Aqrar sektorun inkişafında Heydər
Əliyev izi
Müasir Azərbaycan tarixinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1960-cı illərin
sonunda hakimiyyətə
gələn Heydər
Əliyevin təşəbbüskarlığı
və işgüzarlığı
ilə respublika həyatının bütün
sahələrində dirçəlişə
nail oldu. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş
ittifaqın ən inkişaf etmiş respublikaları sırasına
çıxardı.1969-1982-ci illərdə
respublikamızda gedən
irimiqyaslı tikinti-quruculuq
işləri, iqtisadi tərəqqi nəticəsində
Azərbaycanın nüfuzu
yüksəldi, paytaxtımız
Bakı dünyanın
tanınmış şəhərləri
sırasında özünə
möhkəm yer tutdu. Həmin dövrdə müxtəlif sahələrin,
o cümlədən iqtisadiyyatın aparıcı sahəsi
olan aqrar sektorun inkişafına ciddi diqqət yetirilirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Heydər Əliyev “Azərbaycan SSR-də kənd təsərrüfatını
inkişaf etdirmək tədbirləri haqqında”
Sov.İKP MK və
SSRİ Nazirlər Soveti
tərəfindən qərar
qəbul etdirməyə
nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii
ki, çox nadir hadisə hesab edilirdi. Belə əsaslı tədbirlərin həyata
keçirilməsi nəticəsində
Azərbaycanın kənd
zəhmətkeşləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması,
əkinçilik və
heyvandarlıq mədəniyyətinin
yüksəldilməsi sahəsində
çox böyük nailiyyətlər qazandılar.
Kənd təsərrüfatının
orta illik ümumi məhsulu
1971-1975-ci illərdə 1,4 milyard manata çatdırıldı ki,
bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən
34 faiz çox idi. Bütün kənd təsərrüfatı
məhsulları nəzərdə
tutulduğundan xeyli artıqlamasilə yerinə
yetirildi. Beş il ərzində taxıl və tütün istehsalı, hətta gələcək
iki ilin əvəzinə, pambıq
və meyvə istehsalı gələcək
bir ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatının ümumi
məhsulu 1969-cu ildəki
999 milyon manatlıq əvəzinə 1 milyard
572 milyon manatlıq oldu, yəni 57 faiz artırıldı.
Qeyd etmək
lazımdır ki, kənd təsərrüfatının
inkişaf sürətinə
görə o dövrlərdə
respublikamız keçmiş
Sovet respublikaları içərisində birincilər
sırasına çıxmışdı.
Əgər 1966-1970-ci illərdə
(orta illik göstərici) respublikamızın
payına Sovet İttifaqı üzrə
kənd təsərrüfatının
ümumi məhsulunun
1 faizi düşürdüsə,
1976-80-ci illərdə bu
1,5 faiz təşkil etmişdi. İlk baxışdan az görünən bu artımın arxasında
1970-1980-ci illərdə kənd
təsərrüfatının ümumi məhsulunun təxminən iki dəfə çoxalması
dururdu. Hesablamalardan aydın görünür
ki, Sovet İttifaqı üzrə
1976-1979-cu illərdə 1966-1970-ci illərə nisbətən
kənd təsərrüfatının
ümumi məhsulunun orta illik artımı
23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi
respublikamızın payına
düşmüşdü. 1980-ci ilin yekunları göstərmişdir ki, ölkə üzrə kənd təsərrüfatının
ümumi məhsulunun mütləq artımında
respublikamızın rolu
daha da yüksəlmişdir.
1969-1980-ci illərin mühüm xüsusiyyətlərindən
biri də bundan ibarət olmuşdur ki, üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş,
yeni üzümçülük
rayonları yaradılmışdır.
Dağ rayonlarında üzümçülük inkişaf
etdirilməyə başlanmışdır
ki, bu da
onların iqtisadiyyatının
möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə
olunmasına müsbət
təsir göstərmişdir.
1980-ci ildə respublikamızda
üzüm istehsalı
artıq 1,4 milyon ton olmuşdur ki, bu da
respublikamızın tarixində
ilk dəfə idi. Ümumiyyətlə
1976-1980-ci illərdə dövlətə
5 milyon tona yaxın üzüm satılmışdı. Keçmiş
postsovet məkanında
ölkəmizdə istehsal
olunan üzümün
miqdarı Moldovanın,
Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın,
Orta Asiya ölkələrinin o cümlədən
Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən çox idi. Təsadüfi deyil ki, iqtisadi
göstəricilərinə görə Azərbaycan məhz bu illərdə
ardıcıl olaraq 13
dəfə Azərbaycan
SSR-i Sov. İKP MK-nın,
SSRİ Nazirlər Sovetinin,
keçici Qırmızı
Bayrağı ilə təltif edilmişdir.
