Qərbi Azərbaycanda

200-dən çox dini abidə olub

 

Azərbaycanın tarixi irsi yüz illər boyu xarici istilaçı güclərin öz maraqlarını regionda möhkəmlətmək məqsədi ilə aparılan məkirli siyasət nəticəsində daim istilalara, dağıntılara məruz qoyulub. Tarix boyu Azərbaycan -müsəlman türklərinin coğrafiyasının münbitliyi və əzəmətindən qorxan yadellilər bu mahalın, elin, millətin zəifləməsi, parçalanması, məhv edilməsi üçün əllərindən gələni əsirgəməyiblər.

Siyasi oyunçular Cənubi Qafqazın əsl sahibləri, oborogen əhalisi olan müsəlman türklərini-azərbaycanlıları erməni maşası ilə məhv etmək üçün hazırladıqları planları zaman-zaman gerşəkləşdirib Azərbaycanın qədim tarixi-milli, maddi-mənəvi dəyərlərini məhv edib, torpaqlarını zəbbt edib üzərndə özlərinə “Ermənistan adlı post” qurublar. Hansı ki, o “postdan” Azərbaycan xalqının, dövlətinin, millətinin üzərinə yenə də yalançı iddialar, minalar, atəşlər yağdırılır. Lakin Azərbaycan-müsəlman türk milləti artıq dünyanın yüz illərdir qurduğu ədalətsiz oyuna dözmək istəmir və hələ 20-ci illərdə əlindən alınaraq üzərində Ermənistan adlanan dövlətdə, torpaqlarında dağıdılan türk-müsəlman abudələrinin bərpası, qorunması üçün  dünyanın maddi-irs qoruyucularına- YUNESKO-ya müraciət edərək haqlarının bərbası naminə çağırışlar edir...

Bu istiqamətdə hafra.az-a danışan tarixçi-alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev hafta.az-a bildirib ki, nə Azərbaycan, nə də Qərbi Azərbaycan -indiki Ermənistan ərazisində yaşayan ermənilərin heç bir tarixi irsi yoxdur. Ermənistanda tarix və mədəniyyət abidələrinin hamısı Azərbaycan və türk xalqına məxsusdur.

Q.Hacıyev tarixi faktlar əsasında qeyd etdi ki, 19-cu əsrdə bu ərazilərə köçürülüb yerləşdiriləndən sonra böyük rus imperiyası ermənilər üçün hər cür şərait yaratdılar, imtiyazlar verdilər, ərazilərini genişləndirdilər. Tarixçi alim erməniərin Azərbaycanın torpqları əsasında necə dövlət qurmaları məqamına diqqət çəkib.

“İrəvan şəhəri ermənilərə verildi. 20-ci əsrin əvvəllərində onlara 9,8 min kvadrat kilometr ərazisi olan dövlət yaradılandan sonra üstəlik sonradan Göyçə və Zəngəzurur da onlara verməklə əraziləri 28 min kvadrat kilometrə çatdırdılar. Bütün bunlar azmış kimi ermənilər Cənubi Qafqazda separatçı bir qüvvəyə çevrildi. Həm terror, həm separatizm, həm də uydurma ideologiya ilə Azərbaycan torpaqlarını mənimsəmək üçün hər cür vasitəyə əl atdılar. O cümlədən 20-ci əsrdə müsəlman azərbaycanlıları iki dəfə deportasiya məruz qoydular.  Azərbaycan xalqı -türkləri separatizmə, terrora bməruz qalmaqla bərabər böyük deportasiyalar nəticəsində 20-ci əsrin əvvəllərində də, öz ata-baba oğma yurdlarından məcburi surətdə çıxarıldı. Ermənilər bundan sonra daha böyük vəhşiliklər etdilər. Bu vəhşiliyi törədən ermənilər artıq vandalizmə keçdilər. Azərbaycan türklərinin əsrlərlə yaratdığı böyük abidələri, qəbiristanlıqları dağıtdılar. Böyük sərkərdələrə qoyulmuş türbələrin hamısını yox elədilər. Məscidlləri sökb xaraba günə qoydular...”

Q.Hacıyev ermənilərin Azərbaycan torpaqları üzərində özlərinə saxta tarix yaratmaq üçün İrəvanın Eçməzdinin qədim şəhər olması barədə tarix uydurmağa başladılar.

