Minsk Qrupu çözüm deyil, çözümsüzlük formatıdır”  

 

 

Aparılan Vətən müharibəsi ilə bağlı beynəlxalq ictimaiyyətin ikili standartları ilə bağlı hafta.az-a müsahibə verən politoloq Natiq Miri ədalətsiz mövqenin səbəblərinə diqqət çəkib.

 

 

 

-Natiq bəy, Ermənistan terrorçu hərbi qüvvələrinin Gəncədə törətdiyi son iki terror hadisəsi beynəlxalq təşkilatların gözləri qarşısında baş verdi. Sizcə nə baş verir?

 

- Ermənistan faşistvandal ölkə olduğunu bir daha göstərdi və bunu kimsəyə isbat etməyə ehtiyac yoxdur. Çünki  gecə vaxtı yaşayış məskənlərində insanları yatdığı yerdə hədəf olaraq seçmək, kütləvi insan qırğını üçün istifadə olunan ballistik raketlərlə öldürmək niyyəti ilə hücum etmək, vandallıqdan ötə, erməninin nəsibini insanlıqdan almadığı anlamına gəlir. Ona görə də vəhşilik haqqında danışanda ilk növbədə göz önünə Ermənistan və erməni xisləti gəlir. Bu məsələnin birinci və təsdiqinə ehtiyacı olmayan tərəfidir.

 

Digər tərəfdən bunun əsasında beynəlxalq təşkilatların fəaliyyətsizliyi deyil, məsələyə ikilistandartlı yanaşması durur. Çünki beynəlxalq təşkilatlar geosiyasi maraqları tələb etdiyi təqdirdə çox strateji, qətiyyətli qərarlar qəbul edə bilirlər. Sadəcə indiki vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu üçün daha çox Ermənistanı Azərbaycana əzdirməmək  status-kvonu hara qədər qorumaq mümkündürsə, ora qədər qorumaq niyyəti ilə davranırlar. Söhbət ondan gedir ki, bu gün beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri  Azərbaycanın Ermənistanın işğalında olan  torpaqlarının bütünlüklə azad olunmasını istəmirlər. Ona görə ki, hər üç dövlət bu cür təzyiq mexanizmlərini saxlamaq niyyətindədirlər. 27 ildən artıq Dağlıq Qarabağ probleminin davam etməsinin tək səbəbi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu indiyədək yalnız və yalnız Qarabağın müstəqil subyekt olaraq tanınmasına xidmət edib.  Bu proses ona görə bu günə qədər uzadılıb ki, Azərbaycan bu məsələdə güzəştə getmək istəməyib. Heç kimə sirr deyil ki, ATƏT-in Minsk Qrupu çözüm formatı deyil, çözümsüzlük formatıdır. Bir tərəfdə ərazi bütövlüyü, digər bir tərəfdə tamamilə onun ziddi olan bir prinsip, yəni “xaqların öz müqəddəratını təyin etməsi” məsələsi ortaya atılmaqla  əslində bu prosesə çözümsüzlük gətirmək istədilər. İstədilər ki, Azərbaycan nəticə etibarilə Dağlıq Qarabağda referendumun keçirilməsinə icazə versinbununla da Ermənistan burada da müstəqil subyekt olaraq tanınsın. Fikir verirsinizsə, burda da ikili yanaşma var.

 

Bu gün İspaniyadan aralanıb müstəqil olmaq istəyən bir Kataloniya var.  Kataloniyanın əhalisi 10 milyonluq əhalidən 1 dəfə yarım artıqdır.  Buna rəğmən ayrıca Kataloniya əhalisi referendum keçirərək   müstəqil respublika olduqlarını ifadə etsələr də, çox maraqlıdır ki, nəinki İspaniya, İspaniyanın daxil olduğu Avropa İttifaqı, bütün idarəetmə strukturları nəinki Kataloniyanın tanımadı, əksinə başını əzərək bu referendumun qeyri-qanuni olduğunu ortalığa qoydular. Bu beynəlxalq təşkilatların çox qəti addımıdır. Ancaq Qarabağa yanaşmaya gələndə “öz müqəddəratını təyin etmə prinsipi”, dərhal ərazi bütövlüyünün qarşısına qoyulur. Bununla da Ermənistana, erməni ideologiyasına əlavə stimul verilir ki, gələcəkdə mümkün olduğu təqdirdə sizə müstəqillik veriləcək. Qlobal güclərin, ən böyük dövlətlərin yanaşmasına fikir verirsinizsə, Ermənistanın bu vandallığına, vəhşiliyinə, insanlıq əleyhinə etdiyi cinayətlərə baxmayaraq  işğalçı ilə işğala məruz qalan tərəf “tərəzinin gözündə” bərabər tutulur.  Azərbayacanla Ermənistan arasında bütün zamanlarda bərabərlik işarsi qoyulur. Bu, böyük ədalətsizlik deməkdir. Bu, beynəlxlq hüquqa tüpürmək deməkdir. Bu ikilistandart deməkdir. Bunun başqa bir cavabı yoxdur.

 

- İstər “cəbhə xətti”, istərsə də “status-kvo”, “Dağlıq Qarabağa muxtariyyat” və sair məsələlərə bağlı mübahisəli yanaşmalara münasibətdə nələr dəyişdi?

