Hadrutun azad edilməsi ilə  Laçın dəhlizinə yol açılır...”  

 

Azərbaycan Ordusu məhz Hadrutu götürən günü Rusiya artıq  hərbi əməliyyatların problemin həllinə doğru apardığını gördü 

 

1991-ci ildə Qarabağa Yardım Komitəsinin üzvü kimi könüllü şəkildə Cəbrayıl və  Hadrut  istiqamətlərində kəndlərimizin erməni terrorçularından azad olunması əməliyyatlarında iştirak etmiş tanınmış politoloq, istiqlalçı millət vəkili Cümşüd Nuriyev Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başlatdığı azadlıq əməliyyatlarının yaratdığı yeni siyasi qələbə aurası, Paşinyan hakimiyyətinin məğlub durumu, son atəşkəs razılaşmasının mahiyyəti ilə yanaşı, oktyabrın 9-da Hadrut qəsəbəsinin azad olunmasının strateji əhəmiyyətindən də bəhs edib.

 

- Cümşüd müəllim, Milli Ordumuzun  oktyabrın 9-da strateji cəhətdən çox əhəmiyyətli  Hadrut qəsəbəsini azad etməsi və bunun Ali Baş Komandan tərəfindən elan edilməsindən sonra Moskvada Xarici İşlər nazirləri arasında əldə edilmiş humanitar atəşkəs barədə razılıq barədə müxtəlif fikirlər səslənir. Siz bu haqdadüşünürsünüz?

 

- Rusiya Qarabağdakı budəfəki savaşın ilk günləri siyasi cəhətdən bitərəf qalmışdı. Lavrov  nə qədər çalışırdısa, bir çıxış yolu tapa bilmirdi.  Azərbaycan Ordusu məhz Hadrutu götürən günü Rusiya, artıq  hərbi əməliyyatların problemin həllinə doğru apardığını gördü. Bunlar  Qarabağın ətrafı barədə bitərəf mövqedə qalmışdılar. Keçmiş Dağlıq Qarabağ ərazisi Moskvanın da maraq dairəsi olduğuna görə, Hadrut ordumuz tərəfindən azad edildikdən sonra Rusiya siyasi dairələri çox sürətlə mövqelərini dəyişməyə başladılar və xüsusilə, Putinburada fərqləndi.  Eləcə də Rusiyanın əksər telekanalları bilavasitə “FSB”, “QRU” və s. xüsusi xidmət qurumları ilə əlaqəli olan aparıcılar, deputatlar, politoloqlarb. vasitəsilə Azərbaycan və Türkiyəyə qarşı hücumlar təşkil edildi. Guya Türkiyənin Suriyadan terrorçu qruplar gətirməsi barədə mif daha da şişirdildi. Bütün bunların sonunda humanitar atəşkəs haqqında 10 oktyabr bəyanatı ortalığa çıxdı.  Lavrov onu  elə bir tembrlə oxudu ki, Azərbaycanda hamıya elə gəldi ki, artıq dövlətimiz uzunmüddətli atəşkəsə gedir. Əslində, bu atəşkəs haqda hüquqi razılaşma deyil. Bütün müharibələrdə  humanitar fasilə verilir və hər iki tərəfdən   ölənlər, əsirlər dəyişdirilir.  Ermənilər gördü ki,  yalnız iki bölgədə Qırmızı Xaç Komitəsinin yığmağa hazırlaşdığı  meyitlərin sayı 1000-dən çoxdu. Paşinyan bu məlumatı alan kimi əməlli-başlı havalandı. Ondan sonra  Mingəçevirə, ardınca Gəncəyə böyük  dinc insan itkiləri ilə nəticələnən ballistik raket atışı həyata keçirdi. Bütün bunlar Ermənistanın daxili auditoriyasına biruğur faktı” kimi təqdim edilməklə yanaşı, uzaq, strateji məqsədlər də güdürdü. Yəni düşmənlərimiz düşünürdü ki, Azərbaycan xalqı çılğın xalq olduğundan, Gəncəyə qarşı bu açıq terror hücumundan sonra Ermənistandakı atəş nöqtələrinə mütləq cavab atəşi atılacaq və avtomatik olaraq KTMT-nin dəvət olunması mexanizmi işə düşəcək.  Rusiya isə onları müdafiə edərək ölkəmizə qarşı növbəti işğal siyasətini həyata keçirməyə bəhanə tapacaq. Azərbaycan Dövləti, Ali Baş Komandanımız böyük səbir və təmkin nümayiş etdirərək  bu təxribata uymadı və Ermənistan-Rusiya birliyinə belə bir şans verilmədi...

