Erməni elə bir düşməndir
ki... - Qafar Çaxmaqlı
Regionun güclü dövlətinə
çevrilən, Türk dünyasının qapısı olan
Azərbaycan müharibədən sonra da xarici maneələrlə
üz-üzə dayanıb. Torpaqlarını işğaldan
azad edərək ədaləti bərpa edən dövlətin
zəfərini həzm edə bilməyən güclər, bu
gün diplomatik sahədə bizə təzyiqlər güstərməyə
çalışır. Görünən oldur ki, hələ
ölkəmiz haqqı olan suverenliyinin bərpası istiqamətində
çox savaşlar etməlidir. Mövcud vəziyyət irəlidə
çox işlərin olduğunu göstərir. Bunun
üçün hansı maneələri aşmalıyıq və
bizə nə lazımdır? Bu və ya digər məsələlərlə
bağlı hafta.az-a müsahibə verən Türkiyənin
Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyətinin
sədri Qafar Çaxmaqlı çox ciddi nüanslara diqqət
çəkib.
- Qafar müəllim, bu gün Azərbaycanın
Vətən Müharibəsindən sonrakı geosiyasi,
diplomatik nüfuzu nə dərəcədə Ermənistana
diqtə etmək gücünə malikdir?
- 44 günlük savaşdan sonra
Azərbaycanın beynəlxalq nüfuzu önəmli dərəcədə
artdı. Eyni zamanda bizə qarşı olan qüvvələrin
- bu sıraya qonşu İranın və Fransanın
başını çəkdiyi ölkələri də əlavə
etsək, diplomatik basqılarını dəf etmək çətinliyi
yaranmış oldu. Baxın, Fransa iki gündən bir Azərbaycana
iftiralar atır. İran da bəzi məsələlər
gün kimi aydın olduğu halda, basqılarını yönəldir.
Belə geosiyasi durumda Azərbaycan diplomatik manevrlər etmək
qabiliyyətini ortaya qoyur. Şübhəsiz ki, daha qərarlı
addımlar atması üçün Azərbaycana dəstək
verilməlidir. Biz hələ ki, tək dəstəyi
Türkiyədən görürük. Bölgədə
marağı olan Rusiya Azərbaycanın haqlı mövqeyindən
deyil, məsələlərə öz maraqları
prizmasından baxır. Bölgədə siyasi durulma prosesi
getmir. Həlli an məsələsi olan problemlər gələcəyə,
ya da sonrakı mərhələyə saxlanılır. Bir
sözlə, Azərbaycan meydanda qazandığı qələbəni
diplomatik meydanda da əldə etmək üçün çətin
proseslərin içərisinə sürüklənir. Bu isə
rəqibə toparlanmaq və özünə gəlib
müqavimət göstərmək imkanı verir. Ermənistanda
revanşist qüvvələrin fəallaşması və
seçki ərəfəsində bəzilərinin bizi hədələməsi ilə
nəticələnir...
- Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin
rəhbəri kimi necə hesab edirsiniz: düşmənin
bütün mənalarda dilini nə dərəcədə
öyrənə bilmişik?
