Qarabağda tarixi adlar bərpa
olunur
Qərbi
Azərbaycanda, indiki Ermənistanda türk mənşəli
toponimlər uzun illər boyu dəyişdirilib erməniləşdirilib.
Ermənilər türklərin -azərbaycanlıların min
illər boyu bu ərazidə yaşamasını sübut edən
faktları saxtalaşdırmaq, xalqın adlara hopan tarixini
pozmaq üçün əllərindən gələni ediblər.
Bu faktlar 30 il işğal altında qalan Azərbaycan ərazilərində
də baş verib. Azərbaycan xalqının öz kimliyinə
sahib çıxması üçün xalqın qədim
tarixini, yaşayış məskənini müəyyənləşdirən
həqiqətlər üzə çıxarılmalı və
bunun üçün yurd adlarımızın tarixin hansı
dövrlərində necə dəyişdirilməsinə dair
tədqiqatların aparılması
olduqca əhəmiyyətlidir.
Bu mənada dövlət başçısının təşəbbüsü
ilə oktyabrın sonunda Toponimiya komissiyası və Qərbi
Azərbaycan icmasının birgə təşkilatçılığı
ilə Milli Məclisdə Qərbi Azərbaycanda, Qarabağda,
Şərqi Zərgəzurda adları dəyişdirilən
toponimlərə yeni adların verilməsi və tarixi
adlarının qaytarılması üçün xəritənin
hazırlanmasının müzakirəsi mühüm addımlardan
biridir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
aparıcı elmi işçisi Elşad Abışov “Həftə
içi”nə qəzetinə müsahibəsində məsələ
ilə bağlı mühüm məqamlara diqqət çəkib.
-Elşad
müəllim, toponimlərin öyrənilməsi,
araşdırılmasının əhəmiyyəti nədir?
Tarixi adlarının qaytarılması xəritəsi əsasən
hansı əraziləri əhatə edəcək?
-Toponimlər mənsub olduğu ərazinin bir
növ pasportudur. Toponumlər bu ərazidə yaşayan
xalqın dili, adətləri, mədəniyyəti, etnik
soykökü ilə bağlı olan prosesləri özündə
birləşdirir. Bu mənada toponimlərin öyrənilməsinin
xalqın tarixinin öyrənilməsi baxımından
çox böyük əhəmiyyəti var.
Bu gün toponimlərin xəritəsinin hazırlanması
əsasən Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazisini
və Qarabağ iqtisadi zonası adlandırılan əraziləri
əhatə edəcək. Bu istiqamətdə
araşdırmaların aparılması və toponimlərin xəritəsinin
hazırlanması, bu ərazilərin
Azərbaycan xalqına məxsus olan qədim yaşayış
məskənləri olduğunu göstərən bir
faktdır. Toponim coğrafiyasının hazırlanması həm
də Azərbaycan ərazilərinin hüdudlarının
haradan keçdiyini bir daha göstərmiş olacaq. Bir daha
göstəriləcək ki, Azərbaycan xalqı indiki sərhədləri
daxilində deyil, həm də onun hüdudlarından kənarda,
indiki Ermənistan ərazilərində yaşayıblar, o yerlərin
əsl sahibləri olublar. Onun mövcudiyyətini də orada
türk mənşəli toponimlərin olması təsdiq
edir.
-Qərbi Azərbaycan
toponimlərinin xəritəsinin
hazırlanması hansı perspektiv üçündür və
orada dəyişdirilən yer adları nə zaman tarixi
türk adlarına dəyişə bilər?
-Zatən Qərbi Azərbaycan ərazilərində
olan toponimlərin hamısı türk mənşəli olub.
Bununla bağlı çoxsaylı arxiv sənədləri,
siyahıya alınmalar var. Sovet dövründə, təxminən
60-70-ci illərin statustikası, ondan əvvəlki vaxtlar
göstərir ki, Qərbi Azərbaycan ərazisində -Vedidə,
Dərələyəzdə, hətta İrəvanın
özündə, Qərbi Zəngəzur ərazilərində
olan 95 faizdən çoxu türk mənşəli toponimlərdir.
Bu xəritənin hazırlanması da tarixən bu ərazilərin
bizə məxsus olduğunu sübut edir. Zatən bu faktlar
yunan-roma, rus, gürcü mənbələrində
öz əksini tapıb. Bu toponimlərin sonradan erməniləşdirilməsi
ordakı türk izlərinin silinməsinə xidmət edən
addım idi. Oradakı məscidlərin
dağıdılması, yazılı mədəniyyət abidələrinin
silinməsi, tarixi adların dəyişdirilməsi türk
adının silinməsinə xidmət edib. Toponim xərtəsinin
hazırlanması gələcəkdə Qərbi azərbaycanlıların
öz vətəninə qayıtması dövründə bizə
o hüquqi əsası yaradacaq ki,
orada məskunlaşan əhalinin yaşadığı
yerlərin keçmiş adlarının bərpası istiqamətində
iş apara bilək. Azərbaycanlılar ora köçəndən
sonra o adları dəyişmək imkanı olacaq.
