Ən maraqlı mənzərə ilə
Laçında qarşılaşdıq
Reza Deqati
Dünya
şöhrətli fotoqraf
Vətən savaşının Zəfər
tarixindən üç
il keçir. Mövcud geosiyasi reallıqlar Azərbaycanın
30+3 illik ötən tarixinə yenidən nəzər salıb, əsl həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmaq üçün
daha aktiv addımların atılması
zərurətini ortaya
qoyur. Düşmən
məğlub olsa da, tətikdədir. Bu gün “Zəfər
Günü” tarixində
Qarabağ həqiqətlərini
toplayan tarix yazan, 30 il Qarabağ
müharibəsini, ermənilərin
Azərbaycanda törətdiyi
soyqırımı faktlarını,
erməni vandallğını
fotolentlərin kadrlarında
dünyaya bildirən fotoqraf, şahid dünya şöhrətli
tanınmış fotoqraf
Reza Degati “Həftə içi”nə
müsahibəsində Qarabağın
ötən günü,
bugünü və gələcəyinə Zəfər
Günündən baxır.
– Öz missiyasını
yerinə yetirən fotoqraf Reza Degati
bu gün Qarabağda hansı yolla irəliləyir, hansı işlərin üzərində çalışır?
– Mən işlərimə
yenə də davam edirəm. İki gün olar, Qarabağdan gəlmişəm. Bu dəfə 43 ölkədən
xarici səyyahları
könüllü olaraq
Qarabağa apardım,
onları müşayiət
etdim. Onlara Qarabağda baş verənlər haqqında,
Xocalı, bu şəhərin yaşadığı
acılar, soyqırımı
və digər məlumatları verdim. Səyyahları Şuşada
tarixi abidələrin
erməni vandallığına
məruz qalan dağıntıları ilə
yanaşı, bir çox rayonlarda aparılan bərpa işləri ilə tanıs etdim.
İşğaldan azad edilən ərazilərdə Azərbaycanın
apardığı bərpa
işlərini yaxından
izləmək maraqlı
idi. Düşmənin,
işğalçının viran qoyduğu torpaqları azad edən əsl sahibi Azərbaycan dövləti, xalqı əraziləri dirildir, gözəlləşdirir. Ən maraqlı mənzərə
ilə Laçında
qarşılaşdıq. Laçında
insanlar öz evlərinə qayıdıblar. Bunu dünyaya göstərmək
maraqlıdır.
Eyni zamanda,
Qarabağın acısını,
ermənilərin törətdiyi
dağıntıları hələ
də fotolentə köçürürəm. Bu
dağıntılar böyükdür,
onların hamısını
lentə köçürmək
hələ uzun illər aparacaq. Eləcə də öz yurduna qayıdan insanların həyat hekayələrini
dinləmək, haradan
gəldiklərini öyrənmək,
hansı həyatı
yaşadıqlarını bilmək,
onları fotolara köçürmək mənə
çox maraqlıdır.
– Azərbaycanın Zəfərə
doğru gedən yolundan siz də
öz fotolarınızla
keçdiniz.
Bu gün Qarabağa Zəfər Günündən baxsaq, fotoaparatınızın foksu
nəyə tuşlanıb?
– Mən 43 ildir
ki, dünya müharibələrini çəkirəm.
Müharibə, dağıntılar,
o dağıntıların yaratdığı xarabalıqlar,
yarımçıq qalmış
insan ömürləri…
Bunları çəkmək
mənə xoş deyil. Elə adamlar var, müharibə
şəraitində işləmək,
çəkməyi sevir,
bu, onlara xoşdur. Müharibəni,
onun dağıntılarını,
ölümlərini çəkmək
mənə xoş deyil. Mən sülhü çəkmək
istəyirəm. Ona görə də müharibəyə gedib, onun fraqmentlərini lentə köçürəndə
daha çox müharibənin acısını
insanlara göstərib,
onları qırğınlara
son qoymağa çağırıram.
