Şuşa teatrının
"Zəfər Dönüşü"
Arzu edirəm
ki, Zəfərlə bağlı tamaşalarımızı
premyera şəklində
tamaşaçılara təqdim
edək və ilk izləyicilərimiz də bizi Şuşamıza
qovuşduran şəhid
və qazi ailələri, onların övladları olsun
Ordumuzun şanlı
qələbəsi ilə
başa çatan 44 günlük Vətən Müharibəsi həm milli qürurumuzu bərqərar etdi, həm də bizləri 30 il həsrətini çəkdiyimiz
o torpaqlara qovuşdurdu.
Azad edilən torpaqların hər qarışı əziz və müqəddəs olsa da, Qarabağın “baştacı” sayılan Şuşanın yeri hər zaman könüllərdə bir
ayrı olub. Şuşa şəhəri
tarixən ölkəmizin
tarixi-mədəni həyatının
mühüm mərkəzlərindən
biri hesab edilib. Bu gün mədəniyyətimizin
paytaxtı olan şəhər özünün
yetişdirdiyi mütəfəkkirlər
ilə Azərbaycan mədəni irsinə dərin töhfələr
verib. Əzəli və əbədi yurdumuzda işğaldan öncə müxtəlif
mədəniyyət ocaqları
elm mərkəzləri
fəaliyyət göstərib.
Belə mərkəzlərdən
biri də 100 ilə yaxın tarixi olan Şuşa
Dövlət Musiqili Dram Teatrıdır.
Hafta.az-ın əməkdaşı Şuşa
Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı,
əslən Şuşadan
olan Yaşar Muradov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə
təqdim edirik:
- Yaşar bəy,
işğal müddəti
ərzində teatrın
fəaliyyəti ilə
bağlı nələri
deyə bilərsiniz?
- Şuşa
Dövlət Musiqili Dram Teatrı işğaldan sonra
1993-cü ildən, 2006-cı ilə qədər Bakıda - Gənc Tamaşaçılar Teatrının
binasına yerləşmişdi.
2006-cı ildən etibarən
isə ovaxtkı Mədəniyyət nazirinin
əmri ilə “Savalan” kinoteatrı (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi,
6) Şuşa teatrının
balansına verildi. Daha sonra, 2014-cü ildə cənab Prezidentin “Teatrların yenidən qurulması və inkişafına dair proqramına” əsasən bina təmirə dayandırıldı.
4 il sonra - 24 dekabr 2018-ci ildə binanın rəsmi açılışı baş
tutdu. Həmin dövrdən etibarən yenidən fəaliyyətimizi
davam etdirdik. Təmir müddətində bina olmasa belə, müxtəlif tamaşalar
hazırlanırdı. Mədəniyyət
Nazirliyinin tapşırığına
əsasən, bir sıra şəhər teatrları binasında tamaşalarımız oynanılır,
həmçinin rayonlara,
xüsusən də cəbhə bölgələrinə
qastrol səfərlərimiz
təşkil edilirdi.
- Bəs son
illərdə, xüsusən
də yeni bina istifadəyə verildikdən sonra hansı işlər görüldü? Pandemiya
teatrın fəaliyyətinə
nə cür təsir göstərdi?
- 2018-ci ildən sonra yeni binada
repertuarımız daha
da zənginləşdirildi.
Əvvəllər qənaətbəxş
olmayan uşaq tamaşaları xeyli inkişaf etdirildi. Pandemiya şəraiti ilə bağlı yeni binada fəaliyyət
müddətimiz elə çox olmasa da, artıq
xeyli iş görməyi bacarmışıq.
Pandemiya ilə əlaqədar sonuncu tamaşamız 6 mart
2020-ci ildə oynandı.
Ardınca isə elə də məhsuldar olmayan onlayn fəaliyyət dövrü başladı.
Hər sahədə olduğu kimi, bu vaxt ərzində
bizdə də durğunluq yaranıb. Sosial şəbəkələrdə
müxtəlif tamaşalardan
videoçarxlar paylaşılsa
da, tamaşaçı
ilə canlı ünsiyyət sənəti
olan teatr üçün bu hal heç də ürəkaçan
sayılmır. Ümid
edirəm, tezliklə
COVID bəlasından yaxa
qurtarıb teatrın fəaliyyətini tam bərpa edə bilərik.