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də
bildirib ki, Azərbaycanın son yarım əsrdən artıq dövrünü
əhatə edən tarixi Heydər Əliyevin adı, fəaliyyəti və ölməz ideyalarının
həyata keçirilməsi
ilə bağlıdır:
“Müstəqillik tariximizin
yaradıcısı və
dövlətimizin qurucusu,
bütün mənalı
həyatını xalqının
və vətəninin
gələcəyinə, xoşbəxtliyinə,
inkişafına sərf
edən görkəmli
dövlət xadimi, uzaqgörən siyasətçi
Heydər Əliyevin adı və xidmətləri unudulmazdır,
əbədidir. Heydər
Əliyev Azərbaycanın
inkişafını, xalqın
tərəqqisini hər
zaman insanların birliyində, həmrəyliyində
görür və bunun uğrunda yorulmadan mübarizə aparırdı. Hakimiyyətə
gəldiyi, respublikaya rəhbərlik etdiyi
1969-cu ilin ilk günlərindən o, bu birliyin əzəmətini,
uğurlara yol açdığını görmüş
və məhz bu birlik, səfərbərlik
nəticəsində respublikanın
ucalacağına, xalqın
inkişaf edəcəyinə
əmin olmuşdu. O çətin, uğursuz illərdə respublikanı
düşdüyü ağır
vəziyyətdən çıxararkən
Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanmış
və ən geridə qalan Azərbaycanı qısa bir müddətdə ittifaqın ən qabaqcıl regionu kimi yüksəltmiş, tanıtdırmış və
şöhrətləndirmişdir. Azərbaycan aqrar bir respublika idi. Odur ki,
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi ilk gündən bu sahənin inkişafına
göstərdiyi qayğı
və diqqət, kadrların seçilib yerləşdirilməsində, yeni
texnologiyaların təsərrüfatlara
tətbiq edilməsində,
kənd təsərrüfatının
sənaye təməli
üzərinə keçirilməsində
həyata keçirdiyi
köklü dəyişiklikər,
əsaslı tədbirlər
təsadüfi deyildi.
Respublikada pambıqçılığın,
üzümçülüyün, heyvandarlığın inkişafı
sözsüz ki, yeni emal müəssisələrinin
- zavodların, fabriklərin,
sexlərin, dəmir yollarının yaradılmasını
zərurətə çevirirdi.
Heydər Əliyev respublikada həyata keçirilən bütün
tədbirləri, layihələri
ittifaqın qərarları,
sənədləri ilə
əsaslandırırdı. Diqqət yetirək: 1970-ci
il iyulun 23 və 25-də Sov.İKP
MK və SSRİ Nazirlər
Soveti "Azərbaycan
SSR-in kənd təsərrüfatının inkişaf
tədbirləri haqqında"
və "Azərbaycan
SSR-in xalq təsərrüfatının inkişafı
haqqında", 1975-ci il
iyulun 9-da "Azərbaycan
SSR-də kənd təsərrüfatı istehsalını
daha da intensivləşdirmək
tədbirləri haqqında"
və 1979-cu il fevralın 22-də "Azərbaycan
SSR-də kənd təsərrüfatı istehsalını
daha da ixtisaslaşdırmaq,
üzümçülüyü, şərabçılğı inkişaf etdirmək tədbirləri haqqında"
dörd mühüm qərar qəbul etmişdir. Bu qərarların qəbulu və onun müddəalarının
yerinə yetirilməsi
respublikada kənd təsərrüfatının inkişaf
etdirilməsində əsaslı
rol oynamış və Azərbaycan aqrar sahədə əldə olunan nəticələrə görə
bir neçə ildə ittifaqın ən qabaqcıl respublikalarından biri kimi tanınmışdır”.
Millət vəkili
vurğulayıb ki, keçmiş Sovet İttifaqının bütün
xalqları Heydər Əliyevi prinsipial bir rəhbər, müdrik siyasətçi,
həssas və mehriban insan kimi tanıyır, ona böyük hörmət bəsləyirdilər:
“Bu müdrikliyin, hörmət və etimadın nəticəsi idi ki, xalqımız
ən çətin günlərdə, Azərbaycanın
parçalanmaq, məhv
olmaq ərəfəsində
olduğu 1993-cü ildə
yenidən Heydər Əliyevə müraciət
etdi, onu ikinci dəfə hakimiyyətə gətirdi.
Ümummilli liderimiz həmin illərdə Azərbaycanı yalnız
parçalanmadan, dövlət
çevrilişindən, aclıqdan,
qarşıdurmadan xilas
etmədi, həm də öz xilaskarlıq missiyasını
yerinə yetirərək
xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən həyatı,
dövləti - müstəqil
Azərbaycanı bəxş
etdi. Heydər Əliyev bütün sahələrdə olduğu
kimi, kənd təsərrüfatının idarə
edilməsində də
zəngin biliyə və təşkilatçılığa
malik idi. O, yaxşı bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər
əldə etmək mümkün deyildir. Məhz dahi rəhbərin uzaqgörənliyi
sayəsində Azərbaycanda
torpaq islahatı şəffaf, ədalətli
şəkildə həyata
keçirildi. Ölkədə
aqrar islahatların aparılması üçün
normativ hüquqi sənədlər və qanunlar hazırlanıb qəbul edildi. 1995-ci ilin əvvəllərindən
aqrar islahatlara başlanıldı. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları",
"Sovxoz və kolxozların islahatı",
"Torpaq islahatı"
haqqında qanunların,
digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü
dəyişikliklər aparılması
üçün əsaslı
imkanlar yaratdı. Aqrar bölmədəki islahatlar qətiyyətliliyi
və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının
digər sahələrində,
hətta postsovet respublikalarında aparılan
islahatlardan əsaslı
surətdə fərqlənərək
ölkədə özəl
mülkiyyətin formalaşmasında
və sahibkarlığın
inkişafında xüsusi
rol oynadı.
