Hollandlar öz
mahnılarını bəyənmir...
Bu günlərdə Hollandiyada Eurovision musiqi yarışması keçirilir. Bütün Avropa kimi yüzminlərlə Azərbaycan vətəndaşı da bu yarışmaya böyük maraq göstərir. İştirakçımız Samirə Əfəndinin yarımfinaldakı çıxışı, final mərhələsində iştirak etmək hüququ qazanması isə xüsusi qeyd olunmalıdır. Bu dəfə təmsilçimizin iştirakı və avropalıların ölkəmizə münasibəti barədə daha ətraflı məlumatlar əldə etmək üçün Hollandiyada yaşayan diaspor fəalımız, "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva ilə söhbətləşdik. Müsahibəmiz maraqlı alındı. Buyurun, siz də oxuyun:
- Mən özüm də burada xəstəxanada işləyirəm. Təbii ki, Hollandiyada da koronavirusla bağlı müəyyən qaydalar var. Konkret olaraq Eurovision müsabiqəsini izləmək üçün konsert salonunda olan tamaşaçılara gəldikdə isə, onların hamısından öncədən test götürülüb. Konsert salonunda birinci yarımfinal zamanı 360 nəfər tamaşaçı olub. Dünəndən etibarən Hollandiyada tətbiq edilən karantin qaydalarında müəyyən yumşalmalara gedilib. Açıq havada fəaliyyət göstərən kafelərin iş saatı 6-dan 10-a kimi uzadılıb. Hollandiyada karantin qaydalarına ciddi riayət olunur. Məsələn, hələ də ictimai nəqliyyatda tibbi maskalar taxılır. Xəstəxanada biz pasiyentlərlə eyni girişləri istifadə etmirik. Ticarət mərkəzlərinə əvvəl onlayn icazə ilə gedirdik. İndi onlayn icazə olmasa da, bu məkanlara gedərkən növbəyə dururuq. İçəriyə müəyyən sayda müştəri buraxılır.
- Peyvəndləmə ilə bağlı vəziyyət necədir?
- Mən özüm də peyvənd olunmuşam. Proses davam edir. Tibb işçisi olduğum üçün xəstəxana tərəfindən çağrıldım peyvənd edildim. Burada da müxtəlif peyvəndlərdən istifadə olunur. Məsələn, mənə vurulan birdozalıq, həyat yoldaşıma vurulan peyvənd isə iki dozalıq idi. Daha çox diqqət səhiyyə, insanlarla birbaşa təmasda olan sahələrdə çalışan işçilərə, 60 yaşdan yuxarı vətəndaşlara diqqət ayrılır.
- Azərbaycanın "Eurovision" təmsilçisi Samirə Əfəndinin yarımfinaldakı çıxışını necə qarşıladı Hollandiyadakı soydaşlarımız? Necə dəstək ola bildiniz?
- Burada yaşayan azərbaycanlılar ölkəmizin təmsilçisi üçün xeyli fəallıq göstərdik. Sosial şəbəkələr vasitəsilə əksəriyyət dəstək çağırışları etdi. Karantin şərtləri səbəbindən Azərbaycan təmsilçiləri ilə görüşə bilməsək də, əlaqə saxlayıb onlara dəstəyimizi və sevgimizi bildirdik. Onların qaldıqları otel şəhərin mərkəzində də yox, kənardadır. Yanında sadəcə park var. Oraya düşə bilirlər. Bildiyiniz kimi, təmsilçimiz ilk yarımfinalda 4-cü yeri tutmaqla finala yüksəldi. Hollandiyada, həmçinin digər ətraf ölkələrdə də azərbaycanlılar çoxdur. Bu dəstəyi lazımınca verə bildiyimiz qənaətindəyəm. Öz aramızda danışarkən deyirik ki, mahnımızı da çox bəyənirik. Milli musiqimizdən, yallı rəqsinin elementlərindən istifadə çox yaxşı idi. İş yoldaşım olan hollandlar belə, çox maraqla qarşılayıblar mahnımızı.
Bildiyiniz kimi, Mata Hari həm də Hollandiya ilə bağlılığı olan bir xanımdır. Yerli sakinlər də deyirlər ki, Azərbaycan bu xanımı mahnının əsas qəhrəmanı etməklə, həm də yarışın burada keçirilməsini nəzərə alaraq, Hollandiyaya düşünülmüş və çox yaxşı jest edib. Finalda necə olacağını isə bilmirik. Müharibə başlayandan sonra Hollandiya təktərəfli çıxışları ilə yadda qalıb. Azərbaycana qarşı hansısa siyasi bəyanat vermək üçün bir bəhanə axtarırlar. Çalışırıq, imkanlarımız daxilində cavablarını verək. Buradakı insanlarımızın dəstəyi və fəallığı nəticəsində də finalda yaxşı nəticə göstərəcəyimizə inanırıq. Hollandlar öz ifaçılarının mahnılarını belə bəyənməmişdilər.
