Qələmdaşım Qələndər
Xaçınçaylıya ağı
Niyə öldün, Qələndər?
Milyonların arasından
Cənab
Əzrayıl,
Səni necə tapdı?
Yoxsa, elə bilirdin
Ölüm bir zarafatdı?
Bir də səni tapmağa
nə
vardı ki,
Yurd-yuvası pozulmuş
Bəxti
belə... yazılmış
Suyuşirin bir kişiydin.
Sözlərdən kərpic kəsib
Şeirə dam hörərdin.
Söz-söhbət beşiyiydin.
Camaat arasındaydın
Xeyirdə-şərdə vardın.
Bir isti təbəssümlə
"Səni verənə
şükür!"
deyib
Bizi salamlayardın.
Əzrayıl cənabın da
Xoşuna
biri gəlsə,
beşi
gəlməz.
Yaramazdan,
idbardan
xoşu
gəlməz...
Deyirlər ayaqdadır
Cəhənnəmlik axtarır
Orda, burda,
çöldə,
çəməndə...
Niyə
əziyyət çəksin,
Qoy eşitsin səsimi
Hazır
siyahı - məndə...
Sən
- cənnətlik
qanadlanıb
Qarabağa -
Qalayçılar
tərəflərə
Uçasıydın...
Elə sən özün də
Xalis qalay parçasıydın...
... Həkimlər ha əlləşdilər,
Ha axtarıb gəzdilər
Sənə nəfəs vermək
üçün
O yerlərin havasından
Bircə
udum tapmadılar,
Tapa da bilməzdilər...
Əcələ qoşulub getdin,
Bizə
yazığın gəlmədi,
Qələndər?!
Əfəndim o da uçdu,
Qonmuşdu, o da uçdu,
Cismi torpağa döndü,
Ruhu Göyə
qovuşdu.
Şüvəlan,
30 avqust 2020ci il.
P.S. 2020-ci il oktyabrın 3-də
Qələndər Xaçınçaylının vəfatından
40 gün ötür.
Ramiz
MƏMMƏDZADƏ
Həftə içi.- 2020.- 17-23
sentyabr.- S.10.