Zəfər Yolu
Bu gün Azərbaycanımız
tarixinə qızıl hərflərlə yazılan
böyük bir hadisəyə şahidlik edir, həm də onu
yaşayır. Azərbaycan
30 ilə yaxın müddətdə işğalı
altında qalan torpaqlarını azad etdiyi günün -Zəfərin
1 ilini qeyd edir. Bu Zəfər Gününü Azərbaycan
Tarixinə yazan Müzəffər Orduya, müzəffər Ali
Baş Komandan, müzəffər əsgər və zabitlərə,
öz qanı, canı ilə ilə bu torpağa ruh verən
ŞƏHİD oğullarımıza Eşq olsun! Allah Şəhidlərimizə
rəhmət eləsin! Allah vətən uğrunda
döyüşlərdə can verən, qan tökən qazilərimizə
şəfa versin. Öz qanı canı ilə VƏTƏN
yazan iğid Oğullarımız, Qarşınızda baş əyirik,
Zəfər Gününüz Mübarək deyirik!.. Hafta.az Zəfər
Günündə keçmiş döyüşçü, hərbi
ekspert Şair Ramaldanovla müsahibədə bir çox
nüanslara diqqət çəkib.
-Şair müəllim, Zəfər
Günündə bir döyüşçünün, hərbi
ekspetin fikirləri, hərb tariximizə, proseslərə
baxışı şübhəsiz, fərqlidir. Maraqlıdır, 8 noyabr -Zəfər
Gününü hansı təəssüratla qeyd edir və
bu günlə bağlı nə düşünürsüz?
-Müharibə
itkisiz olmur. Mən bu gün Şəhidlərimizə
rəhmət, ailələrinə, yaxınlarına səbr,
qazilərimizə can sağlığı və
döyüşçü veteranlara da gələcəkdə
Azərbaycan, gələcəyimiz naminə uğurar diləyirəm.
Bütün Azərbaycan xalqını Zəfər
günü münasibəti ilə təbrik edirəm.
Biz bu Zəfər Gününü daim ürəklərdə
bəsləmişik. Azərbaycan
torpaqları işğal olunduğu gündən bir dəfə
də olsun bu fikirdən yan keçməmişik. Biz hər zaman öz torpaqlarımızı qaytarmaq
ruhu ilə yaşamışıq. O vaxt I Qarabağ savaşında əli
silah tutan igid oğullar öz torpaqları, öz xalqı
uğrunda, camaatı qorumaq üçün canından keçməyə
hazır oldular. Onlar düşmənə Azərbaycan
oğlunun kim olduğunu, hansı gücə
sahib olduğunu göstərdilər. I
Qarabağ savaşında qəhrəmanlıq göstərən
qəhrəmanlarımız var. Zaman gəldikcə o səhifələr
açılır.
Bu gün
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali
Baş Komandanı, cənab İlham Əliyevin gənclərə
verdiyi yüksək qiymət və o gənclərin 44
günlük müharibədə göstərdiyi qəhrəmanlıq, igidlik, peşəkarlıq
onu göstərdi ki, atalar düz deyib: ot kökü
üstündə bitər. O
köklər məhz I Qarabağ savaşının kökləridir.
Məhz bu oğulların atalarıdır.
I Qarabağ savaşı demək olar ki, heç bir ailədən
yan keçməyib. Kiminsə oğlu, kiminsə
nəvəsi iştirak edib o müharibədə... Qarabağ
mövzusu bütün Azərbaycan ailələrində, Azərbaycanın
xeyir, şər işində həmişə olub. Biz qələbə haqqında düşünərək,
o inamla xeyir işlərimizi açmışıq. Məhz bu ruhla böyüyən oğullar, əlil,
qazi, şəhid ailərinin övladları, öz
atalarının qarşısında olan borcunu yadından
çıxartmayıb. II Qarabağ savaşında iştirak edən xalq, həmin
I Qarabağ müharibəsinin yetirmələridir.
Vətən sevgisi, onu azad görmək hissi bir
günün bir ilin, işi deyil, bu zamanın işdir. Bu zamanı da
Azərbaycan xalqı, Azərbaycan ailələri, anaları
yetişdirib. “Azərbaycan əsgəri” marşında
belə bir söz var, deyir: “südüm sənə haram olsun,
sən baş əysən düşmənə, marş irəli!