 

-Dəyişən odur ki, 27 il müddətində ilk dəfə Azərbaycan özü proses yaradır. Buna görə də Azərbaycan onun üçün yaradılan proseslərin arxasınca sürünmür.  Ermənistan və onun havadarları Azərbaycanın yaratdığı prosesin arxasınca sürünməkdədir. Əslində bizim illərlə dediyimiz də məhz bu idi: Azərbaycan proses yaratmayana qədər münaqişə heç bir zaman həllini tapa bilməz. Çünki Azərbaycan əslində beynəlxalq hüququn gərəyini və eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edir. Azərbaycan öz müdafiə haqqından istifadə edərək işğal altındakı torpaqlarını azad edir. Bu, Azərbaycanın yaratdığı bir prosesdir.   Fikir verin, Azərbaycan beynəlxalq hüququn tələbi olaraq bir proses yaradıb və bütün dünyadayan”- deyə Azərbaycana hər gün basqı və təzyiq edirlər. Ancaq  bu gün dəyişən birstatus-kvodur, bəli. Dəyişən sərhədlərdir, təmas xəttidir.  Dəyişən Azərbaycan dövlətinin Konstitusiyaya görə öz suverenliyini işğalda olan ərazilərinin üzərində təsbit etməsi hadisəsidir.  Bir neçə gün keçməz ki, Azərbayacan Dağlıq Qarabağ da daxil bütün ərazilərində öz suverenliyini təsbit edəcək. Ondən sonra artıq ATƏT-in Minsk Qrupu kimi hansısa beynəlxalq formata və hansısa müzakirələrə ümumiyyətlə ehtiyac qalmayacaq.  Çünki Azərbaycan öz suverenliyini bərpa edəndən sonra yalnız bir sual qalır: özünü Azərbaycan vətəndaşı hesab edən hər bir erməni Azərbaycan Konstitusiyasını və şəxsiyyətini təsdiq edən sənədini qəbul edirsə, keçmiş Dağlı Qarabağın ərazi vahidinə daxil olan ərazilərdə yaşamaq hüququ qazanacaq. Vəssalam, məsələ budur. Bundan ötəki məsələ, Azərbaycan dövlətinin öz vətəndaşının təhlükəsizliyini təmin etməsidir. Yəni Azərbaycan dövləti özü ermənilərə təhlükəsizlik təminatı verə bilər. Artıq bundan sonra heç bir muxtariyyatdan söhbət getməyəcək.  Dəyişən budur və düşünürəm ki, bu, Azərbaycan adına, həm də beynəlxalq hüquq adına ən gözəl həll yoludur. Doğrudur şəhidlərimiz var, ancaq torpaqlar heç vaxt qansız azad olunmadı və olunmayacaq. Mütləq mənada hərbi sahədə güclü olacaqsınız ki, masada mövqeləriniz güclü olsun.

 

-Natiq bəy, sizqeyd etdiniz ki, Azərbaycan hərbi sahədə uğur qazanandan sonra, özünün təhlükəsizliyini özü təmin etməlidir və təbii ki, düşmənə hər hansı statusla bağlı güzəştdən söz gedə bilməz. Amma o da bəllidir ki, Rusiya regiondakı ağalığını əldən vermək istəmir və Türkiyənin regiona daxil olmasından çəkinərək, tez-tez sülhməramlı qüvvələrin ərazilərimizə gətirilməsi  məsələsini önə çəkir.  Bu istiqamətdə nələri söyləyərdiz?

 

-Burda ən böyük hiylə nədən ibarətdir. Fikir verirsinizsə, Rusiya tələsir.  Çünki Rusiya hər gün kosmosdan çox gözəl müşahidə edir ki,  döyüşlər harda gedir. Onlar görürlər ki, Azərbaycan ordusu demək olar ki, döyüşdə apardığı bu “çevrələmə taktikası”nı bitirmək üzrədir. Ona görə də bu proses tamamlanmayana qədər sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsini ortaya atıb.  Azərbaycan öz suverenliyini tamamilə bərpa edəndən sonra artıq hər hansı bir sülhməramlıya ehtiyac  qalmayacaq.  Başqa ölkələrdə, hətta Ermənistanda yaşamaq istəyən ermənilər öz seçimini edib gedə bilərlər. Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda yaşamaq istəyənlər Azərbaycanda yaşayacaq ki, dövlət də bu insanların təhlükəsizliyinə təminat verəcək. Əslində bu dövlətin boynunun borcudurbu məsuliyyəti də Azərbaycan dövləti öz boynuna götürəcək. Buna görə Rusiya tələsir. Çünki cəbhədə gedən proseslərdən çox ciddi şəkildə narahatdır. Hərbi çevrə tamamlandıqdan sonra artıq nə Rusiya, nə də ATƏT-in Mİnsk Qrupunda mövcud olan dünya gücləri ilə bağlı həll edəcək məsələ qalmayacaq. O ki qaldı bəzi stabilləşdirici məsələlərə, əlbəttə ki, bu bilavasitə region dövləti olan Türkiyə ilə müzakirə prerdmeti ola bilər. Bildiyiniz kimi Türkiyə regionda, bilavasitə Azərbaycanda mövcuddur və düşünürəm ki, bundan sonra da mövcud olacaq.

 

 

Tahirə  

 

Həftə içi.- 2020.- 22-28 oktyabr.- S.8.