Əliş bəy Kərəmlinin portreti yaradıldı 

 

 

Şairlər kimi rəssamlar da qeyri-adiliyi ilə seçilirlər. Bu istedadı onlara Tanrı verib. Onlar rəsm əsərləri çəkmirlər, sanki fırçaların, rəngli boyaların dili ilə Tanrısı ilə söhbət edirlər. Onların yaratdıqları rəsm əsərlər həmişə insanları düşündürərək, böyük keçmişindən gələcəyindən xəbər verir.  O cür sənət əsərləri ölmür, əsrlər boyu daim yaşayır.

 

Ölkəmizdə istedadlı rəssamlar çoxdur. Onlardan biri tanınmış rəssam  Sehran Allahverdidir. Xatırladım ki, Sehran Allahverdi 1961-ci ildə Neftçala rayonunda doğulub, boya başa çatıb.1991-ci ildə Azərbaycan Dövlət Neft Kimya İnstitutunun iqtisadiyyat fakültəsini bitirsə , amma ixtisası üzrə işləməyib. Uşaqlıq illərindən rəssamlıq sənəti ilə məşğul olub. Elə çörəyini bu sənətdən çıxarır.

 

Seheran AllahverdiHəftə içi”  keçdiyi sənət yolundan danışdı:

 

- Mən uşaqlıq illərindən bu sənətə həvəs göstərmişəm. Hələ Taqay kənd orta məktəbində oxuyarkən gözəl rəsm əsərləri çəkirdim. Yaxşı yadımdadır. 7-ci sinifdə oxuyurdum, rəhmətlik Cəfər müəllim bizə riyaziyyat dərsi keçirdi. Uşaqlar dəftərə misalları yazırdı, mən isə yazı taxtasının qabağında dayanıb bizə dərs deyən Cəfər müəllimə baxdım, sonra onun xəyalını  12 vərəqli riyaziyyat dəftərimin üz qabığında gördüm. Təkrarən bir Cəfər müəllimə baxdım yenə dəftərin üz qabığında onun surəti gözlərimin önündə göründü.  Çəfər müəllimin əksini bu dəftərə çəkdim gözəl bir sənət əsəri alındı. Bu, mənim ilk sənət əsərim oldu. Elə bu əsərlə məktəbdə məni rəssam kimi tanıdılar. Məktəbin divar qəzetlərinin rəsmlərini əl işlərini mən çəkirdim.

 

 - Sizcə, rəssamlıq sənəti hansı xüsusiyyətləri ilə seçilir?

 

- Rəssamlıq çətin sənətdir. Hər bir insan bu sənəti öyrənə bilər, rəsmlər çəkə bilər, amma bu sənətin sirlərinə yiyələnə bilməz. Rəssamlıq böyük istedad tələb edir. İlk öncə yaradıcı adam olmalıdır, təxəyyülündə gözəl obraz yaratmalıdır, romantik baxışları olmalıdır, onun gözəl duyma qabiliyyəti olmalıdır, rəngləri bir-birindən seçməyi bacarmalıdır. Eləcə yüksək bədii təxəyyülü olmalıdır. Rəssam hər bir əsərdə özünü tapmalıdır, keçmişdən gələcəyə qədər olan məsafəni, sonsuzluğu görməlidir.

 

- qədər sənət əsəriniz var. Rafaelo Cokandro əsəri  ilə dünyada tanındı. Bu əsər bu gün onu yaşadır. Bəs siz hansı əsərlərinizlə tanınırsınız?

 

- Təxminən, 200-dən çox portret sənət əsərim var. Mən bu əsərlərlə yaşayıram. Gülümsə”, “Özünü tap”, yəni çürük kəllə mənim ən məşhur əsərlərimdən birdir. Bu günə kimi heç bir rəssam bu cür əsər çəkməyib. Çox maraqlıdır. Gülümsəəsərimdə çürük kəllənin dişləri görünür. Kəllənin ağaran dişlərindən hiss edirsən ki, gülür. Milyon illər keçəcək, o çürük  kəllə yalandan güləcək. Ona görə həyata açıq gözlə baxılmalıdır, hər şey olduğu kimi görünməlidir. İnsanlarda yalançı gülüşlər olmamalıdır. Çürük kəllə kimi yalandan gülməməlidir.  Yeri gəlmişkən deyim ki, ilk sərgim Bakı şəhərində Bəyoğlu Şadlıq Evinin  akt zalında keçirilib. 10 əsərim sərgilənib. Sərginin açılışında 1000-dən çox sənət adamları, tanınmış rəssam elm xadimləri iştirak edirdi.  Şuşa”, “İtkin qardaşım”, “Gözü yol çəkən anamportretləri sərgi iştirakçılarının daha çox xoşuna gəldi. 2019-cu ilin noyabr ayında Türkiyənin Adana şəhərində yerləşən Sürməli otelində üç gün fərdi sərgim təşkil edildi. 15 əsərim sərgyə çıxarıldı. Şimalı Kipriz dövlətinə həsr etdiyimQardaş ovucu əsərim hamının çox xoşuna gəldi. Əsərin mahiyyəti ondan ibarətdir ki, Kipriz yanır, qardaş Türkiyə isə ona dəsrək olur. Yəni əlini uzadaraq tutub, ovcunda o yanan odu saxlayır. Söz düşmüşkən deyim ki, yaradıcılığımda, əsasən, kompozisiya, təxayülün məhsulları olan sənət əsərlərim daha çoxdur.  Koronavirusla bağlı iki əsərim yaradıcılığımda xüsusi yer tutur. Əsərimin birində insan ağzına qoruyucu tibb maska taxıb, amma virus isə içəridən onun beynini yeyir.

