elə şeylər var ki, onlar yolverilməzdir. Elə məsələlər var ki, heç vaxt unudulmamalı və heç vaxt təkrarlanmamalıdır.

Bu, 1992-ci ilin fevralında baş verib. XocalıDağlıq Qarabağda yalnız 90-cı illərin əvvəlində şəhər statusu almış elə böyük olmayan qəsəbə. Orada aşağı-yuxarı 6 mindən bir az çox insan yaşayırdı. Erməni-azərbaycanlı münaqişəsinin əvvəlində şəhərin böyük kəsimində azərbaycanlılar yaşayırdı. Burada Ağdam-Şuşa Əsgəran-Xankəndi əsas strateji yolları kəsişirdi, eləcə Qarabağda olan yeganə böyük aeroport yerləşirdi. Xocalı ermənilərin dərinliyində qalmışdı. Demək olar ki, şəhər yarım il blokadada idi. elektrik, su istilik təchizatı yox idi, telefon bağlantısı kəsilmişdi. Ancaq ermənilər hesab edirdilər ki, blokadaya alınmış Xocalı belə onlar üçün davamlı olaraq təhdiddir. Hətta hərbi zərurət belə bundan sonra baş verənləri əsaslandıra bilməz.

Erməni tarixçilərinin verdiyi məlumata görə, ermənilər bir ay ərzində Xocalıya qarşı hücum barədə xəbərdarlıq ediblər. Erməni tərəfi mülki şəxslərin çıxması üçün nəzarət edilən bir humanitar dəhlizin qaldığını iddia edir. Sual edirlər ki, qalanları niyə ərazidən ayrılmadı? Evlərindən çıxmaq istəmədi? Bunun nəyə çevriləcəyinə inanmadılar? Dəhlizin özü belə onları inandırmadı? Əks təqdirdə, azərbaycanlılar belə asan bir yol ola-ola niyə Xocalı sakinlərini helikopterlə təxliyə etdilər? Ümumilikdə 300 nəfər helikopterlər tərəfindən çıxarıldı, lakin faciədən iki həftə əvvəl vertolyotların Xocalıya uçması mümkünsüz idi, çünki onlara atəş açılırdı. Kim bilir hadisələr necə olub... Bu ya digər şəkildə hücumdan qabaq şəhərdə yalnız əsgərlər milislər deyil, bir neçə min dinc sakin - uşaqlar, qadınlar, qoca insanlar var idi.

Fevralın 25-dən 26-na keçən gecə əvvəlcə şəhər intensiv atəşə tutuldu, daha sonra isə hücum başladı. Gecə saat üç radələrində Xocalının sağ qalan sakinləri çay boyunca, “azad dəhlizboyunca qaçmağa çalışdılar.

Faciənin günahının qaranlıq ya qaçqınlar arasında şəhərin bir sıra silahlı müdafiəçilərinin ya başqa bir şeyin olduğunu söyləmək çətindir. Qaçan insanlara aramsız atəş açıldı. Çaxnaşma içində olan insanlar buzlu suya atıldı, isti paltar olmadan qış vaxtı qarla örtülmüş dağlara üz tutdular. Bir çoxu yara səbəbindən, digərləri şaxtadan donaraq dağlarda öldü.

Müxtəlif mənbələrə görə, taleyüklü həmin gecə hücum zamanı insanlar, qaçmaq cəhdi etdiyi zaman öldürüldü, yaralılar aldıqları yara səbəbindən həyatlarını itirdilər, dağlara üz tutanlar şaxtadan donaraq öldülər ki, onlar arasında ən azı 106 qadın, 70 qoca 63 uşaq da var idi. Hadisədə, təxminən 500 nəfər yaralanıb, 150 nəfər itkin düşüb.

Əslində, suallar cavablardan daha çoxdur. Xocalıdan olan ermənilərin məskunlaşdığı Xankəndi üçün hesab etdikləri potensial təhlükə, şəhərin mülki şəxslərinin ağır silahlardan atəşə tutulması üçün kifayət qədər əsasdırmı?

Erməni tərəfinin bəyanatına görə, hücumun başlamasından bir ay əvvəl bu barıdı bilindiyi halda, Xocalı sakinlərinin əksəriyyəti niyə şəhəri tərk etmədi? Atəş açmaq əmrini kim verib?

Tarixdə "Xocalı qətliamı" kimi keçən faciədən bir qədər sonra çox sayda jurnalist hadisə yerində olub. Onların şahid olduğu hadisələri sitat gətirmək çox dəhşətlidir. Ancaq lazımdır. Unutmamaq üçün lazımdır.

" Vertolyotun dəyirmi pəncərəsindən baxıram inanılmaz dərəcədə qorxunc mənzərədən geri çəkilirəm. Boz qar topalarının, qışda qar yağıntılarının hələ kölgədə qalan qalıqları dağətəyi ərazilərin sarı otları üzərində ölü insanlar görünürdü. Bu geniş ərazidə qadınların, qocaların, qoca qadınların, hər yaşda oğlan qız uşaqlarının, körpələrdən tutmuş yeniyetmələrə qədər olan cəsədlər ... Yuri Romanov, TV müxbiri, Rusiya.

Fevralın 26-da Xankəndidən yaralıları çıxardım Əsgəran darvazasından geri qayıtdım. Yerdəki bəzi parlaq görüntülər diqqətimi çəkdi. Eniş etdim, bu zaman uçuş mühəndisim qışqırdı: "Baxın, qadınlar uşaqlar var". Bəli, mən özüm yamacda səpələnmiş halda təxminən iki yüz ölü görürdüm. Sonra biz cəsədləri götürmək üçün uçduq. Yerli polis kapitanı yanımızda idi. Orada kəlləsi parçalanmış dörd yaşlı oğlunu gördü. Hər yerdə qadınların, uşaqların qocaların cəsədlərini görmüşəm”. Helikopter pilotu mayor Leonid Kravets.

Çərşənbə axşamı Ağdama axşam gələndə qəbiristanlıqların birində 75 təzə məzar məsciddə dörd parçalanmış cəsəd gördüm. Sahənin ortasında vaqonlarda təşkil edilən sahə xəstəxanasında güllə yarası alan qadınları uşaqları da gördüm”. Helen Womack, İngiltərənin "The İndependent" qəzetinin jurnalisti.

Rusiyanın lenta.ru saytında da ermənilərin Xocalıda dinc sakinlərə qarşı vəhşiliklərinə dair məqalə dərc edilib:

"Dağlıq Qarabağın Xocalı şəhərinə edilən hücum zamanı 613 dinc sakin qətlə yetirilib. Faciədən 28 il ötüb, amma günahkarlar cəzalandırılmayıb. 28 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində azərbaycanlıların dəhşətli qətliamı baş verib onların xatirəsi idiyədək yad edilir. Qarabağ münaqişəsinin qızğın çağında Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik olan şəhəri mühasirəyə alıb sonra hücuma keçib. Bu əməliyyat dinc sakinlərin kütləvi ölümü ilə nəticələnib. 600-dən çox yerli azərbaycanlı, əsasən uşaqlar, qadınlar qocalar öldürülüb. Günahkarlar isə heç cəzalandırılmayıb.

Xocalı faciəsi Dağlıq Qarabağdakı müharibənin ən qanlı amansız epizodu adlanır. Həmin faciəli hadisələrin xatirələri lenti.ru qalereyasındadır".

 

 Azad

 

 Həftə içi.- 2020.- 27-28 fevral.- S.3.