1999-2000-ci illərdə ölkə
Prezidenti islahatların
daha da dərinləşdirilməsi
məqsədilə 8 fərman
imzaladı və bunun sayəsində bir çox tədbirlər görüldü.
İslahatlar nəticəsində
1970 kolxoz və sovxozun hamısında torpaq və əmlak 3 milyon 500 minə yaxın vətəndaş arasında
bölündü. Heydər
Əliyevin 22 mart
1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə
dair bəzi tədbirlər haqqında"
fərmanı xüsusilə
mühüm əhəmiyyətə
malikdir. Fərmana əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət
büdcəsi hesabına
güzəştli pərakəndə
satış qiyməti
ilə neft məhsullarının satılması
barədə qərar
qəbul etdi. Milli Məclis isə həmin fərmana uyğun təqdim edilmiş layihəni müzakirəyə
çıxararaq kənd
təsərrüfatı məhsulları
istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Bu güzəştlər digər MDB ölkələrində
bu gün də tətbiq edilmir. Müdrik rəhbərin ötən
əsrin sonlarında həyata keçirdiyi aqrar islahatı kolxoz və sovxozların ləğv edilərkən torpaqların
əsl sahiblərinə
qaytarılması inqilabi
gediş idi və ulu öndər
bununla ölkədə
sahibkarlığın inkişafına,
kənd təsərrüfatı
məhsullarının istehsalının
artımına imkan yaratdı. Torpağın kəndliyə - sahibinə
verilməsi bu günlərimizin uğurları
üçün hesablanmışdı
və hazırda kənd təsərrüfatı
sahələrində əldə
olunan nəticələr
islahatın əhəmiyyətini
bir daha sübut edir. Sevinirik ki, Heydər
Əliyevin arzuları,
əməlləri çiçəklənir,
onun ideyaları hörmətli Prezident İlham Əliyev tərəfindən sədaqətlə,
cəsarətlə, qətiyyətlə
həyata keçirilir.
Ulu öndərin canı qədər sevdiyi, qiymətləndirdiyi,
ağrı-acısını yaşadığı Qarabağ
torpaqları azaddır,
düşməndən təmizlənmiş,
qatillər, cəlladlar
öz cəzalarına
çatdırılmışlar. Bütün sahələrdə
olduğu kimi, ölkənin aqrar sektoru da sürətli
inkişaf yolundadır”.
T.Rzayev qeyd
edib ki, son 15 il ərzində
ölkə üzrə
üzüm və meyvə istehsalı 2 dəfə, pambıq istehsalı dəfələrlə
artıb: “Əhali mal əti ilə
90 faiz, toyuq əti ilə 80 faiz, qoyun əti
ilə 100 faiz təmin edilir, kənd təsərrüfatı
istehsalı son illər 3,4 faiz artmışdır. Aqrar sektor 2 dəfədən çox inkişaf etmişdir. Son beş ildə kənd təsərrüfatına
xərclər 1,8 dəfə
artırılmışdır. Bu il dövlət
büdcəsində aqrar
sektora xərclərin
20,5 faiz artırılması
nəzərdə tutulmuşdur.
Xarici ölkələrə
ixrac edilən kənd təsərrüfatı
məhsullarının həcmi
ildən-ilə artır.
Bu gün ölkədə kənd təsərrüfatının əkin
suyuna olan tələbatının ödənilməsi,
toxumçuluq təsərrüfatlarının
inkişaf etdirilməsi,
heyvanların cins tərkibinin yaxşılaşdırılması,
məhsuldarlığın yüksəldilməsi üçün
müasir texnologiyaların
tətbiq olunması, kadrların hazırlanması,
ərzaqlıq buğda
istehsalının artırılması,
güzəştli kreditlərin
verilməsi, işğaldan
azad olunmuş ərazilərin əkin dövriyyəsinə daxil
edilməsi istiqamətində
mühüm işlər
görülür. Azərbaycan
iqtisadiyyatının inkişafında
aqrar sektorun mühüm rol oynadığını nəzərə
alaraq bu sahəyə qayğı və diqqət ildən-ilə artırılır,
yeni layihələr, proqramlar, yol xəritələri hazırlanır.
Bütün bunlar bir daha göstərir
ki, ulu öndər
Heydər Əliyevin aqrar siyasət xətti uğurla davam etdirilir, inkişafdadır və gələcək nailiyyətlərimizə
öz töhfələrini
daimi olaraq verəcəkdir”.
Sevinc
Həftə
içi.- 2023.- 15-21 iyun.- S.4.