Dramaturq, jurnalist, uşaq yazıçısı
və pedaqoq
Süleyman Sani Axundov dramaturq,
jurnalist, uşaq yazıçısı və
pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də
böyük maraqla oxunur.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov
1875-ci il oktyabrın 3-də Şuşa
şəhərində anadan
olub. Uşaq yaşlarından atasını itirdiyi üçün dayısı
Səfərəli bəy
Vəlibəyovun himayəsində
böyüyüb.1885-1894-cü illərdə
Qori Müəllimlər
Seminariyasında təhsil
aldıqdan sonra III dərəcəli rus-tatar
məktəbində müəllim
işləyib. 1920-1921-ci
illərdə Qarabağ
vilayətinin maarif şöbəsinin müdiri,
1922-1930-cu illərdə Bakıda
məktəb müdiri
vəzifələrində çalışıb.
1922-ci ildə Azərbaycan
“Ədib və Şairlər” İttifaqının
ilk sədri seçilmiş
ədib, ədəbi və pedaqoji fəaliyyətinə görə
1932-ci ildə "Əmək
qəhrəmanı" adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş Sovetlər İttifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün
sonuna kimi pedaqoji fəaliyyətlə
məşğul olmuş,
yazıçı, jurnalist
kimi tanınıb.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının
inkişafında böyük
xidmətləri olub.
Çar
hakimiyyəti dövründə
əsl maarifçi kimi xalqın övladlarının təhsil
alması üçün
əlindən gələni
əsirgəməyən ədib,
1906-cı ildə Azərbaycan
müəllimlərinin Bakıda
keçirilən I qurultayında
fəal iştirak edib. Qurultaydan sonra ərəb əlifbasının islahı
üçün təkliflər
irəli sürən S.S.Axundov pedaqoji sahədə həmkarları
ilə birlikdə “İkinci il”
dərsliyini tərtib
edib.
Yaradıcılığında yazdığı ilk əsəri
olan "Tamahkar" komediyasi ilə tanınmış yazıçı
bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı
Qara" əsərinin
təsiri ilə qələmə alıb. Dramaturqun sənətini
sevən yazıçı
ədəbiyyatda ondan
fərqlənməkdən ötrü
ərəbcə ikinci
mənasını daşıyan
"sani" sözünü
özünə ləqəb
götürüb. “Tamahkar" komediyasında
o, dövrün bir sıra mənfiliklərinə,
o cümlədən tamahkarlıq,
qadın azadlığına
qarşı çıxanlar
tənqid edilir. Bu əsərində yaratdığı Gülzar,
Şərəf xanım,
İmran kimi müsbət surətləri
ilə gələcək
nəsli həqiqətə,
fədakarlığa səsləmişdir.
Bundan başqa yazıçı 1907-ci ildə
yazdığı "Dibdat
bəy", "Türk
birliyi" komediyaları,
"Laçın yuvası",
Qaranlıqdan işığa",
"Şahsənəm və
Gülpəri", "Səadət
zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq
və intiqam" kimi pyeslərin və bir sıra
uşaq əsərlərin
də müəllifidir.
Bir nasir kimi 1905-ci ildə yazdığı
"Qonaqlıq", "Kövkəbi-hürriyyət",
"Yuxu" kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.
O,
1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf”
hekayələrini yazıb.
Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu
Məmmədə və
qızı Fatiməyə
danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə
gətirir.
“Qorxulu nağıllar”
adı təəccüb
doğurmamalıdır. Müəllif
bu barədə yazıb: “Bu hekayələr
həqiqətən də
qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini,
həyatın işıqlı
və qaranlıq tərəflərini açır,
xeyirxahlıq və ədavətin təntənəsini
əks etdirirdi”.
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da 63 yaşında vəfat edib.
Hazırda yazıçının yaradıcılığına verilən qiymət kimi Bakı küçələrindən biri onun adını daşıyır.
Həftə içi.- 2020.- 8-14
oktyabr.- S.12.