İrəvanda qalan
tarixi
irsimiz
Ermənistanın
Azərbaycana qarşı əsrlər boyu apardığı
faşizm siyasəti bu gün də öz izlərini məhv
edilmiş tarixi ərazilərimizdə, abidələrimizdə
əks olunur. Yüz illərdir tarixi Azərbaycan
torpağı olan İrəvanda, hazıda Ermənistan
adlı dövlət kimi tanınan o yerlərdə, Azərbaycanın
itirilmiş, dağıdılmız abidələri qalır.
Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasəti nəticəsində azərbaycanlılar
zaman- zaman “türkə” nifrət ideologiyası altında
öz torpaqlarından qovularaq milli—mənəvi, maddi -ruhi
soyqırımına məruz qoyulub, tarixi məhv edilib. Bu
gün də Ermənistan adlı torpaqlarda Azərbaycan mədəniyyətinə
aid olan çox az sayda abidələr qalıb ki, alimlərimiz
bu istiqamətdə dünyaya SOS siqnalı verməkdədir.
Bu gün tarixçi alimlər İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyini araşdırır və milli hüquqlarının müdafiəsi istiqamətində məqamları önə çəkirlər. Elə bu günlərdə Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib.
Həmin kitabda Azərbaycanın qədim tarixi torpağı olan İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb.
Bu istiqamətdə hafta.az-a danışan Təpəbaşı abidəsini araşdıran AMEA-nin baş elmi işçisi tarixçi Səbuhi Hüseynov bildirib. O, araşdırmalarında həmin faktları bir daha ortaya çıxarıb ki, Təpəbaşı məhəlləsi Azərbaycan mədəniyyəti və o cümlədən, bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.
Tarixçi qeyd edib ki, vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci illər, 1948-1953-ci illər, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib.
S.Hüseynovun sözlərinə görə, araşdırmalar sübut edir ki, Təpəbaşı vahid tarixi-şəhərsalma mühitidir və bu yer İrəvan şəhərinin tarixi nüvəsidir.
“Təpəbaşı İrəvanın ən böyük hissələrindən biri olub. O, 1808-ci ilə aid xəritədə Təpəbaşının yalnız təpədə olan hissədən ibarət deyil, qala divarlarına qədər çatdığının əksini tapdığını bildirib.
Hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, Təpəbaşı məhəlləsində azərbaycanlılar həmişə üstünlük təşkil edib. Lakin zaman-zaman onlar Ermənistandan deportasiya olunublar. Araşdırmalar azərbaycanlılara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyi bir daha ortaya qoyulub”.
Tarixçı bütövlükdə İrəvanda, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində xalqımızın milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlandığını deyib.
Tarixçi kitabda İrəvanın Azərbaycan tarixi abidələrinin nüvəsi sayılan Təpəbaşı məhəlləsi nümunəsindən çıxış etməklə, Ermənistanda Azərbaycan xalqının məhv edilmiş tarixi və mədəni irsi mövzusunda çıxış edərək bir sıra faktlara diqqət çəkdiyini deyib.
Bildirib ki, araşdırma bir müddət əvvəl Strateji Kommunikasiyalar Mərkəzində başlanmışdır. Ekspert qrupunun köməkliyi ilə Məhəllənin tarixi öyrənilib.
Arxiv sənədlərinə əsasən, 1831-ci ildən etibarən İrəvan şəhərinin məhəllələri, küçələri və maddi mədəniyyət abidələri müəyyən edilmiş və informasiya sistemində XX əsrin 60-cı illərindən günümüzədək əldə edilən süni peyk görüntüləri ilə şəhərin dəyişmə dinamikası və Azərbaycan xalqına məxsus maddi mədəniyyət abidələrinin dağılma prosesi izlənilmişdir.
“Araşdırma nəticəsində, İrəvan şəhəri Qala hissəsindən başqa Şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı hissəsindən ibarət olmuşdur.
Hazırda tarixi İrəvan şəhərindən yalnız Təpəbaçı hissəsinin 16 ha-a qədər azalan Təpəbaşı məhəlləsi qalır. 300-ə yaxın obyektdən ibarət olan bu məhəllə İrəvan şəhərinin nüvəsi sayılır. Yəni, şəhər formalaşarkən mövcud olan ilk yerlərdəndir. Bu üzdən, hələ ki, məhəllədə mövcud olması müəyyən edilən memarlıq və arxeoloji abidələr XVIII - XIX əsrlərə aiddir.
XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hal-hazırda Ermənistan Milli Arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi”.
S.Hüseynov İrəvanın tarixi abidləri sırasında “Göy məscid”i qeyd edib.
“Məscid İrəvan xanlığının Qacar elinin Ziyadlı oymağının rəhbəri Xəlil xanın oğlu olan Hüseynəli xanın sifarişi ilə 1762-1783 -ci illərdə inşa edilmişdir. Hüseynəli xan qardaşı Həsənəli xanın ölümündən sonra İrəvan xanı (1756-cı il) olmuşdu. olmuşdu. Tarixi mənbələrdən bəllidir ki, Hüseynəli xan İrəvan şəhərinin inkişafı üçün Xoy xanı Əhməd xanın baş memarı olan Mirzə Cəfəri İrəvan şəhərinə dəvət etmişdir. Göy məscidin inşa edildiyi yerdə XVII əsrdə İrəvanda olmuş J.Şardenin məlulamtlarından məlum olur ki, Div Sultan adlı məscid olmuşdur. 1679-cu il zəlzələsindən sonra bu məscid də digər İrəvan memarlıq nümunələri kimi yer üzündən silinmişdir.
Görünür zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Zal xan tərəfindən aparılan bərpa işləri zamanı məscidin də yenidən inşa edilməsinə başlanmışdı. Hüseynəli xan İrəvan şəhərində Göy məscidi də bu həmin məscidin yerində yenidən inşa etdirmişdi. Məscidin adı Hüseynəli xanın adı ilə adlandırılmışdır. Sonralar məcdiddə göy çinilərin çox olması səbəbindən Göy məscid adını almışdır.
Məscid İrəvan şəhərinin Cümə məscidi sayılırdı. Bundan başqa, Göy məscid XIX əsrdə həm də İrəvan şəhərinin ən iri təhsil ocağı idi. I.Şopenin verdiyi məlumata görə, Hüseynəli xan məscidində mədrəsə də fəaliyyət göstərirdi. Bütün yuxarıda göstərilənlərlə bərabər onu da bildirmək istəyərdik ki, Göy məscid İrəvan Quberniya Ruhani İdarəsinin mərkəzi sayılırdı.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanın sənədlərdə Göy məscidin fəaliyyəti ilə bağlı yüzlərlə sənədlər saxlanmaqdadır. Bu sənədlərdə məscidin fəaliyyəti, ruhanilərin təyin edilməsi, məscidin mülkiyyətinin idarə olunması və digər sənədlər toplanmışdır. Məsələn, arxiv materiallarından məlum olur ki, Göy məscidin böyük vəqf mülkləri olmuşdur. İrəvan qəzasının Yuva, Bəycəzli, Axund Buzovand, Qara Həmzəli, Caharbağ və Sarvanlar kəndində böyük torpaq ərazilərinə malik olmuşdur. Arxiv sənədlərində bu torpaq sahələrinin icarəyə verilməsi və istifadəsi haqqında müxtəlif sənədlər də yer alır.
İrəvan Quberniya Ruhani Məclisinin üzvlərinin tərkibinə baxdıqda aydın olur ki, 1918-ci ilə qədər fəaliyyət göstərmiş məclis üzvlərinin hər biri azərbaycanlı türk olmuşdur.
1918-1919-cu illərdə dağıdılan Göy məscid sonradan Ermənistan SSR dövründə məscid öz funksiyasını itirərək 1931-ci ildə şəhər muzeyinə, sonra isə planetariuma çevrilmişdi.
1995-ci ildə İrəvan hakimiyyəti Göy
məscid və onun yerləşdiyi ərazi istifadə
hüququ ilə təmənnasız olaraq, 99 illiyinə
İran İslam Respublikasının Ermənistandakı səfirliyinə
mədəniyyət mərkəzi kimi təhvil verildi. Bununla
Azərbaycan xalqının maddi mədəniyyət və dini
abidəsini siyasi manipulyasiyalar alətinə çevrildi.
Ha-zırda Göy məscid “fars və ya İran məscidi”
kimi İrəvan şəhərinə gələn qonaqlara təqdim
edilir”.
Tahirə
Həftə içi.- 2022.- 7-13
iyul.- S.2.