Harda ədalət varsa, orda həyat, yaşam var 

 

 

Çağdaş ədəbiyyatımızda istedadlı yazarlarımız kifayət qədərdir. Orta nəslin nümayəndələri arasında Zaur Ustac xüsusilə seçilir. Şair həyatda necə səmimi və şirindirsə, onun şeirlərində də o səmimilik, şirinlik özünü göstərir. “Ədəbi düşüncə” rubrikasının bu dəfəki qonağı tanınmış şair-publisist Zaur Ustacdır.

 

- Zaur bəy, bütün qonaqlara verilən ənənəvi sualı sizə də ünvanlamaq istəyirəm. Müasir ədəbi durumu, mühiti necə dəyərləndirirsiniz?

 

 -Əvvala qeyd edim ki, həyatımızın bütün sahələri kimi, səhiyyə, təhsil, idarəçilik, ordu necə inkişaf edirsə, yaradıcılıq və onun ayrılmaz tərkib hissəsi olan ədəbiyyat – söz sənəti də eyni templə hərəkətdədir. Burada da intiriqalar, yalançı, şişirdilmiş təriflər yəni “daş” və “qarpız” məsələləri əkiz qardaşlar kimi qoşa addımlayırlar. Bütün bunlar hərəkətin, inkişafın bariz göstəriciləridir. Necə deyərlər: - “Çəkişməsən bərkiməzsən”. Yazılır, nəşr olunur, oxunur. Deməli, şikayətlənməyə elə də ciddi bir əsas yoxdur.

 

- “Ustac”... Birinci dəfədir, belə bir söz eşidirəm?

 

-  Həyatımda yaradıcılığımda həmişə yenilik axtarmışam. Bir şeyi həyata keçirnəndə yaxud da bir yazı yazanda əvvəlcə onu götür-qoy edirəm, sonra üzə çıxarıram.Və bu oxucu üçün maraqlı olur.  Ustactəxəllüsünü boş yerdən, havadan  götürməmişəm. Ustacsözü Ustaclı tayfasına işarədir. Elə bizim nəslimiz gedib həmin o tayfaya çıxır. O ki, qaldıUstacsözünə, onun hərfi mənası tacı ağıldan olan deməkdir. Məhz bu səbəbdən ustacsözünü özümə təxəllüs götürdüm. Şairin yaradıcılığı da, təxəllüsü fərqli olmalıdır.

 

- Yaradıcılığınızda  ən çox hansı motivlərə üstünlük verirsiniz? Zaur öz qələmi sözü ilə demək istəyir?

 

-  Fərq etməz, yazdığın istər nəzm, isrərsə nəsr olsun. Əsas odur ki, realıqlara söykənsin. Müəyyən bir vaxt keçəndən sonra gələcək nəsillər bizi oxuyanda bu günkü həyatımız, varlığımız barədə məlumatlana bilsinlər. Çünki bugünkü həyatımız gələcəyin keçmişi, tarixidir. Yaradıcılığa gəldikdə isə o insanın istedadına söykənir.  Belə ki, rəssamlar fırça boyalardan gözəl rəsmi əsərləri yaradır. Heykəltaraşlar daşdan heykəl düzəltdiyi kimi şair yazıçılarda sözü canlandırır.  Sözdən saraylar tikir, qalalar ucaldır,  onun ilahi gücünü oxuculara çatdırır. Mən öz qələmimlə, sözümlə bəndələrə çatdırıram ki, ilahi ədalət var. Həmin bu ilahi gücü insanlara aşılamaq istəyirəm. Ədalət olmayan yerdə ədəbiyyatdan, insanlıqdan danışmaq olmaq.  Harda ədalət varsa, orda həyat, yaşam  var. Tanrı bu dünyanı biz bəndələrə ədalət üstündə  bərqərar edərək verib.

 

Şeirimin bir bəndində deyilir:

 

Həyat dediyinin düsturu budu,

 

istəyirsən, aldığın odu.

 

Məqsəd aydın olsun, niyyət təmiz,

 

Zəhmətin bəhrəsin dörəcəksiniz.

 

- Son illər uşaq ədəbiyyatında bir durğunluq var. Sizəcə bu nədən irəli gəlir?    