Tarixçi alim əslində İrəvan şəhərinin Azərbaycan türklərinin 16-cı əsrdən sonra yaratdığı şəhər olduğunu deyib. Ermənilər İrəvanı, Eçmiəzdini qədim erməni şəhəri adlandırsalar da, faktlar sübut edir ki, bu torpaqlar hamısı Azərbaycabın türk xalqına məxsusdur. Bu faktlar indiki Ermənistanın mərkəzi küçələrində torpağın alt qatında gizlədilən abidələrdədir. Yetər ki, maddi-mənəvi irssin qorunması, araşdırılması ilə məşğul olan beynəlxalq təşkilatlar bu faktı üzə çıxarmaq istəsin.

Q.Hacıyev hesab edir ki, bu tarixdə ermənilərin cəfəng fikirləri yer almamalıdır.

“Dünyada ona inanmaq istəyənlər inanır.  Amma hamı yaxşı bilir ki, o ərazilər ermənilərin deyil, o ərazilərdəki tarixi, mədəni irs ermənilərə məxsus deyil.  Qərbi Azərbaycan ərazisində 200-dən çox dini abidə olub -məscidlər, mədrəsələr, pirlər… Lakin bu günə qədər tək bir məsciddən başqa heç nə qalmayıb. O da hamımızın yaxşı bildiyi Göy məsciddir. Ermənilər o məscidi İran-fars məscidi adlandırıb təmir edib saxlayırlar.  Bu da ermənilərin hiyləsidir. İkinci qalan Azərbaycan abidəsi -Əmirsə türbəsini saxlayıblar. Guya bu da  türkmən abidəsidir.  Bu cür cəfəngiyyatla məşğul olan ermənilər  azərbaycanlıların ordakı tarixi irsini məhv etmək üçün əllərindən gələn hər şeyi edirlər”.

Tarixçi hesab edir ki, bu faktlar yadda saxlanmalıdır və dünyaya sübut olunmalıdır. Hamı bilməlidir ki, 19-cu əsrə qədər Cənubi Qafqazda bir dənə də erməni olmayıb. Erməni Qriqoriyan emisarlarndan, xırda tacirlərdən başqa kütləvi şəkildə bu ərazilərdə erməni olmayıb, ermənilər bura sonradan gəlib.

Q.Hacıyev faktlarla qeyd edib ki, Gülüstan-Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazilərinə köçürülmüş ermənilər sonradan burda yerləşdirilib və bu günə qədər Azəbaycan-türk xalqı üçün bir bəlaya çevrilib.

"Qacarlar İran ilə Rus imperiyası arasında baş vermiş müharibənin sonunda imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri əsasında Azərbaycan iki hissəyə bölündü. Ermənilər İran və Osmanlıdan Şimali Azərbaycan ərazilərinə köçürüldü. Köçürülüb məskunlaşdırılmış ermənilər XX əsrin əvvəllərindən etibarən yerləşdikləri əraziləri genişləndirmək məqsədilə cəhdlər göstərdilər. Böyük dövlətlərin köməyinə arxalanan ermənilər onlar üçün dövlət rolu oynayan Qriqoryan kilsəsi, XIX əsrin sonlarında yaratdıqları partiyalar və erməni diaspor təşkilatlarının rəhbərliyi altında ərazi məsələsinə dair “uzaqgörən” planlarını həyata keçirməyə başladılar. Qarabağ bölgəsində silahlandırılmış ermənilər 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Bundan sonra etnik təmizləmə məqsədilə tədbirlərə başladılar".

Q.Hacıyev əlavə edib ki, azərbaycanlılar bu məqsədlə uydurma tarix, əsassız ərazi iddiaları ilə azərbaycanlılar öz doğma torpaqlarında sıxışdırıldı. 1918-ci ildə I Dünya müharibəsindən qayıdan ermənilər mart-aprel aylarında ruslardan aldıqları silahlarla azərbaycanlılara qarşı soyqırımı törətdilər. Bolşevik donuna girmiş daşnak Şaumyanın 10 minlik bolşevik ordusu və Andranik, Nijde, Dro, Amazasp, Əmiryan və digərlərinin quldur dəstələri Azərbaycanın müxtəlif bölgələrində soyqırımılar həyata keçirdilər. Azərbaycanın Bakı, Naxçıvan, Zəngəzur, Qarabağ, Kürdəmir, Səlyan, Neftçala, Göyçay, Şamaxı, Quba kimi şəhər və bölgələrində minlərlə azərbaycanlı ermənilərin törətdiyi soyqırımına məruz qaldı:

"AXC-nin yaratdığı dövlət istintaq komissiyasının bu soqrımla bağlı nəticələri toplandı. Təəsüf ki, hadisəyə nə siyasi, nə də hüquqi qiymət verildi. Cəmi bir dəfə bu soyqırımının ildönümü qeyd edildi. Yalnız əsrin sonlarında - ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildi. Araşdırmalar göstərir ki, Azərbaycan torpaqlarında yaşayış yeri tapan, bir sıra dövlətlərin köməkliyi ilə özlərinə özgə torpaqlarında dövlət yaradan ermənilər bir qayda olaraq sığındığı dövlətə və xalqa hər zaman xəyanət ediblər".

“İndi ermənilər YUNESKO və başqa təşkilatlara müraciət edib o abidlərin onlara məxsus olduğunu deyirlər. Bəs hanı o abidələr, necə olur ki, İrəvanda olan 40 məsciddən cəmi 1 dənəsi qalıb.  Ermənilər və havadarları işğal elədikləri Qarabağ ərazisində şəhərləri kəndləri dağldıb, abidləri məhv ediblər.  Azərbaycan türkləri  beynəlxalq təşkilatlara müraciət etməli, ermənilərin bu cəfəngiyyatına son qoymalıdır”.

Tarixçi alim bildirib ki, Azərbaycanın qədim şəhəri olan İrəvan mahalında ayrı-ayrı bölgələrdə yaşayan tayfaların adı ilə məhəllələr var idi. Onların tarixi adları da məlumdur və xəritələrə də  düşüb.

Tarixçi alim Ermənistanda olan qədim Azərbaycan məhəllələrindən birinin Təpəbaşı məhəlləsi olduğunu deyib. Tarixçi qədim Azərbaycan şəhəri olan İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədər uzanan tarixi yolun sağ qalan yeganə şahidi - Təpəbaşı məhəlləsinin bu gün təhlükə ilə üzləşdiyini deyib.

“Bu  abidə bu günə qədər torpağın üstündə qalan yeganə abidədir. O məhəllədə qəsrlər, qəbiristanlıqlar, Azərbaycan  xalqının zəngin  irsi var idi. Ermənilər hamısını məhv ediblər, bircə o Təpəbaşı məscidin qalıqları qalıb. İndi ermənilər onu da məhv etmək istəyirlər”.

 

Ona görə də tarixçi bir reallığı qəbul etdiyini və dünyanın da bunu bilməsini mühüm hesab edir. Onun sözlərinə görə, əgər ermənilər Cənubi Qafqazada qalıb bütün xalqlala birşə yaşamaq istəyirərsə vandallığa. revanşizmə, terorra son qoymalıdır.

“Bu gün Azərbaycan xalqının bütün beynəlxalq təşkilatların qarşısında məsələ qaldırıb həm Qərbi Azərbaycanda dağıdılan abidələrinin bərpasını tələb etməyə,  həm də Qarabağda dağıdılıb viran qoyulan yurdlarını bərpa etmyək üçün tələblər irəli sürməyə haqqı var. Erməni separatçıları, vandaları Azəbaycanın tarixi ərazilərini qaytarmağa borcludular. Biz bu tələbi dünyanın,  beynəlxalq təşkilatların qarşısında qaldırmalıyıq. Erməni böyük xalq, millət deyil. Ermənilər kiçik bir toplumdur. Onların Qriqoriyan kilsəsindən başqa arxalanacaq yeri yoxdur. İndi Qriqoriyan kilsəsi də Ermənistan erməniləri də gözünü xaricdə yaşayan erməni təşkilatlarının cibinə tikib, onlardan maliyyə yardımları alərlar. Onlar da  burdakı xristian abidələrini qorumaq üçün o “çağırış” altına öz hiylələrini, mənfurluqlarını gizlədirlər. Onun əvəzində isə gözdən pərdə asaraq Azərbaycan -Türk  xalqına məxsus olan abidələri dağıdırlar. Ona görə də bizim Ermənistanı məhkəməyə vermək ixtiyarımız var. Laqyedlik göstərmdən bu gündən sonra bu işləri davam etdirmək lazımdır. Çünki 44 günlük müharibədə ermənilərin o ad çıxartdıqları, əlbir olduqları üvvələr məhv oldu və hansı bir xalq olduqları da ortaya çıxdı. Ermənilərin iç üzü açıldı.  Ermənilər işğal etdikləri bu torpaqları necə qoyub qaçdılarsa, Qərbi Azərbaycanı da qoyub qaçacaqlar. Onlar  harda çörək var oranı vətən hesab edirlər. Dünya  ölkləri isə erməniləri qızışdırıb Azərbaycanın üstünə salmaqda haqsızlıq edirlr. Gec-tez onların da başına bu hadisələr gələndə başa düşəcəklər”.