Onu deyənlər hələ I Qarabağ
savaşında olan analar idi. Respubkilada aparılan
böyük işlər, ordu quruculuğu, ordunun peşəkarlaşması,
təminatı, tədris
müəssisələrində böyüklü-kiçikli
vətənpərvərlik ruhnda
aparılan işlər, starateji bir hədəf idi. Bilirsiz ki, məktəblərdə
dərslər himnlə başlayır. Məktəblərdə
məhz Qarabağla bağlı çoxsaylı tədbirlər
keçirilirdi. O tədbilərin əsas məqsədi məhz
Qarabağa qayıdışla bağlı idi. “Nə vaxtsa biz Qarabağa
qayıtmalıyıq”- deyərək, gənclərin beynində,
ruhunda, ürəyində böyüyürdü. Qarabağ işğal olunanda uşaq olanlar o eşqi
ürəklərində böyüdürdü.
Ali
Baş Komandanın verdiyi əmr əsasında həmən daxildə olan
potensial od püskürdü. Düşmənlərimiz o odun qarşısında tab gətirə
bilmədilər. Düşmən nə qədər istehkamlar
qursa da, o gücün, haqqın qarşısında dayana bilmədilər. Prezident son Bakı Forumunda bir daha vurğuladı ki,
haqq öz yolunu gec-tez tapır. Bunu da həyat göstərdi
və bu
gün qələbəmizi qeyd edirik.
-I Qarabağ, II Qarabağ müharibəsi
ifadələri ilə tez -tez rastlaşırıq və siz də
qeyd etdiniz. Siz də bir müharibə
iştirakçısı kimi bu müqayisələri necə
izah edərdiniz?
-Mən
düşünürəm ki, bu sadəcə zamanı
göstərən bir ifadədir. Əgər biz
bu sözün təyinatı və mənasına sırf elmi
cəhətdən baxsaq, buna “I Qarabağ savaşı” yox, “atəşkəs
sazişinin bağlanıldığı dövr” deyə bilərik.
Təəssüflər olsun ki, indi də
müharibə şəraitindəyik, deməli bu o deməkdir
ki, müharibə bitməyib. İndi sadəcə
müharibənin digər formasındayıq. Biz müharibəyə işğala məruz qalan
gündən başlamışıq və indi öz
torpaqlarımızın bütövlüyünü bərpa
edib qələbə çalaraq digər formasına
keçmişik. Ermənistanla sülh müqaviləsi bağlanandan
sonra “müharibə bitdi” deyə bilərik. Bilirsiz ki, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Ali Baş
Komandanı, cənab İlham Əliyev işğaldan azad
olunmuş bütün rayonlarda olub, daim ərazilərin bərpasında
iştirak edənlərlə, həm hərbçilərlə
görüşür. O, həmin
görüşlərdə bizim Yumrüğumuzun daim
güclü olması, hazır olması haqqında sözləri təsadüfən
demir. O bu sözləri ona görə deyir ki, biz hələ
sülh müqaviləsini bağlamamışıq. Biz hələ də
müharibə şəraitindəyik, o vaxt Bişkek atəşkəs
müqaviləsi bağlanmışdı, indi də
üçtərəfli belə bir saziş imzalanıb. Bu atəşkəsin o atəşkəsdən
fərqi ondan ibarətdir ki, bu, Azərbaycanın ərazi
bütövlüyünü tam şəkildə bərpa edən
bir atəşkəsdir.
Düşünürəm ki, hələ qabaqda
böyük işlər var, hər halda inanıram ki, sülh
müqaviləsi bu yaxınlarda bağlanacaq, hər şey ona doğru
gedir. “I Qarabağ, II Qarabağ savaşı”
sözü isə insların dilində olan bir ifadədir. Ancaq elmi cəhətdən
heç nə ilə əsaslanmır.
-2020-ci il 8 noyabra qədər olan
44 günlük savaşı və 92- 94-cü ilə qədər
könüllülərin iştirakı ilə aparılan
savaşı insanlar istər -istəməz “I Qarabağ, II
Qarabağ savaşı” deyərək bir-birindən fərqləndirsə
də, müharibəmiz birdir. Şair müəllim, o dövrə baxanda, siz də
qeyd etdiniz, o igid oğullar hətta əliyalın şəkildə
düşmənə sipər oldular. Xocalı
soyqırımı ərəfəsində və digər kəndlərin
müdafiəsində öz canlarını sipər edib
insanları təhlükəsiz yerə aparan da o igidlər
idi. Və biz aparılan o müqəddəs müharibənin
qələbə zəfərini nəhayət ki, 44
günlük müharibədə tamamladıq...