 

- Doğru deyirsiniz. Demək olar ki, bu mövzuda yazan yoxdur. Onları maraqlandıran mövzular əsasında yazmaq lazımıdır. Həm o bu günün tələbatına, tədris  proqramına  uyğun gəlməlidir. Belə ki,bu mövzular məktəbdə şaqların keçdiyi fənlər arasına əlaqə yaratmalıdır. Elə bu səbəbdən mən yaradıclığımda uşaq şeirlərinə daha çox üstünlük verdim. Məsələn, “Gülünün şeirlərikitabımdaƏlifbamız”dakı bütün həriflərə aid şeirlər var, eləcə rəqəmlərə aid tapmacalar. Bu əlavə tədris vəsaiti elə tərtib olunub ki, məktəbdə həriflərin keçirilmə ardıcıllığl ilə üst-üstə düşür.  Gülünün şeirlərikitabındakı şeir tapmacalar  2019-cu ildə məktəbə hazırlıq qrupları üçün Təhsil NazirliyininMəktəbə  hazırlaşırıqadlı metodiki vəsaitə daxil edilmişdir.  2020-ci ildə bir çox tapmaca şeirlərim yenidən sözügedən nazirliyinin tərtib etdiyi həmin o metodik vəsaitə salınıb. Ona görə uşaqların formalaşmasına xidmət edən faydalı şeir yazılar yazmaq lazımdır. Hələ ki, bu yetərincə deyil. Uşaq ədəbiyyarına daha çox üstünlük vermək lazımdır.

 

- Sizin yaradıcılığınızda  belə bir şeir formasına da rast gəlinir. MəsələnUstacılar”. Bu barədə deyə bilərsiniz?

 

-Son vaxtlar şeirin yeni forması olan“ustacı” – lar barədə daha çox söz-söhbət olur. Bu barədə çox yazıb, çox soruşurlar. Ancaq, mənim fikrimcə burada qeyri-adi heç yoxdur. Sadəcə adi bir nəzm formasıdır. Məncə, bəlkə buna hələ heç yenilik, yeni forma da demək olmaz.

 

-Bəs, bu  Ustacı” – lar necə yarandı?

 

-Məncə, bu birdən-birə, necə deyərlər, havadan, göydəndüşmə yaranmayıb. Çünki, neçə vaxtdır, məsələn,

 

İnci qərənfil”, “Düşünürəm”, “Dünya bir pəncərədir”, nəhayətPayızdı bu güzdü bukimi şeirlərdə artıq nəsə bir fərqlilik hiss olunurdu təbii proses nəticəsində  Ustacı” – lar yarandı. Məsələn  Ustacışeirimdəki kimi:

 

 Zaman, zaman dediyin, ömürdür, axıb gedir.

Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.

Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.

Rahat yaşa özünçün , heç dəyişən deyil!

 

Buradan göründüyü kimiUstacı”da birinci əsas tələb ilk sözdən son sözə qədər bir ibrətamiz fikri anlatmaq, təbliğ etmək, tərbiyəvi əhəmiyyətli ideya, düşüncənin olması şərtdir. Bundan əlavə hər bir qafiyəli, nəzm nümunəsi kimiUstacı” – nın da özünəməxsus texniki xüsusiyyətləri vardır.   Ustacı” – lar iki bənddən ibarət olur. Birinci bənd dörd misradan, ikinci bənd isə beş misradan ibarətdir. Qafiyələnmə aşağıdakı kimidir: a a a b, c c c b b. Hər misra on dörd hecadan ibarət olur. Bütün bunlardan əlavə gizli, yəni açıq görsənməyən texniki sirr sayılacaq, bütünUstacı” – lar üçün xarakterik olan səciyyəvi xüsusiyyətləri var.

 

- Gələcək planlarınız, layihələriniz  barədə deyə bilərsiniz?

 

-Ötən ildən qalan layihələrimiz davam edir. Güllünün şeirləri”, “Əliş Anna” yeni nəşrə hazırlanır. Cadulanmış evadlı roman üzərində işləyirəm. Payıza qədər onu oxucuların ixtiyarına verməyi planlaşdırıram.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 29 fevral.-2 mart.- S.8.