Müharibə mütləq qələbə ilə başa çataçaq

 

Tanınmış politoloq Eldar Namazov “Həftə içi”nə müsahibəsində sentyabrın 27-dən qəsbkar  Ermənistanın təxribatları nəticəsində Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları və bunun nətisəcində Azərbaycan ətrafında yaranmış beynəlxalq vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib.

 

- Eldar müəllim, Milli Ordumuzun apardığı son əks-hücum əməliyyatları  bu fonda Azərbaycanın ətrafında yaranmış beynəlxalq durumu necə dəyərləndirirsiz?

 

- Hesab edirəm ki, Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı əməliyyatlar çox uğurla həyata keçirilir. Bu, həm İkinci Cahan müharibəsi,  eləcə də 1990-cı illərin birinci Qarabağ savaşından çox fərqlənən 5-ci nəsil hərbi strategiya və əməliyyat növlərinə aiddir. Həmin strategiyanın əsas prinsipləri ondan ibarətdir ki, ilkin mərhələdə düşmənin havadan müdafiə sistemləri sıradan çıxarılmalıdır. İkinci mərhələdə havada üstünlük əldə ediləndən sonra düşmənin bütün hərbi strukturları,  artilleriyaraket qurğuları, topları, tankları, ehtiyat silah-sursat, yanacaq və ərzaq anbarları, hərbi hissə və kazarmaları darmadağın edilir. Üçüncü mərhələdə isə artıq  piyada qüvvələrin, tankların və digər zirehli maşınların iştirakıyla sürətli hücum əməliyyatı həyata keçirilir. Bunun da nəticəsində düşmən tamamilə sarsıdılaraq kapitulyasiyaya məcbur edilir... Zənnimcə, Azərbaycan Milli Ordusu da məhz bu strategiya ilə hərəkət edir. Və ordumuzun hazırkı uğurlu əməliyyatları vaxt gələcək dərsliklərə düşəcək. Bu savaşı beynəlxalq ekspertlər də diqqətlə izləyirlər. Çünki tale elə gətirib ki, son illərdə PUA və dronların vasitəsilə daha çox əməliyyatları məhz qardaş Türkiyə və Azərbaycan aparıb. Digər ölkələrdə, o cümlədən aparıcı dünya ölkələri, hətta NATO üzvü olan ölkələr, eləcə də ABŞ da pilotsuz uçaqlardan yalnız ayrı-ayrı hallarda: ya kəşfiyyat üçün, yaxud hansısa terrorçunun məhvi üçün istifadə ediblər. Ancaq genişmiqyaslı hərbi əməliyyatlar zamanı ən müasir hərbi texnologiyanın istifadəsini yüksək səviyyədə  qardaş Türkiyə SuriyaLiviyada tətbiq edib. Azərbaycan da həm 2016-cı ilin Aprel savaşında, həm də hazırkı müharibədə PUA və dronları daha geniş miqyasda tətbiq etməyə başlayıb.

 

Bəzi insanlar isə XX əsrin təcrübəsinə əsaslanıb  baş verdiyini anlamır. Rusiyanın bir sıra ekspertləri də son günlər də yanlış şərhlər verirlər ki, guya Azərbaycan Ordusu irəliləyə bilmir. Ancaq  onlar dərk etmirlər ki, Azərbaycan Ordusu üçüncü mərhələdə bilavasitə genişmiqyaslı hücuma keçəcək. Birinciikinci mərhələdə nələrin edilməli olması haqda öncə danışdıq. Görünür Rusiyanın hərbi ekspertlərinin də Azərbaycanın, Türkiyənin malik olduğu hərbi dronPUA-lardan məlumatı yoxdur. Ona görə hesab edirəm ki, Azərbaycan ordusu çox uğurlu və hərbi cəhətdən dəqiq ölçülüb-biçilmiş əməliyyatlar həyata keçirilir  bu, mütləq qələbə ilə başa çatacaqdır...

 

O ki qaldı beynəlxalq ictimaiyyətin reaksiyasına bu da gözlənilən idi. Biz əvvəllər də Qarabağın azaqlığı üçün əməliyyatların başlanacağı təqdirdə beynəlxalq təşkilatlardan əməliyyatların dayandırılması, sülh danışıqlarının başlanması haqda çağırışlar olacaq. Təbii ki, heç bir beynəlxalq qurum, heç bir diplomat heç vaxt deməz ki, ay ölkə, get müharibə et. Biz özümüzharadasa müharibə başlananda deyirik ki, gərək məsələni sülhlə həll edəydilər və s. Buna normal yanaşmaq lazımdır və bu, gözlənilən bir şeydir. Əsas odur ki, Azərbaycana qarşı təcavüz edən, torpaqlarını işğal edən ölkəyə heç bir ölkə indi birbaşa yardım etmir. Və bu situasiyanın yaranmasında qardaş Türkiyənin böyük rolu oldu. Türkiyənin regionda, o cümlədən Güney Qafqazda əsrlərlə oynadığı təbii rolunun bərpa olunması, onun Azərbaycanla sıx hərbi əməkdaşlığı və müttəfiqliyi Rusiyanı da, Ermənistana dəstək verən digər ölkələri də neytral mövqedə dayanmağa məcbur etdi...

