Dövlət Film Fondunun bu günü
Azərbaycan kino tarixi və
mədəniyyəti dünya
kino tarixi ilə eyni anda
yaranmış, müxtəlif
dövrlərdən günümüzə
uzun bir yol qət etmişdir. Bu illər ərzində özündə milli mənəvi, ailə dəyərlərimizi, vətənpərvərliyi
əks etdirən, onları ən düzgün formada cəmiyyətimizə aşılayan
çoxlu sayda milli kinolarımız ərsəyə gətirilib.
Bu gün Azərbaycan
istehsalı olan filmlərin kinolentlərinin
nüsxələri Dövlət
Film Fondunda toplanıb
saxlanılır.
Hafta.az-ın əməkdaşı
milli kinomuzun zəngin keçmişini
və bugününü
qoruyub saxlayan həmin məkanın qonağı oldu.
Gəzintimiz boyunca bizi Azərbaycan
Dövlət Film Fondunun
Kino Arxiv şöbəsinin
müdiri Rəşad
Qasımov müşayət
etdi. O, Film Fonun fəaliyyəti
haqqında bizləri bilgiləndirdi:
Fond haqqında
“Sovet dönəmində
Azərbaycanda “Film Fondu”
anlayışı olmayıb. Ona görə
ki, həmin dövrdə çəkilən
filmlər birbaşa olaraq Moskvaya təhvil verilirdi. Bizim bütün filmlərimiz də lent şəklində orada qorunub saxlanılırdı.
Ölkəmiz müstəqillik
əldə etdikdən
sonra belə bir təşkilatın yaranmasına ehtiyac oldu. Nəticə etibarilə 1994-cü ildə Film Fondu yaradıldı. Film Fondu
yaradıldıqdan sonra
kinolentlərin qorunub-saxlanılması
üçün xüsusi
şəraitə də
ehtiyac var idi. 2007-ci ildə Prezidentin sərəncamına
əsasən hazırda
yerləşdiyimiz binanın
tikilməsi barədə
göstəriş verildi
və 2008-ci ildən bura köçdük. Bura filmlərin qorunub-saxlanılmasına
görə nəinki sovet dönəmində və Avropada – dünyada ən yaxşı arxiv təşkilatlarından biri
sayılır. Kinolenti kimyəvi
tərkib etibarilə olduqca həssasdır və o, xüsusi temperatur, rütubət rejimində qorunmaldır”.
Saxlanma otaqları
Bina ilə tanışlığa ilk olaraq
kinolentlərin saxlanıldığı
otaqdan başladıq. Burada filmlər
adları ilə deyil, xüsusi kodlarla yerləşdirilir.
Kinolentlərinin saxlanıldığı otaqda temperatur bir qədər soyuq idi. Otaqda bakteriyaları öldürən
lampalar var.
Burada insanların
5 dəqiqədən artıq
qalması təhlükəlidir. Bundan başqa,
otaqda rütubəti götürmək üçün
avadanlıq və otaq temperaturunu tənzimləyən kondisioner
də quraşdırılıb.
Nəticə etibarilə otaqda
quru, nisbətən də soyuq hava
yaranır. Həmçinin bura giriş labirint formasındadır.
Buna səbəb isə lenti götürən zaman otaqların hər birində 1-2 saat müddətində saxlamaq
zəruriliyidir. Götürülən
lent birbaşa olaraq
normal hava şəraitinə
çıxarılmır. Birbaşa
götürülən lent kondensasiya nəticəsində
məhv ola
bilər.
Haşiyə
Binanın bütün mərtəbələrində
kino istehsalında artıq istifadə edilməyən texnikalar eksponat şəklində sərgilənir. Burada vaxtilə kinoteatrlarda olmuş kinoproyektorlar, filmlərdə istifadə
olunan maketlər – qatar, gəmi
fiqurları qorunub saxlanılır.
Rəşad bəy deyir ki, öz dövrünün
qabaqcıl texnologiyası
olan bu avadanlıqlar
işləyən vaxt
ətrafa xeyli səs yayırmış. Həmçinin bu avadanlıqlarda bir pozitiv nüsxəni
300-400 dəfə göstərdikdən
sonra nüsxə sıradan çıxırmış.
Müasir cihazlarda bir
nüsxəni 4000-5000 dəfə
də göstərmək
heç bir problem yaratmır.
Bərpa
otağı
Həmsöhbətimizin sözlərinə
görə, fondda ən qızğın iş gedən otaq bərpa otağıdır.
Burada filmlərin
köçürülməsi üçün avadanlıqlar
var:
“1 film qutusunda lentin
uzunluğu, təqribən,
1000 metrdir. Həmin 1000 metrlik uzunluq
kinonun 10 dəqiqəsini
əhatə edir. Əvvəllər film lentləri dəmir qutularda saxlanılırdı.
Azərbaycan Dövlət Film Fondu Beynəlxalq Kino Arxivləri Federasiyasının
(FİAF) üzvüdür. Biz daim yeniliklər
ətrafında birgə
müzakirələr aparırıq.
Belə nəticəyə gəldik
ki, artıq plastik qutulara keçmək lazımdır.
Axı həm də dəmir paslanan bir materialdır”.
Bərpa
otağında filmlərin
rəng çalarlarını
tənzimləmək üçün
avadanlıq da var:
“Keçmiş lentlərdə
olan filmlərin rəngləri çox oynayır. Buna səbəb
isə zamanında yaxşı şəraitdə
saxlanmamasıdır. Bir
ara Azərbaycan
filmləri efirə çox pis rəngləri qarışıq
formada gedirdi. O filmlərin hər biri bu otaqda
tərəfimizdən “color correction” olunur. Bunun üçün
də bərpa otağında “color correction” avadanlığı
var”.