 

- Bəzi şərhçilər belə bir iddia da  irəli sürür ki,  guya Rusiya Qarabağda hərbi əməliyyatların qeyri-müəyyən vəziyyətdə uzanmasına çalışmaqla həm Ermənistanı, həm də Azərbaycanı hərbi və iqtisadi-sosial baxımdan çökdürərək hər iki ölkədə çevriliş etməklə tamamilə Qərbdən, o cümlədən rəsmi Bakının timsalında Türkiyədən uzaq sırf Moskvanın təsiri altında olacaq iqtidarlar formalaşdırmağa çalışır...

 

- Təbii ki, Ermənistanda Sorosun maliyyəsi hesabına hakimiyyətə gətirilmiş Paşinyan hökumətinin əsas məqsədi bu qəsbkar ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Bundan ötrü isə Paşinyan onun üzərində ağır yük olan Qarabağdan imtina etməlidir. Gəlib Xankəndidə “Qarabağ Ermənistandır” deməsinə rəğmən,  Paşinyanın son iki ildə göstərdiyi bütün şouları, bayağı hərəkətləri  Ermənistanın ballast yükdən, yəni Qarabağdan azad olunmasına xidmət edir.  Qarabağ klanı buna imkan vermir  və əksinə, bu  məxluqu aradan götürmək istəyir. Mənim proqnozum belədir ki, tezliklə Paşinyan elə ermənilər tərəfindən qətlə yetiriləcək.  Ermənistanın üzdəniraq dövlət adlanan qurumu da, partiyaları da mahiyyətcə terrorçudur. “Daşnaksütyundünyada yeganə partiyadır ki,  hələ 1890-ci ildə qəbul etdiyi nizamnaməsində yazılır ki,  Böyük Ermənistan” ideyasına mane olacaq hər kəsi, hətta erməni olsa belə,  aradan götürmək lazımdır. Erməni olduğu halda həmin şəxs daha kəskin cəzalandırılmalıdır...

 

Təbii ki, Rusiya da Paşinyanın hakimiyyətdən getməsi və yenidən Köçəryan, Sərkisyan və ya Qarabağ klanından olan onlar kimisinin iqtidara gəlməsinə çalışır.  Azərbaycan Ordusunun uğurlu hücumu sayəsində Xankəndidən əhalinin əksəriyyətinin Ermənistana qaçması ilə yanaşı, oradakı  separatçı-terrorçu rejim və digər qanunsuz siyasi dairələr arasında da parçalanma yaranıb. Bunu orada işləyən Rusiya kəşfiyyatı da görür və artıq Qarabağın onun nüfuz dairəsindən çıxması ilə hesablaşmağa başlayır. Ermənistanda da Kremlin elə bir nüfuzu qalmayıb.  Bütün hallarda Azərbaycanın cəbhədə uğurları davam etdikcə, İrəvana, Gümrüyə, Vardenisə və s. gedən əsgər meyitlərinin sayı artdıqca, ermənilərin kütləvi etirazlarından yararlanaraq   Moskvanın  Paşinyanı devirmə şansları artır. Fəqət,  Azərbaycanda bunu etmək imkanları sıfıra bərabərdir. Üçhəftəlik savaşboyu vətəndaşlarımızın, xüsusən cəbhə xəttindəki əzizlərini, ev, mal-mülklərini itirən soydaşlarımızın fədakar davranışları, eləcə də əksər siyasi partiyaların mövqeyi onu göstərir ki, ölkədə dövlət, ordu, Ali Baş Komandan ətrafında sıx birlik yaranıb və Kremlin bu birliyi parçalayaraq hər hansı çevrilişə cəhd belə etməsi mümkün deyildir. Birliyimizi möhkəmləndirən, ordumuzun uğurlarını artıran amillərdən biri də Azərbaycandakı bütün azsaylı xalqların nümayəndələri, təşkilatlarının çox qısa bir zamanda - iki gün ərzində  bəyanatlar verərək, Prezidentimizin ətrafında birləşməsi və ölkələrinə olan sevgilərinə ortalığa qoymaları oldu.   Halbuki, ermənilər Azərbaycandakı etnik qruplara qarşı mütəmadi separatçı çağırışlar edərək, puç  ümidlər bəsləyirdilər ki, guya həmin xalqlar orduda döyüşməkdən imtina edəcək və erməni işğalına dəstək verəcək. Eyni zamanda, Azərbaycan ətrafında yaranmış hazırkı geo-siyasi durum da Moskvanın əl-qolunu  bağlayır. Yəni söhbət qardaş Türkiyə və Pakistanın bizi birbaşa dəstəkləməsi, Malayziya kimi nüfuzlu müsəlman  ölkəsinin yanımızda olmasını ifadə etməsi, hətta İranın da rəsmi və qeyri-rəsmi, eləcə də hərbi-siyasi dairələrinin əvvəlki mövqelərini xeyli dəyişərək ədalətli çağırışlar etməsi,  bəzi “SEPAH” generallarının Qarabağ üçün döyüşməyə hazır olmaları haqda bəyanatları  s. amillərdən gedir...

