Publisistikada durğunluq
yaranıb
Buludlardan yuxarı Tanrı və ondan aşağıda söz durur. Sözün özü elə Tanrı qədər, Tanrı boydadır. Yaradanın özü qədər müqəddəs bir varlıqdır. Tanrını hər an, hər yerdə necə hiss edib görürüksə, sözü də o cür və onun varlığını içimizdə, qəlbimizdə görüb dərk edirik.
Unutmayaq ki, Yaradanımıza nə qədər hörmətlə yanaşırıqsa, sözə də bir o qədər hörmətlə yanaşmalıyıq. Söz elə bir varlıqdır ki, bizi müqəddəsliyə də apara bilər, uçuruma da. Sözün çəkisini və onun dəyərini də söz adamları, həqiqi söz sahibləri bilir. Belə yazarlardan və söz sahiblərindən biri də tanınmış şair, AYB-nin üzvü Elsevər Məsimlidir. 42 il bundan əvvəl Elsevər Məsimli İsmayıllı rayonunun ucqar dağətəyi kəndlərindən biri olan Molla İsax kəndində dünyaya gəlib, böyüyüb, boy atıb. Hələ uşaqlıq, ağlıkəsən gündən sözün varlığını duyub, dərk edib, zaman-zaman duyğularını sözə, misralara çevirib.
Müsahibim deyir ki, uşaqlıq illərindən şeir yazır:
– Şeirə, ədəbiyyata da elə o illərdən həvəs göstərmişəm. Baxmayaraq oxuduğum məktəbin divar qəzetində şeirlərim çap olunurdu, tədbirlərdə iştirak edirdim, amma ədəbiyyata 21 yaşında gəlmişəm. İlk şeirim 2001-ci ildə elə sizin işlədiyiniz “Həftə içi” qəzetində işıq üzü görüb. Sonra “Ədalət”, “Yeni Azərbaycan”, ”Ədəbiyyat”, “Paralel” qəzetlərində və “Ulduz”, “Azərbaycan” jurnallarında fasiləsiz olaraq şeirlərim, publisistik yazılarım dərc olunmağa başladı. Bu günə kimi 6 şeir kitabım və 2 publisistik yazılardan ibarət kitabım çap olunub.
- Siz hansı ixtisas sahibisiniz və nə ilə məşğul olursunuz?
- Azərbaycan Dövlət İncəsənət Universitetinin teatr və kino sənəti ixtisasını bitirmişəm. Doğulduğum Molla İsax kəndi rayon mərkəzindən çox aralıda yerləşir. Kəndimizin mədəniyyət ocağı sayılan vur-tut bir klubu vardı. Mən də o klubun bədii rəhbəri idim. Sözügedən mədəniyyət ocağının nəzdində Folklor evi də fəaliyyət göstərirdi. Klubda ədəbi-bədii tədbirlər, eləcə də digər tədbirlər keçirilərdi. Təəssüflər olsun ki, sözügedən kənd klubunu kənd camaatına çox gördülər. Klub satışa çıxarıldı və onu həyətyanı torpaq sahəsi ilə birlikdə imkanlı şəxs aldı. Artıq klub ləğv olunub və o gündən də fəaliyyəti dayandırılıb. Klubun binasından isə əsər-əlamət belə qalmayıb, bir tərəfi uçaraq qəzalı vəziyyətdədir. O gündən işsizik. Qara günlərimiz də elə o gündən başlayıb, zamanın bu çağında işsiz qalmaq bilirsiniz də nə deməkdir? Bir ilə yaxındır, səfil həyat sürürəm. Dərdimi deməyə və sinəmi boşaltmağa bir kəs tapmıram, ona görə də sizin qəzetə üz titdum. Bəlkə qəzetiniz vasitəsilə aidiyyəti qurumlar mənə kömək elədi.
- İsmayıllı rayonunda sizi işlə təmin etmirlər?
–İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun, eləcə də səlahiyyətli nümayəndələrin dəfələrlə qəbulunda olub dərdimi onlara demişəm, işlə təmin etməyiblər. Axı mən də bir ziyalıyam, çağdaş ədəbiyyatımızın bir nümayəndəsiyəm. Ədəbiyyatda və publisistikada sözümü deyirəm. Çoxlu sayda ədəbi-publisistik məqalələrin müəllifiyəm. Həqiqət həmişə acı olduğundan, heç kəs onu sevmir.
- Son illər mətbuatda görünmürsünüz, yazılarınız nədənsə çap olunmur, bu nə ilə bağlıdır?
- Buna başlıca səbəb maddi imkansızlıqdır. Yeri gəlmişkən qeyd edim ki, AYB-də bir qrup şəxs var ki, onlar həmişə mənimlə ziddiyyətdə olublar, AYB-nin orqanlarında çap olunmağa mane olurlar. Görünür, bu da mənim istedadlı olmağımdan irəli gəlir. Bizi bu günə salan və hörmətsizlik edən də elə bir-birinə qarşı soyuq münasibətdə olmağımızın başlıcası və içimizdəki paxıllıqdır. Mən bu işlərdə Anar müəllimi qınamıram.
Yadınıza salım ki, məni prezidentin ayırdığı birillik təqaüdə salmaq istəmirdilər. Bu barədə ölkə rəhbərliyinə müraciət etdikdən sonra, AYB məni birillik verilən təqaüdə saldı.
- Son illər bir qrup gənc şair var ki, gözlərini Anar Rzayevin kürsüsünə tikərək, AYB-nin sədri olmaq istəyirlər. Siz necə?
- Mən həmişə bitərəf mövqedə olmuşam. Mən şeirlərimin birində yazmışam:
İlan kimi yaşadıqca,
Gözəldir, ilan elə ilan
kimi.