- Hər hansı rəqiblə mübarizə
etmək üçün onun bütün xüsusiyyətlərini,
dili ilə birlikdə psixologiyasını, əxlaqını
və potensialını öyrənmək vacibdir. Erməni elə
bir düşməndir ki, ideoloji olaraq uzun illər
silahlanıb və hər səviyyədə bizə
qarşı mübarizələrinə bir gün də ara
verməyib. Bundan sonra daha da azğınlaşacaq. Bunu dərk
etməliyik. Heç kəs inanmasın ki, aldığı zərbədən
sonra mütiləşəcək və tabe olacaq. Biz
qarşıdakı illərdə onların çox
böyük xəyanətləri ilə
rastlaşacağıq. Ermənilərin beynəlxalq
təxribatlarının qarşısını almaq
üçün onların istifadə etdiyi metodları mənimsəməliyik. İndiyə
qədər nə Ermənistanın öyrənilməsində,
nə mübarizə üsullarının tətbiqində, nə
də ideoloji bir sistem yaradılmasında yetərli addımlar
atılmayıb. Bu, tək Azərbaycana aid deyil,
Türkiyədə də ermənilərin apardıqları fəaliyyətlərə
ciddi baxılmayıb. Ona görə də artıq qondarma
olduğunu hər kəsin bildiyi "erməni
soyqırımı" provakasiyası 30-dan artıq ölkədə
qəbul edilib. Düşmənə qalib gəlmək
üçün hər mənada güclü olmalısan. Erməni
vəhşiliyindən özün deyib, özün eşitsən,
heç nəyə nail ola bilməzsən. Başımıza
bu qədər fəlakət gətirilib, torpaqlarımız
işğal altında saxlanılıb, sərvətlərimiz
talan edilib və sair. Ermənilərə qarşı indiyə
kimi hansı dava açmışıq, hansı məhkəməni
udmuşuq? Bizim olan fəaliyyətimiz də təbliğatdan
o yana keçməyib. Siz məni Erməni
Araşdırmaları Mərkəzinin rəhbəri kimi təqdim
etdiniz, elədir, amma bu işi etmək üçün belə
imkanlarımız məhdud olub və indi müdafiədən
hücuma doğru önəmli addım atmışıq. İrəvan, artıq Türk
Cümhuriyyəti elan olunub və onun gördüyü
işlər Ermənistanda müzakirə edilir. Biz indiki Ermənistanı
tanımırıq və bu ərazidə erməni dövlətinin
qurulmasını ədalətsiz bir tarixi yanlışlıq
olaraq görürük. Nə qədər ki, Cənubi Qafqazda
süni surətdə yaradılmış bu qurum (ona dövlət
demək olmaz) aradan qalxmayıb, rahatlıq olmayacaq. Bölgəmizə
bütün bəlalar bunlardan gəlib...
- Qafar müəllim, Azərbaycandan
kənarda yaşayan soydaşlarımızın xaricdə
toparlanıb Azərbaycan həqiqətlərinin dünyada təbliği
məsələsindən danışılanda həmişə
bir şikayəti eşidirik: azərbaycanlılar toparlana
bilmir, bir-birinə dəstək olmur. Necə hesab
edirsiniz, müasir Azərbaycan bizdən ölkəmiz naminə
hansı addımların atılmasını tələb edir?
- Həmişə bu fikirdə olmuşam ki,
xarici ölkələrdə fəaliyyətimizi Türkiyənin
dərnəkləri ilə əlaqələndirərək
birlikdə mübarizə etməliyik. İki gücsüz
qurumdansa iki gücün birləşməsi əlavə
güc verərdi. Burada olan bəzi problemləri də həll
etmək mümkündür. Mübarizə üçün
bir sistem və aydın ideoloji xətt olmalıdır.
Bunların dövlətlərimizlə heç bir
bağlılığı olmamalıdır. Dövlət tərəfindən
edilən işləri dünyada qəbul etmirlər. Adicə
dövlət nəşriyyatlarında çap olunan kitablar belə
ciddiyə alınmır... Dünyanın belə
standartları var. O standartlara uyğun fəaliyyət
lazımdır. Bunları öyrənməyə məcburuq.
Qarşımızda çox güclü, ideoloji cəhətdən
silahlanmış və təcrübəli bir düşmən
var - arxalarında da heç bir beynəlxalq normaları
tanımayan güclər.
- Bu gün Qarabağda hərbi zəfərdən
sonra diplomatik müstəvidə müharibə davam edir. Həm
də sərhəddə erməni diversantlara, daxilimizdə
qalan silahlı ermənilərə qarşı mübarizə
aparmalıyıq. Bu prosesdə Rusiya sülhməramlılarının
sərgilədiyi mövqeni necə dəyərləndirirsiniz?
- Buna diplomatik mübarizə yox, erməni həyasızlığı
deyərdim. Hər gün erməni cəmiyyətində gedən
prosesləri izləyirəm və onların hədəflərinin
dəyişmədiyinin şahidi oluram. Onlar bu məğlubiyyəti
qəbul etmirlər. Nə vaxtsa qisas alacaqları barədə
planlar qururlar. İndi gücləri yoxdur, xarici qüvvələrə
bel bağlayırlar. Ermənistanda elə bir qüvvə və
insan topluluğu yoxdur ki, məsələlərə praqmatik
gözlə baxsın, gerçəkləri dəyərləndirə
bilsin. Bu, bəlkə də həmin millətin bədbəxtçiliyidir.
