Qarabağ sinəmdə açılan şırım”

 

(Şair Budaq Təhməzin yaradıcılığı haqqında)

 

Qarabağ sinəmdə açılan şırım,

Xocalı köksümə düşən ildırım.

Mən bu ağır yükü necə qaldırım?

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!”

 

Salam olsun, çox dəyərli oxucum! Bilirəm ki, söhbətə yazılarıma xas olmayan bir üslubda başlamaqla sənin təəccübünə səbəb oldum. Ancaq bu cür misralar günümüzdə elə salama bərabərdir. Bəlkə bir neçə mərtəbə ondan yüksəkdə dayanır. Hələ illər öncəQarabağ sinəmdə açılan şırım, …” – deyə dünyaya haray salan Budaq TəhməzinVətən oğullarışeirində qaldırdığı ağır yüklü problemlərin bir çoxu artıq həllini (Şuşa, Kəlbəcər indi azaddır) tapsa da, ancaq Xocalı kimi yaralarımızın sadəcə üstü qaysaq bağlayıb. Qaysaq altında irinləmiş bu yara hər gün daha şiddətlə sancır. Yaşadığımız son günlərdə rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə baş verən özbaşınalıqlar bunu bir daha sübut edir. Budaq Təhməz yaradıcılığı bu kimi konkret faktlarla öz aktuallığını, zamanla səsləşməsini sübut etsə onun qələmindən həyat qazanmış kəlamları, fikirləri məhdud zaman çərçivəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Geniş şərhə keçməzdən əvvəl istərdim ki, Budaq Təhməzlə yaxından tanış olaq.

QISA ARAYIŞ

Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ''İşıqlı yol'' qəzetinin nəzdində ''Şərur qönçələri'' ədəbi dərnəyinin yaradıcılarından təşkilatçılarından biri olmaqla yanaşı həm uzun illər dərnəkdə fəaliyyət göstərib.

''Aşıq Nabat'' kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə İran mətbuatında dəfələrlə çap olunub. ''Mən vətənin oğluyam'', ''Şair ürəyi'' ''Kəndimizə bir qız gəlib şəhərdən'' şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ''Ədəbiyyatçılar kültür adamları'' ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırımşeirlər kitabının həmmüəllifi, “Aşıq Nabatkitabının isə tərtibçisidir. Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ''Qızıl qələm'' mükafatına, milli mənəvi dəyərlərimizin Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ''Məmməd Araz mükafatı laureatı'' diplomuna layiq görülüb. Budaq Təhməz 2022-ci ildə ''Yazarlar'' jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən  ''Ziyadar''  mükafatı ilə təltif olunub. Şair  hal-hazırda Bakı şəhərində yaşayıb yaradır.

 

QƏLƏM DOSTLARI ONU NECƏ XARAKTERİZƏ EDİR?

 

Söhbətimizi elə qaldığımız yerdən davam etdirək. Qeyd etdik ki, şairin müraciət etdiyi mövzular həmişə aktual düşündürücüdür. Bu özlüyündə o deməkdir ki, Budaq Təhməz zamanın fövqündə dayanan laməkan qələm adamıdır. Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə , yaradıcılığının əsas mövzusu ''Vətən mövzusu'' olmuşdur. Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur :

 

O tayın qeyrətin çəkməliyəm mən,

Ayrılıq odundan gözüm dolubdur.

Bakı da Vətəndir, Təbriz Vətən,

Kim deyir günahkar Araz olubdur?”

 

... təbii olaraq mövzu bu gün aktualdır. Bütün bunlar bir daha yuxarıda qeyd etdiklərimizi təsdiqləyir. Budaq Təhməz sözünün qüdrətini göstərir. Şairin böyük söz, qələm adamı olmasını isbat edir.

Şairin ''Şərurum'', ''Darı dağ'', ''Maxta'', ''Siyaquta qayıtmışam'', ''Ordubadı gəzərkən'', ''Arpaçayı aşdı-daşdı'', ''Naxçıvan torpağı'', ''Axura'' s. şeirlərində Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvanın gözəlliyi tərənüm edilir.

Müasirləri, onu yaxından-uzaqdan tanıyan, qələminə bələd olanlar başqa-başqa vaxtlarda Budaq Təhməz sözü barədə öz fikirlərini bildiriblər.Gəlin onlardan da bir neçə nümunə ilə tanış olaq.

