Heydər Əliyev özü tarix yaratdı

 

Regionun geosiyasi mənzərəsi Cənubi Qafqazın aparıcı, tranzit dövləti olan Azərbaycan üzərində dəyişməyə məhkumdur. Regionda yeni geosiyasi reallıqların favoriti olan Azərbaycanın məqsədlərinə çatmaq üçün keçdiyiyol xəritəsi”ndə Heydər Əliyevin öndərliyi bir daha təhlil olunib öyrənilir. “Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, dünyaya tanıtmaq üçün hansı mərhələləri adlamalı idisualı ətrafında alınan cavablar, faktlar mühüm təcrübə meyarı olaraq əsas götürülür...  Həftə içiqəzetinə müsahibə verəm Milli Məclisin deputatı Anar İsgəndərov  Heydər Əliyev ilikontekstində  “15 iyun tarixi buketi”nə faktlarla nəzər salıb.

 

– 2023-cü il – “Heydər Əliyev iliAzərbaycan tarixində hansı əhəmiyyəti ilə diqqət çəkir təhlil olunur?

     Tarixdə çox nadir şəxsiyyətlərə nəsib olan bir hadisə var: həm özü tarix yaradır, həm onunla bağlı tarix yazılır.  Bu, Azərbaycan tarixində Heydər Əliyevlə bağlı olan bir hadisədir. Məlumdur ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində bir neçə dövrə bölünür: birinci dövr – 1944-1969-cu illərUlu Öndərin xüsusi xidmət orqanlarında fəaliyyət dövrünü əhatə edir. Həmin illərdə Heydər Əliyev xüsusi xidmət orqanında xidmət edən ilk azərbaycanlı olub. Heydər Əliyev yüzlərlə azərbaycanlını  bu orqanda işlə təmin edib. Eyni zamanda, yüzlərlə azərbaycanlını sovet dövlətinin repressiyasından xilas edib. Bu dövrdə Heydər Əliyevin fəaliyyəti o qədər uğurlu oldu ki, o, 1969-cu ilin iyulunda Azərbaycana Kommunist Partiyasının 1-ci katib təyin olundu. Heydər Əliyev ilk dəfə olaraq 15 müttəfiq respublika içərisində Azərbaycanı ön cərgəyə çıxarda bildi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci dövrü 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev hakimiyyətinin bu dövründə Azərbaycan tarixində həmişə problem olan dil məsələsinin üzərinə yenidən gəldi 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu.  Heydər Əliyev  aqrar bir ölkəni sənaye-aqrar ölkəsinə çevirdi. Heydər Əliyev Dərin Özüllər Zavodunun tikintisi ilə bağlı Mərkəzdən yardım istəyəndə heç kim təsəvvür etmirdi ki, zaman gələcək, SSRİ adlı imperiya çökəcək, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən zaman Bakı neftini dünyaya çıxarmaq üçün həmin Dərin Özüllər Zavodunda istehsal olunan qurğulardan istifadə ediləcəkdir.

Təbii ki, bunlar Heydər Əliyevin xidmətlərinin yüzdə biridir.  Heydər Əliyev bütün hakimiyyəti dövründə bir qarış torpağı qonşu dovlətlərə verməyib. Bu da onu göstərdirdi ki,  Heydər Əliyev təcrübəli olduğu qədər cəsarətli dövlət başçıs idi.

1982-ci ildən sonra Heydər Əliyevin fəaliyyəti SSRİ  adlı  nəhəng imperiyanınMərkəzin idarəçiliyi ilə bağlı olur.  Heydər Əliyev sovet dövlətini idarə edən yeganə türk-müsəlmandır. O, SSRİ Nazirlər Soveti sədrinin I müavini, Sov. İKP Siyasi Büronun üzvü kimi  dünyanın altıdabir hissəsini əhatə edən nəhəng imperiyanın idarəçilərindən biri idi. Hətta görkəmli diplomat Qromıkonun oğlu Qromıkoya sual verəndə ki, bu dövlət çökməyə bilərdimi? Deyirdi ki, mümkün idi, əgər hakimiyyətə Heydər Əliyevi gətirsəydilər. Soruşur: “Bəs niyə gətirmədilər?”. Deyir: “Heydər Əliyev türk-müsəlman idi, slavyanəsilli deyildi”. Yəni Heydər Əliyevin potensialı o qədər böyük idi ki, bu nəhəng imperiyanı da çox uğurla idarə edə bilərdi.

Təbii ki, Heydər Əliyev fəaliyyətini sovet dövrü 1978-ci ildə başa çatır. Heydər Əliyev ondan sonra bir müddət Moskvada yaşayır, fəaliyyətinin sonrakı dövrü –1990-1993-cü illər Naxçıvanla bağlıdır. Əgər  Heydər Əliyev o zaman Naxçıvanın harayına getməsəydi,  əhalini bir dəmir yumruğa çevirməsəydi, Qarabağın taleyi necə faciəli oldusa, Naxçıvanı da həmin təhlükə gözləyə bilərdi.  Heydər Əliyevin fəaliyyətinin sonuncu dövrü müstəqil Azərbaycanla bağldır.

