Balaxanının tarixi abidələri
bərpa olunur
Fuad Məmmədov: “Qəsəbədə
təmir və tikinti işləri iki ilə kimi
başa çatdırılacaq”
Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biri Balaxanıdır. Balaxanı nefti
Azərbaycanı dünyaya
tanıdıb. Sözügedən qəsəbə, demək
olar, qoruq kimi Mədəniyyət Nazirliyinin siyahısına
salınıb. Balaxanı qədim
tarixi abidələrlə
zəngindir. Yaxın zamanlara
qədər qəsəbə
baxımsız qaldığından,
tariximizi yaşadan bir sıra abidələr
tamamilə dağılıb
yox olmuşdu.Qalanları
isə dağılmaq
üzrə idi. Ölkə başçısının göstərişi
və qayğısı
nəticəsində çox
sayda turist axınını özünə
cəlb edən Balaxanı yenidən bərpa edilir. İşlər çox dəqiqliklə,
bu sahəni mükəmməl bilən
mütəxəsisslər tərəfindən
icra olunur.
Hazırda Balaxanı qəsəbəsinin
Səfəvilər və
Dirçəliş küçələrində
təmir işləri
aparılır, tarixi abidələri ziyarət etmək istəyən turistlərin gəlişinə
uyğun şəkilə
bərpa olunur. Qədimi məhəllənin
plan-forması qorunmaqla,
Balaxanı küçələrində
divarların bərpası,
yolların yenilənməsi
həyata keçirilir.
Öncə yolumuzu Dirçəliş
küçəsindən saldıq.
Küçənin daxili yollarına
tamet daşlar döşənib. Evlərin fasadlarında
bərpa və təmir işləri aparılıb.
Sabirin heykəli rənglənib,
ətrafında isə
abadlıq işləri
görülüb. Çox sayda
bəzək bitkiləri
əkilib. Qəsəbəyə gələn mərkəzi
yollar standartlara uyğun olaraq çəkilib. Yolların səkiləri
bərpa olunub, tamet daşlar döşənib. Qəsəbənin mərkəzində 1941-1945-ci illər
Böyük Vətən
müharibəsində həlak
olmuş Balaxanı sakinlərinin xatirəsinə
ucaldılmış abidədə
və onun ətrafında da təmir-bərpa işləri
aparılıb. Eyni zamanda,
Qarabağ şəhidlərinin
xatirəsinə salınmış
“Şəhidlər ölməz,
vətən bölünməz”
abidə kompleksi böyük bir parkı əhatə edir. Sözügedən park yenidən qurulub.
Parkın daxili yollarına
tamet daşlar döşənilib, küçə
işıqları, söhbətgahlar,
uşaq attraksionları
quraşdırılıb. Hətta quş yuvalarına kimi tikilib. Adıçəkilən istirahət guşəsində
uşaqların oynaması
üçün ikiminlik
futbol meydançası
tikilib. Çoxlu sayda bəzək
ağacları və kollar əkilib. Park öz gözəlliyi
ilə qəsəbəyə
yaraşıq verir.
Qəsəbədə abadlıq, bərpa, təmir işləri ilə Bakı Abadlıq Xidməti MMC məşğul olur. Sözügedən
qurumun mühəndisi
Fuad Məmmədov aparılan işlərə
şəxsən özü
nəzarət edir.
Fuad Məmmədov “Həftə
içi”nə görülən
işlərdən danışaraq
bildirdi ki, öz
qədim tarixi ilə seçilən Balaxanı qoruq zonasına daxildir: “Bu səbəbdən, qəsəbədə
əsaslı şəkildə
bərpa, təmir işləri aparılır.
Qəsəbənin bütün
elekrtik xətləri
“Azərişıq” ASC tərəfindən
yenidən çəkilib.
Beş
min metr uzunluğunda müasir tələblərə
cavab verən yeraltı elekrtik xətləri çəkilib.
Eləcə də 1960-cı illərdə
çəkilimiş 3 min metrə
qədər rabitə
xətləri yenisi ilə əvəzələnib.
Qəsəbənin kanalizasiya xətti
yox dərəcəsində
idi. Artıq Balaxanının kanalizasiya sistemi yenidən qurulub. Bu günə kimi
3500 metr uzunluğunda kanalizasiya xətti çəkilib. Bundan sonra
2500 metr uzunluğunda kanalizasiya xəttinin çəkilişi nəzərdə
tutulub. Artıq bu istiqamətdə
işlər davam edir”.
Fuad Məmmədov qəsəbədəki
tarixi abidələrdən
də danışdı.
Bildirdi ki, XIV əsrə aid qum
hamamı, su ovdanı, eləcə də XIV əsr tarixi olan su
quyusu bərpa olunub: “Eyni zamanda,
XIV əsrə məxsus
Hacı Şəhla türbəsi uçub-dağılmışdı.
Əvvəllər necə tikilmişdirsə
və layihə əsasında necə vardırsa, o formada da bərpa olunub.
Eləcə də XVI əsrdə tikilmiş Karvansara, XIX əsrə məxsus Məşədi
Muxtar hamamı konservasiya olunub. Qəsəbənin 7 küçəsində təmir və bərpa işləri gedir. Belə ki, yaşayış
binalarının fasadları,
dam örtükləri təmir
olunub. Yerə tamet döşəmələr,
yollara 32 min kvadratmetr asfalt vurulub. Təxminən, 60-70 min kvadratmetr asfaltın vurulması da nəzərdə tutulub”.
Müsahibim qəsəbənin iki
parkında bərpa işlərinin aparıldığını
və çoxlu sayda ağac və kolların əkildiyini də dedi. Onun sözlərinə
görə, Balaxanı
dünyada öz nefti ilə tanınıb və ilk neft quyusuda məhz
sözügedən qəsəbədə
vurulub: “Qəsəbə
ərazisində XIX əsrin
sonunda tikilimiş böyük bir tikili var. Həmin o tikilidə Neft Muzeyi yaradılır. Qəsəbənin tarixini əks
etdirən materiallar, fotostendllər həmin muzeydə öz əksini tapacaq. İki ilə kimi qəsəbədə abadlıq,
təmir-tikinti, bərpa
və abadlıq işləri başa çatdırılacaq. Məqsədimiz Balaxanının keçmiş
görkəmini, qədimliyini
özünə qaytarmaqdır.
Bu müddətə qədər Balaxanı öz görkəmi ilə paytaxtın ən gözəl qəsəbələrindən birinə
çeviriləcək. Bütün bu görülən işlərin hamısı
ölkə başçısı,
cənab İlham Əliyevin təşəbbüsü
və qayğısı
hesabınadır”.
Qəsəbə sakinləri qəsəbədə
aparılan bərpa, təmir və abadlıq işlərinə,
eləcə də sakinlərə göstərilən diqqət
və qayğıya görə, ölkə
başçısına öz minnətdarlığını
bildirdilər.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2020.- 3-4
mart.- S.7.