Bəstəkarlarımızın
fəaliyyəti
Vətən
müharibəsindən sonra
Vətən müharibəsində
qazanılan Zəfərdən 2 ilə yaxın vaxt
keçdiyi bu günlərdə bir sıra ədəbi tənqidçilər
incəsənət adamlarını qınaq atəşinə
tuturlar. Buna səbəb kimi, müvafiq mövzuda əsərlərin, bəstələrin,
film və tamaşaların az olması gətirilir. Hafta.az-ın əməkdaşı
məsələ ilə bağlı, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın
müxbir üzvü,
UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadə
ilə həmsöhbət oldu. Firəngiz
xanım bildirdi ki, ötən müddət ərzində
görülən işləri saymaqla bitirmək qeyri
mümkündür:
“Bunun nəticəsidir ki biz, ötən il 2 noyabr tarixində Heydər Əliyev sarayında böyük konsert keçirtdik. Orada 18 əsər ifa olundu. Həmin əsərlər, azı 50 əsər arasından seçilən ən yaxşılar idi. Burada mahnılar, kantatalar səsləndi. Heydər Əliyev sarayında baş tutan möhtəşəm konsertdə Mədəniyyət nazirimiz, həmçinin qazilərimiz və ailələri iştirak etdilər”.
Daha sonra xalq artisti, görülən işlər arasından, milli qəhrəman Mübariz İbrahimova həsr edilən “Mübariz” operasını xüsusi vurğuladı:
“Mən, gənc bəstəkarımız Nərminə Nağıyevanın Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Mübariz” operasının adını çəkmək istəyirəm. Operada baş rollarda Əməkdar artistlər Ramil Qasımov, Cahangir Qurbanov, Tural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Opera həm Opera və Balet Teatrının səhnəsində göstərildi, həm də kino versiyası ilə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlandı. Müasir üslubda işlənilən opera, tamaşaçılar tərəfindən çox xoş qarşılandı”.
Sədrin sözlərinə görə, görülən işlər arasında rəğbətlə qarşılanan bir digər layihə sinfonik əsərlərlə bağlıdır. Lakin müsabiqə təşkil edilib, qaliblər müəyyənləşdirilsə də, təntənəli bağlanış mərasimi bir ildir ki yubadılır. Bu həm də bəstəkarlar öz əsərlərini təqdim edən zaman qarşılaşdıqları bəzi problemləri qabartmış olur:
“Biz həm də, 2020-ci ilin sonlarında simfonik əsərlər müsabiqəsi elan etdik. Hətta Bəstəkarlar İttifaqının üzvü olmayanlar belə müsabiqədə iştirak etdilər. Sonda, təqdim olunan əsərlər arasından 3 qalib seçildi. Birinci yerə gənc bəstəkarımız Tural Məmmədli, ikinci yerə isə qazi bəstəkarımız Vüqar Məmmədzadə layiq görüldü. Üçüncü yerin qalibi heç ittifaqın üzvü belə deyildi. Təəssüflər olsun ki, bəstəkarlar öz əsərlərini təqdim etməkdə çətinliklər yaşayırlar. Tutaq ki, rəssam müvafiq mövzu ilə bağlı əsər hazırladı. O, daha sonra öz əsərini insanlara təqdim edə bilir. Ancaq biz, flarmoniyayla, orkestrayla, drijorlarla, ifaçılarla sonda isə Mədəniyyət Nazirliyi ilə əlaqə qurmalı oluruq. Nazirlik razılıq verəcəyi təqdirdə konsert baş tutur. Misal üçün, az əvvəl qeyd etdiyim müsabiqənin nəticələrinə təntənəli bağlanış mərasimi hələ də bu günə qədər olmayıb. 2020-ci ilin sonlarında başlayan və 2021-ci ildə yekunlaşan müsabiqənin qalibləri, öz laureatlarını alsalar belə, əsərlərini səhnədə eşidə bilməyiblər. Biz mütəmadi olaraq, məsələ ilə bağlı nazirliyə zəng vurub xahiş edirik ki, təntənəli bağlanış olmalıdır. Qaliblərə diplomlar təqdim edilməlidir. Mən başa düşürəm ki, Mədəniyyət Nazirliyi gərgin qrafiklə fəaliyyət göstərən qurumdur. Ancaq vəziyyəti olduğu kimi çatdırmaq lazımdır”.
F.Əlizadə özünün “İntizar” operasından, həmçinin Şuşa ilə bağlı xoş duyğularından da söz açdı. O, bir məqamı da vurğuladı ki, insanlar bəstəkarlardan nə yeniliklər gözləyirlərsə, onlar onqat daha artığını ərsəyə gətirirlər.
“Ötən
müddətdə ərsəyə gətirilən əsərlərdən
biri də, mənim bu
mövzuya həsr edilən ilk böyükhəcmli operam
olan “İntizar”
operası səhnələşdirildi. İki
pərdə və yeddi şəkildən
ibarət operada tariximizdən, qan yaddaşımızdan bəhs olunur. Bəstəkar vokal,
ansambl nömrələri, xor
səhnələri vasitəsilə Qarabağda
baş verən hadisələri, tarixi faciələri təqdim edir.
Mənim “İntizar” operamın son səhnəsində biz,
uzaqdan gələn üzü
bağlı ağ atlı oğlanın
yaxınlaşdığını görürük.
Artıq hər kəsə məlum olur ki, üzübağlı xilaskar
qəhrəman obrazı Ali Baş Komandan İlham Əliyevi təmsil edir.
İnanın ki, hər dəfə prezidentin “Şuşa, sən
azadsan!” çıxışını
eşidəndə ağlayıram”.
Banu
Həftə içi.- 2022.- 12-18
may.- S.8.