Belə olduqlarını biz də bilməliyik və hətta
onlara nəfəslik verməyin belə tərəfdarı
deyiləm.
Baxın, Zəngəzur dəhlizinin
açılması ən çox bunlara xeyir gətirəcəyini
bütün ağlı başının üstündə
olanlar söyləyir, arqumentlər gətirir, amma onlar 10
noyabrda gəlinən razılığı pozmağa
çalışırlar. Zəngəzurdan dəhliz
açılmasına mane olmaq üçün min oyundan
çıxırlar, hər gün Paşinyanın və digərlərinin
dilindən bir sərsəm bəyanat səsləndirilir. Onlar
bizim burada yol əldə edib Türk dünyasını birləşdirməyimizi
həzm edə bilmirlər.
- Rusiya sülhməramlıları ərazidə
keçirdiyi əməliyyatlarla nəyə nail olmağa
çalışır?
- Rusiya münaqişənin bütün
dövrlərində çalışmışdır ki, hər
hansı şəkildə buraya hərbi müdaxilə etsin və
Cənubi Qafqazda təsir imkanlarını genişləndirsin.
Məqam yetişən kimi bunu edə bildi. Təbii ki,
Qarabağda Azərbaycanın tam suveren haqlarının bərpası
üçün rus sülhməramlıları maneədir.
Onlarla biz əməkdaşlıq səviyyəsində işlər
aparmırıq, amma onlarla işləyə bilərik.
Reallıq budur ki, artıq onlar 4 il yarım burada olacaqlar.
Rusiya sülhməramlılarının missiyası yalnız o
deyildir ki, erməniləri Xankəndinə daşıyıb gətirsinlər
və onların qayğısına qalsınlar. Bəs
keçmiş DQMV-dən qovulmuş 50 minə yaxın azərbaycanlının
geri qaytarılması niyə təmin olunmur? Onların həmin
missiyasına bu geridönüş məsələsini daxil edə
bilirikmi? Bunu edə bilsək, suveren haqlarımızın bərpası
istiqamətində önəmli addımlar atmalı olarıq.
Rusların nəzarətində olan ərazidə nələr
baş verdiyini bilirikmi? Bu proseslərə müdaxilə
imkanlarımız nə qədərdir? Bunlar suallar
doğuracaq məsələlərdir və ona görə
deyirəm ki, diplomatik müstəvi
dediyimiz həmin sferada hələ heç nə edə bilməmişik. Bizim üçün indi ən
ümdə məsələ Ermənistanla sərhədlərin
müəyyənləşməsi olmalıdır. Ermənistanın
bununla bağlı hay-küyü və Fransa kimi
havadarını da bu prosesə qoşması göstərir
ki, onların qorxusu budur. Amerika da bu işdə texniki
yardım edəcəyini bildirir. Qoy bütün beynəlxalq təşkilatlar
bu işə cəlb olunsun. Sərhədlər müəyyənləşəndən
sonra, Dağlıq Qarabağla bağlı bu gün səsləndirdikləri
fikirlər, onların iddiaları da mənasızlaşacaq,
ciddiyə alınmayacaq. Mənim qənaətimcə, Azərbaycan
sülh sazişinin hazırlanması istiqamətində
diplomatik fəallığını artırmalıdır. Bu
nə verəcək? Ermənistan faktiki olaraq Azərbaycanın
ərazi bütövlüyünü tanımağa məcbur
ediləcək. Türkiyənin Ermənistanla bağlı
saxladığı sərhədlərin açılması və
diplomatik nizamlanmaya gedilincə onların 100 ildən bəri
apardıqları ideoloji müharibə, "erməni
soyqırımı" provakasiyası bir anın içində
yox olacaq. Ermənilər terror aktları törədə bilərlərmi?
