“General” işıq üzü gördü
Şair Şirin Məmmədlinin qələmə aldığı yeni kitabı bədii ədəbiyyata, şeirə-sənətə möhkəm bağlı olan bir insan – general-leytenant Arif Nəzər oğlu Heydərovun keçdiyi ömür yolu haqqında “General” poeması (Oda əsəri) işıq üzü gördü. Kitabın redaktoru isə tanınmış şair-publisist yazıçı Qələndər Xaçınçaylıdır. Şair bu əsəri yazmaqla çox sevdiyi, özünün həyatında da dərin izlər buraxmış həmin görkəmli şəxsiyyətə sözlə bir abidə ucaltmağa səy göstərmişdir.
Filologiya elmləri doktoru Vaqif Yusifli kitaba “Ön söz” yazıb. “Ön söz”də bildirilir ki, poema bir-birinə sıx bağlı iyirmi doqquz fəsildən ibarətdir və bu fəsillərin hər birində generalın obrazının mükəmməl cizgiləri müşahidə olunuir. Poemanın birinci fəslində müəllif öz nəslindən, babalarından söz açır və məlum olur ki, müəllif generalla eyni nəsildəndir. Onların ulu babaları Səfəralı kişi olub (“Baş əyməzdi o yağıya, nadana, Qol qaldırıb, qılıncını çalardı”.) Bu nəslin iki tanınan övladı olub: biri Məhəmmədəli, o biri Heydər. Bu iki qardaş həmin nəslin şərəf və ləyaqətini həmişə uca tutmuş, Mehdilərin adını yaddaşlara yazmışlar. Müəllif Gürcülü kəndini də böyük məhəbbətlə təsvir edir:
Gürcülü adlanan doğma kəndimin,
Gözəl mənzərəsi, oylağı vardı.
Gülləri sayrışan çöl, çəmənimin,
Sərin bulaqları, yaylağı vardı.
Bu kənd təkcə təbii gözəllikləri ilə deyil, həm də insanları, ozanları, igid-igid oğulları, sinəsi nağıllı, bayatılı nənələri, müdrik ağsaqqalları ilə şöhrət qazanmışdır.
Müəllif Arifin uşaqlıq və gənclik illərini də rəğbətlə təsvir edir. Yaşa dolduqca Arifin öz doğma Vətəninə, dilinə, mənəvi dünyasına bağlılığı həmişə diqqəti cəlb etmişdir. Atasının iş yeri ilə əlaqədar Ağdaşda doğulsa da, Arif “Həmişə deyərdi Qubadlıdanam. Mən doğma atamın yurdunu danmaram”.
Arif Heydərov çox zəkalı, fonemal bir insan idi. Elə orta məktəbdə oxuyanda o, hamıdan seçilirdi, sonralar yaşa dolduqca rus, ingilis, fars, alman dillərini də öyrənir. Orta məktəbdə oxuyarkən Arifin ən sevdiyi fənn tarix olur. O yaxşı bilirdi ki, öz xalqının tarixini, keçmişini bilmədən əsl vətənpərvər olmaq mümkün deyil. Atasının və başqalarının Qaçaq Nəbi haqqında söylədiklərini də unutmurdu. Beləliklə, orta məktəbi bitirənədək Arif Heydərov mükəmməl bir gənc kimi yetişmiş, formalaşmışdı. Arif Heydərovun lap gənc illərindən bir insan kimi sadə insanlarla oturub-durması, onlarla dostluq etməsi, xüsusilə qardaşı Qaçaya olan sevgisi poemada çox incəliklə çatdırılır: “Sadə adamlardan dostlar seçərdi, Onlar uzaqgörən insanlarıydı”.Onun yurda bağlılığını, şeirə-sənətə böyük həvəsini, dünya ədəbiyyatını sevə-sevə mütaliə etməsi də unudulmur:
Böyüyə, uşağa, hər
bir insana,
Qayğı göstərirdi öz əməlində.
İçindən
alışıb o yana-yana,
Bir ocaq olmuşdu doğma elində.
Bir sözlə,
müəllif Arif Heydərovun xasiyyət və xarakterini üzə çıxarır. Onun ali məktəbdə
bir tarixçi kimi yetişməsini, gənc yaşlarından idmanı sevməsini, xüsusilə nəzərə
çatdırır.
“Çahargahsız”, “Segahsız” günü olmayan, çox güclü musiqi duyumu ilə seçilən Arif Heydərov öz xalqının mənəvi
aləminə də yaxşı bələd idi. Amma o, ilk növbədə, doğulduğu torpağın
pərvanəsi idi. Qaçaq Nəbi onun
gənclik illərinin
sevimli qəhrəmanı
idi. Heç şübhəsiz,
Arif Heydərovun mətin bir insan kimi yetişməsində
Nəbi haqqında deyilən fikirlərin də əhəmiyyəti
az olmamışdır:
Babası
Heydərin söhbətlərindən
Bilirdi, görmüşdü
Heydər Nəbini.
Arifin dağlarda xoş gəzməyindən
Daşlar, qayalar da gəzər
Nəbini.
Beləliklə, Arif Heydərovu təbiət özü, zəmanə özü yetirir. Elə bir insan ki, onlar
təkcə doğulduqları
ata-baba yurdu üçün deyil,
Vətən – Azərbaycan
üçün yaranırlar.
Arif Heydərovun həyatının bir hissəsi xarici olkələrdə –diplomatiya
fəaliyyətində keçmişdir,
amma o, harada olursa-olsun bircə an belə öz Vətənindən ayrılmayıb.
Akademik, millət vəkili, “Ata Türk” Mərkəzinin rəhbəri Nizami Cəfərov, millət vəkili,
tanınmış yazıçı Aqil Abbas, Qubadlı RİH-in
başçısı Malik İsaqov, BDU-nun kafedra müdri , professor, əməkdar müəllim Abbas Abbasov və filologiya elmləri doktoru
Əliağa Cəfərov kitaba rəy
yazmışlar.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2020.- 23-24
iyun.- S.8.