Azərbaycan Ordusu 5-ci nəsil silahlarla döyüşür
Hafta.az-a müsahibə verən hərbi ekspert Rəşad Süleymanov Azərbaycanda elan olunan hərbi vəziyyətin tələbləri və gündəmi zəbt edən digər nüanslara diqqət çəkib.
– Rəşad bəy, 27 sentyabr tarixi Azərbaycan Ordusunun işğalçı Ermənistanın ölkəmizə hərbi müdaxiləsinə qarşı əks-hücumlarının başlanğıcı kimi qiymətləndirilməklə yanaşı, hərb tariximizdə hansı yeni səhifəni açmış oldu? Ordumuzun bugünkü gücü necə qiymətləndirilməlidir?
– Bu gün Azərbaycan Ordusunun işğalçıya qarşı sentyabrın 27-dən başlayan əks-hücumunu yüksək texnologiyaların tətbiq olunduğu müharibə kimi xarakterizə edə bilərəm. Bu müharibə 5-ci nəsil silahlarla silahlanan Azərbaycan Ordusu ilə 2-ci nəsil silahlara sahib Ermənistan silahlı qüvvələri arasında olan bir hərbi əməliyyatdır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq düşmənə ağır zərbələr endirdi. Düşmənin çox sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv etdi. Hansı ki, onların içərisində S-300 raket kompleksi və rəsmi məlumatlara görə, Rusiyadan alınmış For-2MK tipli raket kompleksi də var. Döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər götürülüb - tanklar, piyadaların döyüş maşınları, eləcə də döyüş meydanında düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib.
Bu gün Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında aparır. Ordumuz Ali Baş Komandanın da qeyd etdiyi kimi, “maksimum nəticə, minimum itki” prinsipinə əsaslanır. Bu da onu göstərir ki, ordumuz 15 il müddətində öz hərbi büdcəsini yüksələn xətt üzrə artırıb və Azərbaycan uzun illər müasir tipli silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə diqqət yetirib. Bu kimi addımlar bu gün öz bəhrəsini verir və sözdə deyil, artıq əməldə Azərbaycan Ordusu öz imkanlarını, döyüş qabiliyyətini sübut edir. Ötən gün Amerika Ordusunun generallarından biri açıqlamasında belə bir maraqlı nüansı qeyd etmişdi ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan Ordusu tam hərbi qaydalara uyğun olaraq müharibə aparır.
Azərbaycan Ordusu, şəxsi heyət heç bir çətinliklərdən qorxmur, döyüşmək üçün irəli atılır və düşmənin canlı qüvvəsini məhv edir. Məhz bunun nəticəsidir ki, döyüş bölgəsində minlərlə düşmən meyidi qalıb və qarşı tərəf meyidlərinə da sahib çıxmaq istəmir. Ən strateji yüksəkliklər ələ keçirilib və bu da bizim üçün qarşıda yeni imkanlar açır. Bu gedişlə qısa bir müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin azad edilməsinin şahidi olacağıq.
Düşmənin, artıq müqavimət əmsalının aşağı düşdüyünü müşahidə edirik. Onların özünün çəkdiyi videomateriallardan da görünür ki, erməni ordusunda ruh yüksəkliyi yoxdur. Ermənilər oradan-buradan yığdıqları 5-3 terrorçunu Qarabağa gətiriblər, onlar da tab gətirmədən məhv edilirlər.
Bu gün Azərbaycanda mövcud olan psixoloji, hərbi, həm də ərazi üstünlüyü ordumuzun növbəti uğurlarının əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
– Döyüşün silahların gücü ilə deyil, əsgərin yüksək döyüş ruhu ilə qazanıldığı deyilir. Siz də qeyd etdiniz ki, bu ruh Azərbaycan Ordusunda var və ictimaiyyət bunu görür, hiss edir və öz ordusunun arxasındadır. Hərbi ekspert kimi fikriniz nədir: qələbənin təmin olunmasının formulu nədir?
