Atəşkəs istəyən Ermənistan
Gəncəni bombaladısa, cavabı nə olmalı?
Ermənistanın Azərbaycana qarşı genosidi, terroru, mülki əhaliyə qarşı soyqırımı davam edir. Abırsız, qatil Ermənistan bu terrorçu əməlini dünyaya “biz danışıqlar istəyirik, amma Azərbaycan qəbul etmir” bağırtısı ilə Moskvada baş tutan atəşkəs danışıqlardan sonra törətdi. Ermənistan qadağan olunmuş raket silahı ilə gecə saat 2:00-radələrində, öz evində yatan dinc sakinlərə, Gəncə vətəndaşlarına qarşı soyqırım etdi. Dünya nəhayət bu haqsızlığa son qoymalıdır! Ermənistanın Azərbaycana qarşı məkirli siyasətinə qarşı sərt reaksiyalar verilməlidir. Ermənistanın məkirli cinayətkar olduğunu bilirik, o Xocalını törədən mənfur düşməndir. Bu gün “Niyə dünya ictimaiyyəti bu ədalətsizliyə qarşı qəti mövqe sərgiləmir”-deyə sualın verilməsi də məntiqini itirib. Çünki Ermənistan işğalı, Azərbaycana qarşı soyqırımları, cinayətləri məhz dünyanın gözü qarşısında baş verir.
Gəncəyə raket atan, mülki əhalini qıran düşməni yalnız bir hədəf susduracaq.
Bu məsələ ilə bağlı hafta.az-a müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli də müsahibəsində bunu bəyan etdi.
- Fəzail müəllim, dünən Gəncəyə qarşı genosid edən Ermənistanın öz işğalçı və çinayətkar mahiyyətini ortaya qoyması belə bir sualı yenə də aktual edir: Azərbaycana, türkə qarşı düşmənçiliyi bəlli olduğu halda birdən-birə Ermənistanla atəşkəs danışıqlarının, bəyannamənin qəbul olunmasının mahiyyəti nə idi və buna gərək var idimi. Niyə yenə də erməni, rus hiyləsinə aldandıq?
- Əvvəla kifayət qədər ciddi, kifayət qədər mürəkkəb zamanda yaşayırıq. Azərbaycanın üstünə dünya gəldi, Avropa ölkələri gəldi. Azərbaycan haqq işini davam etdirdiyi bir məqamda sanki xristian dünyasında bir ahu-zar başladı, sancılandılar və atəşkəs rejiminin vacib olduğunu elan etdilər. Azərbaycan tərəfi öz haqq işində mübarizə aparmasına baxmayaraq bu danışıqda iki məqamı dəstəklədi. Birinci, “Azərbaycan diplomatik yolu seçmədən müharibəni üstün tutur” –deyə dünyaya əsas vermək istəmədi. Buna cavab olaraq yenə də cənab Prezident elan etdi: biz torpaqlarımızı işğaldan azad etməliyik. Əgər erməni tərəfi bunu dinc yolla, qoşunlarını geri çəkməklə edəcəksə, biz danışıqlara hazırıq. Və atəşkəs rejimi elan olundu. Bu, elan olunmasaydı, biz dünya qarşısında təklənmiş qalardıq. “Əks tərəf atəşkəs istəyir və qoşunlarını çəkir” –deyə üstümüzə belə bir şər atılacaqdı. Biz bu deyilən böhtanlardan diplomatik şəkildə yaxa qurtarıb mübarizəmizi axıra qədər davam etdirmək üçün təbii ki, bu danışıqlara razılıq vermişik. Lakin biz diqtə edən tərəf kimi bu atəşkəsə razılıq vermişik. Yəni Moskva danışıqlarına qədər olan bütün danışıqlarda, 30 il ərazində Azərbaycana diqtə edən tərəf Ermənistan idi. Artıq indi Azərbaycan tərəfi ərazilərimizin təmizlənməsi diqtəsi, tələbi ilə bu danışıqlara qoşulub. Bütün hallarda yenə də bu atşkəs danışığına qoşulmuşuq. Amma Ermənistan yenə də öz mənfur simasını göstərdi. Atəşkəsin əldə edilməsindən sonra dinc əhaliyə açılan raket atəşi dünya ictimaiyyətinə qarşı bizim əlimizdə acı da olsa bir əsas verdi. Və biz müharibəmizi də davam etdiririk. Ona görə də Qarabağla bağlı baş verən hadisələri ölçüb-biçəndə Azərbaycanın dünyanın sivil bir parçası oduğu bir daha önə çıxır. Bütün dünyanın Azərbaycanın üzərinə gəldiyi bir vaxtda, danışıqlara razılıq vermək düzgün bir manevr oldu.