Təbii
ki, hazırda əsas
işimiz xəritənin hazırlanmasıdır.
Köçürülmənin nə vaxt baş verəcəyi, dövlətin, hökumətin
üzərində olan bir məsələdir. Bu
qayıdış tarixi elə də uzaq dövrə gedib
çıxmayacaq. Çünki hazırda sülh müqaviləsinin
imzalanması istiqamətində işlər aparılır və
bu sənədin imzalanması mərhələsində
gündəmdə olan əsas məsələlərdən
biri olacaq.
-Bu gün Azərbaycan ictimaiyyəti öz tarixi ərazilərinə
qayıtmadan Qərbi Azərbaycanda olan tarixi abidələrinin
müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlarda
məsələ qaldırıb. Bəs, toponimlərlə
bağlı belə bir addımların atılması
mümkündürmü?
-Biz bununla bağlı beynəlxalq məhkəmələrdə
məsələ qaldıra bilərik. Amma bunun hüquqi təsir
gücü olmayacaq. Çünki deyəcəklər ki, torpaq
mənimdir, ərazi mənimdən ona görə də
yaşadığım yerə istədiyim adı verə bilərəm.
Amma ən azı beynəlxalq təşkilatlarda Azərbaycanı
gözü götürməyən qüvvələr
qarşısında məsələ qaldırılıla bilər
ki, Ermənistan türklərin - azərbaycanlıların Qərbi
Azərbaycanda mövcud olan mədəni izlərini silir, abidələrimizi,
toponimlərimizi məhv edir, erməniləşdirir. Ən
azı gələcəkdə bizim işimizin
asanlaşması baxımından bundan xəbərdar
olmalıdırlar ki, bu bizə hüquqi baza yaratsın.
-İlkin məlumata görə Qarabağda -
Xankəndi, Şuşa, Ağdarə, Xocavənd, Xocalı kəndələrinin
bəzilərinin erməniləşdirilmiş adları müəyyənləşməlidir.
Bu ərazilərdə neçə erməniləşdirilmiş
kəndlər var?
-Ermənilər Ağdərəni
Mardakert, Xocavəndi
adını Martuni, Ağoğlanı Hadrut adlandırıb.
Şuşanın adına o qədər toxuna bilməyiblər.
Ermənilər orada az yaşadığı üçün
təsir mexanizmləri yox idi. Yerdə qalan yerlərdə əsasən
rayon mərkəzlərinin adını dəyişdiriblər,
sonrakı mərhələdə Ağdərədə, Xocavənddə,
Əsgəranda, Xocalıda toponimlərin erməniləşdirilməsi
istiqamətində işlər aparıblar. Hətta sovet
hakimiyyəti dövründə bir neçə yerlərin
adlarını dəyişdirməyə nail olublar. Hazırda əlimizdə
sayla bağlı dəqiq statustika yoxdur. Ancaq aydın məsələdir
ki, mərhələli şəkildə ordakı kənd
adlarımızın bir çoxunu erməni adları ilə
adlandırıblar. Və bu zaman da sovet hakimiyyətinin təsir
gücündən istifadə ediblər. Buna baxmayaraq həmin
adların ilkin formaları bizdə qalmaqdadır. Bu adların
keçmişi tarixdən silinməyib. Biz də
çalışacağıq ki, bütün Azərbaycan
türk adlarını yenidən bərpa edək.
- Bu
proses nə qədər
vaxt alacaq?
-Bununla bağlı
konkret vaxt göstərmək çətin
məslədir. Lakin uzun
vaxt aparmayacaq. Artıq Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası hazırlanıb
və bu istiqamətdə işlər
gedir. O cümlədən
bilirik ki, əhalinin işğaldan azad olunmuş ərazilərdə
məskunlaşması istiqamətində
işlər gedir. Əhalimiz öz yurdlarına köçdükcə,
mərhələli şəkildə
toponimlərimizin də
dəyişdirilməsinə nail olacağıq. Digər tərəfdən, qanunverici
orqan Milli Məclisdir və hər şey onun qərarlarından
asılı olacaq. Parlamentdə də bu istiqamətdə ciddi işlər gedir.