Q.Hacıyev faktlarla qeyd edib ki, separatçılığı, terroru, kütləvi qırğını, soyqırımı törədənlər hər zaman ermənilər olublar. Onun sözlərinə görə, təhlillər göstərir ki, ermənilər birgə və qonşuluğunda yaşadığı hər hansı bir xalqın irsinə, kimliyinə, ənənəsinə, maddi və mənəvi mədəniyyətinə hörmətlə yanaşmayıblar. Monoetnik dövlət yaradan ermənilərin tolerantlığa yanaşması Azərbaycan dövləti ilə müqayisəyə gəlməyəcək qədər fərqlidir.

Alim əlavə edib ki, terrorizmdə “ad qazanmış” ermənilərin sığındıqları “məzlumluq” imici, “zərbə altında qalmış xristian” hiyləsi bu millətin artıq yaşam tərzinə çevrilib. Bu xarakter – ermənilik dəfələrlə öz təsdiqini tapıb.

Q.Hacıyev bildirib ki, Rusiya imperiyasının hesabına ermənilər heç vaxt aid olmadıqları bir ərazidə erməni dövlətinə malik olublar:

Q.Hacıyev bildirib ki, 19-cu əsrin əvvəllərindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində iki əsas məqsəd güdülürdü.

“Birincisi, Rusiyanın isti dənizlərə çıxmaq siyasəti və bunun üçün Cənubi Qafqazda möhkəmlənmək idi. Bununla da Baltik dənizi, Qara dəniz və şimal dənizlərdə möhkəmlənmiş Rusiya imperiyası isti dənizlərə çıxış əldə edir, “Şərq siyasəti”ni həll etmiş olurdu. Bu zaman ortaya atılmış “erməni məsələsi”ni də həll etməklə iki məsələ birlikdə həllini tapırdı:

Q.Hacıyev deyib ki, ermənilərin illərlə qonşuluğunda yaşadığı, hər bir şəraiti və imkanlarından bəhrələndiyi xalqa qarşı hiyləgərlik və amansızlıq etdiyi danılmaz həqiqətdir. Miflər, uydurmalar və saxtakarlıqlarla irs yaradan, yalanı, hiyləni, böhtanı yaşam tərzi kimi seçən ermənilər hər zaman əsassız iddialarla qonşu dövlət və xalqların həyatına, yaşamına, maddi və mənəvi dünyasına ağır zərbə vurub:

"Tarixi müşahidələr göctərir ki, emənilərin I Dünya müharibəsinin sonunda müxtəlif üsullarla ələ keçirdikləri silahlarla azərbaycanlılara qarşı törətdikləri soyqırımılar zamanı etdikləri amansızlıqların icra üsulları çox dəhşətlidir. Qarabağdakı Şuşa faciəsi (hiyləgərliklə), Umudlu faciəsi (hiyləgərliklə), Yaycı faciəsi (hiyləgərliklə), Şamaxı faciəsi (hiyləgərliklə), Lənkəran (hiyləgərliklə) kimi faciələr bəşəri qanun-qaydalara, insanlığa sığmayan dəhşətlərdir. Bütün bunları və Xocalı soyqırımını törədənlərin genosiddən, ədalətsizlikdən danışmağa haqqı varmı?! Düşünürəm ki, bu qədər hiylə və amansızlıqdan sonra belə bir qonşu ilə qonşuluqda yaşamaq qismətimizdə olsa belə, ona inanmaq, etibar etmək olmaz".

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2022.- 14-20 iyul.- S.3.