-Azərbaycan
Prezidenti buna
çox gözəl fikrini bildirib. Bizim dövlət
səviyyəsində istifadə etdiyimiz bir söz var-Vətən
müharibəsi. Orada nə I, II, nə onlar, nə bunlar sözləri
yoxdur. Yəni biri var insanların arasında olan
danışıq, bir də var rəsmi yanaşma. Ona
görə də sizin sözlərinizlə desək
onların davamçıları bunlar idi, bunlar
onların işini davam etdirdi. Mənimlə
savaşan heyətin bir hissəsi məhz II Fəxri Xiyabanda dəfn
olunub. Bilirsiz ki, orda yeni məzarlıq var. Biz müharibə dövründə,
müharibədən sonra onları ziyarət edəndə,
gedib mənimlə döyüşüb şəhid olanlara baxdım,
sonra keçdim o biri məzarlığa baxdım. Orda mənim bacım oğlu şəhid polkovnik
-leytnant Babək Ramaldanov dəfn olunub. Onların
simalarına baxanda mən bir oxşarlıq görürəm.
Təxminən eyni yaşda idilər. O
vaxtkı və indiki şəhidlərimiz... Bəlkə də
bu daxilimdən keçən hisslərdir, çünki Horadiz əməliyyatının
komandiri olaraq o əməliyyatı aparan
iştirakçısı olaraq orda şəhid olanlar da burda
dəfn olundu. Sadəcə
bu zaman bizdən asılı olmayan bir zaman idi. Sadəcə Azərbayacn dövlət rəhbərliyinin
humanistliyindən irəli gəlir. O da bizimlı bir yerdə
böyüyüb. O da o vaxt bir gənc insan idi, o da o
işğalın nəticələrini, insanların
ağrısını görüb. O da o şəhidləri
görüb. Birinci vitse-prezident Mehriban xanım, o da reablitasiya mərkəzləri
yaradaraq həmin əlil qazilərlə ünsiyyətdə
olub. Aprel hadisələrdən sonra analarla
ünsiyətdə olub.
Biz beynəlxalq hüquq normalarına həmişə
diqqətli yanaşmışıq. Və atəşkəs
pozulması olmasın deyə, özümüzün
götürdüyümüz öhdəlikləri yerinə
yetirmişik. O biri dövlətlərin
müəyyən sözlərinə, vədlərinə
müəyyən mənada inanmışıq. Və
bu zaman bu məqamlarla yadda qalıb. Əlbətt
biz möhkəmləndik, ordunu qurduq. Ancaq
Prezidentin humanistliyi ondan irəli gəlir ki, o insan itkisinə
öz itkisi kimi yanaşır.
Mən bilirəm ki, xidmət etdiyim
dövrdə atəşkəs pozulanda hər hansı bir itkiyə
o çox sərt reaksiya verilirdi. Onun tələbi də
ondan ibarətdir ki, itkiyə yol verməmək. Bu
müharibədə də artıq qərarları özü
qəbul edəndə məhz itkilərin minimuma gətirə
biləcək addımların və istiqamətlərin müəyyənləşdirilməsi Ali Baş Komandan
üçün bir prioritet məsələ idi. Ona görə də düşünürəm ki,
burda zaman faktoru var. Bu səbəbdən deyirik ki, biz 29 ildən sonra
işğal edilmiş ərazilərimizi azad edə bildik. Aprel hadisələrindən sonra Ali
Baş Komandan cənab İlham Əliyev demişdi ki, əgər
Azərbaycanla Ermənistanı təkbətək qoysalar
ordumuz qısa bir zamanda işğalçı qüvvələri
darmadağın
edib ərazi bütövlüyünü bərpa
etməyə qadirdir. Aprel döyüşlərindən
sonra bu fikrin 44 müharibədə eyni şəkildə həyata
keçirilməsini gördük. Humanistlik bir daha ondan irəli gəlir
ki, uzaqgörənlik xüsusiyyəti var. Dəfələrlə
çoxsaylı görüşlərində Ermənistana xəbərdar edərək,
onları gələcəkdə konstruktiv mövqe tutmasalar
faciə gözləyəcək
mesajını dəfələrlə söyləyib. Birinci vitse-prezident anaların
gözü yaşlı olacağı haqqında müraciətlər edib və
ancaq düşmən onu eşitməyib. Hələ
də eşitmir. Ermənistan faciə ilə
qarşılaşdı. Ermənistanın
anaları göz yaşı ilə də
qarşılaşdı. Əgər Azərbaycan
oğulları öz torpaqlarının azadlığı
uğrunda öz canından keçib və bu gün bizim
analar qürur hissi ilə bunu qeyd edirlərsə, erməni
anaların isə göz yaşlarının mənası tam
başqadır. Ona
görə də burda da bizim dövlət rəhbərinin
humanist addımları olub.
VIII
Bakı forumunda yenə də müraciət elədi ki, biz Ermənistana
sülh təklif eləmişik, biz sərhədlərin
dlimitasiya-demarkasiya məsləsini ortaya qoymuşuq. Ancaq hələ ki, təəssüflər
olsun ki, cavab yoxdur.
