Cəbhəyə könüllü
yollanan şəhid Şəhriyar
Qasımov
Bütün sevgilərin ən ucası, ən alisi Vətən sevgisidir. Vətən doğulub üzərində yaşadığımız torpaq parçasıdır. Bu torpaq sıradan deyil, o minillərdir uğrunda canını fəda edənlərin qanı ilə yoğrulub, sevgi qoxur hər dənəsi... İnsan üçün Vətəninə layiqli yaşamaq şərəf, ölmək isə borc olur bəzən. Bu gün üzərində yaşadığımız cənnət yurdumuz şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində bizlərə əmanət, gələcəyə mirasdır. Bir azdan haqqında bəhs edəcəyimiz 25 yaşlı gənc də ömrünün ən gözəl çağlarını Vətənimizin bütövlüyü uğrunda qurban verənlərdəndir.
Qasımov Şəhriyar Vəzir oğlu 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olub. Özündən böyük bir bacısı var. O, 2013-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Ağlı kəsəndən Vətənə sevgisi ilə seçilən qəhrəmanımız hərbi xidmətdə olarkən kiçik çavuş rütbəsi də alır. Xidməti başa vurduqdan sonra – 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonu filialında çalışmağa başlayır. 2020-ci ildə isə təhsilini davam etdirmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə daxil olur.
Uşaqlıqdan ailəsinə “Mən əsgər olacağam”, “Şəhid olacağam” kimi cümlələr quran qəhrəmanımız 2020-ci ildə Qarabağ üçün, birliyimiz və azadlığımız naminə könüllü səfərbər olan yüzlərlə gəncdən biri idi. O, qismən səfərbərlik elan edilməmişdən öncə Nərimanov Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir. Ardınca isə müharibənin ilk günlərində - 29 sentyabrda cəbhəyə yollanır.
Ailənin yeganə oğlan övladı olan Şəhriyar xaraktercə hər zaman sərtgörünüşlü olsa da, Vətən mövzusunda ürəyiyuxa idi. Dostları ilə tez-tez Qarabağla bağlı müzakirələr edər, əgər döyüş başlasa, cəbhəyə yollanacağını bildirərmiş. Atası deyir ki, oğlum ağlamağı sevməyən, göz yaşlarını gizlədən olub. Şəhid xəbərləri aldıqda isə hönkür-hönkür ağlayırdı...
nəfər arasında olsa da bunu evdən gizlədib. Hər gün Hərbi Komissarlığa zəng vurub Şəhriyar könüllü olaraq qeydiyyatdan keçən ilk yüz çağırılmasını xahiş edirmiş.
- Ana, cəbhədən nə xəbər var?
- Ay bala, yenə şəhidimiz var (ağlayaraq).
- Hamı ordadı, amma biz oturmuşuq evdə. Onlar bizim üçün
şəhid olurlar.
Gərək, hamılıqla gedək.
- Bəs bizi kimə
tapşırırsan? Atan xəstədir.
- Sizi Allaha tapşırıram. Həm də ana, mən ölməyə yox, öldürməyə
gedirəm.
Bu cümlələr işdən
evə yenicə gələn şəhidimizin
anası ilə söhbətindəndir.
Silahdaşları onu mərd və
gözüqara döyüşçü
kimi xatırlayır. Vətən müharibəsində
kəşfiyyat bölümünün
manqa komandiri olan Şəhriyar dəstəsinə “Qartal”
adını verib.
Döyüş yoldaşına
son sözləri isə
belə olub: “Ölsəm, deyərsən
ki, “Kişi kimi vuruşdu, qorxmadan şəhid oldu”...
Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları istiqamətində
gedən döyüşlərdə
fəal iştirak edib. 26 oktyabr 2020-ci ildə isə qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
Qeyd edək
ki, 25 yaşlı qəhrəman şəhidimiz
Şəhriyar Qasımovun
döyüş meydanında
göstərdiyi igidlik
ölkə Prezidenti tərəfindən də
yüksək qiymətləndirilib. O, ölümündən
sonra, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət etsin!
Banu
Həftə içi.- 2021.- 3-5
aprel.- S.7.