Həmişə düşünürəm ki,
iki qonşu dövlət arasında axtardığım sülh
yolunu nə qədər də çətin olsa tapmaq mümkündür. Müharibə edən ölkələrin sonradan
sülh, qarşılıqlı
əməkdaşlıq şəraitində
yaşamasını göstərən
nümunələr də
var. Ümid edirəm, tezliklə Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsi imzalanar. Bir zaman gələcək,
Qafqaz xalqları hamısı bir yerdə rahat yaşayacaqlar. Bu gün Zəfər yolunda mənim fotoaparatımın foksu sülhə tuşlanıb,
məhz bu ideya üzərində çalışır.
– Zəfərə tuşladığınız fotoaparatın foksunda daha nələri görürsünüz?
– Bu gün
hamı Zəfər Gününü sevinc, qürurla qeyd edir. Unutmalı deyilik ki, iki qrup insanlar var ki, hamı onlara borcludur. Əgər onlar olmasaydı, bu Zəfər də olmayacaqdı. Təbiidir ki, bütün
bu Zəfərin üstündə Azərbaycan
Hökuməti, Azərbaycan
Prezidenti durur. Bir də adları “Milli Qəhrəman” olan, 1992-ci
ildən bu yana Qarabağ müharibəsində şəhid
olanların hamısının
adları, şəkilləri
var. İnsanlar onları
xatırlayır, anır.
Bir qrup adam da var ki, onların adını “Səssiz Milli Qəhrəmanlar”
qoymuşam. Bu “Səssiz
Milli Qəhrəman”lar
şəhidlərin anaları,
ataları, bacıları,
qardaşları, uşaqları,
ailələridir. Düzdür,
hamı onlara təsəlli verir, onlara yetişdirdiyi qəhrəmana görə
“Sağ ol” deyir. Amma yenə də uşağa ata, bacıya qardaş, valideynə övlad lazımdır. Onlar bu itkilərini
ömürlərinin axırına
qədər yaddan çıxara bilməyəcəklər.
Mən istərdim ki, onlara da bir orden
təsis edilsin. Onlara “Səssiz, Adsız Milli Qəhrəman”
adı verilsin.
– Qarabağda zəfərə
gedən yolda ölüm, dağıntılar,
qaçqınlıq həyatı
yaşayanlar bu gün sizin fotolarınızda dünya
ictimaiyyətinə necə
təqdim olunur?
– Əslində, bütün
Qarabağ işğal
altında çox ağır bir dövrü yaşadı və bu gün
də işğalın
ağır nəticələri
qalır. Qarabağda
törədilənlər müharibə
təxribatı deyil, bu, qəsdən planlaşdırılmış cinayətdir. Ermənilərin
törətdiyi bu zülmlərə baxanda, belə aydın olur ki, onların
psixoloji problemi var və bu
həll olunmasa, onlar bu iddiadan
əl çəkə
bilməyəcəklər. Ona görə, mən 3 ildir şəhər-şəhər, kənd-kənd gəzib, həm şəkil, həm video, həm yerdən, həm göydən dronlarla çəkilişlər
aparıram. Bu faktlar, ilk növbədə,
tarix üçün
qalmalıdır. Bu faktlar dünya tarixində olmalıdır
ki, bu vəhşilikləri
törədənləri tanısınlar,
bilsinlər. Eyni zamanda, bu gün
aparılan bərpa işləri maraqlıdır.
Ermənilər 30 il işğal etdikləri əraziləri dağıtmaqdan
başqa bir iş görməyiblər.
O yerləri doğma bilən, ata ocağı kimi sevən adamlar, üç ildə o yerləri yenidən dirçəldib, böyük
işlər görüblər.
Əminəm ki, ermənilər o ərazilərə
mina basdırmasaydı,
Azərbaycan üç
ildə etdiyindən çox, 10 qat bərpa işləri aparardı. İndi məcburi köşkünlərin
hamısı evlərində
idi. Məsələn,
Laçın şəhərində
mina yox idi. Orada mina
olmadığına görə,
1 il ərzində Azərbaycan Hökuməti,
şirkətləri oranı
elə təmizləyib
gözəlləşdiriblər ki, elə bil,
İsveçin gözəl
şəhərlərindən biridir. İnsanlar ora qayıdırlar. Onlara evlərinin açarları verilir. İnsanlar öz evlərinə girəndə
isti suyu, mətbəxi, yorğan-döşəyini
yerində görür.