Milli Qurtuluş Günü kimi qeyd edilən tarix günümüzə hansıyol xəritəsi”ni hazırladı?

–1993-cü ilin iyun ayında Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında bir inqilab etdi. Heydər Əliyev Naxçıvandan Bakıya gələrkən mənzərə çox ağır idi. Düşmən, erməni daşnak  qüvvələri Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal edib,  Dağlıq Qarabağ”da öz müstəqilliklərini elan etmişdi. Qarabağ ətrafında qədər rayon varsa, o torpaqların işğal planı da hazır idi, o torpaqlar da işğal olunurdu. Çox təəssüf ki, bəzi Qərb dövlətləri Ermənistana havadarlıq edərək, Ermənistanın bu siyasətini qəbul edir, onun reallaşmasına köməklik göstərirdilər.  Ona görə əslində, dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edən bir dövlət müstəqilliyin şirinliyini dada bilmədi.  Ermənistanın təcavüzkar  siyasəti, qonşu dövlətlərin Azərbaycana xain münasibəti bəlli idi.  Qonşu dövlətlərin yaxından iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilirdi. Bu cəhdlərdən biri Gəncədə həyata keçirildi Azərbaycan vətəndaş müharibəsinin girdabına salındı. Səriştəsiz, zəif hakimiyyət ölkə daxilində olan siyasi maraqların üst-üstə düşməməsi,  düşmən münasibətlərin qaranması, qonşu dövlətlərin bundan ustalıqla istifadə etməsi vəziyyəti son dərəcədə ağırlaşdırdı. Heydər Əliyev həmin dövrdə Bakıya gəldi, “Gəncə hadisələriilə yaxından tanış oldu, qardaş qırğınının, müstəqil dövlətin parçalanmasının qarşısını almaq üçün hər şeyindən keçdi. Bu hadisədən sonra  Heydər Əliyev ölkənin parçalanmasının qarşısını ala bildi, Azərbaycan 1993-cü ildən beynəlxalq münasibətlərin subyekti kimi fəaliyyət göstərməyə başladı. Bu yolun üzərində milyonlarla qaçqın, köçkün var idi; bu yol ağrılı, çətin idi. Dağılmış iqtisadiyyat, çökmüş dövlət büdcəsi, daxildə bir-birinə düşmən olan münasibətlər mövcud idi.  Heydər Əliyev bütün bu illər ərzində  həmin münasibətləri qaydaya sala bildi   2001-ci il dövlət müstəqilliyinin 10-cu ilində Heydər Əliyev rahat şəkildə bəyan etdi ki, artıq müstəqil Azərbaycan qurulub müstəqil Azərbaycan demokratik yolla uğurla irəliləyir. Təsadüfi deyil ki, 15 iyun tarixində Heydər Əliyevin hakimiyyətə gəlişi bu gün Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil oldu.

Elm-təhsil siyasətindəki hansı yenilikləri uğurları Ulu Öndərin adı ilə əlaqələndirmək olar? Ulu Öndərin elm-təhsil siyasəti bu gün necə inkişaf edir?

Heydər Əliyev hakimiyyət illərində yaxşı bilirdi ki, Azərbaycanda ali məktəb açmaq mükmün olsa da, onu mütəxəssislərlə təmin etmək,  bina əldə etmək uzun vaxt aparacaq ürəyindən keçən arzunu, istəyi reallaşdıra bilməyəcək.  Ona görə hər il minlərlə Azərbaycan gəncini  SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərdi. Bu da təhsillə bağlı uğurlu işlərdən biri oldu.

