Ulu Öndər partiyalar arasında dialoq mühitini yaratdı
Ölkə ictimaiyyəti
“Qurtuluş Günü”nün
sosial-mədəni sferada
oynadığı rolu,
təsirini müxtəlif
aspektlərdən təhlil
edir. Siyasi partiyaların o zamankı və indiki fəaliyyəti arasında
müqayisə də maraqlıdır. Bu istiqamətdə qəzetimizə
müsahibə verən
Milli Məclisin deputatı Aydın Mirzəzadə 15 İyun tarixinin əhəmiyyətindən
danışarkən, Ulu
Öndərin siyasi partiyaların formalaşmasındakı
rolundan da danışıb.
- 15 İyun tarixi nəyə görə məhz “Qurtuluş Günü” kimi xarakterizə olunur?
- Biz dövlətçiliyimizi itirməkdən qurtulduq. Vətəndaş müharibəsinin başlanması və uzun müddət davam etməsindən, təbii sərvətlərimizin xarici şirkətlərin nəzarəti altına keçməsindən, torpaqlarımızın birdəfəlik əlimizdən çıxması təhlükəsindən qurtulduq. Dünyada müasir bir dövlət olmaq variantını əldə etdik. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin gəlişi Azərbaycanda hadisələrin gedişini müsbət məcraya yönəltdi.
Kimlər olmasa da, bizim nəsil həmin dövrün canlı şahidləridir. Hakimiyyətdə bir-birini əvəz edən komandaların təcrübəsizliyi, problemlərin dərinliyini və ağırlığını dərk edə bilməmələri, ordu quruculuğunun özbaşına buraxılması, özəl hərbi dəstələrin yaradılması və digər belə halların hamısı Azərbaycan üçün ağır məqamlar idi.
Heydər Əliyevin böyük siyasətə qayıdışını cəmiyyət tələb edirdi. Heç də təsadüfi deyil ki, 1988-ci il hadisələri başlayanda cəmiyyətin bütün təbəqələri “Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, bütün bunlar baş verməzdi” deyirdilər. Heydər Əliyev ölkədə nə qədər tez fəaliyyətə başlasaydı, problemlərimiz o qədər az olardı”, – fikirləri səslənirdi. Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri olması Naxçıvanın Ermənistan tərəfindən işğalının, insanların rəzalət içərisində yaşamasının qarşısını aldı. Prinsip etibarilə 15 İyun doğrudan da Milli Qurtuluş Günüdür.
- “Qurtuluş Günü” siyasi partiyalar sistemində hansı izlərini qoydu?
- Azərbaycanda anarxiya dövrü başlamışdı. Heydər Əliyevin qayıdışı anarxiyanın qarşısını aldı. O, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunu başlatdı. Mətbuatın, özəl sektorun azad fəaliyyətinə şərait yaradıldı, dövlətlə mülki cəmiyyət arasında dəqiq sərhəd göstərildi. Sərhədlərimiz bütün dünya üçün açıldı, Azərbaycan dünyaya inteqrasiya etməyə başladı. Eyni zamanda, siyasi partiya sistemində ciddi dəyişikliklər oldu. Populist siyasi qrupların yerini sözünü deyən, problemləri qaldıran və onu həll edən siyasi partiyalar tutmağa başladı. Bunların arasında, şübhəsiz, Ulu Öndərin özünün rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası öndə dayandı. Heydər Əliyevin adı ilə yaranan o partiya qısa zaman ərzində bütün Azərbaycan coğrafiyasını əhatə etdi. Yüzminlərlə insan onu dəstəklədi və partiyaya üzv oldu. Milyonlarla insan seçkilərdə Ulu Öndərə səs verdi.
Yeni Azərbaycan Partiyası Heydər Əliyev irsinə uyğun olaraq, heç vaxt özünü hakim partiya kimi aparmayıb, bunun məsuliyyətini indi də hiss etməkdədir. Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulmuş bir cəmiyyət var və bu demokratik prinsiplər Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
- 1992-1993-cü illərdə
yaranan partiyalar nə dərəcdə dövrün tələbinə
uyğun olaraq fəaliyyət göstərə
bilirdi? Ulu Öndərin qayıdışı
ilə siyasi partiyalar nəyi qazanmış oldular?
- 1993-cü ilə qədər yaranan partiyaların mütləq əksəriyyəti populist çıxışlar edirdi. Onların elə bir böyük sosial bazası yox idi. Onlar partiyalardan daha çox qrup, dərnək kimi qiymətləndirilirdi. Həmin partiyalar arasında ciddi partiyalar da var idi və fəaliyyət göstərirdilər. Bununla belə, hər cəmiyyətdə aparıcı partiya olmalıdır və bu da Heydər Əliyevin adı ilə yaradıldı. Yeni Azərbaycan Partiyası yeniliyi, demokratikliyi, dövlət müstəqilliyimizn qorunmasını, dünyaya inteqrasiya olunmağı, nüfuzumuzun əldə edilməsini qarşısına məqsəd qoydu. Hesab edirəm, Ulu Öndərin və Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail oluruq.
Ulu Öndərin qayıdışından sonra siyasi partiyalar arasında dialoq mühitinin təməli qoyuldu. Dialoq, ilk növbədə, siyasi partiyaların sərbəst fəaliyyət göstərməsini ifadə edir. Onsuz da indi informasiya texnologiyaları o imkanı verir ki, hər bir partiyanın və yaxud hər kəsin mövqeyi qısa zamanda cəmiyyətin hər bir üzvünə çatdırılsın. İlk növbədə, siyasi partiyaların sərbəst fəaliyyətinə şərait yaradıldı. Partiyaların öz təbliğatını aparmasına, tərəfdar toplamasına imkanlar yaradıldı. Eyni zamanda, vətəndaşlar hansı partiyanın arxasınca gedəcəyini, hansının onun maraqlarına xidmət etdiyini özləri seçir. Həmçinin, onların normal fəaliyyəti üçün dövlət öz üzərinə götürdüyü vəzifələri yerinə yetirir.
Son dövrdə siyasi partiyalar qeydiyyata alındılar, onlar mənzil-qərargahla təmin olundular. Hakimiyyətlə istənilən məsələləri müzakirə etmək imkanı yarandı. Prinsip etibarilə, artıq Azərbaycanda oturuşmuş siyasi partiya sistemi vardır. Əgər bu gün hər hansı bir siyasi partiya hesab edirsə ki, öz missiyasını yerinə yetirib, bu, onların öz seçimidir, buna hörmətlə yanaşmaq lazımdır. Bir sözlə, 15 İyundan başlayan və bugünümüzə qədər inkişaf edən proseslərdə siyasi partiyaların yeni reallıqlara uyğun olaraq yenidən formalaşdığını söyləmək mümkündür.
Tahirə
Qafarlı
Həftə
içi.- 2023.- 15-21 iyun.-S.3.