Halva - türk mətbəxinin təməl şirniyyatı

 

Halva qədim türk mətbəxinin təməl şirniyyatlarından biridir, Osmanlı dövründə şirniyyat və şəkərlərə verilən ümumi ad olaraq da bilinməkdədir. Hazırda halvanın növbənöv çeşidləri olsa da bu say qədim zamanlarda indikindən qat-qat çox idi.Milli mətbəximizdə bu şirniyyat növünün xüsusi çəkisi var. Respublikanın ayrı-ayrı bölgələrinin  özünəxas reseptlərlə hazırlanan halva növləri də var.

Hafta.az-nMenyu” rubrikasının bugünkü mövzusu halvalar ilə bağlıdır. Nəzərinizə çatdıraq ki, hazırda marketlərlə yanaşı, səyyar satışda da halvalara rast gəlmək mümkündür.  Qiymətlər isə növ və çəkiyə görə bir-birindən fərqlənir. 1 kiloqram halvanın qiyməti növündən asılı olaraq 1 manat 50 qəpikdən 8 manata qədər dəyişir. 

Qida texnoloqu Ağa Salamov mövzuya münasibət bildirərkən söylədi ki, halva bizim milli sərvətimiz olub, çox qədim tarixə malikdir və minillərlə yaşı var. Onun  "südlü halva", "qozlu halva", "süsən halvası", "un halvası" və başqa müxtəlif çərəzlərdən hazırlanan, bölgələrə görə dəyişən çoxlu sayda çeşidləri var:

“Ölkəmizdə halvalar daha çox xüsusi günlərdə - məhərrəmlik ayında, yas yerlərində bişirilir. Əslində isə bu şirniyyat istənilən vaxt hazırlana bilər. Şəkər, ürək qan-damar xəstələri halva istehlakı zamanı həddi aşmamalıdır. Bu problemlərdən əziyyət çəkən insanlara süsən halvası yemək daha məsləhətlidir. undan bişirilən şirniyyatın müxtəlif xəstəlikləri olan orqanizmə mənfi təsirlər göstərir”.

Mütəxəssis marketlərdə satılan halvaları keyfiyyətli hesab etsə də, düzgün rəflənmə amilini xüsusi vurğuladı:

Çox vaxt görürük ki, halvalar düzgün rəflənmir. Misal üçün deyə bilərəm ki, mağazada süsən halvası, xlorbaşqa bu tərkibli maddələrlə yanaşı satılır. Belə hallara daha çox küçə biznesində rast gəlirik. Bir digər təhlükəli məqam isə açıq havada, yerə yığılaraq satılan halvalardadır. Ümumiyyətlə, marketlərdən kənarda satılan halvaların keyfiyyəti sual altındadır. Süsən halvasını büküb yeşiklərin üzərinə yığıb açıq havada satışa çıxarırlar. Havadakı toz-torpaqbaşqa bakteriyalar məhsula asanlıqla daxil ola bilir. Rəflərə yığılmış belə məhsullar göbəkdən yuxarı hündürlükdə qoyulmalıdır”.

Daha sonra ekspert sadə halva reseptini oxucularımızla paylaşdı:

“Un halvası hazırlamaq üçün lazım olanlar:

Un-1 kq

Şəkər tozu-1 kq

Kərə yağı-500 qr

Su-3 st

Sarıkök-1 ç.q

İlk əvvəl su ilə şəkər tozu qarışırılır şərbət hazırlanır. Ardınca isə unun üzərinə asta-asta su əlavə edilərək qarışdırılır və umac hazırlanır. Umac bir gün ömcədən düzəldilsə daha məqsəfə uyğundur. Ardınca umacı qızılı rəng alana qədər kərə yağında qovururuq. Sonra isə, şərbəti əlavə edib qarşıdırırıq. Beləcə halva hazır olur. Servis edən zaman isə üzərinə müxtəlif çərəzlər düzülə bilər. Həmçinin çərəzlər bişmə prosesində də halvaya qatıla bilər”.

 

Banu

 

Həftə içi.- 2021.- 23-29 sentyabr.- S.8.