Şəhid Tural Rəhimlinin
adına
bulaq kompleksi istifadəyə verildi
Vətən müharibəsi şəhidi
Tural Gəray oğlu Rəhimlinin xatirəsi onun adına yaradılan bulaq kompleksinin açılışı ilə
anılıb. Abidə
kompleksi Binəqədi
rayonu, Biləcəri qəsəbəsi 1 may küçəsində
qurulub. Açılış
mərasimində millət
vəkili Mahir Abbaszadə, Binəqədi
rayon İcra Hakimiyyətinin
nümayəndələri, küçə sakinləri
və şəhidin yaxınları, təhsil aldığı Laçın
rayon 45 saylı orta məktəbin müəllim
və şagird kollektivi iştirak ediblər. İlk olaraq dövlət himni səsləndirildi, Vətən müharibəsində
şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra
söz alan şəhid atası Gəray Rəhimli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa
edilən bulaq kompleksinin ərsəyə
gəlməsində əməyi
keçən hər kəsə öz təşəkkürünü bildirdi. Şəhid Tural Rəhimlinin döyüş yolundan danışdı.
Daha sonra çıxış
edən millət vəkili Mahir Abbaszadə bu gün dövlət səviyyəsində şəhid
və qazi ailələrinə yüksək
diqqət və ehtiram göstərildiyini vurğuladı. Bildirdi ki, bu məsələ
dövlət üçün
prioritetdir və xüsusi olaraq Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətindədir.
Onun sözlərinə görə,
Vətən müharibəsindəki
tarixi Zəfərimizin
əsas qəhrəmanları
məhz canlarını
düşmənə sipər
edən şəhidlərimiz,
qazilərimizdir. "Biz bu
zəfəri onlara borcluyuq" deyən millət vəkilinin sözlərinə görə,
Tural Rəhimli də Vətən uğrunda canlarından keçən minlərlə
şəhidlərimizdən biridir. "Biz heç bir zaman bu
qəhrəmanları unutmayacağıq" deyən millət vəkili Mahir Abbaszadə dövlətin daim şəhid ailələrinin
yanında olacağını
bildirdi.
Tədbirdə çıxış edən şəhid valideynləri, yaxınları
da tarixi zəfərdən keçən
iki il ərzində
dövlətin onlara həm maddi, həm də mənəvi dəstək
verdiyini söylədilər.
Şəhid Tural Rəhimlinin
təhsil aldığı
Laçın rayon 45 saylı
orta məktəbin müəllimləri də
çıxış etdilər.
Məktəbin direktor
müavini Vüsal Həsənov Turalın orta məktəb illərindən söz açdı. Onun çalışqan, yaxşı
oxuyan, digər həmyaşıdları üçün
örnək bir şagird kimi yaddaşlarda qaldığını
dedi.
Daha sonra Laçın rayon 45 saylı orta məktəbin şagirdləri
vətənpərliyə həsr
olunan şerlər səsləndirdilər.
Küçə sakinləri adından çıxış edən
Sabir Baxşalıyev bildirdi ki, burada
məskunlaşanların əksəriyyəti
Laçın rayonundandır. Bir müddət əvvəl Laçın şəhərində
Prezidentimiz tərəfindən
Azərbaycanın üçrəngli
bayrağı dalğalandırıldı:
"Bir daha anladıq ki, Turalın
timsalında şəhadət
zirvaəsinə ucalan
qəhrəmanlarımızın, qazilərimizin Vətən
uğrunda öz canlarından keçməsi
əbəs deyildi".
Bu bulaq kompleksinin ərsəyə gəlməsində
əməyi olan hər kəsə təşəkkürünü bildirən S. Baxşalıyevin
sözlərinə görə,
bu işdə küçə sakini Ramin Əzimovun əməyi çox böyükdür: "Bu ideyanın
əsas təşəbbüskarı
da odur. 3
aya yaxın müddətdə hər gün işdən qayıdarkən gecələr
onun burada necə əmək sərf etdiyinin şahidi olduq. Bir daha Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə
şəfa versin".
Qeyd edək ki, Tural Gəray oğlu Rəhimli 27 oktyabr 2001-ci ildə Xırdalan şəhərində dünyaya
göz açmışdı.
Əslən Laçın
rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Xırdalan şəhərində
yerləşən Laçın
rayon 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 2018-ci
ildə həmin məktəbin məzunu olmuşdu. Məktəb kollektivinin və
sinif yoldaşlarının
xatirəsində Vətən
sevdalısı, Laçın
aşiqi, bayrağa sonsuz sevgisi olan biri kimi
qalmışdır.
28 oktyabr 2019-cu ildə
həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan
Ordusunun əsgəri olan Tural Rəhimli
2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Suqovuşanın
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Tural Rəhimli
sentyabrın 30-da Suqovuşan
döyüşləri zamanı
şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən Tural Rəhimli ölümündən
sonra "Vətən
uğrunda" və
"Suqovuşanın azad
olunmasına görə"
medalları ilə təltif edilmişdir.
Azad
Həftə içi.- 2022.- 20-28
oktyabr.- S.8.