Yalnız sütunları
qalan Ağdam Teatrı
Zəngin
mədəniyyətimizin keşməkeşli yollarına Ermənistanın
ərazilərimizi işğal etməsi və cürbəcür
vəhşiliklər törətməsi də ciddi maneələrdən
biri sayılır. Buna baxmayaraq, hər savaşdan üzüağ
çıxan Azərbaycan
keçmişini gələcəyinə
ilmə-ilmə işləməyə
nail olub. Elə indi də
prosesin davamı olaraq azad edilən
torpaqlarımız bərpa
edilir. Qədim mədəniyyətimizin inciləri
isə öz evinə qayıtmaq üçün gün sayır. Belə mərkəzlərdən biri
də viran qoyulmuş hazırkı halı ilə dünyaya səs salan Ağdam Dövlət Dram Teatrıdır. Hafta.az-ın
əməkdaşı teatrın
drektoru Məhəmməd
Hüseynov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə
təqdim edirik:
- Məhəmməd bəy, zəhmət olmasa, əvvəlcə teatrın tarixi haqqında bizləri bilgiləndirərdiniz...
- Əbdürrəhim
bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə Qarabağ ziyalıları
və Ə.Haqverdiyevin
köməkliyi ilə
yaradılmışdır. 1910-cu ildə teatr ilk tamaşasını - Mirzə Fətəli Axundzadənin "Lənkəran
xanının vəziri"
və Ə.Haqverdiyevin
"Dağılan tifaq"
pyeslərini səhnələşdirib. Bura
1923-cü ilə qədər
ictimai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən rəsmi olaraq teatr kimi
öz işinə davam edib.
1923-1948-ci illər ərzində Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib.
Həmin illərdə
bir sıra xarici əsərlərin tamaşaları səhnələşdirilib.
Eyni zamanda dram əsərləri ilə yanaşı, "Leyli və Məcnun",
"Əsli və Kərəm" operaları
da hazırlanıb. O zamanlar dövrün bir sıra görkəmli
ziyalıları bu teatrda cəmləşib. Təsəvvür edin ki, İkinci dünya müharibəsində xanımların
ön cəbhəyə
aparıldığı bir
dönəmdə Ağdam
teatrının maarifçilik
fəaliyyətinin əhəmiyyəti
nəzərə alınaraq,
qapıçısından tutmuş, baş rejissoruna qədər hər bir əməkdaşını
arxa cəbhədə saxlayıblar.
Daha sonra - 1948-ci ildə isə bir çox bölgə teatrları kimi, Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılıb.
O dövrlərdə xalq
teatrı səviyyəsində
işini davam etdirən teatrda 1948-1968-ci
illər ərzində
klassik dram əsərləri ilə yanaşı, opera nümunələri də
göstərilib. Bu gün məşhur olan bir çox
xanəndələr də
elə Ağdam Teatrı ilə tanınıb. Misal olaraq Arif Babayev kimi
sənətkarımızı göstərə bilərəm
ki, o da "Əsli və Kərəm"də Kərəm
rolunu yaradıb.
1968-ci ildə
Azərbaycan SSR Nazirlər
Kabinetinin qərarı
ilə Mingəçevir
və Sumqayıt şəhərlərində Dövlət
Dram teatrlarının
yaradılması, Ağdam
Dövlət Dram Teatrının isə fəaliyyətinin bərpa
edilməsi haqqında
qərar verilir. 1 ildən sonra İlyas Əfəndiyevin
"Boy çiçəyi"
və Bəxtiyar Vahabzadənin "Vicdan"
əsərləri ilə
teatr işini davam etdirməyə başlayıb. Yetmişinci
illər isə mədəniyyət ocağının
bütün tarixinin ən qızıl dövrü hesab olunur. O vaxtlar həm də zəngin kadr potensialı var idi. Demək
olar ki, aktyor heyətinin 90%-i ali təhsilli
olub. Rafiq Atakişiyev, Heydər Şəmsizadə kimi görkəmli xadimlər burada çalışıblar.
Həmin vaxtlar Ağdam əhalisi də tamaşalara
olduqca maraqlı idi, hər zaman
bu tamaşalar böyük anşlaqla keçib. Mən özüm bu
hadisələrin canlı
şahidiyəm.
- Bəs işğaldan sonra Ağdam Dövlət Dram Teatrının
fəaliyyəti nə
cür tənzimləndi?
Yəqin
ki, bu, təkcə
inzibati binaya deyil, aktyor və
digər texniki heyətin də dəyişilməsinə səbəb
olub?
- 1993-cü ildə
torpaqlarımız işğal
edildikdən sonra, zəngin kadr ehtiyatımızın tərkib
hissəsi olan insanların hər biri fərqli-fərqli rayonlarda, kəndlərdə
yaşamağa məcbur
oldu. Bir neçəsi ümumiyyətlə
bu sənəti tərk etdi. Beləliklə, teatrın əsas
kadr kontingenti darmadağın oldu.
Doxsanıncı illərdə isə
bizə istedadlı gənclər gəlməyə
başladılar. Həmin illərdə
teatrımız Bərdə
şəhərində çox
çətin şəraitli,
dağıdılmış binada fəaliyyət göstərib. Teatrımız 2011-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsinə köçürüldü.
Əsaslı təmir edilmiş
Quzanlı qəsəbəsinin
Mədəniyyət Sarayı
teatrın balansına
verildi. Həmin ildən çoxlu
əsər tamaşaya
qoyulub. Mənim rəhbərlik etdiyim
dövrdən isə ilin repertuar planı minimum 4 tamaşanın
səhnələşdirilməsidir.