 

Bir sözlə, Azərbaycan dövlətçiliyinə qarşı heç bir ciddi təhlükədən söhbət gedə bilməz və  biz hər birimiz bir vətəndaş olaraq istənilən çətinlik və məhrumiyyətlərə rəğmən ordumuzun qələbələri və birliyimiz üçün əlimizdən gələni etməliyik ki, o Böyük Zəfər Gününü yaxınlaşdıraq...

 

- 1991-1992-ci illərdə Qarabağa Yardım Komitəsinin üzvü kimi könüllü şəkildə Cəbrayıl və  Hadrut  istiqamətlərində kəndlərimizin erməni terrorçularından azad olunması əməliyyatına qatılmısınız. Oktyabrın 9-da Hadrut qəsəbəsinin azad olunmasını Milli Ordumuzun gələcək uğurlu əməliyyatları üçün strateji baxımdan necə dəyərləndirirsiniz?

 

- Bəli, 1992-ci il yanvarın 31-dək həmin ərazilərdəki əməliyyatlarda iştirak etmişəm. Cəbrayıl rayonunun ovaxtkı rəhmətlik polis rəisi Rəşid Məmmədovun təşkil etdiyi döyüşlər zamanı bizimxüsusi tapşırıqlar icra edən mobil dəstəmiz vardı. Məni rəhmətlik “omonçu Milli Qəhrəman Yura Kovalyov mühafizə edirdi. Ən çox vuruşduğumuz o vaxt Hadrut rayonuna daxil olan  Ağcakənd idi. Həmin kənd uğrunda 3 gün vuruşduq.  Mülküdərə, Hərkül, Dolanlar, Banazor, Zamzur kəndlərinin də təmizlənməsində iştirak etmişəm. Bugünədək  müharibə veteranı olmağım haqqında  danışa bilmirdim. Torpaqlarımız işğal altında idi. Hazırda  - ordumuzun uğurlu əməliyyatları fonunda bu barədə həvəslə danışıram...

 

Onu da deyim ki, Azərbaycan Ordusu Hadrutun azad edilməsi əməliyyatını çox uğurlu, peşəkar və eyni zamanda səliqəli aparıb. Qəsəbədə bir evin pəncərəsi də sınmayıb. Oraya artilleriya atəşi açılmayıb. Sadəcə, ətraf yüksəkliklər tutulubyerli əhali dinc şəkildə ərazini tərk edib.   Hadrutun yaxınlığındakı Sur kəndi də eyni qaydada azad olunub.  Hadrutun  azadlığı Şuşaya, Laçına yolun açılmasıdır, Ağdamın, Xocalının xilasıdır, Xankəndinə birbaşa giriş deməkdir... Eyni zamanda, daha yaxın Xocavənd rayon mərkəzinin azad olunması deməkdir...

 

Ermənistanı narahat edən əsas bir məsələ də Hadrut üzərindəki məşhur strateji Ərgünəş yüksəkliyinin  götürülməsidir.  Bundan sonra  cəmi 6 kənd – Banazor, Zamzur Mülküdərə,  Ağcakənd, Xintaqlar  Domu kəndləri qalır. Onlar da azad olunduqdan sonra, artıq Laçının kəndləri gəlir və deməli, Laçın dəhlizinə – Şuşaya, Xankəndinə yol açılır...

 

 

Sultan Laçın

 

Həftə içi.- 2020.- 15-21 oktyabr.- S.6.