– Qələbənin təmin olunmasında tələb
olunan bir formul var: canlı qüvvə,
yəni ordunun düşünən beyni və vuran əli,
üstəgəl texniki imkanları,
üstəgəl təminatı, üstəgəl
motivasiyası... Bu
faktorlar təmin olunursa, gələcək uğur
mütləq təmin edilir. Bu, dünyada da qəbul olunmuş bir aksiomdur. Azərbaycan Ordusunda bunların hamısı var. Allaha şükür
ki, canlı qüvvə sarıdan Ermənistanla
müqayisədə 10 dəfə artıq imkanlarımız var, bayaq da
qeyd etdiyim kimi, Azərbaycanda 5-ci növ
silahlardan istifadə edilir
və bəzi silahlar hələ ki, istifadə olunmur. Yəqin ki,
zamanı gələndə onları da
istifadə edəcəyik. Qarabağın, işğal
altında olan ərazilərimzin
başına-ayağına baxsaq, cəmi bir neçə yüz kilometrdir, ona görə də
hələ ki, o silahlara ehtiyac yoxdur. Bundan əlavə, orduda maddi təminatımız
ən yüksək səviyyədədir, motivasiya,
xüsusilə yüksəkdir. Kiçikdən-böyüyə,
7-dən-77-yə, hamının yüksək döyüş
ruhu var, hamı
torpaqların tezliklə işğaldan azad olunmasını istəyir. Əgər xalqda belə bir döyüş ruhu varsa, demək, orduda daha çoxdur. Bunlar bir-biri ilə sintez olunmuş, bir-biri ilə əlaqəli olan proseslərdir. Onların hamısı Azərbaycanda
cəmləşir və
bu motivasiyanın üzərinə, yüksək
texnologiyanı gəldikdə,
artıq bizim qələbə
potensialımız real görünür.
Ermənistan ordan-burdan
yalvar-yaxarla, telefon zəngləri ilə, cənab Prezidentin də dediyi kimi, o adam
qalmayıb ona ağız açmasın,
dabanını yalamasın
ki, Azərbaycan münaqişəni dayandırsın.
Reallıq budur, düşmən
uduzduğunu yaxşı
bilir və dərk edir.
– Torpağın azadlığı
şəhidlərsiz olmur.
Necə hesab edirsiniz, cismani olaraq torpaq uğrunda verdiyimiz qurbanlar bu torpağa, millətə, xalqa hansı ruhu, hissi qazandırır?
– Müharibədə şəhid
olmalıdır və
olur. Kimsə düşünürsə ki,
müharibə itkisiz ola bilər,
bu, doğru deyildir. İtki vermədən düşmən
üzərində qələbə
çalmaq mümkün
deyildir. Ermənilər danışıqlar adı
altında illərdir,
işğal olunmuş
ərazilərimizdə çox
möhkəm müdafiə
istehkamları qurublar.
Bu gün ərazilərimizi
işğaldan azad etməyə qalxan əsgərimiz o istehkamları
çox böyük igidlik göstərərək
yarıb-keçir. Terrorçuların qurduğu həmin yuvaların beton plitələrlə mühafizə
olunduğunu nəzərə
alsaq, itkilərin olması labüddür.
Hansı
ki, əks-hücum əməliyyatlarında qəbul
olunmuş standartlar var ki, müdafiə
olunan tərəf nə qədər itki verə bilər, hücum edən tərəf nə qədər itki verə bilər. Bununla belə, Azərbaycan
Ordusunun verdiyi itkilər, düşmən
ordusunun verdiyi itkilərdən dəfələrlə
azdır. Döyüşdə verdiyimiz itkilər Azərbaycan cəmiyyətini
ağrıtmır. Bəli, orduda
döyüşən əsgər
hər birimizin canımız, qanımız
olan vətəndaşımızdır.