Həmçinin biz hər ayın
iki gününü “Hərbçilər günü”
elan etmişik. Müdafiə naziri Zakir Həsənovun icazəsi ilə müharibə dövrünə qədər
müntəzəm ayın
iki günü hərbçilərə həsr
edilib.
- Xeyli zamandır ki, azad edilən
ərazilərimizin bərpasına
başlanılıb. Sizdə yeni
Ağdamın planı
və teatr binanızın forması haqqında məlumat var?
- Yeni bina ilə
bağlı heç bir məlumatım yoxdur. Onu deyə bilərəm
ki, bu gün
erməni vandallığının
bariz nümunəsi elə Ağdam Dövlət Dram Teatrının
qalıqları olan tağlarıdır. Bura hazırda
dünyanı heyrətə
salan əsas görüntülərdən biri
hesab edilir. Düşünürəm, tarixboyu müharibələr
hər zaman olub və bu
normal haldır. Dünyanın ən humanist təşkilatı
olan teatrı o hala salmaq insanlığa
yaraşmayan hərəkətdir.
Məndən olsa, Ağdam
teatrının qalıqları
hadisələrin gələcək
nəsillərə çatdırılması
üçün tarixi
abidə kimi qorunub saxlanılsın.
- Pandemiya dövrünün
sizin fəaliyyətinizə
hansı təsirləri
oldu? Ötən müddət ərzində
hansı işlər görülüb?
- Fəaliyyətimizi 2 mart 2020-ci ildən
etibarən dayandırmışıq.
Sonuncu tamaşamız 26 fevral tarixində səhnələşdirilən
Nadir Qədimlinin "Günahsızlar"
əsəri olub.
Repertuar planı tərtib edilən zaman çalışırıq ki,
hərbi-vətənpərvərlik mövzusuna üstünlük
verilsin. Elə son əsərin
premyerası da Xocalı
faciəsinin ildönümü
günü oldu.
Teatrşünasların açıqlamasına görə, ötən ilin ən aktiv
onlayn tamaşa verən 3 teatrından biri elə Ağdam
Dövlət Dram Teatrıdır.
Bu il Xocalı hadisələri ilə bağlı olaraq Zəlimxan Yaqubun "O qızın göz yaşları" əsəri
əsasında film-kompozisiya
hazırladıq.
- Məhəmməd müəllim,
yəqin ki, pandemiyadan sonrakı fəaliyyət üçün
şanlı zəfər
tariximizlə bağlı
tamaşalar da səhnələşdirməyi
düşünürsünüz. Hazırda bununla bağlı işlərə başlanılıbmı?
- Deyərdim ki, indi ən vacib
sualı verdiniz. Hazırda o qədər çox mövzu bolluğu var ki… Bu həm
dövlət və ordumuzun şücaəti,
həm də erməni ideologiyasının
məhv olunmasıdır.
Qismətimizə böyük
tarixi hadisələrin
yaşandığı dövrə
şahidlik etmək yazılıb. Bu baxımdan
yazıçılarımız üçün zəngin
mövzu var. Hazırda
aktiv fəaliyyətə
keçməmişik deyə,
hələ ki, bununla bağlı dəqiq bir addım atmamışıq.
Mövzu
seçilib, bədii şuranın müzakirəsinə
verilməlidir. Buna görə də aktiv fəaliyyətin olması əsas şərtdir.
- Bu müddət ərzində
dövlətdən nə
kimi dəstək görmüsünüz?
- Hazırda dövlət içi mən qarışıq bütün
işçilərimizin maaşlarını
ödəyir. Bu
özü ən böyük dəstəkdir.
- Elə işçilər
demişkən, Ağdam
Dövlət Dram Teatrının nə qədər əməkdaşı
var?
- Teatrın ümumi heyətinin sayı 79 nəfərdir. Onların da hər biri
rəsmi qeydiyyatlı
işçilərdir. Aralarından işininin peşəkarı və teatrımızın fəaliyyətində
böyük rol oynayan baş rejissor Kərim Həsənlinin, quruluşçu
rejissor Səbuhi Əhmədovun, baş rəssam Qönçə
Həzizadənin, aktyorlardan
Nizami Əsgəroğlunun,
Fəridə Sabir qızının, Elşən
Cavadovun, Cəfər Bayramovun adlarını çəkə bilərəm.
- Teatr olaraq paytaxtın,
yaxud digər rayonların teatrları ilə əməkdaşlığınız
varmı? Qarşılıqlı qastrol səfərləri
təşkil edilirmi?
- Bəli, var. Ən sıx əməkdaşlığımız Mingəçevir teatrı
ilədir. Tez-tez qarşılıqlı əlaqələr çərçivəsində
qastrol səfərləri
təşkil edilib, tamaşalar səhnələşdirilir.
Şuşa teatrı gəlib
burada tamaşa göstərib. Həmçinin Qazax və Gəncə
teatrları ilə də əməkdaşlıq
edirik. Paytaxt teatrları ilə
belə bir əməkdaşlığımız yoxdur. Təbii ki, bu hal müəyyən təcrübələr qazanmaq
üçün bölgə
teatrlarının xeyrinə
olardı. Maddi imkanlarımızın
yaxşı olduğu
vaxtlarda Bakıdan rejissor dəvət edib tamaşa hazırlatdığımız olub. Məsələn,
Gənc Tamaşaçılar
Teatrının baş
rejissoru olan çox hörmətli sənətkarımız Bəhram
Osmanov Ə.Haqverdiyevin
"Kimdir müqəssir"
əsərinin tamaşasını
hazırlayıb.
Banu
Həftə içi.- 2021.- 5-7
iyun.- S.8.