-Ümumiyyətlə, yer
adlarının dəyişdirilməsi
proseduru necə aparılır və hansı mərhələlərdən
keçir?
-Yer adlarının dəyişdirilməsi prosesində
iki məqam var: birinci məqam yerli camaat icma
yaradır və həmin icma kəndin adını hansı şəkildə
dəyişdirmək istədiyi
barədə təklif
verir. Bu protokol şəklində İcra
Hakimiyyətinə göndərilir, orada müzakirə ediləndən
sonra, məsələ Parlamentə
Toponomiya Komissiyasında müzakirəyə göndərilir
ki, məclisdə təsdiq olunsun.
Ikinci mərhələ
ondan ibarətdir ki, ola bilsin ki, icma bu məsələ ilə
məşğul olmasın və icra orqanları hər
hansı bir adın dəyişdirilməsinə ehtiyacın
olduğunu görüb icmanın iştirakı olmadan
qanunverici orqan qarşısında məsələ qaldıra
bilər.
-İşğaldan
azad edilən rayonların sərhədlərinin müəyyənləsdirilməsində
yeni yanaşma ortaya qoyulacaq, yoxsa köhnə sərhədlər
qalacaq? Bu rayonlardan hansınınsa ləgvi və ya birləsdirilməsi
nəzərdə tutulurmu?
-Respublika
daxilində rayonların ərazi mübadiləsi və
onların dəyişdirilməsi halları zaman-zaman olub. Amma
hələ ki, bu gün üçün hər hansı
rayonun dəyişdirilməsi və ya birləşdirilməsi
ilə bağlı əlimizdə elə bir məlumat yoxdur.
Bu məsələ hələ ki, gündəmdə deyil.
-Ümumən
toponimlərin müəyyənləşdirilməsinin əhəmiyyəti
nədir və bu sahədə aparılan araşdırmalar,
faktlar nə dərəcdə qanedicidir?
-Hələ 90-cı illərdə mərhum akademik Budaq Budaqov professor Qiyasəddin Qeybullayevlə birlikdə “Ermənistanın türk mənşəli toponimləri” adlı iri həcimli kitab hazırlamışdılar. Ondan sonra Pedoqoji Universitetin müasir Azərbaycan dili kafedrasının professoru Həsən Mirzəyev Dərələyəzdəki dəyişdirilmiş adlarla bağlı sənədlərlə, elmi araşdırmalarla təsdiq olunan əsərləri ortaya qoydu. Professor İbrahim Bayramov Qərbi Azərbaycanın türk mənşəli toponimləri ilə bağlı, professor Əziz Ələkbərli Qərbi Azərbaycandakı toponimlərlə bağlı, mənim özüm Laçın rayonunun, Pərviz İsmayılovun Kəlbəcərin toponimləri ilə bağlı kifayət qədər sistemli elmi araşdırmaları var. Əlimizdə kifayət qədər materiallarımız var. Bu istiqamətdə elmi tədqat işləri qənaətbəxşdir, yüksək səviyyədə yerinə yetirilib. Faktlarla sübut olunur ki, bu ərazilər tarixi türk yurdudur.
-Ermənilər saxtakarlıqla yalançı
tarix uydurur və tərtib etdikləri saxta sənədləri, kitabları
dünya kitabxanalarında,
arxivlərində məharətlə
yerləşdirə biliblər.
Buna qarşı dayanmaq, erməni yalanlarını ifşa etmək üçün elmi əsərlərimizin
müxtəlif dillərdə
tərcümə, çap
olunaraq xaricə çıxarılması hansı
səviyyədədir?
- Elmi araşdırmaların tərcümə olunaraq dünyaya ötürülməsi ilə bağlı məsələlər bir qədər ürəkaçan deyil. Elm adamları öz araşdırmasını aparır, amma tərcümə edə bilmir. Yəni, tərcümə elmə aid olmayan bir prosesdir. Bu sahəyə xüsusilə diqqət ayrılmalı, tariximizi, tarixi həqiqətlərimizi göstərən kitablar böyük nüsxələrlə xarici kitabxanalara çıxarılmalıdır. Düzdür, tərcümə ürəkaçan olmasa da, işlər gedir və mövcud reallıq bu kitabların ingilis və başqa dillərə tərcümə olunaraq beynəlxalq aləmə çatdırılması zərurətini ortaya qoyur. Bu məsələ də öz həllini tapacaq.
Elşad Abışov
Müsahibəni
apardı:
Tahirə
Qafarlı
Həftə
içi.-2023.- 26 oktyabr-1 noyabr, ¹39.-S.3.