Digər tərəfdən, ermənilərin xisləti aydındır. Ermənistanın son nəfəsidir, hərbi cəhətdən hansısa addım atmağa gücü çatmır. Dəhşətli bir ruhi gərginlik keçirir. Burda Paşinyanın taleyi həll olunur, siyasi hakimiyyətinin mövcudluğu da sual altındadır. Bu əməlinə görə Paşinyan Haqa Məhkəməsində cavab verməli olacaq. Vaxtilə Köçəryan da Qarabağda “at oynatdı”, sonra da gedib həbsxanada oturdu. Tanrı səbrlə insanı özünün haqqına çatdırır. Ona görə də hesab edirəm ki, Gəncə hadisələri bizim haqlı olduğumuzu, torpaqların yalnız müharibə yolu ilə azad olunmasının mümkünlüyünü bir daha göstərdi. Dünya, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu məsələni belə qoyurdu: münaqişənin hərb yolu həlli yolu yoxdur. Azərbaycan tərəfi sübut etdi: münaqişənin yeganə yol var - bu müharibə yoludur. 30 il bizə tövsiyə etdilər ki, siz danışın. Biz indi danışırıq, amma erməni işğalçısının başa düşdüyü dildə. Çünki deyir, “qananı sözlə, qanmayanı bizlə...” Yaxşı, danışırıq, onda niyə bizim bu danışığımıza mane olursuz?! Yəni Gəncə hadisələrinə qiymət verdikdə bir daha görünür ki, bu, erməni məkridir. Biz Gəncədə baş verən bu genosidə ürək yanğısı ilə yanaşırıq, istəmərik ki, millətimizin başından bir tük də əskik olsun. Amma unutmayaq ki, bunu törədən bir gecədə 12 min insanı qətlə yetirən ermənilərdir!. Onlar Xocalı soyqırımını törədən ermənilərdir! 20 Yanvar hadisələrini törədən ermənilərdir! Qaniçən erməninin bu əməlləri bizdə təəccüb doğurmur! Amma bu gün cəzasını çəkir. Artıq bu mənfurun son nəfəsidir. Bunların Qarabağdan qovulmasına az qalıb. Deyir, bağanı arxası üstə çevir, yaxud öldür, eynidir. İndi düşmən arxası üstündə çevrilib, ölüm həddindədir. Düşmənlər Azərbaycanda dinc əhalini atəşə tutmaqla həm də uduzur. Bunu dünya ictimaiyyəti görür.
Bir məqamı da qeyd edim ki, Azərbaycan tərəfi bu atəşkəsə qol çəkməklə, həm də onu nəzərə alıb ki, əgər atəşkəs vasitəsi ilə istədiyimiz son nəticəni əldə edə biləcəyiksə, onda niyə biz itkilərə yol verməliyik. Bu da atəşkəs rejiminə razılıq vermək üçün həlledici rol oynayıb.
- Dünən axşam erməni işğalçıları, qatil Ermənistan Azərbaycana qarşı növbəti genosidini törətdi. “Azərbaycanda matəm elan olunmalıdrmı” sualı yaranır.
- Dövlətimiz və onun başçısı var. Ali Baş Komandan hansı qərarı verərsə, təbii ki, bir monolit birlik olaraq, yekdil olaraq Azərbaycan xalqı o qərarın arxasında dayanacaq. Biz müharibə vəziyyətindəyik, təbii ki, burda ayrı-ayrı fərdlərin istək arzusu yox, dövlətin Ali Baş Komandanın hər bir sözü qeyd-şərtsiz yerinə yetirilməlidir.
- Gəncədə mülki əhalinin raket atəşinə tutulması, mülki əhalinin öldürülməsi hadisəsinə erməni genosidinin, terrorunun davam etməsi kontekstində yanaşanda, necə hesab edirsiz, düşmənə qarşı əks-hücum əməliyyatları davam edəcəkmi?
