Kino onun həyatı
idi
Bu gün
Əməkdar incəsənət xadimi Lətif
Səfərovun doğum günüdür
Sentyabrın 30-u Azərbaycanın kino tarixində xüsusi dəst-xətti ilə seçilən Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış kinorejissorun anadan olmasının 100-cü ildönümü tamam olur.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında
olanda rejissor Leo Murun “Gilan qızı”
filmində çəkilib.
Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı
başlanıb. 1928-1931-ci
illərdə "Sevil",
"Lətif", "Qızıl
kol" filmlərində
uşaq obrazlarını
ifa edib. Ancaq sonradan xəstələndiyi
üçün Bərdəyə
gəlib. Bir müddət
müalicə aldıqdan
sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və
qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın
dublyaj şöbəsində,
sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı
ildə Moskvadakı Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna
daxil olub. Məşhur
rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-cı ildə təhsilini başa vurub və peşəkar
kinematoqrafçı kimi
Bakıya qayıdır
və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə "Bəxtiyar"
filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində
baş rolu Rəşid Behbudov ifa edir və
bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov
filmdə Rəşid
Behbudovla yanaşı
peşəkar, sevilən
aktyor truppası toplayır. Ağasadıq
Gəraybəyli, Ağahüseyn
Cavadov, Münəvvər
Kələntərli, Məmmədrza
Şeyxzamanov, İsmayıl
Əfəndiyev, İsmayıl
Osmanlı və başqalarının yaratdığı
obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif
Səfərovun ekranlaşdırdığı
"Leyli və Məcnun", "Qızmar
günəş altında"
bədii filmləri də kino tamaşaçıları
tərəfindən çox
sevilib və uzun illər ötməsinə baxmayaraq
sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların
həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının
sədri seçilən
Lətif Səfərov
1963-cü ilədək bu
işi davam etdirir.
Lətif
Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə
dünyasını dəyişir.
Bu gün
anadan olmasından bir əsr
ötən kinorejissor Lətif Səfərovun
ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.
Həftə içi.- 2020.- 1-7
oktyabr.- S.12.