 

- Əsərləriniz satılırmı ona qiymət qoyursunuzmu?

 

- Elə sənət əsərlərim var ki, onun dəyəri pulla ölçülmür. Çörək xətrinə münasib qiymətə verirəm. Türkiyədə sərgidə olarkən, “Qardaş ovucuəsərimi istədilər. 10 min manat məbləğində əsərimə qiymət qoydum, razı oldular. Koronavirus epidemiyasına görə müqavilə bağlaya bilmədik. Pandemiyadan sonra əsərimi alacaqlar.

 

- Dünyanın tanınmış rəssamları ilə əlaqələriniz olurmu?

 

- Mən internet vasitəsilə dünyanın ən məşhur rəssamları ilə rəsm mübadiləsi edirəm. Ən çox Avropa Amerika dövlətlərinin rəssamları ilə dostluq edirəm. Söz düşmüşkən deyim ki, Avstraliyada sərgim keçiriləcək, artıq viza əldə olunub. “COVİD-19  götürülən kimi, Avstraliyaya gedəcəyəm. Onu da vurğulayım ki, 100-ə yaxın  şeir kitablarının bədii əsərlərin üz qabığının şəkillərini mən çəkmişəm.

 

- Necə oldu ki, memar Əliş bəy Sübhan oğlu Kərəmli Şirvaninin portretini yarada bildiniz? Axı, tarixi araşdırmalara görə,  bu günə kimi onun tarixdə şəkli, portreti olmayıb 

 

- Diqqətinizə çatdırım ki, Zaur Ustac istedadlı şair olması ilə yanaşı, həm də gözəl tədqiqatçıdır. İnternet səhifəsində onun öz dövrünün  tanınmış memarı Əliş bəy Kərəmli haqında “Kərəmli-700” layihəsi diqqətimi cəlb etdi. Həmin layihəni oxudum,  memar haqqında məlumat topladım, bilgilər əldə etdim. Sonra Zaur Ustacla tanış oldum. Bir neçə dəfə onunla görüşüb, bu barədə müzakirələr etdik. Zaur bəyin  təxminləri və  mənim bədii təxayülüm  əsasında Əliş bəyin portretini yaratdım. Mənə qədər Zaur Ustac Əliş bəyin sifət quruluşlarını və eskizlərini əldə etmişdi. On gün müddətində bu əsəri işlədim. Qeyd edim ki, bu bir tapıntıdır. Kremlin memarı və qurucusu olan  Əliş bəyin portreti bu günə kimi rəssam tərəfindən çəkilməyib. Əliş bəy dünya miqyasında əvəzolunmaz memar olub. Əliş bəyin hələlik, iki portretini çəkmişəm. Biri Şamaxı Diyarşünaslıq Muzeyinə verilib. O birisi isə Dövlət Regional Kollecinə sənəd şəklində hədiyyə ediləcək. Xatırladım ki, Əliş bəyin  Kremlə qədər Bağdadda, Təbrizdə nə qədər körpüləri, sarayları var idi, eləcə də Krımda  Baxçasaray kompleksində  gördüyü işlər artıq dünyaya bəlli idi.   Avropada onu  şamaxılı Alles kimi tanıyırdılar. 1367-ci ildə rus kinyazı Dimitri  İvanova xəbər çatdırırlar ki, belə bir memar var.  Knyaz Şirvan şahı  Şeyx İbrahimə  elçi göndərir ki, Moskvada bir qala tikmək üçün Əliş bəyin gəlməsinə icazə versin. Şeyx İbrahim uzaqgörən adam olub. Knyazın elçilərinə yox cavabı verib.  İkinci dəfə elçilər gələndə Əliş bəy özü onları razı salır,  o da Moskvaya gedirKremli tikir, müqavilə əsasında ödənişləri vaxtlı-vaxtında alır. Dmitri Əliş bəyin işlərini çox bəyənir. Belə bir qalanın başqa bir ölkədə tikilməsinə razı olmayan knyaz Əliş bəyə sui-qəsd etdirir. O, Əliş bəyi yola salanda  bir qazax tərəfindən xaincəsinə öldürülür. Xatırladım ki, rəsm əsərinə qədər müxtəlif bədii əsərlərdə  Əliş bəyin üz cizgiləri haqında bədii təsvirləri var idi.  Elə həmin təxəyyüllər və öz bədii təxəyyülüm bu əsərin ərsəyə gəlməsinə səbəb oldu. Qeyd edim ki, bu ərəfədə artıq Nəsiminin portretini çəkmişdim. Və buradan da belə bir qənaətə gəldim ki, Əliş bəylə Nəsimi, təxminən, eyni dövrdə yaşayıb və o dövrün kişi geyimlərindən istifadə ediblər. Nəhayət ki, Əliş bəyin portretini yarada bildim.

 

 Ən böyük əsərlərimdən biri də yaratdığım emalatxanadır. Maraqlı odur ki, qayanın üzərində bu emalatxananı  yaratmışam. Bütün materiallar təbii daşlardan ibarətdir. Gələcəkdə fikrim budur ki, emalatxana binası bir muzey kimi fəaliyyət göstərsin, xarici turistləri özünə cəlb eləsin. Bu evin dəyəri yoxdur. Emalatxananın hər küncü bir tarixdir. İkimətrəbəli binada yaşı iki əsrə gedib çıxan piano, yataq dəst, bir sözlə, qədim antik əşyalarla zəngindir.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 2-3 iyun.- S.8.