Növbəti addım Zəngəzur-Naxçıvan yoludur

 

Azərbaycanın Qarabağdakı erməniəsilli sakinlərə ərzaq yardımı günlərdir Ağdam-Xankəndi yolunda gözləyir. Xankəndidə isə separatçılar sakinlərə gündəlik 200 qram talonla çörək satmağa başladıqlarını deyirlər. Lakin sözdə vəziyyətin «acınacaqlı» olduğu bildirilsə də,Azərbaycanın yardımı hələlik qəbul edilmir. Daha doğrusu, Xankəndidəki qondarma separatçı rejim kimlərinsə göstərişi ilə buna imkan vermir. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ilə söhbətimizdə bu digər maraqlı məqamlara toxunduq.

 

- Ağdam-Xankəndi marşrutunun ardınca hədəfimiz haradır?

- Bu gün əli hər yerdən üzülən separatçılar beynəlxalq miqyasda rezonans doğurmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Erməni diasporunun lobbiçilik etdiyi məlum Avropa institutlarının köməyi ilə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışıldı. Onların uğursuz aksiyası göstərdi ki, separatçılar məğlubiyyətə məhkumdular. Son nəticə hər şey prinsipi ilə çıxış edən erməni tərəfi "bədbəxt əzabkeş artsaxlılar" şüarını gündəmdə saxlamağa, qadın fəalları, feministləri mübarizəyə qatmaqla insan haqları ilə bağlı Avropa institutlarının diqqətini bölgədə cərəyan edən hadisələrə yönəltməyə səy göstərirlər. Bu dəfə durum başqadır! Bölgədə ərazi bütövlüyümüzü təmin edən qalib ordu, beynəlxalq arenada iqtisadi gücü ilə milli maraqlarını həyata keçirən qüdrətli Azərbaycan Dövləti onun güclü lideri var. Azərbaycan Ermənistanın mənzərəsini bir anlıq müqayisə edək, yerlə-göy qədər fərq var. Düşmən ölkə quyunun dibindədir. Ermənilər Qarabağ döyüşlərində rəzil günə düşmüşdülər, Ermənistanda indi baş verənlər isə bu ölkənin taleyinin qaranlıq olduğunu göstərir. Son BMT fiaskosunda ermənilər bunu anlamış olmalıydılar, amma yenidən fransız ikiüzlülüyünə rus hərbinə güvənib erməni xislətini ortaya qoyurlar. Bakıdan Xankəndinə göndərilən yardım karvanının qarşısı rus sülhməramlıları tərəfindən alınır, əvəzində Fransanın yenihumanitar təxribat”ına rəvac verilir. Baş verənlər bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir. Azərbaycan tərəfi Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təminatını da öz üzərinə götürməyə hazırdır. Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Bizim mövqeyimiz budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbsizləşdirməklə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı atəş açır, mövqelərimiz atəşə tutulur. Ona görə Laçın sərhəd-buraxılış məntəqəsindən mülki insanların keçdiyini nəzərə alaraq, Azərbaycan bu sərhəd postunda təhlükəsizliyi birtərəfli qaydada təmin etmək məsuliyyətini öz üzərinə götürüb. Bir məqamı da xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan, Ağdam-Xənkəndi yolu böyük önəm kəsb edir.

- Ermənistanınhumanitar yükşousunu ortaya atması ilə nəticələnə bilər?

- Azərbaycanın bu məsələdə mövqeyi qətidir: Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Ermənistan da, ona havadar olanlar da əmin olsunlar ki, Azərbaycan mövqeyindən geri çəkilən deyil, əksinə, son təxribatlar Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini yaratması istiqamətində arqumentlərini gücləndirir, belə ki, əsl blokadada qalan elə Naxçıvandır. Nədənsə Naxçıvanın blokadasından danışmaq məsələsinə gələndə Ermənistana havadar olanların qulaqları kar, gözləri kor, dilləri lal olur. Azərbaycan isə qabağa baxır, Bakı üçün regional nəqliyyat kommunikasiya blokadasının yarılması Zəngəzur dəhlizi paketinin içərisində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün artıqLaçın dəhlizi deyilən anlayış yoxdur, əvəzində Zəngəzur yolu olacaqdiktəsi var!

Bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə əldə etdiyi razılaşmaları yaxın zamanlarda icra edəcəyinə cavab olaraq ortaya atılıb. Bu, Azərbaycanın qarşısını ala bilməyəcək gün keçdikcə, Zəngəzur yolu  aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq. Bakı-Ağdam-Xankəndi marşurutunun ardınca növbəti addım Bakı-Zəngəzur-Naxçıvan yoludur.

Erməni bəhanələri, yersiz iddiaları beynəlxalq müstəvidə necə qarşılanmaqdadır, İran Azərbaycana münasibətdə nədənnarahatdır”?

Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristian Qərb dövlətləri ilə yanaşı, adınıİslam Respublikasıqoyan Cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdın xəcalət çəkmək əvəzinə, bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib. Belə ki, bir qrup iranlı deputat Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətlərinin IX Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərində əndişələnib. Onlar Azərbaycan Prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, Şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Bu kəslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Siz bu müqavilələrin adlarını xatırlatmaqla Güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursunuz. Həm Gülüstan, həm Türkmənçay müqavilələri imzalanandan sonra bir neçə dəfə ləğv olunub.

1921-ci ildə Sovet Rusiyası Çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır unutmur. Bu müqavilə ilə parçalanan bizim Vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib. Güney Azərbaycanda yaşayan soydaşlarımız da “Haray, haray, mən türkəm" deyərək, iranlı olmadığını bildirir milli kimliyini dünyaya bəyan edir. Amma “İran” deyilən bir zindanda olmağı heç farslar özləri istəmir bu gün İranda baş verənlər bunun təsdiqidir. Azərbaycan Prezidentinin fikirləri isə tam yerində olan bir bəyanat idi. Bir necə il öncə cənab İlham ƏliyevMən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəmdemişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq, öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan Dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli kimliyini qorunub saxlanması vəzifəsini icra etməyə hazır olduğunu bəyan edir. Yeri gəlmişkən, Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan üzərinə "Güney Azərbaycan arxanızdadır, cənab Prezident!" yazılmış plakatlar divarlara vurulub. Bu, millətin ruhunun, ideyasının liderinin bir olduğunun təsdiqləyir!

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2023.- 7-13 sentyabr.- S.2.