Girir, yaşayır…
– Zəfər fotolarının rəngi nədir?
– Həqiqətin rəngi nədirsə, o… Bir insanı, milləti, məmləkətin
adamlarının 100 il
fikirlərini, inanclarını
yalanlarla sarsıtdınsa,
bunu onların başından çıxarmağa
illərlə vaxt lazım olur. Nə yaxşı ki, fotolar dünyada ortaya böyük əsərlər
qoyur. Nə yaxşı ki, bu vəziyyətdə həmin fotoları hazırlayıb dünyaya
göstərə bilirəm.
Dünya insanları fotolara inanırlar. Qırx ildir adım elə bir yerdə dayanır ki, tamaşaçı dediyim
sözə inanır.
Hesab edirəm, bu mövzu daim
dünyaya çatdırılmaldır
və bu gün mən buna çalışıram.
– Sizcə, Qarabağ müharibəsində
həqiqətin qalib gəlməsinin əsası
nə oldu?
– Dünyada həmişə
həqiqəti aşkar
etmək çətin
olub. İndi də çətindir. Hər yerdə, hər bir ölkədə,
məmləkətdə kimsə
haqqı deyəndə,
müəyyən qrup
insan var ki, onun haqqının eşidilməsini istəmirlər…
Bu işə
başlayanda üç
il türmədə olmuşam, beş ay mənə işgəncə verilib.
43 ildir ki, sürgün həyatı
yaşayıram. Amma
30 ildir Qarabağ barəsində həqiqətləri
Fransada, dünyanın
digər ölkələrində
göstərirəm. Buna
görə, erməni
lobbisi mənə psixoloji, maddi təzyiqlər
göstərir. İnternetdə
haqqımda çox pis yazır, yaxud sərgi olanda gəlib dağıdırlar, cırırlar.
Bir də
var görünməyən,
maliyyə təzyiqləri.
Məsələn, biləndə
ki, hansısa bir muzeydə, qalereyada sərgim olacaq, ondan əvvəl
həmin yerlərin rəhbərliyinə hədə-qorxu
gəlirlər ki, bu sərgi baş
tutmamalıdır. Ermənilər
mənim çox sərgilərimə təzyq
edib, olmasına imkan verməyiblər. Əlbəttə ki, təzyiq qarşısında
işə davam etmək mənə çətindir.
– Reza bəy, deyirsiniz ki, indi Qarabağda
son 30 ildə baş verənlərlə
bağlı həqiqətləri
dünyanın diqqətinə
çatdırmaq hərzamankındən
daha vacibdir. Niyə belə düşünürsünüz?
– İndi Azərbaycanın
əlində erməni
vandallığını, soyqırımlarını,
dağıntılarını göstərən bütün
sənədlər var.
Ermənilər insanların
başına nə oyunlar gətiriblərsə,
hansı təxribatları
törədiblərsə, hamısı Azərbaycanın
ovcundadır. Bunu göstərmək Azərbaycanın
tarixi məsuliyyətidir.
Mən tarixi fotolarla yazan adamam. Bütün bunların hamısını göstərməliyik. Dünya burada nə olduğunu bilməsə, ona inanmasa, davamlı sülh olmayacaq. Bunu ermənilərə, erməni diasporlarına göstərməliyik. Erməni lobbisi həmişə özünü elə göstərib ki, guya türklər onlara qarşı zülmlər törədiblər. Həqiqətləri dünyaya çatdırmalı, inandırmalıyıq. Bir adamın çirkin, yanlışını özünə göstərib səhv olduğunu deməsən, o, həmin işini təkrar edə bilər. Ona görə də əlimizdə olanları dünyaya göstərməliyik ki, bu vandallıq yenidən başlamasın.
Tahirə Qafarlı
Həftə
içi.- 2023.- 16-22 noyabr, ¹41.- S.3.