Axundov adına kitabxana
nə zaman
açılacaq?
Ölkəmizdə
covid-19 virusunun yayılmağa
başladığı vaxtlarda tətbiq
edilən ilk qapanma tədbiri
ötən ilin mart
ayına təsadüf edir. Həmin ərəfələrdə
bir sıra iri ticarət
obyektləri və mədəniyyət mərkəzlərinin
işinə, o cümlədən kütləvi
toplanmaya zərurət yaradan
fəaliyyətlərə məhtudiyyətlər qoyuldu. Belə mədəni mərkəzlərdən
biri də kitabxanalardır.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 11 mart 2020-ci il tarixindən etibarən oxucularına kitabxana daxilində xidmət dayandırıb. Artıq istər orta, istərsə də ali məktəblərdə ənənəvi təhsil COVİD- 19 Pasportu tətbiq edilməklə bərpa edilir. Bəs tələbələrin əlavə bilik üçün üz tutduqları Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası necə, fəaliyyətini bərpa edəcəkmi?
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının drektor müavini Ədibə İsmayılova hafta.az-a bildirib ki, qapanma qərarından sonra, fəaliyyət onlayn olaraq davam etdirilir.
“Hazırda oxucular
onlayn formada bizə müraciət edirlər. Elektron oxu pəncərəsində
xidmətlər 3 dildə
davam etdirilir”.
Universitetlərin açılması ilə
kitabxananın ənənəvi
qaydada fəaliyyətinizin
bərpası məsələsinə
gəldikdə isə,
Ədibə xanım bildirdi ki, hələlik
bununla bağlı onda heç bir məlumat yoxdur. Üstəlik onlayn
qaydada fəaliyyətləri
heç də ənənəvidən geri
qalmır:
“Bu barədə bizə
hələlik heç
bir məlumat verilməyib. Çünki, Nazirlər kabinetinin
sərəncamı olmalıdır.
Pandemiya oxucularımızın sayını
heç də azaltmadı. Əvvəllər gün ərzində
800-1000 nəfər kitabaxanamıza
müraciət edirdisə
hazırda onlayn oxucularımızın sayı
3 milyona yaxınlaşır.
Bəzi kitablar var ki,
onların onlayn variantı olmur. Bu halda bizə
müraciət edilir və qısa zamanda adətən gün ərzində həmin kitab elektron formada işlənib kataloqa əlavə olunur”.
Xatırladaq ki, M.F. Axundov adına Azərbaycan
Milli Kitabxanası ölkənin ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan
nəşrlərin sayı
5 milyon nüsxədən
artıqdır.
Banu
Həftə içi.- 2021.-
23-29 sentyabr.- S.7.