 

- Bəs sizcə, Milli Ordumuzun işğal altındakı bölgələrimizi ard-arda azad etməyə başladığı təqdirdə İrəvanda çevriliş baş verərsə, yəni Kremlin Amerikanın adamı hesab etdiyi  Paşinyan devrilib Qarabağ klanı yenidən hakimiyyətə qayıdarsa, Rusiya hansı mövqeyi tutacaq?  Azərbaycana qarşı savaşda Ermənistana yenidən dəstək verməyə çalışmayacaq ki?.. 

 

- Düzdür, hazırda gerçəkdən rəsmi Moskva ilə Paşinyan arasındakı münasibətlər xeyli soyuqduro, Kreml tərəfindən, demək olar ki, qəbul olunmur. Formal olaraq münasibətlər, telefon danışıqları-filan davam edir, ancaq arada əvvəlki inametibar yoxdur. Və əslinə qalsa, Moskva çox istəyərdi ki, Paşinyan hakimiyyəti siyasi səhnədən getsin. Ancaq bu gün Qarabağda gedən hərbi əməliyyat və proseslərə beynəlxalq ictimaiyyətin münasibətini təhlil edəndə  Moskvanın  ermənilərə dəstək verməməsində rəsmi Bakının diplomatik gedişləri ilə yanaşı,  Türkiyə  amilinin əsas həlledici rol oynaması bəlli olur. Təbii ki, Paşinyana qarşı bəhs edilən soyuqluq da öz rolunu oynadı... 

 

Amma əslinə qalsa, bizi o qədər də maraqlandırmalı deyil ki, Ermənistanda hakimiyyətdə kimdirya kim olacaq. Yəni bundan asılı olmayaraq biz öz torpaqlarımızı azad etməliyik. Və  bir daha bizim torpaqlarımıza qarşı heç kəs iddia ilə çıxış etməməlidir. Biz Güney Qafqaz regionunun ən böyük  və ən güclü dövlətiyik. Biz bunu yalnız sözdə yox, əməldə də sübut edirik. Və inşallah, torpaqlarımız azad edildikdən sonra Ermənistanda hakimiyyətdə Paşinyanmı oldu, Köçaryanmı oldu, yaxud başqa yanlardan kimsə gəldi hakimiyyətə, onlar da anlayacaq ki,  bizim torpaqlarımıza heç kəs iddia edə bilməz...

 

Hesab  edirəm ki, əvvəla, Azərbaycan  Ordusunun əks-hücum əməliyyatları həlledici mərhələyə qədəm qoyub. Bildiyimə görə, artıq cəbhədə hələlik açıqlanmayan çox ciddi irəliləyişlərimiz olub.  Və zənnimcə, belə bir şəraitdə Qarabağ klanının yenidən hakimiyyətə gəlmək şansı yalnız Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra yaranacaq. Yəni hərbi əməliyyatlar gedə-gedə onlar risk edib buna cəhd edə bilməzlər. İkinci də, öncə dediyim kimi, ortalıqda Türkiyə amili var. Və artıq Rusiya 1990-cı illərdə olduğu kimi regionda meydan sulaya bilmir. Odur ki, Azərbaycan ordusunun öz torpaqlarının işğalçılarıdan təmizlənməsi üçün apardığı  uğurlu əməliyyatlardan sonra  Moskva da Ermənistana birbaşa dəstək verməyə cəhd göstərməkdən ehtiyat edəcək. Ona görə də narahatçılığa heç bir əsas yoxdur...