Bir müddət yaxşı şəraitdə qalmayan
lent qatlandığı zaman
sınır. Onun hansısa hissəsində
problem yarandığı zaman,
yapışdırıcı lent vasitəsilə bərpa olunur. Bu da saniyənin,
təqribən, 1/24 anını
əhatə etdiyi üçün birləşdirici
lent vurulmuş hissə
film izləyən zaman
görünmür.
Film Fondunda muzey
Daha sonra binada muzey
eksponatlarının saxlanıldığı
otaqla da tanış olduq. Həmsöhbətimiz deyir ki, bizdə belə eksponatlar çoxdur, lakin bəzilərini bir otaqda cəmləşdirmişik
ki, gələn qonaqlara göstərilsin.
Şüşə lövhələrin arxasında
“Sehrli xalat” filmində istifadə edilmiş xalat, Azərbaycanın ilk səssiz
filmlərini çəkən
kamera, Leyla Bədirbəylinin, Xan Babayevin, Qəmər Salamzadənin evlərindən
götürülmüş əşyalar, kinematoqrafçıların
bu sənətə gəlmək üçün
həvəskar olaraq istifadə etdikləri 16 və 8 millimetrlik kameralar var. Əşyaların
böyük əksəriyyəti
şəxsi arxiv fondlarından təqdim olunub. Azərbaycanın ilk kukla cizgi
filmində istifadə
olunan kuklalar da otaqda nümayiş
edilən qədim əşyalar arasınadır.
Adətən, belə cizgi
filmlər şəkillərin
hərəkət olunması
ilə çəkilirmiş.
Ona görə də kukla cizgi filmlərində
istifadə olunan kuklalar bir qədər
fərqlidir. Onların detalları
elə hazırlanıb
ki, hər biri ayrılıqda hərəkət etdirilə
bilir.
Saxlanan ən maraqlı eksponat isə tardır. O, Azərbaycanın
ilk səsli filmi – “Mavi dənizin sahilində”də istifadə
edilib və filmin rejissoru Səməd Mərdanovdur.
Həmin
tarı daha sonra Səməd Mərdanovun qardaşıqızı,
Bakı Şəhər
İcra Hakimiyyəti mətbuat xidmətinin keçmiş rəhbəri
Nurana xanım bura hədiyyə edib. Tar öz tarixinin qədimiliyi ilə olduqca qiymətli eksponat hesab olunur. Otaqda, həmçinin
keçmiş və müasir Azərbaycan filmlərinə verilmiş
müxtəlif titullar
nümayiş etdirilir.
Maraqlı bir başqa
cihaz isə “Dia filmdir”. Cihaz sovet dönəmində orta məktəblərdə
uşaqlara müxtəlif
şəkilləri izah
etmək üçün
istifadə olunurmuş.
O, indiki proyektorlardan fərqli olaraq video deyil, foto göstərir.
Film Fondda kitabxana
Azərbaycan Dövlət Film Fondunda
kinematoqrafiyaya həsr
edilmiş, sovet dönəmində çox
az sayda
buraxılmış kitablar
saxlanılır. Burada Azərbaycan
kinematoqrafına həsr
edilmiş ilk kinoşünasların
azsaylı kitablarını
tapmaq mümkündür.
Fondun foto və afişa
arxivi
Filmlərin ilk afişalarının saxlanıldığı
xüsusi otaq da var ki,
burada müxtəlif dövrlərdə çəkilmiş
kinoların orijinal afişasını görə
bilərik. Rəşad bəy bizləri “Nəsimi” filminin ilk afişası ilə tanış etdi.
Həmçinin filmlərin fotoarxivlərinin
də saxlanıldığı
yerlər inzibati binada mövcuddur. Hər bir
fotonun elektron versiyası olsa da, onların ilkin versiyaları xüsusi şəraitdə
qorunur.
Maraqlı başqa məqam isə fondda xarici – Çin, Koreya, Rusiya, Amerika, İtaliya filmlərinin fotoarxivlərinin
və kinolentlərinin
olmasıdır.
“Bu yaxınlarda Meksikanın
səfiri gəlmişdi. Onların köhnə
bir filmi var idi. Daha sonra məlum
oldu ki, həmin filmin kinolenti bizdə daha keyfiyyətli formadadır, nəinki özlərində...”.
Film Fondun zalı
Binada
kinolentdə olan nüsxələrə baxmaq
üçün zal da var ki,
bəzən müxtəlif
tədbirlər məhz
burada keçirilir. Zalın sağ küncünə ilk baxışdan
sıradan görünən,
lakin əslində olduqca qiymətli piano qoyulub. Bakıda illəröncə mövcud olmuş “Form kinoteatr”ında səssiz filmləri həmin piano ilə müşayiət ediblər.
Müasir
proyektorlar
Fondda mövcud olan müasir proyektorlarla da tanış
olduq. Hansı ki, onları
qızmağa qoymayan xüsusi havalandırma sistemləri var.
Proyektorların ən qiymətli
hissələri isə
onların obyektivləri
– lampaları sayılır.
Kinolentlərin yuyulması
Son olaraq isə fonddakı kinolentlərin
“yuyulduğu” otaqla tanış olduq. Təbii ki, olduqca həssas
sayılan kinolentlər
ənənəvi yuma üsulu ilə deyil, xüsusi avadanlıqlar vasitəsilə təmizlənir.
Dövlət Film
Fondundakı ekskursiyamız sona
çatdı. Foyesində köhnə kinoçəkiliş
texnikası saxlanılan bu fərqli-fərqli
məkan zəngin kino mədəniyyətimizi
özündə əks etdirən
aynadır, sanki.
Banu
Həftə içi.- 2021.- 22-24
may.- S.5.