28 may – Respublika
Günü
Azərbaycan dövləti Azərbaycan
Demokratik Cümhuriyyətinin
varisidir
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasından 103 il keçir. 1918-ci il may ayının
28-də yaranan bu tarix ölkəmizin həyatında böyük
hadisə kimi bu gün də
qeyd olunur.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya
qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə
xalqın milli mənlik şüurunu özünə qaytardı,
onun öz müqəddəratını təyin
etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il
mayın 28-də qəbul
edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən
də göründüyü
kimi, bu möhtəşəm tarix
xalqımızın müstəqillik
hisslərini daha da gücləndirdi. Müstəqil Azərbaycanın tarixi
ənənələri bu
gün özünü
torpaqlarını düşməndən
azad etməklə bir daha sübut
etdi.
Bu istiqamətdə hafta.az-a danışan Milli Məclisin deputatı Səbinə Xasayeva diqqəti tarixin mühüm məqamlarına
yönəldib. O, 1918-ci il 28 may tarixi ilə yaddaşlara həkk olan Müstəqil Azərbaycan
Dövlətçiliyi tarixinin
ənənələrinə və varislik hüququnun bu gün necə təmin edilməsi xronologiyasına toxunub.
Azərbaycanda milli-azadlıq hərəkatlarının
həmişə baş
verdiyini önə çəkən deputat, xalqın taleyini, dövlətçilik tarixini
düşünənlərin bu mübarizəni axına, nəhrə çevirə bildiyini qeyd edib.
“Beləliklə, 1918-ci ilin
may ayının 28-də İstiqlal
Bəyannaməsi imzalandı:
“28 may, sənə 1918-ci ildə
Tiflis şəhərində Azərbaycan Milli Şurası - rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət
Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov,
Mehdi bəy Hacınski, Əliəsgər
bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər
ağa Şeyxülislamov,
Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif
Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo
bəy Hacınski, Şəfı bəy Rüstəmbəyov, Xosrov
Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilərin iştirakı
ilə Azərbaycanın
istiqlalı haqqında
zildəki əqdi elan etdi.”. Azərbaycan Demokratik
Cümhuriyyəti yarandı.
Ali qanunverici orqan 1918-ci il 27 iyun
tarixli qərarı ilə Azərbaycan dilini dövlət dili elan etdi.
1918-ci ilin dekabr
ayının 7-də Parlamentin
təntənəli açılışı
oldu. Bu, bütün müsəlman
Şərqində o dövrün
demokratik prinsipləri
əsasında formalaşdırılan
ilk parlament idi. Əlimərdan bəy Topçubaşov
parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi.
O vaxtlarda Gürcüstan da, Ermənistan da müstəqilliyini elan etmişdi. Üç müstəqil
dövlətin rəsmiləri
Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq,
1918-ci il iyunun 4-də ayrı-ayrı
müqavilələr imzaladılar.
Azərbaycanla bağlanan Dostluq
və Əməkdaşlıq
Müqaviləsini Azərbaycan
tərəfdən Milli
Şuranın sədri
Məmməd Əmin Rəsulzadə və Xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladı. Azərbaycanın müstəqilliyini taniyan ilk dövlət Türkiyə olmuşdu və onunla imzalanan müqavilənin üçüncü maddəsi
Azərbaycanın torpaq
və ərazi bütövlüyünü, dördüncü
maddəsi isə Türkiyənin Azərbaycana
siyasi və hərbi köməyini əhatələyirdi”.
S.Xasayeva bildirib ki, dövrünə
görə geniş səlahiyyətlərə malik
olan Azərbaycan parlamenti dövlətçilik
təsisatlarının müəyyənləşdirilməsində,
onların dünyanın
iri dövlətlərinin
parlamentlərinə intreqrasiyasına
mühüm tədbirlər
həyata keçirirdi.
“Belə tədbirlər
milli maraqların qorunması baxımından
xarakterik idi. Parlamentin
sədri Əlimərdan
bəy Topçubaşovun
rəhbərliyi ilə
Azərbaycan nümayəndə
heyətinin Paris Sülh
Konfransında iştirakı
da, gərəkli diplomatik fəaliyyəti də dövlətçiliyimiz
baxımından səmərəli
oldu: 1920-ci il
yanvarın 11-də Antanta
dövlətləri Azərbaycanın
istiqlaliyyətini de-fakto
tanıdılar. Azərbaycan
Xalq Cümhuriyyəti
dünyanın 20-dən çox
dövləti ilə
(Türkiyə, Gürcüstan,
Ermənistan, İran,
Belçika, Hollandiya,
Yunanıstan, Danimarka,
İtaliya, Fransa, İsveçrə, İngiltərə,
ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya, ...) baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr
qurmağa nail olmuşdu.
Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərb naziri, general Əliağa Şıxlinski
hərb nazirinin müavini, general Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. 1920-ci ilin yanvar ayında ordu quruculuğu işi tamamlandı və 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı.
Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir
cəmiyyət kimi Cümhuriyyət dövründə
də multikultural dəyərləri qoruyan,
qanunla dəstəkləyən
bir dövlət idi. 1919-cu il iyulun 21-də Azərbaycan
Parlamenti “Azərbaycan
Respublikasının Müəssislər
Məclisinə Seçkilər
Haqqında 4 fəsildən,
116 bənddən ibarət
Əsasnamə”ni təsdiq
etdi. Dövlətçilik
baxımından vacib olan bu sənədə
əsasən Müəssislər
Məclisinə seçkilərdə
dinindən, cinsindən,
milliyyətindən asılı
olmayaraq 20 yaşına
çatmış bütün
Azərbaycan vətəndaşları
iştirak edə bilərdi”
Deputat qeyd edib ki,
parlament Azərbaycanda
hüquqi və demokratik dövlət quruculuğu istiqamətində
dünyəvi dəyərlərlə
səsləşən, o dəyərlərə
müvafiq, ancaq milli-xəlqi ruhu əhatələyən sənədlər
qəbul etdi: “Həmin dövrdə Azərbaycan müsəlman
Şərqində yeganə
parlamentli respublika idi. 23 ay ərzində
respublika parlamentinin
145 iclası keçirildi,
270-dən artıq qanun
layihəsi müzakirəyə
çıxarıldı, onlardan
230-a yaxını təsdiq
edildi. Bu rəqəmlər dövlətçiliyin
təsisatlarının (deməli,
dövlətçiliyin) möhkəmləndirilməsi
baxımından diqqəti
çəkirdi. Dünya dövlətləri
gənc Azərbaycan dövlətinin inkişaf
istiqamətlərini, dinamikasını
təqdir edirdi.
Təhsilin, maarifçiliyin cəmiyyətin
sosial inkişafında
mühüm rol oynayacağı gümanı
mühüm bir qərarla tamamlandı, Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti
o dövr üçün
olduqca gərəkli, dünyəvi inkişaf baxımından son dərəcə
zəruri bir qərar qəbul etdi: 1919-cu ilin sentyabr ayının 1-də
Bakı Dövlət Universiteti təsis olundu. Maarifçilik daha dinamik əsaslarla inkişaf edəcəkdi, elmin bütün sahələrinin
inkişafına yüksək
səviyyəli şərait
yaranacaqdı”.
S.Xasayeva müstəqil Azərbayacanın
dövlətçilik prinsiplərinin
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti
ilə uzun müddətli mübarizədən
sonra bərpa olunduğunu önə çəkib. Onun sözlərinə görə məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyini,
dövlət müstəqilliyinin
qorunmasını təmin
etdi, gərəkli, qətiyyətli tədbirlər
gördü, ölkəni
labüd çevrilişdən
xilas etdi.
“Qısa müddətdə dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli müqavilələr imzalandı ki, bunlar da Azərbaycanın iqtisadi inkişafı istiqamətində son dərəcədə əhəmiyyətli oldu. Həyata keçirilən ciddi islahatlar dövləti dinamik inkişafa yönəltdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə çıxdı. Bu mərhələ zaman anlamında sabahların, deməli, əbədiyyətin cığırdaşı oldu.
Ümummilli Liderin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası indi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” qətiyyəti məhz bu inkişafa söykənir.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
2020-ci ilin 27 sentyabrında əks-hücun əməliyyatı kimi başlayan Vətən müharibəsi Cənab Prezidentimiz İlham Əliyevin böyük sərkərdəliyi ilə Zəfərlə tamamlandı. Bu Zəfər də, Zəfərdən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalı da Azərbaycanın dövlətçiliyinə sevginin, dövlətçilik ənənələrinə sədaqətin nəticəsidir.
Azərbaycan Demokratik
Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanunvericilik
aktları həm səviyyəsinə, həm də məramına
görə Azərbaycan dövlətçiliyi tarixində, bu anlamda parlament
mədəniyyəti tarixində həmişə ehtiramla xatırlanacaq. Azərbaycan dövləti
Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir və bu varislik əbədi olacaq!”
Tahirə
Qafarlı
Həftə içi.- 2021.- 27-31
may.- S.6.