-Bir qədər əvvəl
“sülh sazişi imzalanacaqsa müharibə o zaman bitəcək”
dediniz. Ermənistan sülhə dəvət olunur, amma Prezidentin də
dediyi kimi cavab yoxdur. Hətta Ermənistanda bu
sülh sazişinə qarşı etiraz
çıxışları edilir. Son anda
Ermənistan sazişin bağlanmasından geri çəkilə
bilərmi?
-Erməni
hiyləsi nəyəsə əsaslanır. Bu, müəyyən
bir dövlətlərin, güclərin erməniləri aktiv dəstəkləməsinin
nəticəsidir. Ermənistanda bir qayda olaraq, dövlət
başına kim gəlir gəlsin, öz
seçimində müstəqil olmayıb. Ermənistanda
xarici və daxili müyyən qüvvələrin maraqları
ilə iştirak edən, onların sifarişlərini yerinə
yetirən qüvələr var. Bu gün Ermənistan xalqı
sülhə hə, müharibəyə yox deyir. Çünki
seçkilərdə radikal düşüncəli siyasi rəqibləri
qəbul etmədi. Amma Paşinyan dövlət rəhbərliyinə
gəlsə də, hələ ki söz sahibi deyil. Sülh
prosesinin ləngiməsi bununla bağlıdır. Ancaq başqa
yolları yoxdur. Artıq Ermənistan
parlamentində müəyyən fikirlər səslənir ki,
sülh müqaviləsinin son bəndləri üzərində
işləyirlər. Cənab Prezidentin dediyi kimi, Ermənistan istəsə
də, istəməsə də bunu etməyə məcbur
olacaq. Ermənistanın müharibə etməyə
gücü yoxdur. Bu müharibə Ermənistanın
sərsəm ideyalarının sonu olduğunu göstərdi.
Digər tərəfdən, Azərbaycanın yanında
güclü, qüdrətli, qardaş, dost Türkiyə t var,
Pakistan kimi dost dövlət var. Azərbaycanın haqq işini
dəstəkləyən etibarlı tərəfdaşları var.
Ona görə düşünürəm ki, artıq, zaman
şərait dəyişib. Cənab Prezidentin VIII forumda post-pandemiya
dövrünün gələcək dünyanın həyatı
haqqında çıxışı oldu. Gələcək
dünyanın bu regiona aid olan hissəsi məhz çiçəklənmə,
inkişaf, hava limanlarının tikilməsi, Zəngəzur dəhlizi
və digər kommunikasiya xətlərinin açılması ilə
baş verəcək. Bu məsələ həll olunub sülh
müqaviləsi bağlanandan sonra regionda vəziyyət tam dəyişəcək.
Ermənistan dəyişəcək, dəyişmək
istəməsə də Azərbaycan onu dəyişdirəcək.
-Şair müəllim,
sizi həmişə bir hərbi ekspert kimi təqdim edirik. Siz həm də torpaqların
işğaldan azad olunması uğrunda əlinizdə silah
döyüşmüsüz. İstərdim
44 günlük Zəfər Yoluna bir
döyüşçü kimi də nəzər
salasınız. Necə keçdik bu Zəfər Yolunu?
- Bu Zəfər
Yolu asan olmadı. Çünki Azərbaycan bu çətin
müharibədə itkilər verdi. Düşmən çirkin müharibəsində
bizim Gəncəni, Bərdəni raket atəşinə tutdu. Orada dinc sakinlərimiz
- uşaqlar, yaşlılar, qadınlar həlak oldular. Biz onları da bu savaşın Şəhidləri
kimi qəbul etdik. Bu müharibədə evlərimiz dağıldı,
ağaclarımız kəsildi, torpağımız
yandırıldı. Lakin uğurlu oldu.
Ona görə ki, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Ali Baş
Komandanın səyi, diqqəti nəticəsində
güclü orduya malik bir dövlət olduq. Azərbaycanın iqtisadi
potensialı, daxilində olan sabitlik, həyata
baxışı, Onu güclü bir ordu qarmağa imkan verdi. Hər bir müharibə cəmiyyət
üçün bir yenilənmə deməkdir. Bizim cəmiyyətimiz artıq müharibə
sınağından çıxdı, prioritetlər,
baxışlar, gəncliyimiz yaxşılığa doğru dəyişdi.
Müharibədə qazandığımız Zəfər
vətənimizin inkişafında yeni qələbələrə
qədəm qoydu. “Yeni qədəmlərin, yeni qələbələrin
mübarək Azərbaycan” deyirəm!
Tahirə
Həftə içi.- 2021.- 11-17
noyabr.- S.3.