“Qaçay Heydərov
-100” işıq üzü gördü
Şair Şirin Məmmədli də bir çox yazarlarımız kimi, yağı düşmən tapdağı altında qalmış Qarabağ dərdinə, doğulub boya-başa çatdığı Qubadlı həsrətinə dözmür, için-için sızıltılarını poetik dillə oxucularına çatdırır. Hər dəfə yaxın bir qohumla, dostla, tanışla görüşəndə acı həqiqətlərdən, doğulduğu Qubadlı elinin Qacaq Nəbi və Arif Heydərov kimi kişilərindən söz açır.
Şirin Məmmədlinin çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var, fərqli yazardır. Onun dili sadə və şirindir. Çoxlu söz xəzinəsi var, sözləri muncuq kimi sapa düzərək yerbəyerində, özü də çox ustalıqla işlədə bilir. Görünür, ondakı bu söz zənginliyi dünya klassiklərini, xüsusilə də Xalq yazıçısı Süleyman Rəhimov yaradıcılığını öyrənməsindən irəli gəlir. Şirin müəllimin güclü mütaliəsi var, bütün dünya ədəbiyyatından xəbərdardır. Bir şair kimi ustalığı ondadır ki, oxucunu tez ələ alır və sadə sözlərlə fikirini oxucuya aydın şəkildə çatdıra bilir.
Onun özünəməxsus şeir üslubu var. Zəngin yaradıcılığa, ədəbi təfəkkürə malikdir. O, digər yazarlarımızdan öz orijinal fikirləri, dərin təfəkkürü ilə seşilir.
Şirin Məmmədov həm də gözəl poemalar müəllifidir. Təzə qələmə aldığı “Qaçay” poemasının əlyazmasını mənə verib dedi ki, bu əsər elm xadimi olan Qaçay Heydərovdan bəhs edir. O, kitabına “Ön söz” yazmağı məni məsləhət bildi. Məmnuniyyətlə onun təklifini qəbul etdim.
Xatırladım ki, Qaçay Heydərov 16 yanvar 1920-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində dünyaya göz açıb. O, anadan olandan 20 gün sonra anasını itirib. Qaçay Heydərov Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini, eləcə də həmin universitetin Tarix fakültəsini bitirmiş və elmin iqtisadi tarix sahəsi ilə məşul olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadi tarix kafedrasının müdiri, fəlsəfə elmləri doktoru olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmiş və ayaq barmaqlarını itirərək, Böyük Vətən müharibəsi əlili kimi Vətənə qayıtmışdır. O, bir neçə monoqrafiyanın müəllifi idi, bununla yanaşı, həm də şeirlər yazırdı. Qaçay Heydərov 10 iyun 1990-cı ildə Bakı şəhərində vəfat edib.
Şirin Məmmədli “Qaçay” poemasını görkəmli alimin anadan olmasının 100 illiyinə həsr edib.
Əlyazma şəkilində yazılmış poemanı əlimə alıb onun hər bir misrasını birnəfəsə, özü də dönə-dönə oxudum. Daha doğrusu, mənadolu misralar, elə bil, qarşımı kəsib məni məcbur edib deyirdi ki, oxu, məni bir də oxu! Elə bu mənəvi məcburiyyətin diqtəsi ilə də necə deyərlər, qısa bir vaxtda poemanı birnəfəsə oxudum. Əsər o qədər şirin və mənalı idi ki, adamı özünə çəkirdi, sanki ondan ayrılmaq istəmirdim. Bu poemada vətən, yurd-yuva, torpaq sevgisinin şahidi oldum, bir vətən nisgili, ana harayını gördüm. Vətəndaş bir şair ürəyinin döyüntülərini bu poemada qəlbimlə hiss etdim:
Qaçaq Nəbilərin yurdudur bura,
Bözatın belində o cövlan etmiş.
Düşmənin boynunu hey vura-vura,
Dağını, daşını o səngər
etmiş.
Şair “Qaçaq Nəbinin
yurdudur bura” deməklə, sanki çağrış edir
və dünya xalqlarına deyir ki, o yurd yerləri
qədim Azərbaycan torpağıdır, Nəbilərin
oylağı, məskəni
olub ora doğma yerlərimizdir.
Nəbi kimi igid oğulları
bu gün birliyə, haraya, əlinə silah götürüb yağı
düşmən əsrliyində
qalmış döğma
yurd yerlərimizin azad olunmasına səsləyir.