Budaq Təhməzin yaradıcılığı barədə əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev ''Kommunist'' qəzetinin 25.10.1983-cü il tarixli sayında, habelə akademik İsa Həbibbəyli onun şeirləri haqqında müsbət fikirlərini bildirmişdir. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud, filologiya elmləri namizədi Sona Vəliyeva, Xalq şairi Balaş Azəroğlu, şair Rafiq Oday başqaları şairin yaradıcılığı haqqında maraqlı fikirlər söyləmişdilər. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu yazır:

Budaq Təhməzin yaradıcılığına şairlərimizdən ən çox Səməd Vurğunun təsiri var. Sözün səlis dildə şairanə ifadəsi təbii bir cazibə yaradır bu cazibə hesabına Səməd Vurğuna bağlanan hər hansı şair (o cümlədən, şair Budaq Təhməz. B.İ.) istər-istəməz hadisələrə eynilə Səməd Vurğun üslubunda yanaşmağa başlayır”.

Geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud isə şair Budaq Təhməzin yaradıcılığını belə qiymətləndirir:

Budaq Təhməz öz fərdi üslubu ilə seçilən şairlərimizdəndir. Poeziya şairin taleyinə düşən alın yazısıdır. O, öz fikrini istənilən formada ifadə edə bilir.”

Filologiya elmləri namizədi Sona Vəliyeva şairin yaradıcılığına fəlsəfi nöqteyi-nəzərdən yanaşır:

Vətən sevgisi, sərhəd genişliyinin üfüqlərinə gedən yolun başlanğıc nöqtəsi doğulduğumuz evdən, həyətdən, bölgədən başlayır. Ağlımız, təfəkkürümüz böyüdükcə Vətən sərhəddinin sevgi hüdudlarını da həmin ölçüdə dərk edirik.Şərurumşerinin işığında sadə bir insanın, duyğulu şairin boya-başa çatdığı yurduna məhəbbətini gördüm:

 

Arpaçayı sinən üstə yol eylər,

Tarlaların məhsulunu bol eylər,

Günəş baxar, üfüqlərdən əl eylər,

Əyilməyən dağ vüqarım, qürurum,

Doğma yurdum, anam mənim Şərurum.”

 

Xalq şairi Balaş Azəroğlu isə Budaq Təhməzə olan məhəbbətini belə ifadə edir:

Mən Budaq Təhməzin söz dünyasına nəzər saldıqda hiss etdim ki, onun şeirləri özü qədər səmimi ürəyəyatandır. Onda ilhamlı bir şair ürəyi var, hər kəlməni, hər misranı ürəyinin süzgəcindən keçirərək yazır. Sözə qiymət verən oxucunu inandıran əsl söz adamıdır.”

Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun ''Qeyrət''nəşriyatının direktoru işləmiş yazıçı Vaqif Məmmədov yazırdı:

Böyük Mövlanın bir kəlamı var: - "Ya göründüyün kimi ol, ya olduğun kimi görün...” Mən tam səmimiyyətlə deyərdim ki, Budaq olduğu kimi görünən göründüyü kimi olan şairdir. Budaq bir sifətli insandır.O, yarım əsrdən çoxdur ki, şeirimizin əli qabarlı fəhləsi kimi bu yolda külüng vurur. Mənim Budaq Təhməz yaradıcılığına bir tədqiqatçı kimi, folklorumuzun, xalq yaradıcılığımızın, aşıq şeirimizin bilicisi kimi böyük hörmətim var.”

"Əgər çağlamasa ilham sinəmdə" müəllifin ən yeni qələm nümunələrindən biridir. Seçmə şeirlərdən ibarət olan 360 səhifəlik kitab 2022-ci ildə Bakı şəhərində ("Ecoprint") işıq üzü görüb. Şair özü bu kitabını həm "Seçilmiş əsərlərinin II cildi" kimi təqdim edir. Seçmə şeirlərdən ibarət olan kitabdan müəllifin öz seçimlərindən biri olan, kitabın üz qabığına çıxarılmış misra ilə başlayan bir bəndi diqqətinizə çatdırmaqla söhbətimi yekunlaşdırmaq istəyirəm:

 

Əgər çağlamasa ilham sinəmdə,

Alışar sinəm , yanar sinəm .

Məhəbbət olmasa elə sinəmdə,

Mən eldən, obadan yaza bilmərəm.

 

Allah uzun ömür, can sağlığı versin. Yazın, yaradın. Dünya durduqca Budaq Təhməz sözü yaşasın! Şairin sözü yaşadıqca onun canından çox sevdiyi eli, obası onun sözlərində yaşayacaq! Var olsun, o taylı, bu taylı Azərbaycan! Yaşasın bütöv Azərbaycan!

 

Zaur USTAC,

Yazarlarjurnalının baş redaktoru,

şair-publisist.

 

Həftə içi.- 2022.- 15-21 dekabr.- S.7.