Əsgərimizin barmağına dəyən
daş, bizim ürəyimizi qanadır,
ağrıdır. Əgər
bu gün şəhid atası deyirsə ki, mən ikinci övladımı da götürüb özüm
də döyüşməyə
gedərəm, təki
döyüş dayanmasın,
torpaqlarımızı azad
edək, bu o deməkdir ki, artıq insanlar nəyin bahasına olursa-olsun münaqişənin həll
edilməsini, torpaqların
azad edilməsini və gələcək nəsillərə saxlanılmasını
istəmir.
– Bu gün də Ermənistan özünün cinayətlərini ört-basdır edib və Azərbaycanı hərbi əməliyyatlara görə qınaq obyektinə çevirməyə cəhd edir. Bununla bağlı nə söyləyərdiniz?
– Qarabağ Azərbaycandır, müharibə Azərbaycan torpaqlarında gedir. Xankəndi, Şuşa, Əsgərən, Hadrut və digər işğalda qalan ərazilər bizimdir. Şəhər bizimdir, dağıdarıq da, tikərik də. Necə ki, Cocuq Mərcanlını yenidən tikdik, qəsəbələr saldıq, o yerlərdə də bunu edəcəyik. Ermənilər beynəlxalq konvensiyalara, beynəlxalq hüquqa məhəl qoymadan və başqasının torpağını işğal etdiyi bəs deyilmiş kimi, həmin ərazilərə xaricdən köçürülmələr edib. Bilməliydi ki, adamları başqasının ərazisində məskunlaşdırır. Bilməliydi ki, Azərbaycan o yerləri ya xoşluqla, ya da zorla düşməndən alacaq. Torpaq bizimdir, nə vaxtsa gətirib burada məskunlaşdırdıqları ermənilərin indi getmək vaxtlarıdır. Cənab Prezident də deyib ki, biz Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bütün dünyada yaşadıqları yerləri var, getsinlər onları dəstəkləyən ölkələrdə özlərinə dövlət yaradıb yaşasınlar.
Azərbaycan əsgəri mülki əhaliyə atəş açmır. Biz humanist müharibə aparırıq.
– Ermənistan qadağan olunmuş raket atəşi ilə Gəncə şəhərinin yaşayış evlərini bombaladı. Belə olan surətdə beynəlxalq ictimaiyyətdən, sadəcə, “biz təəssüf edirik” ifadəsi nəyi ifadə edir?
– Atəşkəs müvəqqəti müəyyən edilmiş bir proses idi. Erməni mənfurları elə ilk saatdan buna tabe olmadı, döyüş mövqelərimizi, Gəncə şəhərini, Mingəçeviri və digər rayonlarımzı da karset başlıqlı raketlərlə atəşə tutdu. Hansı ki, 111 ölkə öz arsenalında olan bu tip raketlərin istifadəsini qadağan edib və ləğvetmə prosesindədir. Bundan başqa, oktyabrın 10-da Gəncəyə “Toçka-u” raketi endrdi. Gəncədə raket zərbəsi ilə qətlə yetirilən insanlar mülki vətəndaşlardır. Düşmən ballistik raketlərlə mülki əhalini hədəfə alır. Erməni öz mənfur xislətini bu gün də göstərir. Erməni həmişə bu tip addımları atmağa çalışıb. Bunu Birinci Qarabağ müharibəsində, sonrakı dövrdə də edib. Karsetli silahlar o silahlara deyilir ki, bir mərminin içində ayrıca 70-74 karset – bomba olur. Atılanda dağılır ərazilərə və partlamadan qala bilir. Tutaq ki, suya düşür, torpağa batır, kola ilişir. Sonralar kimsə bilmədən ona toxunanda partlayır, insanlar ölür.
Bu gün
cəbhədə 1990-cı ildə döyüşənlərin
övladları döyüşür. Qarabağdan qundaqda gələnlər,
indi tankın üstündə Qarabağa gedir. Biz bunu o
biri nəsillərə ötürməməliyik,
artıq öz məsələmizi birdəfəlik
həll etməliyik. Bizim ölkəmizdə
ikinci erməni dövləti olmayacaq.
Tahirə Qafarlı
Həftə içi.- 2020.- 15-21
oktyabr.- S.5.