- Hollandiyanın son dönəmlər
bizə olan münasibətdə birtərəfli
yanaşma ortaya qoyduğunu dediniz. Bu il Ermənistan təmsilçisi "Eurovision"a
qatılmayıb. Bu amil
orada necə hiss edilir?
- Ermənistanın
yarışmada iştirak
edib-etməməsi onlar
üçün o qədər
də fərq etmir. Hollandiyada sadə insanlar
üçün fərq
etmir. Kimsə xaricdən gəlib
burada dil öyrənirsə, cəmiyyətə
tez alışırsa,
ən çox bunu dəyərləndirirlər.
Birtərəfli yanaşma ilə
bağlı dediklərimiz
daha çox siyasi oyunlarla bağlıdır. Sadə vətəndaşların
düşüncəsində Ermənistana kasıb dövlət, ermənilərə
isə yazıq xalq kimi baxırlar.
Ermənilər özlərini bu
cür qələmə
verərək dəstək
almağa çalışırlar.
Müharibə dövründə çox kampaniyalar təşkil etdilər.
Burada bir erməni həm də erməni lobbisinin təmsilçisidir, müharibənin
gedişi zamanı teleefirlərdən düşmədi,
hətta bir kitab da yazdı.
Verilişlərdə Ermənistanda pandemiya
zamanı xəstəxanaların
çatışmadığı, müharibənin onlara çox mənfi təsir etdiyi və digər amillər göstərilərək,
kasıb ölkə kimi təqdim olundu. Məqsəd maddi və siyasi
dəstək almaq idi, təbii ki...
- Hollandiyadakı ermənilər
müsabiqə ərəfəsində
və ya bu günlərdə iştirakçılarımıza, orada yaşayan soydaşlarımıza qarşı
hansısa təxribatlara
yol veriblərmi?
- Yox, sadəcə bir neçə gün əvvəl Lüksemburqda müəyyən olaylar yaşandı. Burada sakitlikdir. İştirakçılarımız qaldıqları oteldən bayıra çıxmırlar. İstəsələr də bu təxribatı törədə bilməzlər. Bütün yarışmaçıların məsuliyyəti Hollandiyanın böyük telekanalının üzərindədir. Oteldə qaldıqları mərtəbədə sadəcə Azərbaycan qrupunun təmsilçiləri yaşayır. Digər ölkələrin təmsilçiləri belə yoxdur.
- Müharibənin başa çatmasından 6 aydan çox vaxt keçir. Həmin dövrlə indiki zamanı müqayisə etsək, Avropadakı ermənilərlə azərbaycanlıların durumunda hansı fərqlər var?
- Müharibə dövründə biz çox fəal olmuşuq. Sosial şəbəkələr və imkanlarımız daxilində apardığımız kampaniyaya görə, hətta məni işlədiyim xəstəxananın rəhbərliyinə belə şikayət etmişdilər. Bir müddət bu cür qarşıdurmalar yaşandı. Mesencerlə təhqir mesajları belə alırdıq. Hollandiyanın türkəsilli deputatına ASALA adından təhdid mesajı göndərmişdilər. İndi vəziyyət bir qədər sakitdir, susurlar.
- Bu günlərdə Avropa Parlamentində yenidən Azərbaycan və Ermənistana münasibətdə ikili yanaşma nümayiş etdirildi. Azərbaycandan "hərbi əsirlər"in qaytarılması tələb edilsə də, Ermənistandan mina xəritələrinin verilməsinə dair heç bir çağırış olmadı. Niyə bizə qarşı bu cür münasibət sərgilənir?
- Müharibə dövründə Avropa parlamenti tərəfindən
Türkiyəyə qarşı məhz Azərbaycana hərtərəfli
dəstə verdiyi üçün
sanksiyaların tətbiq etdilər. Azərbaycana münasibətdə
də eyni mövqe sərgiləmək
istəsələr də, bu
alınmadı. Bunların yanaşması budur.
Biz Avropada yaşayan azərbaycanlılar olaraq
fəallıq göstərməli, bəyanatlar, müraciətlərlə
haqq səsizimi çatdırmaqda davam etməliyik. Bir məqam
da nəzərə alınmalıdır ki, azərbaycanlılar olaraq
biz Avropada yeniyik. Ermənilər isə yüz
ildən artıqdır ki, burada
kök salıblar. Toplu
yaşadıqları şəhərlər var.
Azərbaycanlıların Hollandiyaya
axını 1999-cu ildən başlayıb. Biz
burada daimi
yaşadığımız üçün
ermənilərə cavabımızı bu
topluma daha sıx inteqrasiya edən, öz
yerlərini tapa bilən gənc nəsil
yetişdirməklə verəcəyik. Bu
gənc nəsil yetişir. Onların səsi
daha güclü
çıxacaq.
Azad Əliyev
Həftə içi.- 2021.- 22-24
may.- S.8.