Bəli, mümkündür. Bu dövlətin özü
terroru hər zaman dəstəkləyib, erməni
terrorçular bu ölkədə qəhrəmanlaşdırılıb,
onlara heykəllər qoyulub. Onlara bənzəməyə
çalışan bir sürü erməni gənci
yetişib. Terrorun
qarşısını almaq üçün ona terrorla
cavab veriləndə məsələ bitir. ASALA terrorunun
durdurulmasının səbəblərindən danışsaq,
uzun hekayə alınar...
- Ermənistanın Azərbaycanda törətdiyi
dağıntılara, cinayətlərə, soyqırımlara
görə təzminat davasına başlayarıqsa, tarixi
torpaqlarımızı geri almaq şansı nə qədərdir?
- Azərbaycanın görəcəyi işlərin
başında Dağlıq Qarabağ və ətrafında ermənilərin
30 ilə yaxın bir dövrdə dövlətimizə
vurduğu zərərin hesablanmasıdır. Dünyada belə
praktikalar var. Bu işlə məşğul olan şirkətlər
var, pulunu verirsən, gəlib hesablayır. Bildiyimə görə,
bu sahədə işlər gedir. Ermənistanı təzminata
məhkum etmək lazımdır. Yüzlərlə milyard
dollar belinə qoysan, o daha ayağa qalxa bilməyəcək.
Pulu yoxdur axı versin. O zaman biz təzminatın əvəzinə
Qərbi Azərbaycanın bir zamanlar ədalətsizcəsinə,
qanusuz verilmiş torpaqlarımızı istəməliyik. Beləcə, bir güllə atmadan İrəvana,
Zəngəzura, Göyçəyə, Dərələyəzə
və digər ərazilərimizə yenidən qovuşa bilərik. Rəhbəri olduğum
İrəvan Türk Cümhuriyyətinin də bu doğrultuda
hədəfləri var.
- Azərbaycanın “Zəngəzur dəhlizi”
iddiasının yerinə yetirilməsi region üçün
hansı yeniliyi gətirə bilər? Ümumilikdə, o dəhlizin
Türk dünyası üçün aça biləcəyi
yolun əhəmiyyəti nədir?
- Zəngəzur dəhlizi mütləq
açılmalıdır. Tarix bizə ikinci dəfə belə
fürsəti verməyə bilər. Bu, bütün Türk
dünyasını bir-birinə qovuşacağı bir bayram
olacaq. Ermənistanın buna mane olacaq gücü yoxdur. Rusiya və
digər region ölkələri də bu məsələdən
özləri üçün müəyyən ranq əldə
etmək istəyirlər. Olsun, onların maraqlarının
olması təbii qəbul edilməlidir, amma bu dəhliz
açılacaq. Lazım gəlsə, bu iş
üçün bəlkə yeni bir 44 gün lazım oldu. Ona da getməliyik. Türk millətinin
birliyi və Turan naminə buna da gediləcəkdir.
- Türk
Şurası formalaşır, bu qurumun Azərbaycanın haqq
işinin dünyada tanıdılmasında rolu nədir?
- Türk
Şurası Turan görüşünün, böyük
türk aydınlarının arzularının çin
olduğu bir fəaliyyətdir. Mən istərdim ki, bu, kağız üzərində
qalmasın. Türk Şurasına
yalnız mövcud türk dövlətləri deyil, həm də
türk topluluqları daxil edilməlidir. Rusiyada
subyektlərin hamısı buraya daxil edilməlidir. Əhalisi olan və dövləti olmayan əhali
qrupları, ərazisi olmayan və dövlətini elan etmiş
dövlətlər də buraya daxil edilməlidir. İrəvan Türk Cümhuriyyəti də bu
şuraya daxil olmaq üçün müraciət edəcəkdir.
-
Türkiyənin cümhur başqanı Rəcəb Tayyib
Ərdoğan gələn həftə Bakıya, sonra
Şuşaya səfər edəcək. Gözləntiləriniz
nədir və dünya türkün hansı mesajlarına
hazır olmalıdır?
- Türkiyə Prezidentinin Azərbaycana səfəri nəzərdə
tutulan səfər idi və Şuşaya getməsinin də
ayrıca mənası var. Türkiyə Prezidenti sayın
Ərdoğanın Azərbaycana səfəri hər şeydən
əvvəl bütün dünyaya mesajdır. Son zamanlar Azərbaycana
qarşı bəzi ölkələrin aqressiv münasibəti
görünməkdədir. Məncə, bu
səfərlə Azərbaycan cəmiyyətini narahat edən
bir sıra məsələlərə aydınlıq gətiriləcəkdir.