Həqiqətən də əsər
olduqca maraqlıdır.
Bir insanın keçdiyi çətin və məşəqqətli, həm
də şərəfli
həyat yolundan bəhs edir. Əsl vətənpərvərlik mövzusunda
yazılmış bir
əsərdir.
Poema Qədim Azərbaycan torpaqları olan Qubadlı elinin kiçik bir kəndində Gürcülüdə
yaşamış Qaçay
Heydərov kimi oğullar yetirmiş “Mehdilər” nəsli ilə başlayır. Şair “Mehdilər” sülaləsini
qocaman bir çinara bənzədir.
Özü də bu sülalənin bir övladı olaraq həmin çinara söykənib yaddaş kitabını vərəqləyib deyir:
Mən qocaman bir çinara
söykənib,
Yaddaş kitabımı varaqlayıram.
İri budaqların soy-köküm
bilib,
Yaxın keçmişimi xatırlayıram.
Keçmişdən söz açır tarix yaddaşım,
O keçmiş bir nəslin səcərəsidir.
Dağlarla, dərələr ömür
yoldaşım,
İlləri babamın xatirəsidir.
Məncə şərhə ehtiyac
yoxdur, gözəl fikirlərdir. Adamı sanki
keçmişə, o illərə
qaytarır, vətənimizin
bir parçası olan Gürcülü kəndinə aparır, o dağları, dərələri
görüb gəlirsən.
Poemada çörəyimizi yeyib,
suyumuzu içib və sonra da
özümüzə qənim
kəsilən, torpaqlarımıza
sahib çıxıb, xalqımızı
öz doğma yurd yerlərindən didərgin salan bədnam qonşumuz olan ermənilərin amansızlıqlarından, tarixə
sığmayan vəhşiliklərindən,
acı həqiqətlərdən
ürək ağrısı
ilə söz açan şair nəhayət ki, əli her yerə çatmayayaraq yenə də tarixi qınayr:
Tarix gör necə də amansız oldu,
Yurda od qoydular
bədnam qonşular.
Nə qədər el-oba viranə qaldı,
Köçkün həyatını sürdü insanlar.
Tarixin qara səhifəsinə düşmüş bir faciəni müəllif, sanki özü yaşaya-yaşaya yazıb. Əzizi Qaçay müəllimin amansız taleyi onu ana nəfəsindən məhrum etmişdir. Belə ki, 1920-ci ilin əvvəllərində namərd, qaniçən qonşuların silahlı basqını nəticəsində əliyalın, köməksiz qalmış kənd camaatının qaçması ərəfəsində qışın oğlan çağında Bərgüşad çayını keçməyə məcbur olan 40 günlük körpəsini oz bağrına basan zahı anası Nənəqiz xanım çaya düşür, oğlu salamat qalsın deyə ana faciəli şəkildə həlak olur. Şair bu səhnəni o qədər incə, ürək ağrısı ilə təsvir edir ki, adam bu dəhşətli faciəyə dözə bilmir, elə bil özünü görür, adamın qəlbinə sanki qaynar su tökür.
Əsərdə İkinci Dünya Müharibəsinin, eləcə də Böyük Vətən Müharibəsinin törətdiyi dəhşətli səhnələr də geniş yer alır. Qaçay da vətənin bir çox oğulları kimi müharibəyə gedir, döyüşlədə sücayət göstərir. Hətta qanlı döyüşlərin birində qışın şaxtasına düşən Qaçay ayaq barmaqlarını itirir və hospitala düşür. Hospitalda hər günü bir ilə bərabər olan Qaçay müharibə illərinin amansızlığını öz xatirələrində yazır. Poemada obrazlı və canlı şəkildə bu hadisələr öz əksini tapır:
O soyuq müharibə, dəhşətli illər,
Acı xatirəylə yaşadı Qaçay.
Sinədə yaralar açdı lalələr,
Qanlı göz yaşları qopardı haray.
Şirin Məmmədli əsərin sonunda Qaçay Heydərovun xidmətlərindən, bir alim kimi elmi ixtiralarından da danışır.
Şirin Məmmədlinin “Qaçay” poeması inanıram ki, geniş oxucu kütləsinin
marağına səbəb olacaq. Ümidvaram ki, bu əsər ümumtəhsil məktəblərində
də geniş şəkildə təbliğ
edilməklə yeniyermə və gənclərdə vətənpərvərlik
ruhunu daha da artıracaqdır.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2020.- 30-31
yanvar.- S.8.