 

- Bildiyiniz kimi,  son günlər işğalçı ölkənin ikinci prezidenti, Qarabağda qondarılmış separatçı rejimin eks- rəhbəri və Putinin dostu olan Robert Köçəryan, 3-cü terrorçu eks-prezident Serjik Sərkisyan, eləcə də keçmiş müdafiə naziri Seyran Ohanyan da işğal altndakı torpaqlarımıza gəlib-gedirlər.ola bilsin ki, onların ürəyindən keçir ki, müharibədən yararlanıb öncə Qarabağda, sonra isə İrəvanda iqtidarı ələ keçirsinlər…

 

-  Robert Köçəryan, Sərkisyan və onların quyruqları indiki vəziyyətdə Qarabağa gəlirlərsə, qoyun,  gəlsinlər. Mən onların Qarabağa, Xankəndinə gəlməsinə çox sevindim... Bilirsiz niyə?  Onların gəlişini eşidəndən sonra internetdə bir axtarış apardım ki,  o alçaq terrorçu Zori Balayan sağdırmı, yoxsa yox. Məlum oldu ki, sağdır. Və buna da çox sevindim. Ona görə ki, Köçəryan, Balayan, Sərkisyan, Ohanyans. yanlar qoy Qarabağda öz gözləriylə  1988-ci ildən başlatdıqları bu murdar ideoloji işlərin,  erməni separatçılığı, ekstremizm, terrorçu və işğalçılığının nəticələrini görsünlər... Qoy ordumuz onları əsir etsin, Azərbaycanın üçrəngli  bayrağının qədim Qarabağda,  Şuşada, Xankəndində, Kəlbəcərdə, Laçında... dalğalanmasını da öz gözləri ilə seyr etsinlər, sonra ölüb yerə girsinlər... Hər iki mənada...

 

-  BMT Təhlükəsizlik Şurası Qarabağdakı hərbi əməliyyatlarla bağlı keçirdiyi son qapalı iclasda 27 il öncə Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılması ilə bağlı qəbul etdiyi məlum qətnamələri özübir daha qulaqardına vurdu. Yəni həmin sənədləri xatırlatmadı və işğalçı Ermənistana Azərbaycanın digər bölgələrinin dinc sakinlərini də atəşə tutmaq əvəzinə tutduğu torpaqlardan çıxmasını tələb etmədi...

 

-  Azərbaycan dövləti, o cümlədən biz politoloqlar BMT TŞ-nin məlum qətnamələrinin icra edilməsinin zəruriliyinin həmin qurumun özü və digər beynəlxalq təşkilatlar və dövlətlər qarşısında  geniş izahını  zaman-zaman  vermişik.bundan sonra əməliyyatların gedişi boyu da bu məsələni vurğulamaqda davam edəcəyik. Amma onu deyim ki, sözügedən iclasda maraqlı olan ilk növbədə Ermənistan idi. İşğalçı ölkə ümid edirdi ki, BMT-nin Təhlükəsizlik Şurası təcili yığışıb Azərbaycana qarşı nəsə bir sərt qərar verəcək. Lakin BMT-dəki diplomatlar da, həmin təşkilatda təmsil olunan ölkələr də Qarabağ münaqişəsinin tarixçəsini çox gözəl bilirlər. Eləcə də bəhs edilən qətnamələrdə Ermənistandan nələrin tələb olunduğunu  da   aydın dərk edirlər. Və onlara da məlumdur ki, qəsbkar ölkə BMT TŞ-nin həmin qətnamələrin icrasından 30 ildir  imtina edir...

 

Düzdür, sentyabrın 27-də  Qarabağda hərbi vəziyyətin gərginləşməsiylə bağlı həmin qurum yığışdı. Amma öncədən bəyan etdilər ki, bu, sadəcə, qapalı bir məsləhətləşmə olacaq. Yəni heç bir səsvermə olmayacaq. Səvermə olmayacaqsa da, deməli, heç bir sənəd-filan qəbul edilən deyil. Və  nəticədə faktiki olaraq Ermənistanın və Qarabadakı separatçı rejimin BMT TŞ-nın iclasından gözləntiləri və bununla bağlı planları puç oldu. O cümlədən Avropa Birliyinin də toplantısına ermənilər çox ümid edirdilər. Bundan da bir şey alınmadı. Təəssüf ki, Fransa prezidenti Makron bütün beyməlxalq prinsiplərə, diplomatik etiketə  zidd olaraq bəyanatlar verdidedi ki, AB-nin sammitində də bu məsələdən ciddi danışacağıq. Nəticəsi nə oldu? AB qərar verdi ki, hər iki tərəfə kifayət qədər az bir məbləğdə, təxminən 500 min avro humanitar yardım göstərilsin. Bir də, sadəcə, sülhə ümumi çağırış oldu. Bu qərar da, əslinə qalsa, erməni millətçilərinin üzlərinə tüpürməkdən başqa bir şey deyildi...

 

Sultan

 

Həftə içi.- 2020.- 15-21 oktyabr.- S.5.