Xüsusi Təyinatlı Qüvvələrin
zabiti, şəhid kapitan
Elçin İsmayılov
“Hər bir insan öz sevgisi qədərdir”, – deyirlər. Vətənini, torpağını canından çox sevən, tək amalı onu qorumaq olan şəhidlərimizin ucaldığı zirvə də buna ən bariz nümunədir. Bir-birindən fərqli yüzlərlə həyatı birləşdirən yeganə məhfum Vətənimizə, bayrağımıza, milli kimliyimizə və azadlığımıza olan məhəbbətdir…
Bir azdan haqqında bəhs edəcəyimiz qəhrəmanımız Qarabağ fədaisi Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Qərargah rəisinin müavini, kəşfiyyatçı, döyüşü idarə edən komandir şəhid kapitan Elçin İsmayılovdur.
Kapitan Elçin Mübariz oğlu İsmayılov 30
may 1989-cu ildə Ucar rayonunda anadan olub. 1995-ci ildə Ucar rayonunun 1 saylı orta məktəbinə yollanır
və 2006-cı ildə
təhsilini “əla” qiymətlərlə bitirərək
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə
qəbul olur. 2010-cu ildə ali təhsilini
motoatıcı tağım
komandiri vəzifəsi
üzrə bitirir. Daha sonra Silahlı
Qüvvələrin Təlim
və Tədris Mərkəzinə Zabitlərin
təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət
etmək üçün
göndərilir və
oranı tamamlayır.
Elçinin Xüsusi Təyinatlı
Qüvvələrdə xidməti
isə 2011-ci ilin noyabr ayından etibarən başlayır.
O seçimlərdə iştirak
edən 300 adam arasında, mərhələni
uğurla başa vurmuş 19 nəfərdən
biri idi. Xüsusi Təyinatlı Qüvvələrə
daxil olduqdan sonra dəfələrlə
Turkiyədə hərbi
təlimlərdə iştirak
edərək bütün
imtahanlardan uğurla keçmiş, Fəxri Fərman və medallarla mükafatlandırılmışdır.
Qeyd edək
ki, Elçin İsmayılov evli idi. Şəhidimizin Ömər
və Mübariz adlarında Vətənə
əmanət iki oğul övladı var. Ömər bu il 1-ci sinfə başlayıb,
lakin atası müharibədən öncə
keçirilən təlimlərdə
iştirak etdiyinə görə oğlunun 1-ci sinfə getdiyini görə bilməyib.
Hafta.az şəhidin xalası
qızı, Azərbaycan
Milli İncəsənət
Muzeyinin elmi araşdırmalar söbəsinin
elmi işçisi, sənətşünas Yeganə
Mövsümova ilə
həmsöhbət oldu. O, Elçin
İsmayılovla bağlı
xatirələrini bizlərlə
bölüşdü.
Müsahibimiz deyir ki, Elçin
hələ uşaq vaxtından Vətənə
sevgisi ilə hər kəsdən fərqlənib. Orta məktəbdə ən sevdiyi fənlər tarix və hərbi hazırlıq idi. Elə əbəs yerə deyil ki, bu
sevgi onu ilk olaraq hərbə gətirdi, ardınca şəhidlik zirvəsinə
qədər ucaltdı.
Elçindən ilhamlanaraq,
vətənpərvər ruhda böyüyən
qardaşları da Silahlı Qüvvələrin
sıralarında xidmət
edirlər:
“O, balacalıqdan televizorda, məktəbdə Xocalı
faciəsi haqqında eşidəndə deyərdi
ki, gün gələcək, mən bütün bu vəhşiliklərin qisasını
alacam”.
Nəzərinizə çatdıraq
ki, şəhid kapitan Elçin İsmayılov 2016-cı ildə Aprel döyüşlərinin fəal
iştirakçısı olub.
Onlar - kəşfiyyatçılar gözəgörünməz
qəhrəmanlardır. Ona görə heç bir mənbələrdə
adları çəkilmir,
çünki düşmən
“kabusu” tanımamalıdır.
Həmin
ildə qardaşı
Nurlan da Aprel döyüşlərində
iştirak etmişdir.
Bundan başqa
o, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar
tərəfindən Goran
Təlim Mərkəzində
yüksək göstərici
ilə “Special Operations Training” kursunu uğurla keçərək sertifikatla
təltif olunur. 2018-ci ilin iyul ayında
Türkiyə Respublikasında
“Anadolu Tatbikatı” təlimində iştirak edir. 2019-cu ilin
iyul ayında isə pakistanlı təlimatçılar tərəfindən
Giləzi Tədris Mərkəzində “Dağlarda
döyüş” kursunu
bitirir.
Çəkilən heç bir əziyyət, qazanılan
uğur əbəs deyildi. Vaxt-vədə yetişir, 30 ilə
yaxın düşmən
tapdağı altında
qalan tarixi torpaqlarımızın fəryadına
qəhrəmanlarımız əks-hücum əməliyyatları
ilə haray verir. Döyüşlərə ilk olaraq Murov
dağ zirvəsinin fəthində iştirakı
ilə başlayan Elçin İsmayılov daha sonra Cəbrayıl
rayonunun azad edilməsində mühüm
rol oynayır. Elə 4 oktyabrda Cəbrayıl azad ediləndən sonra ilk bayraq sancan şəxslərdən
biri döyüşü
idarə edən komandir kapitan İsmayılov Elçin Mübariz oğlu olub. Ermənilərə olan nifrətini
həmin döyüşlərdə
erməni polkovnikinin öldürərək qulağına
"sənə Poladın
qanını gətirdim!"
deməklə bildirir.
Qəhrəmanımız məhz toyunun ildönümü - 7 oktyabr
günü Füzuli istiqamətində gedən
döyüşlərdə döyüş yoldaşlarını,
idarə etdiyi qrupu xilas edərkən
snayper gülləsinə
tuş gələrək
qəhrəmancasına şəhidlik
zirvəsinə ucalır. 8 oktyabrda Ucar rayon Şəhidlər Xiyabanında
dəf edilir.
Qeyd edək
ki, İsmayılov Elçinlə bərabər,
II Vətən Müharibəsində
qardaşları Nurlan
və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər. Şəhid
kapitan Elçin İsmayılov ölümündən
sonra müharibə zamanı göstərdiyi qəhrəmanlığına görə
“Vətən uğrunda”,
Cəbrayılın, Kəlbəcərin
işğaldan azad edilməsi uğrunda əməliyyatlarda igidlik və şücaət nümayiş etdirdiyinə
görə “Cəbrayılın
azad olunmasına görə”, “Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah rəhmət etsin!
Banu Hüseynli
Həftə içi.- 2021.- 13-15
mart.- S.7.