- Əks hücum deyiləndə, guya atəşkəs, hücum dayanıb ki... Erməni işğalçıları atəşkəs rejiminə əməl etmirsə, təbii ki davam edəcək. Ermənilərə iki mühüm şərt qoyulur: bizim istədiyimizi həyata keçirmək üçün qrafik verin və həmin qrafik əsasında torpaqlarımızı boşaldın. Əks təqdirdə əməliyyat davam edəcək. Danışıqlarda bu iki məqam önə çəkilib. Ona görə də yalvarır, yaxarır, dünyanın ətəyindən yapışır, beynəlxalq təşkilatları üstümüzə qaldırır. Bir tərəfdən də mülki əhaliyə qarşı belə bir cinayəti törədir. Bunlar dinc əhalinin yaşadığı evlərə gecə yatdığı yerdə raket atmaqla Azərbaycandan da belə bir cavab verilməsini gözləyirlər. İstiyirlər ki, Azərbaycan tərəfi də onlar kimi davranıb dinc əhali yaşayan hansısa mülki rayonları raket atəşinə tutsun və bununla da 3-cü tərəfi - Təhlükəsizlik Müqafiləsi Təşkilatını bu müharibəyə qoşsunlar. Bu saat Ermənistanın birinci vəzifəsi Rusiya ilə bağladığı ikitərəfli hərbi müqaviləni işə salmaq və KTMT-nın üzvlərini münaqişəyə cəlb edib, region müharibəsinə çevirməkdir. Amma Azərbaycan tərəfi təmkinlə, səbrlə hərəkət edir. Təbii ki, müharibə gedir və qurbanlarımız da olacaq, analarımızın göz yaşı axır, çox ağırdır...
- Fəzail müəllim, 30 ildir işğala məruz qalmışıq və BMT kimi nüfuzu olan bir təşkilatda işğal faktını tanıyan və işğalçının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən sənədlərə illərdir məhəl qoyulmayıb. Belə olduğu halda erməninin Moskvada rus tərəfdaşları ilə qəbul etdiyi bəyənnaməyə əməl edəcəyinə necə ümid etmək olardı?
- Biz o sindromu sındırmışıq. Qüvvələrimizi geri çəkmirik, hərb vəziyyətdən sülh vəziyyətinə keçməmişik, Azərbaycanda hərbi vəziyyətdir. Artıq Gəncə hadisələri də sübur etdi ki, bu danışıqların nəticəsi olmayacaq, deməli biz hücumu davam etdirəcəyik. Bizim ordumuz da döyüş hazırlığında və nəticə gösləyir, buna görə də uzunmüddətli fasilə olmayacaq. Bizə lazım idi ki, dünya ictimaiyyəti bizim sülh istədiyimizi bilsin, üstümüzə gəlməsin. Arxamızda duran Türkiyə dünya dövlətləri qarşısında təklənməsin. Dünya görür ki, erməni naqisdir, sözünə əməl etməyəndir, məqsədi regoion müharibəsi törətməkdir.
- İndi belə suallar var: bəs Türkiyənin bu danışıqlarda yeri hardadır? Elə “Moskva danışıqları” ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin ötən gün keçirdiyi brifinqdə Ankara mediasından da belə bir sual ünvanlandı. Hikmət Hacıyev Türkiyənin ATƏT-in Minsk Qrupunda bir vasitəçi kimi tanıdığımızı dedi və hər zaman bu ölkədən bir vasitəçi kimi dəstək gözlənildiyini vurğuladı. Belə olduğu halda, bəs nəyə görə Türkiyənin bu danışıqlara hər hansı bir formada qatılması mümkün olmadı?
