15 İyun
– yeni dövrün başlanğıcı
Heydər Əliyev: "Müstəqilliyi
qoruyub-saxlamaq o müstəqilliyi
əldə etməkdən
qat-qat çətin bir vəzifə idi"
15 iyun Azərbaycan
xalqının, dövlətinin
tarixinində müstəsna
əhəmiyyətə malik
ən önəmli günlərdən biridir.
Ulu öndər Heydər Əliyevin xalqın çağırışına
səs verərək,
Qurtuluş missiyasını
üzərinə götürdüyü
gündür. Bu tarix müstəqillik yolumuzun bir dönüm
anıdır. Dövlətinin,
xalqının ən çətin məqamında
onun imdadına yetişən Heydər Əliyev gərgin fəaliyyəti, uzaqgörən
siyasəti, dəmir iradəsi və zəngin təcrübəsi
ilə xilaskar missiyasının layiqincə
yerinə yetirən lider olduğunu hər kəsə bir daha göstərmiş
oldu.
Xalqını vətəndaş müharibəsi təhdidindən, qardaş qırğınından, dövlətini isə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etməklə görkəmli dövlət xadimi kimi ümidsizlik içində boğulan, sabaha inamı sönən xalqının ona olan ümidlərini doğrultdu. Müstəqil Azərbaycanın əsasını yenidən qoydu.
"Ömrümün qalan hissəsini xalqıma həsr edirəm", - deyən Ümummilli Lider Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığı ilə dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmağı bacardı.
Ümummilli Lider müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.
İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Onu zamanının digər dövlət xadimlərindən fərqləndirən ən başlıca xüsusiyyət Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılığı idi. Məhz bu xüsusiyyətlər hələ sağlığında onu xalqının nəzərində Ulu Öndər, Ümummilli Lider səviyyəsinə qaldırdı.
15 iyun Qurtuluş Günü ərəfəsində yaşananlar və yaşadıqlarımıza nəzər saldıqda Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Əgər birinci fundamental əsas dövlətimizin müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ümummilli Lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür.
Sirr deyil ki, bu gün hər bir Azərbaycan vətəndaşı həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır.
Ümumilikdə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi.
Milli Qurtuluş Günü Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Qurtuluş Günü həm də Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin başlanğıcıdır. Məhz Ulu Öndərin birbaşa rəhbərliyi ilə müasir Azərbaycanın qanunvericilik bazası təkmilləşdirildi. Müstəqil dövlət kimi ilk Konstitusiyamız qəbul olundu. Məhkəmə-hüquq sistemi yenidən quruldu, bu sahədə dərin islahatlara start verildi. Ulu Öndərin həyat və fəaliyyətində daim diqqət yetirdiyi, hamıdan tələb etdiyi qanun və hüququn aliliyinin təmin olunması prinsipi Ədliyyə orqanlarında çalışanların da əsas şüarına çevrildi. Məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə nüfuzu artıb.
Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilib. Bu gün ədliyyə işçiləri Ulu Öndərin əsasını qoyduğu yolda onun rəşhbər tutduğu prinsipləri də rəhbər tutaraq müstəqilliyimizin təmini, dövlətimizin daha da güclənməsi istiqamətində fəaliyyət göstərirlər.
Bu gün biz Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycanda yaşayırıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı rdumuz 44 gün və 23 saat ərzində ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi, sərhədlərimizi bütövləşdirdi. Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirərək Şuşamızda, Laçınımızda, Ağdamımızda və daha neçə-neçə işğaldan azad edilmiş doğma yurdlarımızda Azərbaycan bayrağını qaldırdı. Bu bayraq bir daha enməmək üzrə Ümummilli Liderin səmamızda dolaşan ruşunu qürurla salamlayır, dalğalanır. İndi biz bu torpaqlarda yenidən qururuq, yaradırıq, yaşadırıq. Ulu Öndərin əsasını qoyduğu, Qurtuluşla başlayan müstəqillik, Zəfər yolumuzda inamla günəşli sabaha doğru əmin addımlarla irəliləyirik. Ulu Öndər Azərbaycan xalqının yaddaşında və qəlbində daim yaşayacaq, məhəbbətlə, sevgiylə anılacaq, dərin ehtiramla xatırlanacaq. Qurtuluş bayramımız mübarək!
Nəcəfli Polad,
Göyçay rayon Notariat ofisinin notariusu
Həftə
içi.- 2024.- 13 iyun, ¹21.- S.3.