“Hər gün xaş yeyin”
Havalar soyuduqca bəzi
yeməklər var ki, onlara olan tələbat qat-qat artır. Belə yeməklərdən biri də kəllə-paça,
“xaş”dır. Xaş Orta
Şərq və Cənubi Qafqaz mətbəxinin
ən çox sevilən yeməklərindən
biridir. Ona
dünyanın müxtəlif ölkələrində fərqli
adlar verilib. Məsələn,
Türkiyədə, İranda kəllə-paça
adı ilə məşhurdur. Hafta.az-ın “Menyu”
rubrikasının bugünkü mövzusu dörd
mövsümün əvəzsiz yeməyi olan xaşla
bağlıdır.
Bildiyiniz
kimi, bu aylarda kafe və restoranlarda xaşa tələbat
artır. Onu ev şəraitində hazırlayanlar da az deyil.
Üstəlik, bu yeməyin hazırlanma qaydası olduqca sadədir.
Mövzu
ilə bağlı saytımıza danışan qida mütəxəssisi
Ağa Salamov söylədi ki, xaş da dolma və digər
milli yeməklərimiz kimi, bölgələrə görə
müxtəlif çeşidlərə bölünür. Elə
bölgə var ki, burada xaşın içinə noxud, dəfnə
yarpağı, soğan, yaxud da kartof əlavə edirlər:
“Bişmə
texnologiyası olduqca sadədir. Üstünə
çıxacaq qədər su əlavə edilib qaynayana qədər
gözləyirlər. Qaynadıqdan sonra isə
aşağı tempdə 5-6 saat, bəzən isə səhərə
qədər bişirilir. Bu da heyvanın yaşlı və
cavan olmasından irəli gələn vaxt
aralığıdır. Əgər yaşlı heyvandırsa
onu 10-12, cavandırsa 5-6 saata bişirmək tövsiyə
edilir”.
Ekspert
xaş bişirmək üçün heyvan ayaqları alan
zaman diqqət edilməli bir neçə məqama da toxundu. O,
həmçinin düzgün “ütmə” texnikası barədə
oxucularımızı bilgiləndirdi:
“Xaş
üçün çox vaxt heyvanın qabaq ayaqları
götürülür. Buna səbəb isə ön
ayaqların daha ətli olmasıdır. Bundan başqa, heyvan
arxa ayaqları üzərində oturduğundan, ön ayaqlardan
yemək hazırlanması daha məqsədə uyğundur. Kəllə-paçanın
ütülməsinə gəldikdə isə qazda
ütülmənin heç bir ziyanı yoxdur. Mənim
yadımdadır ki, əvvəllər vedrənin içində
ocaq qalayar orada ayaqları ütərdilər. Bu, ən təbii
üsuldur. Kəllə-paça hazırlayan zaman diqqət
edilməli məqamlardan biri də yuma qaydasıdır.
Sümüyü bir qədər yağlı olduğundan, onu
təmizlədikdən sonra, suyunu 3-4 dəfə dəyişərək
yumaq lazımdır. Bundan başqa, kəllənin burun hissəsini
kəsmək lazımdır. Bir qədər
çırpdıqdan sonra isə burun hissəsindən
çirklər gələcək və təmizlənmiş
olacaq. Bişdikdən sonra duz əlavə edilir”.
Xaşın insan orqanizminə mənfi təsirlərinə gəldikdə isə ekspertin sözlərinə görə, bu yeməyi istehlak etməkdə heç bir ziyan yoxdur. Tam ütülərək təmizlənib, bişirilən xaşın tərkibində ziyanlı maddə qalmır:
“Çox vaxt bəzi "dietoloq"lar
insanlara yanlış informasiyalar verirlər. Guya "Azərbaycan
mətbəxinin kalori
dəyəri yüksəkdir",
"Azərbaycan mətbəxi
öldürür". Bunlar başa düşmür ki, bizim milli
mətbəximiz formalaşıb.
Xaş təqdim olunursa, onun kalori dəyəri
nə qədər yüksək olsa da, yanında servis edilən sirkə tarazlığı
təmin edir. Bir də xolesterini gündəmə gətirirlər.
Bilmək lazımdır ki,
xolesterinlər faydalı
və zərərli olmaqla iki yerə
bölünür. Zərərli xolesterinləri yaradan xaş, quyruq, kərə yağı və başqa heyvanmənşəli ət-yağ
məhsulları deyil.
Qanda pis xolesterinləri şəkər yaradır.
Buna görə də insanlar mütəxəssislərin fikirlərinə
əhəmiyyət verməlidir.
Kor-koranə şəkildə dietoloq kimi fəaliyyət
göstərən insanların
sözünə aldanmaq
olmaz. Onlar mətbəximizi gözdən salmağa çalışırlar. Bəli, xaş ağırlıq yarada və kökəlməyə
səbəb ola
bilər. Xaşı yedikdən sonra
fiziki aktivlik əsas şərtdir.
Ürək, qan-damar sistemi
və bu kimi digər xəstəliklərdən əziyyət
çəkənlər isə
həkim məsləhəti
olmadan istehlak etməsinlər”.
Sonda isə mütəxəssis
insanlara hər gün xaş yeməyi tövsiyə etdiyini qətiyyətlə
dilə gətirdi:
“Əgər diqqət etmisinizsə, xaş yedikdə insanı yuxu
tutur. Bu da ifraz olunan melatonin hormonu ilə əlaqədardır. Bu hormon
insanda gümrahlıq
hissi yaradır, immun sistemini gücləndirir. Beləcə, insan orqanizmi viruslara qarşı daha müqavimətli olur. Soyuq aylarda xaş
istehlak etməyi yeyə bilən və bilməyən hər kəsə şiddətlə tövsiyə
edirəm. Hər səhər
yesinlər. Ona görə
də "3 gün” kurs keçib, adını dietoloq qoyanlara qarşı dövlət ciddi tədbirlər görməlidir”.
Banu
Həftə içi.- 2021.-
7-13 oktyabr.- S.8.