Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq
Şirkət Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi
Şuşanın baş
planının hazırlanması
ilə bağlı elan etdiyi açıq
tenderin qalibi olub.
Şirkətə bu işlə bağlı 4 milyon manata yaxın vəsait ödəniləcək.
1959-cu ildə təsis edilən Chapman Taylor-un saytında qeyd olunur ki, bu
illər ərzində
şirkət Asiya, Avropa və Orta Şərqdə bir sıra layihələr
həyata keçirib.
Şuşa sakinləri:
“Şəhəri tikəndə
bizim də fikrimizi öyrənsinlər”
Şuşa: Qarabağın döyünən
ürəyi
Şuşanın baş planının hazırlanması layihəsi
şirkətin Azərbaycanda
görəcəyi yeganə
iş deyil. Buna qədər Chapman Taylor Azərbaycanda müxtəlif
illərdə K Residence,
Port Baku Tower, Gənclik Mall, Dəniz Mall-ın planını hazırlayıb. Hər 4 layihənin sifarişçisi
Paşa Construction olub,
şirkətin saytında
qeyd olunur.
Çərşənbə axşamı Azərbaycan parlamenti "Azərbaycanın
mədəniyyət paytaxtı
- Şuşa şəhəri
haqqında" qanun layihəsini müzakirəyə
çıxarıb və
birinci oxunuşda qəbul edib.
Şuşaya giriş-çıxışa nəzarət
ediləcək?
Azərbaycan Prezidentinin Milli
Məclisə tövsiyə
etdiyi qanun layihəsində təklif
edilir ki, Şuşa şəhərinin
inzibati sərhədləri
daxilində Şuşa
Şəhəri Dövlət
Qoruğu yaradılsın
və giriş-çıxış
tənzimlənsin.
Azərbaycan Prezidenti İlham
Əliyevin sərəncamı
ilə bu ilin mayında Şuşa mədəniyyət
paytaxtı elan edilib.
Şəhər 30 ilə yaxın
Ermənistan silahlı
qüvvələrinin işğalı
altında olub. Ötən ilin payızında başlamış
44 günlük müharibənin
son günlərində
azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər
Bayramı kimi təsis olunub.
Qafarlı
Tahirə
Həftə içi.- 2021.- 5-7
iyun.- S.6.