- Danışıqlar müharibə edən tərəflər arasında gedir. Birincisi, Türkiyə müharibədə iştirak etmir. İkincisi, bu məsələ ATƏT-in Minsk Qrupuna həvalə olunub və Türkiyə rəsmi olaraq o qrupun üzvü deyil. Amma sözü bir, qətiyyəti bir və “Biz Azərbaycanın yanındayıq” - deyə dayanıb, gözləyir. Atəşkəs rejimi pozularsa, Türkiyə yenə də bizə mənəvi, siyasi dəstəyini verəcək. Türkiyəni də bu prosesə qoşmaq o demək olar ki, müharibə regionda genişlənəcək. Biz isə bunu istəmirik. Lakin Türkiyənin ATƏT-in Minsk qrupunda təmsilçiliyi məsələsi istər Milli Məclisdə, istərsə də siyasi xadimlər, politoloqlar tərəfindən qaldırılır. Fransanı Minsk Qrupundan rədd edib, region dövləti kimi Türkiyəni ora cəlb etmək, yaxud da Fransadan əlavə Türkiyəni də bu prosesə qoşmaq. Bu bizim istəyimizdir, amma protokol qaydaları var. Bu, sadəcə bizim istəyimizlə reallaşan məsələ deyil, beynəlxalq hüquq var. Beynəlxalq təşkilat isə bunu istəmir.
Biz bu propsesdə xristian dünyası ilə vuruşduğumuzu bilməliyik. Təkcə Ermənistanla vuruşmuruq, 200 ildən artıq xristian dünyasında özünə yer tapan, qala quran Ermənistan ordan başımıza qumbara və güllə yağdıraraq ən yaxşılarımızı sıradan çıxardıb. Bizi dünya ictimaiyyətinin gözündən salmaq istəyir, tariximizə zədə vururlar. Mən demişəm, bir də təkrar olsun: yanvar ayının 2-sindən başlayaraq təqvimin hər ayında bir faciəmiz var, noyabrın 20-i, vertalyot qəzasına qədər. Tarixə fikir verin: yanvar faciəsi, fevral - Xocalı soyqırımı, mart soyqırımı, Ağdam, Şuşanın işğalı, Laçın və sair... düzdür, indi bu rayonların qarşısında başqa tarix, başqa rəqəmlər yazılacaq. Tutaq ki, Cəbrayıl rayonunun qarşısında “23 avqust” işğalı silinib, 4 oktyabr qələbəsi yazılır. Bu rayonların qarşısında azadlığımızı göstərən yeni rəqəmlər yazılacaq, amma yaşadığımız o tarix, artıq tarix olaraq qalır... Ermənilər Azərbaycana qarşı törətdiyi qətliamları, cinayətləri, işğalları törətmək üçün hardan güc alırdı?! Xocalı soyqırımını törətdilər, kimin ordusu ilə, 366-çı rus notaatıcı alayının köməyi ilə! Mart souqırımını kimin köməyi ilə törətdilər, bolşevik Lenin Rusiyasının köməyi ilə! Biz xristian dünyası ilə vuruşuruq. Arxasında tək Pakistanın, Türkiyənin durduğu Azərbaycanın mübarizəsi tək erməninin deyil, xristian dünyasının üzərində olan qələbədir. Ona görə də bizim diplomatik gedişimiz doğrudur. Bizim atdığımız addımlar doğrudur və inşaallah mən əminəm ki, qələbə bizimlədir. Amma müharibə qurbanlar tələb edir. Deyir, səksəkə ilə yatmaqdansa, yuxusuz qalmaq yaxşıdır. Onsuz da bizim şəhidlərimiz gəlir. Birdəfəlik bu məsələyə son qoyulmalıdır.
- Fəzail müəllim, Ermənistanın Gəncədə mülki yaşayış evinə atığı raket zərbəsi böyük bir ərazini dağıdıb və xeyli insan təlafatı var. Yəqin ki, bu dağıntıları beynəlxalq aləm görüb düzgün qiymətləndirəcək, necə düşünürsüz?
- Təbii ki, sirkə çox tünd olanda öz qabını
sındırır. Çoxbilmiş quş dimdiyindən tələyə
düşər. Bu hadisə Ermənistanın
işğalçılığını, terrorçu
məqsədini, danışıqlardan öz
cinayətlərini pərdələmək üçün
istidadə etdiyini açıq göstərdi.
Dünya erməni cinayətinə
qaşı öz sözünü
deməlidir. Əks halda Azərbaycan
düşmənlə necə danışmaq lazım olduğunu bilir.
Tahirə
Həftə içi.- 2020.- 15-21
oktyabr.- S.8.