Heydər Əliyevin fəaliyyətində, təbii ki, elm təhsil həmişə prioritet sahə olub. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda kifayət qədər yeni ali məktəblər açıldı. Bununla da təhsilə olan münasibətini bir daha əyani şəkildə  göstərirdi. O zaman ali məktəbləri açmaq üçün icazə Mərkəzdən gəlirdi, amma Heydər Əliyev prinsipial siyasəti nəticəsində  sonda qazanırdı. O,1971-ci ildə Naxçıvanski adına Hərbi Məktəbin açılması üçün az qala, Mərkəzlə müharibəyə girdi nəticədə, istəyinə nail ola bildi. Qeyd etmək lazımdır ki, I-II Qarabağ müharibəsində Naxçıvanski Hərbi Məktəbini qurtaran zabitlərin müstəsna xidmətləri oldu. Hərb elminə yiyələnmiş Azərbaycan gəncləri dövlətin ərazi bütövlüyünü qorumaq üçün əllərindən gələni etdilər. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik  etdiyi dövrdə təhsil haqqında qanunların  qəbul olunması, dərsliklərin yazılması, müstəqil ideologiyanın həmin dərsliklərdə hakim qüvvəyə çevrilməsi, cümhuriyyətin fəaliyyəti, 1918-ci il Mart soyqırımı ilə bağlı 31 Mart  fərmanının verilməsi, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ilə bağlı fərman digər addımar onu göstərir ki, Heydər Əliyev üçün elm təhsil, Azərbaycan dili, tarixi, mədəniyyəti öndə gedir.  Azərbaycan dili ilə bağlı fərman sərəncamlar, Azərbaycan ədəbiyyatı  ilə bağlı, “Kitabi-Dədə Qorqudeposunun yubileyinun keçirilməsi, Azərbaycan mədəniyyət xadimlərinin, elm adamlarının yubileylərinin keçirilməsi  Heydər Əliyevin fəaliyyəti dövründə xüsusi rol almışdı.  Təhsil HaqqındaQanunun qəbul olunması orada milli düşüncə, milli prioritetlər, milli  həyat tərzi, milli ədəbiyyat, milli muzey, kitabxana s. sahələrdə aparılan işlər Heydər Əliyevin xidmətidir. Bu siyasət bu gün uğurla davam edir.

Heydər Əliyevin Azərbaycan cəmiyyəyi üçün ən önəmli düşüncə tərzlərindən biri – “Azərbaycançılıq ideologiyasıidi. Yəni Azərbaycanda yaşayan bütün xalqlar bu ideologiya ətrafında birləşib, vahid  Azərbaycançılığı təbliğ edirlər.

Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı dəmir yumruq kimi birləşib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın etdi bu müharibədə bütün Azərbaycan xalqı bir oldu - harada yaşamasından, hansı dildə danışmasndan asılı olmayaraq.  Azərbaycançılıq ideologiyası bu insanları, xalqları Vətən uğrunda müharibədə birləşdirə bildi.

  15 iyun tarixi  ölkə rəhbərinin dilindən Ermənistana, regionda marağı olan dost düşmənlərə hansı mesajları nəticəni vəd edir? Vətən Müharibəsindən sonra regionda beynəlxalq müstəvidə inkişaf edən hadisələri müşahidə etsək, bu il  1993-cu ildən başlayan  “QURTULUŞ”  yol xəritəsinin son ili kimi tarixə düşəcəkmi?

- Azərbaycanla-Türkiyə arasında imzalanmışŞuşa Bəyannaməsionu göstərir ki, Azərbaycan həmişə Qafqaz evinin yaradılmasının təşəbbüskarı olub bu gün   o ideya uğrunda mübarizə aparır. Əslində, “Qafqaz evi”nin yaradılması xalqların əmin-amanlığı, Qafqaz dövlətləri arasında münasibətlərin inkişafı, tənzimlənməsidir. Bu münasibətlər olmasaydı, Bakı-Ceyhan Neft Kəməri Gürcüstandan keçməzdi qonşu gürcü dövləti bu kəmərdən xeyir götürməzdi. Biz  dövlət, xalq olaraq həmişə qonşu dövlətlərin əmin-amanlığı üçün əlimizdən gələni etmişik.

Azərbaycan 1993-cü ildən bölgədə əmin-amanlığın tərəfdarı kimi çıxış edib  1994-cü ildəƏsrin müqaviləsi”nin imzalanması,  Ermənistanla atəşkəsin elan  edilməsi göstərir ki, Azərbaycan müharibəni təbliğ edən dövlət kimi deyil, müharibə əleyhinə çıxış edir. Xalqlar, dövlətlər arsasında  səmimi münasibətlərin yaranması üçün ən maraqlı təkliflərini verib, danışıqlar aparır nəticədə istədiyinə çatır.

Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Dünyanın ən nüfuzlu təşkilatları Azərbaycana hörmətlə yanaşır. Qərb dövlətləri liderləri Azərbaycan onun liderini xüsusi hörmətlə qarşılayır. Bu gün Avropanın, Qərbin enerj böhranını aradan qaldırmaq üçün Azərbaycanın rəhbərinə çoxsaylı zənglər, xahişlər olunur. Azərbaycanın dövlət başçısı müsəlman dünyasında böyük lider, dövlət başçısı kimi qəbul olunur ilk çıxış ona verilir. Türk dünyasında türk dövlətləri qardaş Azərbaycanı onun dövlət başçısını böyük hörmətlə qarşılayır. Onlar Azərbaycanın qazandığı qələbəni xalqın, Ali Baş Komandanın qələbəsi kimi qəbul edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan 1993-cü ilin 15 iyunundan sonra,  hər cür hədədən, qorxudan, işğaldan qurtarıb, özünün ərazi bütövlüyünü təmin edib. Azərbaycan demokratik yolla inkişaf edir, uğurları dünya tərəfindən qəbul olunur.

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2023.- 15-21 iyun.- S.3.