Nəyə gərək görünəsən,
üzdə ceyran,
qəlbindəsə ilan kimi...
Mən AYB-də elə
sədr Anar müəllimi görürəm.
Onun əsərlərini dönə-donə
oxumuşam. Özünə və şəxsiyyətinə
hörmətlə yanaşıram.
Anar müəllim böyük
yazıçıdır. İntellektual səviyyəli, böyük
mədəniyyətə malik,
dünyagörmüş bir
ədibdir. Onun böyük
həyat məktəbi
var. Anar müəllimin
böyüklüyü ondadır
ki, həyata bəşəri hisslərlə,
bəşəri gözlərlə,
ən başlıcası,
insani dəyərlərlə
yanaşır. Mən Anar
müəllimdən həmişə
öyrənməyə çalışmışam,
elə indinin özündə də ondan öyrənirəm. Bu gün
özlərini sədrlik
kürsüsündə görən
20-25 yaşlı gənclərin
bu vəzifəni icra edəcəyinə əmin deyiləm. İlk öncə onların bu sahədə təcrübəsi olmalıdır.
Az da
olsa, ədəbiyyatda
sözünü deməlidir.
Xalq onları tanımalıdır.
Bu gün Anar
müəllimi dünya
tanıyır.
- Sizcə, Azərbaycan publisistikası bugünün
tələblərinə cavab
verirmi?
- Doğrusunu deyim ki, publisistika geniş, əhatəli bir sahədir. Mətbuat üçün ən dəyərli sahədir.
Çox
təəssüflər olsun
ki, publisistikanın ənənələri günün
tələblərinə cavab
vermir. Yerindən duran deyir ki, mən şair-
publisistəm. Publisistika bu
gün dövri mətbuatda görünmür.
Bu gün Famil
Mehdi kimi tədqiqatçı, publisist
yazarlarımız yoxdur.
Əslində, bu ənənələr
Nəriman Nərimanov,
Firudin bəy Köçərli, Əli
bəy Hüseynzadə
kimi şəxsiyyətlərdən
başlayıb. Biz o təcrübədən bəhrələnmək
əvəzinə, daha
da uzaqlaşırıq.
Bu da dövri
mətbuatla, televiziya və radio ilə bağlıdır. Ona görə
ki, publisistikaya yer verilmir. Televiziya kanalları toyxanalara çevrilib. Xalqı alçaldıcı,
gənclərin və
yeniyetmələrin əxlaqına
mənfi təsir edən “şoular”la, mənasız verilişlərlə
məşğuldurlar. Əgər belə olmasaydı, insanları düşündürən
həyatı, elmi məsələlərin cavabını
açıq-saçıq geyinib efirə çıxan müğənnilər,
manıslar yox, təcrübəli elm adamları,
ədiblər verərdilər.
Onlar bu haqda söhbət
edib xalqı maarifləndirərdilər. Təəssüflər olsun ki, əxlaqi dəyərlərə
malik olan verilişlərin sayı azalıb. Elə bu səbəb
ucbatından publisistikada
durğunluq yaranıb.
Bu da oxucuları
qane etmir.
- Son illər hansı kitablarınız dərc olunub?
- Elm və Təhsil Nəşriyyatlnda “Yağışda
nəğmə” adlı
şeirlər, “Dünənin
dərsləri, bugünün
həqiqəti” adlı (publisist) kitablarım işıq üzü görüb. Sön dövrlər xeyirxah insanların sayəsində
mən bu kitabları çap edə bilmişəm.
- Heç ədəbi tənqidə tuş gəlmisənmi?
-
Xatırladım ki, ədəbi tənqid
tənqidçinin gərin dünyagörüşündən
qaynaqlanır. Hər adamı da tənqidçi
saymaq, məncə, ağlabatan
fikir deyil. Sağlam tənqidi təfəkkür insan üçün bütün dərmanların həbidir. Bu gün teatr
sənətində Aydın Dadaşovun
fikirləri mənim üçün çox qəbaətbəxşdir. Ədəbi
tənqiddə əsasən tənqidçi- alim
Qurban Bayramovu və Vaqif Yusiflini görürəm.
Amma bir dəfə ədəbi
tənqidə tuş gəldim. O da bir səhvin nəticəsi
idi. Ona görə ki, şeirlərimin dili düzgün təhli edilməmişdi.
Yaxşı olardı ki, hər tənqidçi
bir şairin şeirini tənqid edərkən onun şeir dilini düzgün təhlil
etsin. Posmodernizmi moderizmlə qarışdırmasınlar. Ədəbiyyatşünas,
tənqidçi alimlər Qurban Bayramovun və Fərhad Mədətovun üstünlüyü və böyüklüyü
ondadır ki, onlar tənqidə
üzdən yox, elmi biliyi və alimlik təcrübəsi
əsasında yanaşırlar. Onlar
öz tənqidi yazıları ilə elmə
töhfələr verirlər. Onlar ədəbiyyatı
və şeiri
çox gözəl bilirlər. Mən
Qurban Bayramovun mətbuatdan
tənqidi yazılarını çox oxumuşam. Qurban müəllim,
hətta nəhənglərin əsərlərini haqlı olaraq elmi əsaslarla tənqid
atəşinə tutub. Alimin
üstünlüklərindən biri də
odur ki, hətta şairin şeirini oxuyanda onun yazılma
tarixinə kimi bilir.
İstərdim ki, Qurban
Bayramov kimi alimlərin
tənqidinə tuş gəlim. Bu cür tənqidlər
elə həqiqət, ədəbiyyat deməkdir.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2020.- 28-29
yanvar.-S.8.