Bu suallar hər zaman bəhs etdiyimiz və
Türkiyənin diplomatik cəbhədə daha aktiv rol
almasını istədiyimiz suallardır. Onların
bəziləri daha prinsipial məsələlərdir ki,
Türkiyənin dəstəyi olmadan həll edilə bilməz.
Baxın, 44 günlük qələbəmizdən
7 ay keçir, amma hələ də Dağlıq Qarabağda
Azərbaycan tam suverenliyini bərpa edə bilməyib. Buna mane olan nələrdir? Bu səfər
zamanı iki qardaş ölkənin aydın siyasi xəttinin
müəyyənləşəcəyinə ümid edirəm.
Hər şeydən əvvəl açıq
deməliyik ki, Dağlıq Qarabağın işğaldan azad
olunmamış hissəsində hansısa "beynəlxalq fəaliyyət”in
işarələrini görürük, bəzi ermənipərəst
ölkələr buraya burunlarını soxmağa
çalışırlar. Müxtəlif bəhanələrlə
işin içinə daxil olub bizi hədəflərimizdən
uzaqlaşdırmağa çalışırlar. Dağlıq Qarabağın Rusiyanın
köçürüb gətirdiyi ermənilər
üçün heç bir müstəqillik verilməyəcəyi
açıq dildə səsləndirilsə də, basqılar
olacağı istisna deyil. Bizə yenə
Minsk qrupu donunda beynəlxalq hücumun olacağını
gözləməliyik. Amerika sərhədlərin
müəyyənləşməsində öz texniki təklifini
verməklə bölgəyə girmə nöqtəsinə gəlmişdir.
Rusiya zatən buradadır və yaxın vaxtlarda
regionda böyük güclərin mövqe əldəetmə
davasının şahidi olacağıq. Azərbaycana
basqıları azaltmaq istiqamətində Ərdoğanın səfəri
çox önəmlidir. Ərdoğanın
səfərinin bir önəmi də Zəngəzur dəhlizi
ilə bağlı hələ də mübahisələrə
səbəb olan gəlişmələrə yeni bir irəliləyiş
verməkdir. 10 Noyabr
razılaşmasından qaçmağa çalışan Ermənistanı
yerində oturtmaq üçün Ərdoğandan kəskin
mövqe gözləyirəm. Bu dəhliz
açılmalıdır. Ermənilərin
bundan manipulyasiya aləti kimi istifadə etməsinə son
verilməlidir. Həm də Zəngəzur məsələsində
düşmən dövləti açıq dəstəkləyən
İranı, sürüşkən siyasət sərgiləyən
Rusiyanı və hətta Gürcüstanı da açıq dillə xəbərdar
etməyin vaxtı çatıb. Ərdoğanın səfəri
Türkiyənin Azərbaycanın yanında olacağının göstəricisi, güc
nümayişi olacaqdır. Şuşaya səfər
əslində rəmzi xarakter daşıyır.
Şuşanın, bu zəfərin Türkiyə
üçün də nə qədər əhəmiyyətli
olduğunu bir daha ortaya qoyacaqdır. Demək istəyəcəyik
ki, əlimizdən alınmış bütün
torpaqlarımızı qaytarmağa qadirik və həm də
dünyaya belə bir mesaj veriləcək ki, Türkiyənin
qarşısında indi elə bir güc yoxdur ki, onu hədəflərindən
sapdırsın. Rusiyaya gəlincə, bu
ölkə ilə hələlik əməkdaşılıq
etmək deyil, işləmək lazımdır. Türkiyənin indi tarixdə heç zaman
olmadığı təsir imkanları var və o, artıq
bölgəmizdədir. Türkün belə
bir xarakterindən qorxa-qorxa həmişə yazırlar.
Türk girdiyi yerdən geri çıxmaz...
Tahirə
Qafarlı
Əftə
içi.- 2021.-12-14 iyun.- S.3.