- Dediniz ki,
son illərdə uşaq tamaşaları bir qədər də təkmilləşdirildi.
Ümumilikdə, Şuşa
Dövlət Musiqili Dram Teatrında uşaq və böyüklər üçün
hansı tamaşalar səhnələşdirilirdi?
- Repertuarımızda böyüklər üçün
Cəfər Cabbarlının
"Solğun çiçəklər",
Cəlil Məmmədquluzadənin
"Anamın kitabı",
Mirzə Fətəli
Axundzadənin "Müsyo
Jordan və dərviş Məstəli
şah". "Lənkəran xanının
vəziri", uşaqlar
üçün isə,
"Əli Baba və Qırx Quldur", Xanımana Əlibəylinin "Dovşanın
ad günü", Abdulla Şaiqin "Danışan gəlincik"
və s. bu kimi tamaşalarımız
var. Üstəlik, hər biri izləyicilərimiz
tərəfindən maraqla
qarşılanır.
- Xəyallar gerçəkləşib. Bir
şuşalı olaraq
işğaldan azad olunmuş torpaqlarımıza
qayıdışı nə
cür planlaşdırmısınız?
Yəqin ki, qayıdışla bağlı
yeni tamaşalar səhnələşdirməyi düşünürsünüz...
- Bu gün Şuşa Azərbaycanın mədəniyyət
paytaxtıdır. Şuşada"Xarıbülbül"
festivalında olarkən
cənab Prezidentə bununla bağlı öz təşəkkürlərimizi
bildirdik. Əminəm
ki, qayıdışımız
möhtəşəm olacaq. Şuşada yerləşəcək olan
binanın indiki vəziyyəti ilə
bağlı məlumatım
yoxdur. Bizim üçün əsas odur ki, Şuşamıza
qalib ölkənin vətəndaşları olaraq
qayıdacağıq. Bundan
belə tamaşalarımız
öz izləyicilərini
evində qarşılayacaq.
Şuşaya qayıtdıqdan sonra
"Zəfər Dönüşü"
adı altında səhnələrimiz oynanılacaq.
Arzu edirəm ki, Zəfərlə bağlı tamaşalarımızı
tamaşaçılara təqdim
edək və ilk izləyicilərimiz də bizi Şuşamıza
qovuşduran şəhid
və qazi ailələri, onların övladları olsun. Hazırda yaradıcı heyət əsərlərin
seçilməsi ilə
məşğul olur.
- Şuşa Dövlət Musiqili Dram Teatrının balansında hazırda neçə əməkdaş
fəaliyyət göstərir?
- Teatrın balansında
yetəri qədər
aktyor heyəti mövcuddur, həmçinin
texniki heyət və musiqili ansamblımız da var.
- Bu illər
ərzində teatrın
fəaliyyətinə dövlət
tərəfindən hansı
dəstəklər olunub?
- Dövlət dəstəyini üzərimizdə
hər zaman hiss etmişik. Bunun bariz nümunəsi
isə istifadəyə
verilən yeni binamızdır. Elə Mədəniyyət Nazirliyi
də hər zaman bütün çətinliklərdə yanımızda
olub.
Qeyd
Şuşa Dövlət
Musiqili Dram Teatrı 1938-ci ilin fevral ayında yaradılıb. O vaxt Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı olaraq adlandırılırdı.
Daha sonra, 1943-cü ildə kollektivin adı dəyişdirilərək
Şuşa Dövlət
Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib.
Teatrda dram və
komediyalarla yanaşı,
opera və operettalar
da oynanılıb. Teatr 1949-cu ilin
əvvəllərində fəaliyyətini
dayandırıb. Yerli həvəskarlar
dram dərnəyində, daha
sonralar Xalq teatrında fəaliyyətlərini
davam etdiriblər.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə (11 may
1990) Mədəniyyət Nazirliyi
tərəfindən (25 may 1992) Şuşa Dövlət
Musiqili Dram Teatrının
fəaliyyəti bərpa
edildi. 1992-ci ildə
teatr məlum Qarabağ hadisələri
ilə bağlı Bakıya köçdü.
Uzun illər Gənc Tamaşaçılar Teatrının
binasında məskunlaşdı
(1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının
binasında fəaliyyət
göstərir.
Muradov Yaşar
Həftə içi.- 2021.- 5-7 iyun.-
S.7.